Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə242/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   236   237   238   239   240   241   242   243   244

 

453 


 

7.  “Əməliyyat-axtarış  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 

binalara  (yaşayış  sahələri  istisna  olmaqla),  qurğulara  və  torpaq  sahələrinə  daxil  olmaq  və 

baxış keçirmək; 

8.“Əməliyyat-axtarış  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 

nəzarət qaydasında mal-alqısını həyata keçirmək; 

9.  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsi  ilə  müəyyən  edilmiş 

qaydada təhqiqat aparmaq; 

10.  Vergi  Məcəlləsi  və  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktları  ilə 

vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək. 

Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin 

qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlər. 

 Vergi orqanlarının vəzifələri: 

1.  vergilərin  düzgün  hesablanmasına,  tam  və  vaxtında  ödənilməsinə  nəzarət  etməyə, 

vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 

2.  vergi  ödəyicilərinin  hüquqlarını  və  qanuni  mənafelərini  gözləməyə  və  müdafiə 

etməyə; 

 3.  vergi  qanunvericiliyi  və  vergi  qanunvericiliyində  edilən  dəyişikliklər  barədə  vergi 

ödəyicilərinə,  kütləvi  informasiya  vasitələri  və  ya  fərdi  qaydada  əvəzsiz  olaraq  məlumat 

verməyə,  müəyyən  edilmiş  hesabat  formalarının  doldurulması  qaydalarını  izah  etməyə, 

vergilərin  hesablanması  və  ödənilməsi  barədə  izahatlar  verməyə,  vergi  ödəyicilərinə  onların 

hüquq və vəzifələrini izah etməyə; 

4.  vergi  qanunvericiliyinin  pozulması  hallarına  dair  məlumatları  toplamağa,  təhlil 

etməyə və qiymətləndirməyə, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin 

aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verməyə; 

5. vergi ödəyicilərinin uçotunu aparmaq; 

6.  qanunvericilikdə  nəzərdə  tutlmuş  qaydada  vergi  ödəyiciləri  haqqında  məlumatın,  o 

cümlədən  vergi  və  kommersiya  sirrinin  qorunması  qaydalarına  riayət  etməyə  və  onu  təmin 

etməyə; 

7. tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirməyə; 

8.  Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə  vergi  orqanlarının  təyinatına 

uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. 

 Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən vəzifələri vardır: 

1.  Vergi  Məcəlləsinə  və  Azərbaycan  Respublikasının  digər  qanunlarına  ciddi  riayət 

etmək; 

2. orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək; 



3.  vergi  ödəyicilərinə,  onların  nümayəndələrinə  və  vergi  münasibətlərinin  digər 

iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq. 

Vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğundadırlar. Bu öz əksini 21 iyul 2000-

ci  il  tarixli  “Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  2.3-cü 

maddəsində tapmışdır. 

Vergi  orqanlarının  vəzifəli  şəxsləri  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi 

tərəfindən müəyyən edilmiş qaydada vəzifəyə təyin olunur və vəzifədən azad olunurlar. 

Vergi  orqanlarının  vəzifəli  şəxsləri  elmi,  pedaqoci  və  yaradıcılıq  fəaliyyəti  istisna 

olmaqla, heç bir sahibkarlıq və digər ödənişli fəaliyyət növləri ilə məşğul ola bilməzlər. 



 

454 


 

 Vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən aşağıdakı hallarda öz xidməti vəzifələrini 

vergi ödəyicilərinə münasibətdə həyata keçirmək yolverilməzdir: 

1. vergi  orqanlarının vəzifəli  şəxsləri  ilə  vergi ödəyiciləri  arasındakı  münasibətlər  ailə 

üzvlərinin münasibətləri olduqda; 

2.  vergi  orqanlarının  vəzifəli  şəxslərinin  və  ya  onların  ailə  üzvlərinin  bilavasitə  və  ya 

dolayısı ilə vergi ödəyicisində (onun fəaliyyətində) maliyyə marağı olduqda. 

Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya 

işdən  çıxdıqdan  sonra  qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə)  xidməti  vəzifələrini 

yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı 

məlumatın məxfiliyini qorumağa borcludurlar. 

 Aşağıdakı  məlumatlar  istisna  olmaqla,  vergi  orqanı  və  onun  vəzifəli  şəxsləri 

tərəfindən  vergi  ödəyicisi  barədə  əldə  edilən  istənilən  məlumat  kommersiya  (vergi)  sirri 

hesab edilir: 

1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 

2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 

3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 

4.  vergi  qanunvericiliyinin  pozulması  və  bu  hüquq  pozulmalara  görə  məsuliyyət 

tədbirləri haqqında. 

Kommersiya  sirri  vergi  orqanları,  onların  vəzifəli  şəxsləri  tərəfindən  qanunla  nəzərdə 

tutulmuş hallar istisna olmaqla açılmamalıdır. 

 

Vergi qanunvericiliyi, vergi nəzarəti və onun həyata  



keçirilməsi formaları. 

 

Vergi  orqanları  vergilərin  tam  və  vaxtında  yığılmasını  təmin  etmək  məqsədi  ilə  vergi 



nəzarətini  həyata  keçirirlər.  Vergi  nəzarəti  vergi  ödəyicilərinin  və  vergitutma  obyektlərinin 

uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. 

Vergi  nəzarətini  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində  və  Gömrük 

Məcəlləsində  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  Azərbaycan  Respublikasının  Vergilər 

Nazirliyi və Dövlət Gömrük Komitəsi həyata keçirirlər. 

Vergi  nəzarəti  vergi  orqanlarının  və  gömrük  orqanlarının,  onların  vəzifəli  şəxslərinin 

səlahiyyətləri  hədlərində  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə,  Gömrük 

Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. 

Vergi  orqanları  vergi  nəzarətini  vergi  ödəyicilərinin  və  vergitutma  obyektlərinin 

uçotunu  aparmaqla,  uçot  və  hesabat  məlumatlarını  yoxlamaqla,  vergi  ödəyiciləri  və  digər 

şə

xslər  arasında  sorğu  aparmaqla,  gəlir  əldə  etmək  üçün  istifadə  olunan  binaları  müayinə 



etməklə  və  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi  ilə  müəyyən  edilmiş  digər 

formalarda həyata keçirirlər. 

Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi  Azərbaycan  Respublikasında  vergi 

sistemini,  vergitutmanın  ümumi  əsaslarını,  vergilərin  müəyyən  edilməsi,  ödənilməsi  və 

yığılması  qaydalarını,  vergi  ödəyicilərinin  və  dövlət  vergi  orqanlarının,  habelə  vergi 

münasibətlərinin  digər  iştirakçılarının  vergitutma  məsələləri  ilə  bağlı  hüquq  və  vəzifələrini, 

vergi  nəzarətinin  forma  və  metodlarını,  vergi  qanunvericiliyinin  pozulmasına  görə 

məsuliyyəti,  dövlət  vergi  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin  hərəkətlərindən 

(hərəkətsizliyindən)  şikayət  edilməsi  qaydalarını  müəyyən  edir.  Bu  Məcəllə  ilə  Naxçıvan 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə