Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə238/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   234   235   236   237   238   239   240   241   ...   244

 

445 


 

- müəllim və müdavimlərin başqa elmi-pedaqoci birlikləri. 

Akademiyanın tədris-maddi bazası - tədris planlarına, tədris proqramlarına və müasir 

tədris  metodikasına  müvafiq  surətdə  müəyyən  edilmiş  ixtisaslar  üzrə  müdavim  və 

dinləyicilərin hazırlığının təmin edilməsi, habelə elmi tədqiqatların yerinə yetirilməsi və elmi 

kadrların  hazırlanması  üçün  nəzərdə  tutulmuş  maddi  və  texniki  vasitələr,  binalar,  qurğular 

kompleksidir. 

Akademiyada metodik işin planlaşdırılması və təşkili tədris metodiki şöbə tərəfindən 

həyata  keçirilir:  bu  şöbə  dərs  ili  üçün  tədris-metodik  iş  planı  hazırlayır,  onun  yerinə 

yetirilməsini təşkil edir və ona nəzarət edir. 

Kafedralarda metodik iş tədris ili üzrə planlaşdırılır və müstəqil bölmə kimi illik plana 

daxil edilir. 

Elmi iş, Akademiyanın fəaliyyətinin əsas növlərindən biri kimi onun rəhbər, professor-

müəllim və elmi heyətinin xidməti vəzifəsidir. 

Elmi işin əsas formaları aşağıdakılardır: 

-  fundamental və tətbiqi-nəzəri araşdırmalar aparılması; 

-  nəzəri  nəticələrin  və  müddəaların  laboratoriya  şəraitində,  sınaq  meydanlarında 

eksperimental  şəkildə  yoxlanılması,  tədqiqatların  nəticələrinin  ümumiləşdirilib  tövsiyələr 

hazırlanması; 

- nizamnamələrin, əsasnamələrin, təlimatların, tövsiyələrin və digər rəhbər sənədlərin 

layihələrinin hazırlanmasında iştirak edilməsi; 

-  dissertasiyaların,  dərsliklərin,  dərs  vəsaitlərinin,  monoqrafiyaların,  məqalələrin, 

məruzələrin, təklif və rəylərin hazırlanması; 

-  elmi  konfransların,  seminarların,  müşavirələrin  və  nəzəri  diskussiyaların 

hazırlanması, keçirilməsi və onun nəticələrinin ümumiləşdirilməsi. 

Akademiyada elmi iş illik plana müvafiq surətdə təşkil olunur və aparılır. 

Akademiyada  elmi-pedaqoci kadrların  hazırlanması,  elmi  dərəcələrin  və  elmi  adların 

verilməsi qaydaları haqqında Əsasnaməyə uyğun təşkil olunur. 

Qabaqcıl təcrübəni yaymaq, tədris-maddi bazası yaratmaq, inkişaf etdirmək və ondan 

istifadə etmək məqsədilə Akademiya tematik sərgilərdə, baxışlarda və müsabiqələrdə iştirak 

edir. 

Akademiyanın bütün  fəaliyyətinə  elmi  dərəcəsi və elmi  pedaqoci  fəaliyyət  təcrübəsi, 



yaxud rəhbər vəzifələrdə əməli iş təcrübəsi olan, daxili işlər naziri tərəfindən vəzifəyə təyin 

edilən və vəzifədən azad olunan rəis rəhbərlik edir. 

 Rəis,  Akademiyanın  işini  təşkil  edir  və  onun  vəziyyəti  üçün  şəxsən  məsuliyyət 

daşıyır.  O,  bütün  şəxsi  heyətin  birbaşa  rəisidir.  Daxili  işlər  orqanlarının  intizam 

Nizamnaməsinə  uyğun  olaraq  tabeçiliyində  olan  əməkdaşları  mükafatlandırmaq,  intizam 

məsuliyyətinə  cəlb  etmək,  müvafiq  surətdə  Akademiyanın  əmlakına  və  vəsaitinə  sərəncam 

vermək,  müqavilələr  bağlamaq,  etibarnamələr  (o  cümlədən  öz  vəkalətinin  başqasına 

tapşırmaq hüququ ilə) vermək, banklarda Akademiyanın büdcə və başqa hesablarını açmaq 

hüququna malikdir. 

Rəis,  Akademiya  rəhbərliyinin  funksional  vəzifə  bölgüsünü,  tabeçiliyində  olan 

bölmələrin (şöbələrin) vəzifələrini müəyyən edir. 

Akademiyada  vəzifələrə  təyinetmə  və  vəzifədən  azadetmə  D N  tərəfindən  müəyyən 

edilmiş nomenklatura vəzifələri siyahısına uyğun həyata keçirilir. 

 Akademiya rəisinin vəzifələri aşağıdakılardır: 




 

446 


 

-  Akademiyanın  inkişaf  perspektivlərini  müəyyən  etmək,  tədris-metodik,  tərbiyə  və 

elmi-tədqiqat işini, maliyyə və inzibati təsərrüfat fəaliyyətini təşkil etmək; 

-  Elmi  Şuranın  işini,  eləcə  də  kadrların  hazırlanması,  yenidən  hazırlanması  və 

ixtisasının artırılması məsələləri barədə direktiv qərarların yerinə yetirilməsini təmin etmək; 

- Akademiyanın daxili işlər orqanlarının tədris müəssisələri, elmi-tədqiqat idarələri və 

digər bölmələri ilə, habelə başqa nazirliklərin və baş idarələrin tədris və elmi təşkilatları ilə 

qarşılıqlı fəaliyyətini təşkil etmək; 

-  qanunvericiliyə  əsasən,  eləcə  də  daxili  işlər  naziri  tərəfindən  təsdiq  olunmuş 

Nizamnaməyə  müvafiq  olaraq  müdavim  və  dinləyicilərin  qəbul  edilməsi,  buraxılışı,  xaric 

edilməsi, habelə D N rəhbərliyinin razılığı ilə Akademiyadan başqa ali məktəbə və ya əksinə 

köçürülməsi; 

-  Azərbaycan  Respublikası  D N-in  kadrlarla  iş  fəaliyyətinə  dair  normativ  aktların 

tələblərinin  icrasını  təşkil  etmək  Akademiyanın  şəxsi  heyətinin  seçilməsi,  yerləşdirilməsi, 

təhsili və tərbiyəsi işinə rəhbərlik etmək; 

-  Akademiyada  nizam-intizam  qaydalarına,  dövlət  və  xidməti  sirrin  saxlanılmasını, 

məxfiçilik  reciminə  riayət  olunmasını  təmin  etmək,  səfərbərlik  işi  və  mülki  müdafiə 

sahəsində zəruri tədbirlər keçirmək; 

-  tədris,  elmi-tədqiqat  işlərinin  keyfiyyətinin  yüksəldilməsi,  maddi-texniki  bazanın 

möhkəmləndirilməsi  və  inkişafı  üçün  tədbirlər  hazırlamaq  və  həyata  keçirmək,  maliyyə-

təsərrüfat  fəaliyyətini  təkmiləşdirmək,  maddi-texniki  ehtiyatların  və  pul  vəsaitinin 

toxunulmazlığını  təmin  etmək  və  bunlardan  qənaətlə  istifadə  etmək,  əmək  şəraitinin 

təhlükəsizliyini təmin etmək, onu səmərəli təşkil etmək; 

- Akademiyanın daimi heyətinin ixtisasının və hazırlığının artırılmasını təşkil etmək; 

-  sosial sahənin inkişafı üçün tədbirlər görmək; 

 -  intizamlı  və  təşəbbüskar  əməkdaşları  təhsil  almaq  üçün  ali  təhsil  müəssisələrinə 

göndərmək. 

Ş

tat  sayının  və  əmək  haqqı  fondunun  dəyişdirilməsi,  müvafiq  təklif  və  təqdimat 



ə

sasında, D N tərəfindən həyata keçirilir. 

Akademiyada  daxili  qaydalar  hərbi  tədris  müəssisələrindəki  daxili  qaydalara  uyğun 

olaraq müəyyən edilir. 

Akademiyanın  fəaliyyətinin  əsas  məsələlərinə  baxılması  üçün  rəisin  sədrliyi  ilə 

Akdemiyanın  Elmi  Şurası  təşkil  olunur.  Şura,  öz  işini  “Elmi  şura  haqqında”  Azərbaycan 

Respublikası  Təhsil  Nazirliyi  tərəfindən  təsdiq  olunmuş  Əsasnamənin  tələblərinə  müvafiq 

surətdə həyata keçirir. 

Akademiyanın  cari  işinin  təşkilinə,  Azərbaycan  Respublikası  D N-in  normativ 

aktlarının  icrası  ilə  bağlı  əməli  məsələlərə  Akademiyanın  rəisi  yanında  təşkil  olunmuş 

ə

məliyyat müşavirələrində baxılır. 



Akademiyaya  verilmiş  hüquqlar  onun  rəisi  və  funksional  vəzifələrinə  müvafiq 

müavinlər və köməkçilər tərəfindən həyata keçirilir. 

         Akademiya,  qarşısında  qoyulmuş  vəzifələrin  həyata  keçirilməsi  üçün  aşağıdakı 

hüquqlara malikdir: 

-  yuxarı  orqanların  səlahiyyətinə  aid  edilməyən  və  mövcud  qanunvericiliyə  zidd 

olmayan zəruri qərarlar qəbul etmək və tədbirlər həyata keçirmək; 

- Akademiyanın ştatlarında dəyişikliklər edilməsi barədə təkliflər irəli sürmək. 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə