Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə237/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   233   234   235   236   237   238   239   240   ...   244

 

443 


 

Müdavimlər  qüvvədə  olan  normativ aktlara  müvafiq  olaraq pul  vəsaiti və  ya  təqaüd, 

geyim  forması,  xidməti  vəsiqə,  yemək  və  yataqxana  ilə  təmin  edilirlər.  Qiyabi  təhsil  alan 

dinləyicilər  laborator-imtahan  sessiyası  zamanı  ödənişli  şərtlərlə  yataqxanadan  istifadə  edə 

bilərlər.  Müdavimlərin  yataqxanadan  kənarda  yaşamasına  hər  bir  konkret  halda, 

Akademiyanın rəisi tərəfindən yaşayış yerinin sosial-məişət şəraiti öyrənildikdən sonra icazə 

verilə bilər. 

Daxili  intizam  qaydalarına  riayət  olunmasını  təmin  etmək  məqsədilə  Akademiya 

rəisinin  əmri  ilə  müdavimlər  sırasından  tədris  tağımlarının  qrup  və  bölmələrinin 

komandirləri təyin edilir. 

Polis  Akademiyasına  daxil  olmuş  kiçik  rəis  heyətinə  mənsub  müdavimlərin  mövcud 

rütbələri saxlanılır. Müdavimlərə hər il iki həftə müddətində qış tətili məzuniyyəti və 30 gün 

müddətində  növbəti  məzuniyyət  verilir.  Tədris  borcu  olan  müdavimlərə  məzuniyyət,  onun 

müəyyən edilmiş müddəti hüdudunda, borc ləğv edildikdən sonra verilir. 

 Dövlət  buraxılış  imtahanlarını  müvəffəqiyyətlə  vermiş  məzunlara  dövlət  imtahan 

komissiyasının qərarı ilə müvafiq ixtisas dərəcəsi verilir, diplom və müəyyən nümunəli döş 

nişanı təqdim olunur. Əyani təhsil almış məzunlara “polis leytenantı” rütbəsi verilir. 

 Tədris  planındakı  bütün  fənlərin  azı  75  faizindən  “əla”,  qalan  fənlərdən  isə  “yaxşı” 

qiymət  almış,  dövlət  buraxılış  imtahanlarını  “əla”  qiymətlərlə  vermiş,  həmçinin  ictimai 

işlərdə fəal iştirak etmiş müdavim və dinləyicilərə fərqlənmə diplomu verilir. Əyani təhsilini 

fərqlənmə  diplomu  ilə  bitirmiş  məzunlar  müstəsna  hal  kimi  “polis  baş  leytenantı”  xüsusi 

rütbəsinin verilməsinə təqdim oluna bilərlər. 

 Müdavim və dinləyicilər Akademiyadan aşağıdakı hallarda xaric oluna bilərlər: 

- öz xahişi ilə; 

- başqa təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar; 

- tədris intizamını, Akademiyanın daxili qaydalarını ciddi şəkildə pozduğuna görə; 

- üzürsüz səbəbdən semestr müddətində 120 saatdan çox dərs buraxdığına görə; 

- səhhətinə görə (hərbi-həkim komissiyasının rəyinə əsasən); 

- tədris planını yerinə yetirmədikdə (akademik uğursuzluq-müəyyən edilmiş qaydada 

imtahan  və  məqbulları  vermədikdə,  təcrübə  proqramını  icra  etmədikdə,  dövlət  buraxılış 

imtahanından qeyri-kafi qiymət aldıqda və s.); 

 - tördilmiş cinayətə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda; 

- daxili işlər orqanlarından mənfi əsaslarla xaric olunması ilə əlaqədar. 

 Müdavim  və  dinləyicilərin  Akademiyadan  xaric  olunması  Akademiya  rəisinin 

təqdimatı əsasında daxili işlər nazirinin müavini, o da kadrlar idarəsi rəisinin əmri ilə həyata 

keçirilir. 

Müdavim  məhkum  olunması  ilə  əlaqədar  Akademiyadan  xaric  olunduqda,  o,  eyni 

zamanda D N rəhbərliyinin əmri ilə daxili işlər orqanlarından xaric edilir və onun şəxsi işi 

ə

vvəlki xidmət yerinə qaytarılır. 



Bir  semestr  müddətində  üzürlü  səbəbdən  (xəstəlik,  ailə  vəziyyəti,  ezamiyyət,  dövlət 

sərəncamı  və  tapşırığının  yerinə  yetirilməsi  və  s.)  120  saatdan  çox  dərs  buraxmış 

müdavimlər Akademiya rəisinin əmri ilə təkrarən eyni kursda saxlanıla bilər. 

Tədris işi Akademiyanın fəaliyyətinin əsasını təşkil edir. Onun fəaliyyət dairəsi dərs 

məşğələlərinin,  eləcə  də  müdavim  və  dinləyicilər  tərəfindən  tədris  materiallarının 

mənimsənilməsini, cari və yekun nəzarəti işinin bütün növlərinin planlaşdırılmasını, təşkilini 



 

444 


 

və keçirilməsini əhatə edir. Bu iş müəyyən edilmiş qaydada təsdiq olunmuş tədris planlarına 

və fənn proqramlarına müvafiq surətdə təşkil olunur və aparılır. 

 Akademiyada təhsil azərbaycan dilində aparılır. 

Tədris məşğələlərinin əsas növləri aşağıdakılardır: 

- mühazirə; 

- seminar (diskussiya); 

- praktik məşğələ; 

- təlim (işgüzar oyun); 

- referatın hazırlanması; 

- fərdi mükalimə (kollokvium); 

- məsləhət saatı; 

- sərbəst hazırlıq saatı; 

- yoxlama işi; 

- tədris təcrübəsi və ixtisas üzrə təcrübə. 

Ayrı-ayrı  fənlər  üzrə  nəzəri  (elmi-praktiki)  konfranslar  və  Akademiyanın  Elmi 

Ş

urasının qərarı ilə müəyyən edilmiş digər növ məşğələlər keçirilə bilər. 



Yoxlama işləri, suallara yazılı cavablar və ya məsələlərin həlli şəklində yerinə yetirilir. 

Yoxlama işi üçün tapşırıqların məzmunu və onun icra qaydası kafedra tərəfindən müəyyən 

edilir. 

Məsləhət,  müdavim  və  dinləyicilərin  tədris  işinə  rəhbərliyin  və  dərs  materiallarının 

sərbəst öyrənilməsində onlara yardım göstərilməsi formalarından biridir. Məsləhət üntəzəm 

olaraq sərbəst hazırlıq saatlarında və əsasən fərdi xarakter daşıyır. 

Sərbəst  hazırlıq  işi,  təlim-tərbiyə  prosesinin  mühüm  tərkib  hissəsidir  və  dərs 

məşğələlərinin  bütün  növlərində  əldə  edilmiş  bilik  və  vərdişləri  möhkəmlətmək  və 

dərinləşdirmək,  kurs  işlərini  yerinə  yetirmək,  qarşıdakı  məşğələlərə,  məqbullara  və 

imtahanlara hazırlaşmaq, biliklərin mənimsənilməsində əqli əmək mədəniyyətini, sərbəstliyi 

və təşəbbüskarlığı formalaşdırmaq məqsədi daşıyır. 

Dövlət  buraxılış  imtahanları,  dövlət  imtahan  komissiyasının  fəaliyyəti  dövründə 

keçirilir. Dövlət imtahanlarına hazırlıq və onların verilməsi üçün hər imtahan 5-6 gün hesabı 

ilə  vaxt  ayrılır.  Dövlət  imtahanlarının  keçirilmə  qaydası  “Dövlət  imtahan  komissiyaları 

haqqında” əsasnamə ilə müəyyən edilir. 

Akademiyada  tərbiyə  işi-ideya,  peşə,  mənəvi,  hüquqi,  estetik  və  fiziki  tərbiyə 

vəzifələrinin  yerinə  yetirilməsinə  kompleks  şəkildə  yanaşmaq  əsasında,  tədris  prosesi  ilə 

üzvi vəhdətdə təşkil olunur və aparılır. 

Metodik  iş  təlim-tərbiyə  işinin  tərkib  hissəsi  olub,  Akademiya  rəhbərliyinin, 

kafedraların,  professor-müəllim  heyətinin,  kurs  rəislərinin  və  onların  müavinlərinin 

fəaliyyətinin əsas növlərindən biridir. 

Metodiki  iş,  dərs  məşğələlərinin  bütün  növlərinin  səmərəliliyi  və  keyfiyyətinin 

yüksəldilməsi,  rəis  və  professor-müəllim  heyətinin  pedaqoci  ustalığının  artırılması,  təlim-

tərbiyə  prosesinin  təşkilinin  və  təminatının  təkmilləşdirilməsi  kimi  başlıca  vəzifələri  əhatə 

edir. Kafedra, metodik işin mərkəzi hesab olunur. 

 Akademiyada aşağıdakı ictimai təşkilatlar yaradıla bilər:  

- elmi cəmiyyətlər;  

- elmi-texniki yaradıcılıq mərkəzləri; 

- gənc alimlər və mütəxəssislər şurası;  



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə