Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə240/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   236   237   238   239   240   241   242   243   244

 

449 


 

G   R   Ş 

13.

 Vergi sahəsində dövlət idarəetməsinin anlayışı və təşkilati-hüquqi əsasları. 



14.

 Gömrük sahəsində dövlət idarəetməsinin anlayışı və təşkilati-hüquqi əsasları. 



Ə T   C Ə 

 

 



Ə

 D Ə B   Y Y A T: 

 

 

38.



 Azərbaycan Respublikasının Konstitusiyası. 

39.


 Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 11 iyun 2000-ci il/ 

40.


 “Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyinin  yaradılması  haqqında” 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 11 fevral 2000-ci il. 

41.

 “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi 



barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 29 mart 2001-ci il. 

42.


 “Dövlət  vergi  orqanlarında  xidmət  haqqında  Əsasnamənin  təsdiq  edilməsi  barədə” 

Azərbaycan Respublikasının Qanunu. 12 iyun 2001-ci il. 

43.

 Azərbaycan  Respublikasının  Vergi  qanunvericiliyi.  Yeni  sənədlər.  I-II  hissə.  Qanun. 



2002. 

44.


 Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi. 

45.


 Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsi. 

46.


 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. 10 iyun 1997-ci il. 

47.


  “Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsinin  yaradılması  haqqında” 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 30 yanvar 1997-ci il.  

48.

  “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin strukturu və Əsasnaməsinin 



təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 27 oktyabr 

1998-ci il. 

49.

  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu. 21 iyul 2000-ci il. 



50.

  “Gömrük  orqanlarında  xidmət  haqqında  Əsasnamənin  təsdiq  edilməsi  haqqında” 

Azərbaycan Respublikasının Qanunu. 7 dekabr 1999-cu il. 

51.


  “Əməliyyat-axtarış  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu.  28 

oktyabr 1999-cu il. 

52.

  C.Nuriyev. “Gömrük hüququ”. Dərslik. Bakı, 2004. 



53.

  Dərslik. “ nzibati hüquq”. E.Abdullayev. Bakı, 2001. 

           17. A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 

           18.E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 

19.A.Korenev.“Administrativnoe pravo Rossii”. Çastğ 2. Dərslik. Moskva, 1999. 

 

G   R   Ş 

 

Azərbaycan  Respublikasının  iqtisadiyyatının  idarəetmə  strukturunu  təkmilləşdirmək, 



dövlət  maliyyə  intizamını  gücləndirmək,  dövlət  büdcəsinə  daxilolmaların  yığılmasının 

səmərəliliyini artırılması sahəsində vergi orqanlarının fəaliyyətinin əhəmiyyəti böyükdür. Belə 

ki, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan 

Respublikasında dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və 




 

450 


 

digər daxilolmaların  vaxtında və  tam  yığılmasını təmin  edən və  bu sahədə  dövlət  nəzarətini 

həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanı  olan  Vergilər  Nazirliyi  yaradılmışdır.  Bütün 

bu göstərilənlər hər bir dövlətin qüdrətli dövlət kimi formalaşmasında əsas rol oynayan vergi 

sahəsində dövlət idarəetməsində öz əksini tapır. 

Mövzunun birinci sualında yuxarıda göstərilənlərin açıqlanması ilə yanaşı, bu sahənin 

fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar haqqında qeyd olunacaqdır. 

Mövzunun ikinci sualı gömrük sahəsində dövlət idarəetməsi ilə bağlıdır. Ümumiyyətlə 

qeyd  etməliyik  ki,  gömrük  siyasəti-Azərbaycan  Respublikasının  gömrük  ərazisində  gömrük 

nəzarəti  və  mal  dövriyyəsinin  daha  səmərəli  tənzimlənməsi,  daxili  bazarın  qorunması,  milli 

iqtisadiyyatın  inkişafının  stimullaşdırılması,  dövlətin  iqtisadi  siyasətindən  irəli  gələn 

vəzifələrin  yerinə  yetirilməsi  habelə  beynəlxalq  normalara  uyğun  gömrük  işinin  təşkili  və 

həyata keçirilməsindən ibarətdir. 

Azərbaycan  Respublikasında  dövlətin  daxili  və  xarici  siyasətinin  tərkib  hissəsi  olan 

vahid  gömrük  siyasəti  həyata  keçirilir.  Gömrük  siyasətini  həyata  keçirən  orqanlar  icra 

hakimiyyəti  orqanı  olub,  fəaliyyətinin  xarakterinə  görə  hüquq-mühafizə  orqanıdır.  Digər 

tərəfdən  gömrük  orqanları  onların  qarşısında  duran  vəzifələri  yerinə  yetirmək  üçün 

qanunvericiliklə  onlara  verilmiş  səlahiyyətlər  daxilində gömrük  işi sahəsində, habelə  onunla 

ə

laqədar  olan  digər  idarəetmə  sahələri  ilə  birlikdə  öz  vəzifə  və  funksiyalarını  özünəməxsus 



forma və metodlarla həyata keçirən dövlət orqanıdır.  

Gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan, 

gömrük  orqanlarına  rəhbərlik  edən  hüquq-mühafizə  orqanı-Dövlət  Gömrük  Komitəsi 

haqqında da bu sualın açıqlanması ilə siz hüquqi biliklər əldə edəcəksiniz. 

ndi də mövzunun birinci sualının açıqlanmasına keçək. 

 

 



SUAL I . Vergi sahəsində dövlət idarəetməsinin anlayışı  

və təşkilati-hüquqi əsasları. 

 

Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  formalaşmasında  vergilərin  vaxtında 



ödənilməsi  mühüm  rol  oynayır.  Bir  sıra  sosial  tədbirlərin  həyata  keçirilməsi  vergilərin 

hesabına əldə olunmuş gəlirlərin köməyi ilə mümkün olur. Göstərilənlər müstəqillik əldə edən 

Azərbaycan Respublikasının Konstitusiyasının (Əsas Qanununun) 73-cü maddəsində öz əksini 

tapmışdır. Konstitusiyanın bu maddəsində göstərilmişdir ki: 

“Qanunla  müəyyən  edilmiş  vergiləri  və  başqa  dövlət  ödənişlərini  tam  həcmdə  və 

vaxtında ödəmək hər kəsin borcudur. 

Heç  kəs  qanunla  nəzərdə  tutulmuş  əsaslar  olmadan  və  qanunda  göstərilmiş  həcmdən 

ə

lavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. 



Konstitusiyanın bu müddəası dövlət büdcəsinin formalaşması üçün vergilərin və başqa 

dövlət ödənişlərinin qanunla müəyyən edilməsi prinsipinin vacibliyini göstərir. 

 Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinin  4-cü  maddəsinə  əsasən  Azərbaycan 

Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 

- dövlət vergiləri; 

- muxtar respublika vergiləri; 

- yerli vergilər (bələdiyyə vergiləri). 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə