Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə2/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   2   3   4   5   6   7   8   9   ...   244

 

 



  idarəetmə öz vəzifələri ilə bu və ya digər elementlərin sistemi üçün tam vahidliyi 

təşkil edən qarşılıqlı əlaqələrin marağına xidmət edir; 

  idarəetmə tam vahid bir sistemin daxili keyfiyyəti olub, özünü-təşkiletmə əsasında 

daim qarşılıqlı əlaqədə olan subyekt (idarəedən) və obyekt (idarə olunan) kimi elementlərin 

vəhdətindən ibarətdir; 

  idarəetmə  elementlərin  sistemini  təşkil  edən  daxili  qarşılıqlı  əlaqələri  nəzərdə 

tutmaqla  yanaşı,  müxtəlif  ierarxiyalı  sistemlərin  həm  sistemdaxili,  həm  də  sistemlərarası 

funksiyalarının  həyata  keçirilməsini  nəzərdə  tutur.  Burada  yuxarı  təbəqəli  sistem 

idarəetmənin subyektinə, aşağı təbəqəli sistem isə idarəetmənin obyektinə çevrilir; 

  idarəetmə  subyektin  obyektə  idarəetmə  təsiri  göstərməsindən  ibarət  olub, 

məzmunca,  sistemin  qaydaya  salınmasından,  inkişafının  qanunauyğun    formada  təmin 

edilməsindən  ibarətdir.  Bu  idarəetmənin  subyekti  tərəfindən  həyata  keçirilən  məqsədyönlü 

nizamasalma təsiri olub, idarəetmənin subyekti və obyekti arasındakı əlaqədə reallaşdırılır; 

  idarəetmə  sistemin idarəolunan elementinin idarəedən elementə faktiki tabeçiliyi 

vizual xarakter daşıdıqda real sayılır. 

          Beləliklə, idarəçilik (nizama salma) təsiri idarəetmə subyektinin müstəsna hüququdur. 

ctimai  həyatın  rəmzi  kimi  sosial  idarəetmə  geniş  mənada,  istənilən  cəmiyyətə  xas 

olan özünütənzimləmə, özünüqoruma və özünü təşkilatlandırma sistemidir. Bu yalnız şüurlu 

deyil, həm də kortəbii şəkildə həyata keçirilir. Sosial idarəetmə cəmiyyətdə yaranan ictimai 

ə

laqələrin təşkili mexanizmi kimi başa düşülməlidir. 



Sosial  idarəetmə  qısa  mənada  insanların  subyektiv,  şüurlu  və  məqsədyönlü 

fəaliyyətidir.  O  cəmiyyətin  qorunub  saxlanmasına  və  ona  xas  olan  qanunauyğunluqları 

nəzərə alaraq inkişafına təminat verir. 

Sosial  idarəetmənin  zəruriliyi  ictimai  xarakterə  malikdir    və  əmək  bölgüsü  ilə 

şə

rtləndirilir. Bu zərurət ümumi  məqsəd baxımından əmək fəaliyyəti iştirakçılarına  məxsus 



qüvvələrin uzlaşdırılmasını tələb edir.  

Sosial idarəetmə aşağıdakı əlamətlərlə xarakterizə olunur: 

  sosial idarəetmə yalnız insanların birgə fəaliyyəti olan yerdə olur; 

  sosial  idarəetmə  təyinat  baxımından  birgə  fəaliyyət  iştirakçılarının  qarşılıqlı 

ə

laqələrinə təşkilatçılıq xarakteri verir və insanların qarşılıqlı əlaqələrinə nizamasalma təsiri 



göstərir; 

  sosial idarəetmə birgə fəaliyyət iştirakçılarının davranışlarına və onların qarşılıqlı 

münasibətlərinə başlıca təsiretmə obyektidir; 

  sosial  idarəetmə  insan  davranışının  nizamlayıcısı  rolunda  çıxış  edərək,  öz 

məqsədinə  və  mahiyyətinə  görə  idarəetmə  münasibətlərindən  ibarətdir.  Bu  əlaqələr  sosial 

idarəetmə  funksiyalarının  təcrübi  olaraq  reallaşması  zamanı  subyekt  ilə  obyekt  arasında 

yaranır; 

  sosial  idarəetmə  idarəetmə  münasibətlərində  insan  iradəsinin  müəyyən  tabeçiliyi 

ə

sasında qurulur. Bu  münasibətlər şüurlu-iradəvi vasitəçilik xarakteri daşıyır; 



  sosial  idarəetmə  reallaşdırılması  üçün  xüsusi  mexanizmə  ehtiyac  duyur.  Bu 

mexanizm  qurluşca idarəetmə subyektlərindən ibarətdir.  

Sosial fəaliyyətin istənilən sahəsində iştirakçıların birgə fəaliyyətlərinin məqsədyönlü 

şə

kildə  həyata  keçirilməsi  üçün  idarəetməyə  ehtiyac  duyulur.  Sosial  mənada  başa  düşülən 



idarəetmə çoxnövlüdür. 

Sosial idarəetmənin aşağıdakı növləri mövcuddur: 




 

 



  dövlət idarəetməsi; 

  qeyri-dövlət idarəetməsi; 

 

  darəetmənin  məzmununu  dərindən  dərk  etmək  üçün  onun  elementlərini  açıqlamaq 



məqsədəuyğundur. 

  darəetmənin elementləri aşağıdakılardır: 

  idarəetmənin subyekti; 

  idarəetmənin obyekti; 

  idarəetmənin düzünə (birbaşa) və əksinə olan əlaqələri; 

  idarəetmənin sistemi; 

  idarəetmənin funksiyaları. 

 

  darəetmənin  subyekti-idarəetmə  metodlarından  istifadə  edərək  birgə  fəaliyyət 



iştirakçılarına  təsir  edən  komponentdir.  O  idarəetmə  prosesində  iştirakçıların  iradə  və 

davranışlarını öz iradəsinə tabe etməklə qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsinə 

nail olur. 

 

  darəetmənin  obyekti  öz  iradə  və  davranışını  idarəetmənin  subyektinin  iradəsinə 



uyğunlaşdıran birgə fəaliyyət iştirakçısıdır. 

darəetmə  təsirləri  idarəetmə  obyektlərinə  düzünə  (birbaşa)  əlaqə  kanalları  vasitəsilə 

daxil  olduğu  halda,  onların  qəbulu  və  icrası  haqqında  məlumat  əks  əlaqə  kanalları  si  ilə 

idarəetmənin subyektinə çatdırılır. 

 

   darəetmə  sistemi  idarəetmənin  subyektləri  və  obyektləri  arasında  əlaqə  kanallarının 



məcmusu olub, onlara xas olan əlamətləri özündə əks etdirir. 

stənilən  bir  sistem  başqa  bir  yüksək  sistem  tərəfindən  öz  məqsədlərinə  nail  olmaq 

üçün yaradılır. Sistemin fəaliyyət məqsədləri onun vəzifələri ilə konkretləşdirilir. 

Sistemin  bütün  funksiyalarının  uzlaşdırılması  və  reallaşdırılması  məqsədilə,  onun 

özünüqoruma və inkişafı naminə yeni sahələrarası rəhbərlik (qərargah) funksiyası meydana 

çıxır.  Sadalanan  funksiyaların  reallaşdırılması  kadr,  maliyyə,  maddi-texniki  və  digər 

təminatların (təminedici funksiyalar) həyata keçirilməsini tələb edir. 

 

Beləliklə, idarəetmənin xüsusi, təminedici və ümumi funksiyaları mövcuddur. 



 

darəetmənin  xüsusi  funksiyaları  idarəetmə  prosesinin  məqsədyönlüyü  və  onun 

qarşısında duran vəzifələrlə sıx bağlıdır. Məsələn, fövqəladə vəziyyət (təbii fəlakət) zamanı 

idarəetmənin aşağıdakı kimi xüsusi funksiyalarının həyata keçirilməsinə ehtiyac duyulur və 

belə funksiyaların yerinə yetirilməsi tələb olunur: 

a) təbii fəlakət baş vermiş ərazidən əhalinin təxliyyə edilməsi; 

b) təbii fəlakət baş verən zaman əhaliyə tibbi, maddi və mənəvi yardımın göstərilməsi; 

c) təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması və s.   

 

darəetmənin təminedici funksiyaları idarəetmənin xüsusi funksiyaları ilə sıx bağlıdır və 



idarəetmə  prosesinin  məqsədinə  nail  olmaq  və  idarəetmə  prosesinin  qarşısında  duran 

vəzifələrin  yerinə  yetirilməsi  üçün  həyata  keçirilən  maddi-texniki  əməliyyatların  məcmusu 

kimi başa düşülür. Məsələn, təbii fəlakət baş verən zaman aşağıdakı təminedici funksiyalar 

həyata keçirilir: 

a) həmin əraziyə müxtəlif tikinti materiallarının və texnikanın və s. göndərilməsi; 

b) həmin ərazidə səyyar hospitalların yaradılması; 

c) əhaliyə ərzaq, geyim və digər məmulatların paylanması və s.    

 

darəetmənin ümumi funksiyalarını hər bir idarəetmə prosesinə şamil etmək olar. 



   darəetmənin ümumi funksiyaları aşağıdakılardır: 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə