Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə17/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   13   14   15   16   17   18   19   20   ...   244

 

33 


 

-

  təşkil etmə; 



-

  əlaqələndirmə; 

-

  hüquqmühafizəetmə. 



 

 

Sual 3. 



nzibati hüququn mənbələri anlayışı və onların növləri 

 

Hüquq normalarının xarici ifadə formaları vardır. Çünki onlar elə tərtib olunmalıdırlar 



ki, onların ünvanlandıqları insanlar onlarla tanış ola bilsinlər. 

Hüquq  normaları  dövlət  orqanlarının  aktlarında  maddə,  bənd,  paraqraf  və  s. 

formalarını  özündə  əks  etdirirsə,  onda  həmin  aktlar  öz  xarici  ifadə  formaları  ilə  hüququn 

mənbələrinə çevrilirlər. 

           nzibati hüququn mənbələri dedikdə - inzibati-hüquqi normaların xarici ifadə formaları 

başa düşülür.  nzibati hüququn normaları öz xarakterlərinə və əhəmiyyətlərinə görə müxtəlif 

hüquqi  aktlarla  ifadə  olunurlar.  nzibati  hüquq  normlarını  özlərində  əks  etdirən  dövlət 

orqanlarının aktları - inzibati hüquq normalarının mənbələri hesab edilirlər. 

nzibati hüquq sahəsi üçün hüquq normaları mənbələrinin çoxluğunun mövcud olması 

daha  xarakterikdir.  Bu  inzibati  hüququn  predmetini  təşkil  edən  geniş  dairəli  idarəetmə 

münasibətlərinin  mövcudluğu  ilə  izah  olunur.  Belə  mürəkkəb  sahənin  inzibati-hüquqi 

nizama  salınması,  yəni  idarə  olunması  çox  saylı  qanunların  və  qanunqüvvəli  normativ 

aktların  mövcudluğunu tələb edir. Bununla  yanaşı, inzibati hüquq normaları təkcə inzibati-

hüquqi  aktlarda  deyil,  hüququn  müxtəlif  sahələrinin  normativ  aktlarında  da  öz  əkslərini 

tapırlar. Bir çox qanunlar və digər hüquqi aktlar eyni vaxtda özlərində konstitusiya hüququ 

normalarını, maliyyə hüququ normalarını, mülki hüquq normalarını və hüquq sahəsinin digər 

normalarını, o cümlədən də inzibati hüquq normlarını əks etdirirlər. 

               nzibati hüququn mənbələrinə aşağıdakı normativ-hüquqi aktlar aiddirlər: 

              1. Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il. 

Azərbaycan Respublikasının Konsitusiyasında öz əksini tapan ümumi normaların çoxu 

öz  məzmunlarına  görə  birbaşa    inzibati-hüquqi  məzmuna  malikdirlər.  Konsitusiyada  öz 

ə

ksini tapmış belə ümumi normalara Azərbaycan Respublikasında icra hakimiyyətinin təşkili 



və həyata keçirilməsi ilə bağlı olan aşağıdakı kimi normaları misal olaraq göstərmək olar: 

  icra  hakimiyyətinin  və  onun  orqanlarının  təşkil  edilməsinin  və  fəaliyyətlərinin 

ə

saslarını müəyyən edən normalar. Bu normalar Konstitusiyanın 99, 109, 113-120, 124 və s. 



maddələrində göstərilmişdirlər; 

  dövlət  idarəetmə  sahəsində  vətəndaşların  hüquq  və  azadlıqlarının  əsaslarını 

möhkəmləndirən  normalar.  Bu  normalar  Konstitusiyanın  54-55-ci  maddələrində 

göstərilmişdirlər; 

  dövlət idarəetmə sahəsində vətəndaşların vəzifələrini müəyyən edən normalar. Bu 

normalar Konstitusiyanın 72-80-ci maddələrində göstərilmişdirlər. 

           2.  nzibati hüquq normaları qanunvericilik aktlarında öz əkslərini tapırlar.  

Qanunvericilik aktları içərisində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 

qəbul edilən qanunlar və qararlar daha böyük əhəmiyyətə malikdirlər. Belə qanunlara  misal 

olaraq  28  oktyabr  1999-cu  il  tarixli  ″Polis  haqqında″;  04.02.1992-ci  il  tarixli  ″Fövqəladə 

vəziyyət  haqqında″;  06.01.1994-cü  il  tarixli  ″Hərbi  vəziyyət  haqqında″,  1996-cı  il  tarixli 



 

34 


 

Yaşayış  yeri  və  olduğu  yer  üzrə  qeydiyyat  haqqında″  Azərbaycan  Respublikasının 



Qanunlarını və s. Qanunları göstərmək olar. 

           3. Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi normativ-hüquqi aktlar inzibati 

hüququn mənbələri hesab edilirlər. 

 

Azərbaycan  Respublikası  Konsitusiyasının  113-cü  maddəsinə  əsasən:      ″I  Ümumi 



qaydalar  müəyyən  etdikdə  Azərbaycan  Respublikasının  Prezidenti  fərmanlar,  başqa 

məsələlər barəsində isə sərəncamlar qəbul edir...″. 

nzibati hüququn mənbələri kimi qəbul edilən Azərbaycan Respublikası Prezidentinin 

qəbul etdiyi fərmanlara misal olaraq aşağıdakıları göstərmək olar: 

  ″Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və  hüquq 

qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında″ 09 avqust 1994-cü il; 

  ″ nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində 

tədbirlər haqqında″ 22 fevral 1998-ci il; 

  ″Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  təsdiq  edilməsi, 

qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında″ 29 avqust 2000-

ci il və s. 

           4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktları da inzibati 

hüququn mənbələri sırasına daxildirlər. 

Azərbaycan  Respublikasının  Konstitusiyasının  120-ci  maddəsinə  əsasən:  ″I  Ümumi 

qaydalar  müəyyən  etdikdə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  qərarlar,  başqa 

məsələlər üzrə sərəncamlar qəbul edir...″. 

nzibati hüququn mənbələri kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul 

etdiyi qərarlara misal olaraq aşağıdakıları göstərmək olar: 

  ″Yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  üzrə  Respublika  komissiyası 

haqqında  Əsasnamənin  təsdiq  edilməsi  barədə″  19  fevral  1993-cü  il  tarixli  110  nömrəli 

qərarı ilə təsdiq edilmişdir; 

  ″Azərbaycanlı gənclərin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici 

ölkə  vətəndaşlarının  Azərbaycanın  tədris  müəssisələrində  təhsil  almaları  barədə 

Ə

sasnamənin  təsdiqi  haqqında″  12  dekabr  1992-ci  il  tarixli  662  nömrəli  qərarı  ilə  təsdiq 



edilmişdir. 

           5.  Azərbaycan  Respublikasının  komitə,  xidmət,  nazirliklərin,  dövlət  komitələrin 

normativ aktları sahələrarası və sahəvi miqyasda inzibati hüququn mənbəyi qismində xidmət 

edirlər. 

             6. Yerli icra hakimiyyəti başçılarının qərarları və sərəncamları da inzibati hüququn 

mənbəsi hesab edilirlər. 

             7.  Dövlətlərarası  müqavilələrdə  də  inzibati  hüquq  normaları  öz  əkslərini  tapa 

bilərlər. Belə hallarda həmin müqavilələr inzibati hüququn mənbəsi qismində çıxış edirlər. 

             8.  Nəhayət,  təşkilatdaxili  xarakterli  inzibati  hüququn  mənbəsi  sırasına  idarə, 

müəssisə, təşkilat, konsern, birliklərin rəhbərlərinin normativ aktlarını da daxil etmək olar. 

Normativ-hüquqi  aktlar  dövlətin  müxtəlif  hüquqyaratma  orqanları  tərəfindən  qəbul 

edilirlər.  Onlar  eyni  hüquqi  qüvvəyə  malik  deyil,  zaman  baxımından  üst-üstə  düşmür, 

müxtəlif  obyektlərə  və  müxtəlif  ərazi  məkanına  şamil  edilir.  Təbii  ki,  zaman  keçdikdə 

onların  arasında  ziddiyyətlər  meydana  gəlir.  Normativ  materialların  sayının  artması  ondan 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə