Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə22/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   18   19   20   21   22   23   24   25   ...   244

 

43 


 

 

  nzibati  hüquq  normasının  quruluşu  dedikdə,  onu  təşkil  edən  elementlərin  vəhdəti, 



normanın daxili quruluşu,  yəni normanın hansı  elementlərdən  ibarət olduğu  və onların bir-

birilə necə qarşılıqlı əlaqədə olduğu başa düşülür. 

nzibati hüquq norması üç elementdən - hipoteza, dispozisiya və sanksiyadan ibarətdir. 

Dövlət və hüquq nəzəriyyəsi″ nöqteyi-nəzərindən - hipoteza (ehtimal) - normada əks 



olunan qaydanı hansı şəraitdə rəhbər tutmağı göstərən hüquq normasının elementidir. 

 

 ″″″″Hipoteza″″″″  -  inzibati  hüquq  normasının  quruluşunun  bir  elementi  kimi  o,  özündə 

həmin normanın realizəsinin faktiki şərtlərini əks etdirir, yəni o, özündə bilavasitə təsir etdiyi 

ictimai münasibətləri əks etdirir və bu təsir də konkret hüquq münasibətini yaradır. 

Deməli, inzibati hüquq normaların hipotezasında nəzərdə tutulan şərtlər inzibati hüquq 

münasibətləri  yaradan,  dəyişən  və  ləğv  edən  hüquqi  faktlardır.  Məsələn,  Azərbaycan 

Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 saylı qərarı ilə təsdiq edilmiş 

″″

Azərbaycan  Respublikasının  şəxsiyyət  vəsiqəsi  haqqında″  Azərbaycan  Respublikasının 



Qanununun  tətbiqi  haqqında  Əsasnamə″nin  2-ci  bəndinə  əsasən,  ″...2.  Azərbaycan 

Respublikasının  hər  bir  vətəndaşı  16  yaşına  çatdıqdan  sonra...  bir  ay  ərzində  Qanunla 

müəyyən  edilmiş  qaydada  şəxsiyyət  vəsiqəsi  almalıdır...″.  Bununla  yanaşı,  Azərbaycan 

Respublikasının  14  iyun  1994-cü  il  tarixli  ″Azərbaycan  Respublikasının  vətəndaşının 

şə

xsiyyət  vəsiqəsi  haqqında″  Qanununun  1-ci  maddəsində  deyilir  ki:  ″...hər  bir  vətəndaş... 



şə

xsiyyət  vəsiqəsini  möhkəm  saxlamağa  borcludur...″.  Digər  tərəfdən  isə  Azərbaycan 

Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  331-ci  maddəsinə  əsasən,  müvafiq  polis 

orqanlarına səlahiyyət verilir ki, şəxsiyyət vəsiqəsini itirmiş şəxsi inzibati məsuliyyətə cəlb 

etsin.    Bu  halda  vətəndaşın  16  yaşa  çatması  (hadisə)  və  şəxsiyyət  vəsiqəsinin  itirilməsi 

(hərəkət) hüquqi fakt kimi çıxış edir. 

nzibati  hüquq  normasının  hipotezası  ″mütləq-müəyyən″  ola  bilər,  yəni  həmin 

normada  qaydanı  rəhbər  tutmağa  əsas  verən  faktın  olmasını  dəqiq  göstərər.  Məsələn, 

Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  15-ci  maddəsi  müəyyən  edir  ki: 

15.1.  nzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə 



cəlb  olunurlar...″.  Lakin  hipoteza  ″nisbi  müəyyən″  də  ola  bilər,  yəni  o,  vəziyyətin  ümumi 

xarakteristikasını  verir  ki,  bu  və  ya  digər  vəziyyət  yarandıqda  müəyyən  qaydada  hərəkət 

etmək lazımdır və ya müəyyən hərəkət etmək olar. 

 Hüquq  ədəbiyyatında  və  eləcə  də  müxtəlif  normativ-hüquqi  aktlarda  hipotezanın  üç 

növü nəzərdə tutulub: 

¢ sadə, yəni bir şərt (şərait) müəyyən edildikdə; 

¢ mürəkkəb, yəni iki və daha çox şərt (şərait) müəyyən edildikdə; 

¢ alternativ,  yəni  bu  və  ya  digər  hallardan  asılı  olaraq  davranış  qaydasını  müəyyən 

edir. 



Dövlət  və  hüquq  nəzəriyyəsi″  nöqteyi-nəzərindən  dispozisiya  (sərəncam)  -  hüquq 



normasının hipotezasında nəzərdə tutulmuş şərtlər olduqda davranışın necə ola biləcəyini və 

olmalı olduğunu əks etdirən elementdir. 



 

 Dispozisiya – inzibati hüquq normasının mərkəzi hissəsi olub, həmin hüquq norması 

tərəfindən tövsiyə edilən, icazə verilən və ya qadağan edilən  davranış qaydasını göstərir. 

nzibatit  hüquq  normaların  dispozisiyası  göstəriş,  vəzifə,  həmçinin  də  qadağa  və 

məhdudiyyət  kimi  şərh  olunur.  Eyni  zamanda  hüquq  və  vəzifə  göstərən  dispozisiyalar 

inzibati hüquq normalarda nisbətən az təsadüf edilir. 



 

44 


 

Dispozisiyanın  nə  cür  şərh  olunmasından  asılı  olmayaraq,  o,  həmişə  hüquq  və 

vəzifələrin  qırılmazlığını,  qarşılıqlı  əlaqəsini  nəzərdə  tutur,  subyektlərin  özlərini  necə 

aparmalı olduqlarını və apara biləcəklərini müəyyən edir.  

 Dispozisiyanın 4 növü nəzərdə tutulub: 

¢ sadə,  yəni  davranışın  bu  və  ya  digər  birmənalı  variantını  əks  etdirən  dispozisiya 

(məsələn:  XM, mad. 168 - ″ ş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi″; mad. 179 - 

Ümumi istifadəli avtomat telefonlarının zədələnməsi″); 



¢ təsviri,  yəni  müxtəlif  xarakteristikalarla,  əlamətlərlə  və  anlayışlar  sistemi  ilə 

davranış  qaydasını  qısaca  və  dürüst  ifadə  edən  dispozisiya  başa  düşülür  (məs.:  XM  mad. 

296  -  ″Xırda  xuliqanlıq″;  mad.  309  -  ″Qumar  oyunu″;  mad.  301-1  -  ″Fövqəladə  vəziyyət 

recimi tələblərinin pozulması″); 

¢ göndərici, bu halda davranış qaydasının özü həmin normada göstərilmir, istifadəçi 

isə həmin normativ-hüquqi aktın digər normasında göstərilən davranış qaydasına göndərilir 

(məs.:  XM  mad.  153  -  ″Piyadalar  və  yol  hərəkətinin  başqa  iştirakçıları  tərəfindən  yol 

hərəkəti  qaydalarının  pozulması″  və  XM,  mad.  153.5.  ″Bu  Məcəllənin  153.1-153.4.5-ci 

maddələrində  nəzərdə  tutulmuş  xətaların  yol  hərəkəti  iştirakçıları  tərəfindən  alkoqol, 

narkotik  vasitələr  və  ya  güclü  təsir  göstərən  digər  maddələrin  istifadə  edilməsindən  sərxoş 

vəziyyətdə törədilməsinə görə...″; 

¢ blanket,  bu  elə  dispozisiyadır  (qaydadır)  ki,  digər  hüquq  mənbələrinə  istinad 

etməyə  məcbur (həvalə) edir (məsələn:  XM,  mad.111.1. - ″Balıq ehtiyatlarının mühafizəsi 

qaydalarının  pozulmasına  görə  ...″;  mad.167  -  ″Magistral  boru  kəmərlərinin  mühafizəsi 

qaydalarının pozulması″. 

Dövlət  və  hüquq  nəzəriyyəsi″  nöqteyi-nəzərindən  sanksiya  (tənbeh)  -  hüquq 



normasının  dispozisiyasında  nəzərdə  tutulmuş  qaydaları  pozana  qarşı  hansı  dövlət  təsir 

(məcburiyyət) tədbirlərinin tətbiq edilə biləcəyini əks etdirən elementdir. 



 

 Sanksiya    -  inzibati  hüquq  normasının  bir  elementi  kimi  özündə  hüquq  normasını 

pozana qarşı tətbiq edilən təsir tədbirlərini əks etdirir. 

Burada nəzərə almaq lazımdır ki, sanksiya istənilən inzibati təsir formasını yox, yalnız 

hüquqpozma ilə əlaqədar tətbiq olunan və normada nəzərdə tutulmuş təsir formasını özündə 

ə

ks  etdirir.  Buna  görə  inzibati  xəbərdaretmə  tədbirləri  (karantinin  qoyulması,  sərhədin 



bağlanması, su  basmış, zəlzələ olmuş  yerin dövrəyə  alınması) sanksiyaya  aid edilə bilməz, 

çünki onlar hüquqpozmaların törədilməsi ilə əlaqədar tətbiq edilmirlər. 

Belə tədbirlər hüquq normasının sanksiyasında yox, dispozisiyasında göstərilir. 

 Sanksiyanın üç növü məlumdur: 

¢  mütləq-müəyyən edilmiş sanksiya, bu elə sanksiyadır ki, orada tənbehin (cəzanın) 

dəqiq  növü  və  yaxud  miqdarı  göstərilib  (məs:  mad.149.1  -  ″...  şərti  maliyyə  vahidi 

məbləğinin  üç  misli  miqdarında  cərimə  edilir″;  mad.  157  -  ″...  şərti  maliyyə  vahidi 

məbləğinin beş misli miqdarında cərimə edilir″; 

¢  nisbi-müəyyən  edilmiş  sanksiyalar,  bu  elə  sanksiya-lardır  ki,  orada  tənbehin 

(cəzanın)  ″aşağı″  və  ″yuxarı″  həddi  və  yaxud  ancaq  ″yuxarı″  həddi  müəyyən  edilir  (məs.: 

mad.151.1  ″...  şərti  maliyyə  vahidi  məbləğinin  üç  mislindən  səkkiz  mislinədək  miqdarda 

cərimə  edilir″  və  ya  mad.  151.5  -  ″...  fiziki  şəxslərin  nəqliyyat  vasitələrini  idarə  etmək 

hüququ bir ilədək müddətə məhdudlaşdırılır); 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə