Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə3/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   2   3   4   5   6   7   8   9   ...   244

 

 



  proqnozlaşdırma; 

  dəqiqləşdirilmiş (doğru) məlumat; 

  planlaşdırma; 

  təşkiletmə; 

  nizamlama və operativ sərəncam vermə; 

  koordinasiya (əlaqələndirmə); 

  nəzarət (yoxlama); 

  uçot (qeydiyyat) və s. 

a)  proqnozlaşdırma  funksiyası  elmi  nailiyyətlər  nəticəsində  alınmış  məlumatlara 

ə

sasən  hər  hansı  hadisə  və  ya  proseslərin  inkişafında  baş  verə  biləcək  dəyişikliklərin 



qabaqcadan  görülməsidir.  Bunsüz  nə  cəmiyyətin  gələcək  vəziyyətini,  nə  də  hər  hansı  bir 

regionun və ayrı-ayrı sosial proseslərin gələcək vəziyyətini müəyyən etmək olmaz; 

b)  dəqiqləşdirilmiş(doğru)  məlumat  funksiyası  ictimai  münasibətlərin  qarşılıqlı 

ə

laqələrinin  nizama  salınması  üçün  cəmiyyətdə  törəyən,  yaranan  və  sənədləşdirilən 



biliklərin, məlumatların və xəbərlərin məcmusudur; 

c)  planlaşdırma  funksiyası  bu  və  ya  digər  fəaliyyətin,  proseslərin  (iqtisadi,  mədəni, 

müdafiə  və  s.)  inkişafının  dəqiq  kəmiyyət  və  keyfiyyət  göstəricilərinin,  istiqamətlərinin, 

vəzifə  və  nəticələrinin,  məqsədinin,  sürətinin  (tempinin)  və  s.  əvvəlcədən  müəyyən 

edilməsindən ibarətdir; 

ç)  təşkil  etmə  funksiyası    məzmunca,  idarəetmənin  vahid  (tam)  sisteminə  daxil  olan 

idarəedən və idarəolunan sistemaltıların təşkil edilməsindən ibarətdir. Təşkil etmə dedikdə, 

nəyəsə  düzgün  görünüş  vermək,  hissələrin  yerləşməsini  və  hər  bir  hissəsinin  funksiyasını 

müəyyən etməklə nizamasalmaq başa düşülür. Buna misal olaraq idarə, müəssisə, təşkilat və 

orqanların  yaranmasını,  ləğv  edilməsini,  birləşməsini  və  ayrılmasını,  onların  hüquq  və 

vəzifələrinin,  struktur  və  ştatlarının  müəyyən  edilməsini,  eləcə  də  kadrların  seçilməsini  və 

yerləşdirilməsini və s. göstərmək olar; 

d) nizamlama və operativ sərəncam vermə funksiyası hər hansı bir fəaliyyətdə bu və 

ya  digər  hərəkətlərin  həyata  keçirilmə  qaydasının  (onların  məzmununa  birbaşa  təsir 

göstərməmək  şərti  ilə)  müəyyən  edilməsindən  və  ya  onlara  dolayı  yollarla  təsir 

göstərilməsindən  ibarətdir.  Operativ  sərəncam  vermə  dedikdə,  idarəedilən  obyektlərin 

fəaliyyətinə təsir edən cari göstərişlərin verilməsi başa düşülür; 

e)  razılaşdırılma  funksiyası  ümumi  məqsədə  nail  olmaq  məqsədi  ilə  ayrı-ayrı  idarə, 

müəssisə,  təşkilat  və  orqanların  fəaliyyətlərinin  əlaqələndirilməsini  (koordinasiyası)nəzərdə 

tutur ; 


ə

)  nəzarət  funksiyası  idarəetmənin  faktiki  vəziyyətinin  əvvəlcədən  verilən  vəziyyətə 

uyğun  olub-olmamasının  və  cari  işlərin  verilən  göstəriş  əsasında  aparılmasının  müəyyən 

edilməsindən  ibarətdir.  Bu  funksiya  idarəolunan  obyektin  əvvəlcədən  müəyyən  edilmiş 

fəaliyyət  istiqamətlərindən  yayınması  ilə  bağlı  mübahisələrin  aşkar  olunmasına  və  onların 

aradan  qaldırılmasına,  belə  yayınmalarda  günahı  olanların  məsuliyyətə  cəlb  olunmasına, 

eləcə də əvvəllər qəbul edilmiş qərarları dəqiqləşdirməyə və onlara düzəlişlər etməyə imkan 

yaradır. 

darəetmə  prosesində  istifadə  olunan  ümumi  funksiyalardan  biri  də  uçot  (qeydiyyat) 

funksiyasıdır. 

f)  uçot(qeydiyyat)  funksiyası  nəzarət  funksiyası  ilə  sıx  bağlıdır.  Bu  funksiyanın 

mahiyyəti  vəsaitlərin  (insan,  maddi,  pul  və  s.)  mövcudluğu  və  sərf  olunması,  qərarların 




 

 



yerinə yetirilməsi üzrə fəaliyyətin nəticələri, sənədlərin mövcudluğu haqqında məlumatların 

say formasında işlənilməsi və qeyd olunmasından ibarətdir. 

 

  darəetmə  sistemi  subyektlər  və  obyektlər  arasında  əlaqə  kanallarının  məcmusu  olub,  



idarəetmənin subyektlərinə və obyektlərinə xas olan əlamətləri özündə əks etdirən varlıqdır.                     

 

  darəetmə  prosesi  sonsuz  bir  prosesdir.  O  bir-birini  tamamlayan  və  ardıcıl  olaraq 



dəyişən mərhələlərdən ibarətdir. 

darəetmə prosesinin aşağıdakı mərhələləri mövcuddur: 

  həll edilən problemin araşdırılması və onun təhlili;        

  qərar layihəsinin hazırlanması; 

  layihənin müzakirəsi və ona ekspert qiymətinin verilməsi; 

  aidiyyəti olan orqan və təşkilatlarla razılaşdırılması; 

  qərar layihəsinin təsdiqi (ona mütləq hüquqi qüvvənin verilməsi); 

  qərarın icraçılara çatdırılması; 

  qərarın icrası; 

  qərarın icrasına nəzarətin həyata keçirilməsi. 

Birinci sualı yekunlaşdıraraq qeyd etmək istərdim ki: 

1.  darəetmə  latın  mənşəli  administratio  (lat:  administratio  idarəetmə)  sözündən 

götürülmüşdür.  O  müəyyən  fəaliyyət  növünü xarakterizə  edən  universal  vasitə  olub,içtimai 

ə

həmiyyət kəsb edən məqsədlərə nail olmaq üçün həyata keçirilən hərəkətlər məcmusudur.        



2. Sosial idarəetmənin aşağıdakı növləri mövcuddur: 

  dövlət idarəetməsi; 

  qeyri-dövlət idarəetməsi; 

3.  darəetmənin elementləri aşağıdakılardır: 

  idarəetmənin subyekti; 

  idarəetmənin obyekti; 

  idarəetmənin düzünə (birbaşa) və əksinə olan əlaqələri; 

  idarəetmənin sistemi; 

  idarəetmənin funksiyaları. 

4.  darəetmənin   xüsusi, təminedici və ümumi funksiyaları mövcuddur.  darəetmənin 

ümumi funksiyaları aşağıdakılardır: 

  proqnozlaşdırma; 

  dəqiqləşdirilmiş (doğru) məlumat; 

  planlaşdırma; 

  təşkiletmə; 

  nizamlama və operativ sərəncam vermə; 

  koordinasiya (əlaqələndirmə); 

  nəzarət (yoxlama); 

  uçot (qeydiyyat) və s. 

5.  darəetmə prosesinin aşağıdakı mərhələləri mövcudur: 

  həll edilən problemin araşdırılması və onun təhlili; 

  qərar layihəsinin hazırlanması; 

  layihənin müzakirəsi və ona ekspert qiymətinin verilməsi; 

  aidiyyatı olan orqan və təşkilatlarla razılaşdırılması; 

  qərar layihəsinin təsdiqi; 

  qərarın icraçılara çatdırılması; 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə