Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə243/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   236   237   238   239   240   241   242   243   244

 

455 


 

Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən 

edilir. 

Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında vergitutma və 

vergi  nəzarəti  məsələləri  üzrə  ziddiyyət  yarandıqda  vergi  qanunvericiliyinin  aktları  tətbiq 

edilir. 


Vergilər  haqqında  qanunvericilik  vergitutmanın  ümumi,  bərabər  və  ədalətli  olmasına 

ə

saslanmalıdır. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 



Hər  kəsin  konstitusiya  hüquqlarının  və  azadlıqlarının  həyata  keçirilməsinə  maneçilik 

törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 

Azərbaycan  Respublikasının  vahid  iqtisadi  məkanını  pozan  (xüsusilə,  Azərbaycan 

Respublikasının  ərazisində  malların  (işlərin,  xidmətlərin)  və  pul  vəsaitlərinin  azad 

yerdəyişməsini  bilavasitə  və  ya  dolayısı  ilə  məhdudlaşdıran  və  ya  digər  yolla  vergi 

ödəyicilərinin  qanuni  fəaliyyətini  məhdudlaşdıran,  yaxud  maneçilik  törədən)  vergilərin 

müəyyən edilməsinə yol verilmir. 

Heç  bir  şəxs  əldə  etdiyi  mənfəətdən  (gəlirdən)  eyni  növ  vergini  bir  dəfədən  artıq 

etməyə və ödəməyə məcbur edilə bilməz. 

Vergilər siyasi, ideoloci, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan 

digər  xüsusiyyətlər  əsas  götürülməklə  müəyyən  edilə  bilməz  və  diskriminasiya  xarakteri 

daşıya bilməz. 

Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən 

asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır. 

Azərbaycan  Respublikasına  gətirilən  mallar  üçün  həmin  malların  hansı  ölkədən 

gətirilməsindən  asılı  olaraq,  Vergi  Məcəlləsinə  və  gömrük  qanunvericiliyinə  uyğun  olaraq 

müxtəlif gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi mümkündür. 

Azərbaycan Respublikasının vergiləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir, onların 

dəyişdirilməsi  və  ya  ləğv  edilməsi  həmin  Məcəlləyə  dəyişiklik  edilməsi  ilə  həyata  keçirilir. 

Heç bir şəxsin üzərinə Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik 

olan və onunla müəyyən edilməyən, yaxud onunla müəyyən edilən qaydalardan fərqli olaraq 

müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 

Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Vergilər haqqında 

qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, şübhələri vergi ödəyicisinin 

xeyrinə şərh edilməlidir. 

Fiziki  və  hüquqi  şəxslərin  vergilərə  aid  normativ-hüquqi  aktlara  azad  tanış  olmaq 

imkanı təmin edilməlidir. 

Tərkibində  Azərbaycan  Respublikasında  yerləşən  filial  və  (və  ya)  nümayəndəlikləri 

olan  hüquqi  şəxslər  vergi  ödəyicisi  kimi  həm  özünün  olduğu  yer  üzrə,  həm  də  özünün  hər 

filial və (və ya) nümayəndəliyinin olduğu yer uçota alınır. 

Dövlət  qeydiyyatını  həyata  keçirən  Vergilər  Nazirliyi  uçot  üçün  müraciət  etmiş 

şə

xslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin 



sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. 

Daimi  nümayəndəliyin vergi orqanlarında  uçota  alınması  Azərbaycan  Respublikasının 

hüquqi  şəxsləri  üçün  müəyyən  edilmiş  qaydada  həyata  keçirilir.  Olduğu  yer  üzrə  vergi 

tutulmalı olan daşınmaz əmlakın və ya nəqliyyat vasitəsinin vergi orqanlarında uçota alınması 

üçün  ərizə  həmin  əmlakın  qeydə  alındığı  gündən  30  gün  müddətində  verilməlidir.  Vergi 

orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. 




 

456 


 

Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər  

ortaya  çıxdıqda,  təqdim  olunmuş  məlumatlar  əsasında  yuxarı  vergi  orqanı  tərəfindən  qəbul 

edilir. 


Beləliklə,  dövlət  vergi  orqanları  Azərbaycan  Respublikasında  iqtisadiyyatın  idarəetmə 

strukturunu  təkmilləşdirmək,  dövlət  maliyyə  intizamını  gücləndirmək,  dövlət  büdcəsinə 

daxilolmaların yığılmasını həyata keçirir. 

Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi  (bundan  sonra  Nazirlik)  Azərbaycan 

Respublikasında dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və 

digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini 

həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 

Nazirlik hüquqi şəxsdir, müstəqil balansa, üzərində Azərbaycan Respublikasının dövlət 

gerbinin  təsviri  və  öz  adı  həkk  olunmuş  möhürə,  müvafiq  ştamplara,  blanklara,  bank 

hesablarına malikdir. 

Nazirlik  dövlət  büdcəsinin  vəsaiti  hesabına  və  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir. 

Azərbaycan  Respublikası  Prezidentinin  11  fevral  2000-ci  il  tarixli  fərmanına  əsasən, 

Azərbaycan Respublikasının  Vergilər  Nazirliyi  yaradılmışdır. Prezidentin 29  mart 2001-ci il 

tarixli  fərmanına  əsasən  isə  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi  haqqında 

Ə

sasnamə təsdiq edilmişdir. 



 Vergilər Nazirliyin vəzifələri aşağıdakılardır: 

1.  Azərbaycan  Respublikasının  dövlət  vergilərinin  və  digər  büdcə  daxilolmalarının 

düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, 

vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək; 

2. vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinə məlumatların verilməsini, vergilərin 

hesablanması və ödənilməsi barədə onları əvəzsiz olaraq izahatların verilməsini təmin etmək; 

3.  vergi  sahəsində  hüquq  pozuntularını  doğuran  səbəbləri  araşdırmaq  və  belə  halların 

aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək; 

4. vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək; 

5.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  digər  vəzifələri 

yerinə yetirmək. 

Vergilər Nazirliyi aşağıdakı funksiyaları həyata keçirir: 

- vergi siyasətinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır; 

-  Azərbaycan  Respublikasının  vergi  qanunvericiliyinə  riayət  olunmasını,  dövlət 

vergilərinin  və  ona  həvalə  edilmiş  digər  daxilolmaların  düzgün  hesablanmasını,  vaxtında  və 

tam  məbləğdə  dövlət  büdcəsinə  köçürülməsi  ilə  bağlı  dövlət  vergi  orqanlarının  işini  təşkil 

edir; 

-  vergi  qanunvericiliyinə  riayət  olunmasını  təmin  edən  tədbirlər  hazırlayır  və  həyata 



keçirir; 

-  hesablanmış  və  təyinatı  üzrə  daxil  olmuş  vergilərin  uçotunu  aparır  və  bu  barədə 

Respublika Prezidentinə, Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə məlumat verir; 

- vergi ödəyicilərinin uçotunu aparır; 

-  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  vergi  ödəyiciləri  haqqında  məlumatın,  o 

cümlədən, vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət edir və onu təmin edir; 

- ərazi vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirir; 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə