Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə232/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   228   229   230   231   232   233   234   235   ...   244

 

433 


 

- təhsil sistemi işçiləri üçün fəxri adlar və mükafatların təsis olunması barədə məsələ 

qaldırır. 

Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 1993-cü il tarixli 747 №-li Fərmanı 

ilə Təhsil Nazirliyi yaradılmışdır. 

Təhsil Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid 

dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil 

qanunvericiliyinin  icrasına  və  təhsilin  dövlət standartlarına  riayət  edilməsinə  nəzarət  edir; 

təhsil  sistemi  üçün  informasiya  xidməti  təşkil  edir;  təhsil  müəssisələrinin  və  orqanlarının 

normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki 

informasiya  təminatı  yaradır;  təhsil  sisteminə  elmi  rəhbərliyi  və  bu  sahədə 

proqnozlaşdırmanı  təmin  edir;  mülkiyyət  formasından  asılı  olmayaraq  təhsil 

qanunvericiliyinin icrasına nəzarət edir; 

-  təhsil  müəssisələri,  maarif  orqanları  haqqında  nümunəvi  əsasnamələrin  və  digər 

sənədlərin  hazırlanmasını  təmin  edir,  elmi-pedaqoci  kadrların  attestasiyasının  keçirilməsi 

və  nizamnamələrin  qeydiyyata  alınması  qaydalarını  təsdiqləyir;  mülkiyyət  formasından 

asılı  olmayaraq,  təhsil  müəssisələri  üçün  nümunəvi  əsasnamələrin,  baza  təhsil  planının, 

proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların hazırlanmasını 

və nəşrini təşkil edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi 

göstərir;  təhsil  müəssisələri  və  idarələrinin  maliyyələşdirilməsini  və  maddi-texniki 

təchizatının  müvafiq  normalarını  müəyyən  edir;  səlahiyyətinə  müvafiq  olaraq  təhsil 

müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından 

asılı  olmayaraq  təhsil  müəssisələrinin  yaradılması,  yenidən  təşkil  və ləğv  edilməsi  barədə 

rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil 

müəssisələrinə lisenziya verir. 

Təhsil  Nazirliyi  mərkəzi  icra  hakimiyyəti  orqanı  olub  təhsil  sahəsində  vahid  dövlət 

siyasətini həyata keçirir. Nazirliyin əsas vəzifələrinə aşağıda göstərilənlər aiddir: 

- ali təhsilin inkişaf strategiyasının formalaşdırılması və həyata keçirilməsi; 

- təhsil müəssisələrinin vahid sisteminin yaradılması; 

- ali təhsil sisteminin fəaliyyətinin iqtisadi mexanizminin təkmilləşdirilməsi; 

-  tədris  prosesinin  və  elmi  tədqiqatların,  maddi-texniki  və  eksperimental  istehsalat 

bazasının inkişaf etdirilməsi; 

- ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın təşkili və inkişaf etdirilməsi və s. 

Təhsil  Nazirliyinin  ali  təhsil  sahəsində  məqsədi  dövlət  və  beynəlxalq  proqramlar 

işləyib  hazırlamaq  və  həyata  keçirməkdən;  orta  və  ali  peşə  təhsili  sistemində  kadr 

hazırlığına 

müvafiq 

ixtisasların 

(peşələrin) 

və 


istiqamətlərin 

siyahısını 

müəyyənləşdirməkdən; 

müvafiq 


dövlət 

standartlarının 

komponentlərini 

işləyib 


hazırlamaqdan  və  müxtəlif  səviyyəli  peşə  təhsili  proqramlarının  məzmununu  və 

mütəxəssislərin hazırlığının keyfiyyəti üçün tələbləri müəyyənləşdirməkdən ibarətdir. 

Yerli təhsil  müəssisələrini  idarə  etmək  üçün  Təhsil  Nazirliyinin  yerli  orqanları-təhsil 

ş

öbələri yaradılır. Yerli təhsil şöbələrinin fəaliyyəti aşağıdakı istiqamətlərə yönəldilir: 



- səlahiyyətləri daxilində dövlətin təhsil siyasətini həyata keçirmək; 

- təhsil qanunvericiliyinin pozulmasına yol verməmək; 

- tədris-tərbiyə müəssisələrinin elmi-metodiki təminatının təşkili; 

- təhsil işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi və onların yenidən hazırlanması; 




 

434 


 

-  pedaqoci  kollektivlər,  istehsal  müəssisələri,  ailə  və  ictimaiyyətin  uşaqların  təlim-

tərbiyəsi sahəsində fəaliyyətini əlaqələndirmək; 

-  yerli  tələbatı  müəyyənləşdirmək  əsasında  pedaqoci  kadrlar,  həmçinin  müxtəlif 

kateqoriyalardan  olan  mütəxəssislər  yetişdirmək  barədə  dövlətə  sifarişlər  hazırlamaq,  bu 

barədə  müvafiq  müqavilələr  bağlamaq;  təhsilin  səviyyəsinə,  təhsil  işçilərinin  peşə 

hazırlığına  və  yerli  əhəmiyyətə  malik  olan  tədris-tərbiyə  müəssisələrinin  attestasiyasına 

olan dövlət tələblərinin yerinə yetirilməsinə nəzarət. 

Yerli  təhsil  orqanları  Təhsil  Nazirliyinə  tabedirlər.  Yerli  dövlət  idarə  orqanları  öz 

səlahiyyətləri  çərçivəsində  dövlətin  təhsil  siyasətinin  həyata  keçirilməsində  iştirak  edirlər. 

Yerli dövlət idarə orqanlarının səlahiyyətinə daxildir: 

- yerli büdcə hesabına maliyyələşdirmə normativlərini müəyyən etmək; 

- ərazilərində yerləşən tədris-tərbiyə müəssisələrini maliyyələşdirmək; 

-  bölgənin  xüsusiyyətləri,  perspektivləri  və  sosial-iqtisadi  inkişafını  nəzərə  almaqla 

təhsilin inkişafı qayğısına qalmaq, maddi bazasını möhkəmləndirmək, təsərrüfat təchizatını 

təmin etmək; 

- təhsil işçiləri və təhsil alanların sosial müdafiəsini təmin etmək; 

- könüllü ayırmalar hesabına təhsil fondu yaratmaq;  

-  məktəb-yaşlı  uşaqların  qeydiyyatını  və  təhsil  almasını  təmin  etmək;  valideyn 

himayəsindən  məhrum  olmuş  və  yetim  qalmış  yetkinlik  yaşına  çatmamış  uşaqların 

himayəyə götürülməsini təmin etmək;  

-  yaşayış  yerlərində  uşaqların  tərbiyəsi,  qabiliyyətlərinin  inkişafı  və  maraqlarının 

təmin olunması üçün zəruri şərait yaratmaq;  

-  kənd  yerlərində,  zəruri  hallarda  uşaqların  təhsil  müəssisəsinə  nəqliyyata  pulsuz 

aparılıb-gətirilməsini təmin etmək;  

-  müvafiq  tədris-tərbiyə  müəssisələrinin  açılması,  ləğv  olunması  və  yenidən  təşkil 

edilməsi barədə məsələ qaldırmaq. 

Yerli  dövlət  idarə  orqanları  təhsil  müəssisələrinin  idarə  olunması  ilə  əlaqədar 

məsələlərə müdaxilə etmirlər. 

Təhsil sistemində ictimai özünüidarə orqanları aşağıdakılardır:  

- təlim-tərbiyə müəssisəsinin ümumi yığıncağı (konfransı);  

- təlim-tərbiyə müəssisəsinin şurası;  

- təhsil işçilərinin rayon, şəhər təhsil şuraları;  

- təhsil işçilərinin respublika qurultayı;  

- Azərbaycan Respublikasının Təhsil Şurası. 

ctimai  özünüidarə  orqanları  təhsil  müəssisələrinin  təlim-tərbiyə,  elmi-tədqiqat, 

metodika, 

maliyyə-təsərrüfat, 

kommersiya-iqtisadi, 

kadr 


fəaliyyətinin 

müxtəlif 

məsələlərinin həllinə yönəlmiş səmərəli təkliflər verir, bununla idarəçilikdə iştirak edirlər. 

Təhsil  müəssisələrinin  professor-müəllim  heyətinin  ümumi  dərs  stavkası  450-500 

saatdır və onların 1,5 stavka həcmində dərs aparmasına müstəsna hallarda yol verilir. 

Beləliklə, birinci suala yekun olaraq göstərmək olar ki, təhsil hər bir dövlətin, ölkənin, 

cəmiyyətin  fəaliyyətinin  mühüm  bir  sahəsidir.  Digər  tərəfdən  isə  təhsil  sahəsində 

idarəetməyə ümumi və bilavasitə həyata keçirən müvafiq orqanlar və onların fəaliyyətində 

rəhbər tutulan normativ-hüquqi aktlar barədə hüquqi biliklər əldə etmiş oldunuz. 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə