Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə4/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   2   3   4   5   6   7   8   9   ...   244

 

 



  qərarın icrası; 

  qərarın  icrasına nəzarətin həyata keçirilməsi. 

 

Sual II.  

Dövlət idarəetməsinin anlayışı, subyektləri, əlamətləri, prinsipləri  

və funksiyaları 

Dövlət  idarəetməsi″  sosial  idarəetmənin  növlərindən  biri  olub,  öz  xüsusiyyətlərinə 



görə sosial idarəetmənin digər növlərindən fərqlənir. Sosial idarəetmənin başqa növlərindən 

fərqli olaraq ″dövlət idarəetməsi″ daha geniş istifadə olunan idarəetmə növüdür. 

Dövlət  idarəetməsi″  məhfumundan  elmi  ədəbiyyatlarda  və  bir  çox  ölkələrin 



qanunlarında geniş istifadə olunur. Azərbaycan Respublikası Sovetlər  ttifaqı tərkibinə daxil 

olduğu müddətdə də bu məhfumdan geniş istifadə olunmuşdur. Sovetlər  ttifaqı dağıldıqdan 

və Azərbaycan Respubli-kası öz müstəqilliyini qazandıqdan sonra xalqımız özünün çoxəsrlik 

dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini 

və  ərazi  bütövlüyünü  qorumağa  qadir  olan  demokratik,  hüquqi  və  dünyəvi  dövlət 

quruculuğuna başladı. 

12  noyabr  1995-ci  ildə  referendum  yolu  ilə  qəbul  olunmuş  Konstitusiyamız  bu 

məhfumdan imtina etdiyindən, onun əvəzinə ″icra hakimiyyəti″ işlədilməyə başlandı. Lakin 

bu  o  demək  deyildir  ki,  dövlət  idarəetməsi  mövcud  deyil  və  ya  bu  yalnız  məhfumların 

dəyişdirilməsidir.  Bu  dəyişiklik  Konstitusiya  ilə  elan  olunmuş  hakimiyyətlərin  bölünməsi 

prinsipi  ilə  izah  olunur.  Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci  maddəsinin  3-cü 

bəndinə  əsasən:  ″Azərbaycan  Respublikasında  dövlət  hakimiyyəti    hakimiyyətlərin 

bölünməsi prinsipi əsasında təşkil edilir: 

  qanunvericilik  hakimiyyətini  Azərbaycan  Respublikasının  Milli  Məclisi  həyata 

keçirir; 

  icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; 

  məhkəmə  hakimiyyətini  Azərbaycan  Respublikasının  məhkəmələri  həyata 

keçirirlər. 

Dövlət  idarəetməsi  dövlət  hakimiyyətinin  həyata  keçirilməsi  və  hakimiyyət 

səlahiyyətlərinin  reallaşdırılması  üzrə  dövlət  orqanlarının  fəaliyyət  növlərindən  biridir. 

darəetməni  həyata  keçirən  dövlət  orqanlarının    səlahiyyətləri  həcmcə  eyni  deyildir.  Bu 

Azərbaycan Respublikasının idarəçilik və quruluş forması ilə izah olunur. 

Dövlət  hakimiyyətinin  strukturu  hüquqi  cəhətdən  Azərbaycan  Respublikası 

Konstitusiyasında və qanunlarında öz əksini tapmışdır. Dövlət hakimiyyəti qarşıya qoyulan 

məqsədlərə  nail  olmaq  üçün  qanunlardan,  dövlət  aparatından,  maddi  ehtiyatlardan,  pul 

vəsaitlərindən və s. istifadə edir. 

Konstitusiyaya əsasən qanunverici, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət 

göstərir  və  öz  səlahiyyətləri  çərçivəsində  müstəqildirlər.  Hər  bir  dövlət  orqanı  ona  təhkim 

edilmiş işi müvafiq həcmdə  yerinə yetirir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti 

Azərbaycan  Respublikasının  Milli  Məclisi,  Respublika  Prezidenti  və  Azərbaycan 

Respublikasının  məhkəmələri  tərəfindən  həyata  keçirilir.  Yerli  özünüidarə  orqanları 

(bələdiyyələr) dövlət hakimiyyəti orqanları sisteminə daxil deyil. 

Qanunverici  hakimiyyətin  aparıcı  funksiyası  qanunların  hazırlanmasından  və  qəbul 

edilməsindən ibarətdir. 




 

 



Məhkəmə orqanları Konstitusiyamızın 130-132-ci maddələrinə əsasən, konstitusiyon, 

cinayət,  mülki  və  inzibati  xətalarla  bağlı  işlərə  baxırlar.  cra  hakimiyyəti  orqanlarının, 

onların  vəzifəli  şəxslərinin  və  hakimiyyət  nümayəndələrinin  fəaliyyətində  qanunçuluğa 

riayət olunmasına məhkəmə orqanları  müvafiq nəzarəti həyata keçirirlər. 

cra  hakimiyyəti  təşkilati-idarəetmə,  icraedici-sərəncamverici  xarakterli  funksiyaları 

həyata keçirir. Bu funksiyalar dövlət aparatının gündəlik fəaliyyət göstərməsini təmin etmək 

və  qanunların  icrası  üçün  reallaşdırılır.  cra  hakimiyyətinin  həyata  keçirilməsi  üçün 

səlahiyyətlər  Nazirlər  Kabinetinə,  nazirliklərə,  dövlət  komitələrinə  ,  icra  hakimiyyəti 

orqanlarına, onların ərazi orqanlarına və bir sıra vəzifəli şəxslərə həvalə edilir. 

Göstərilən  orqanların  təsərrüfat,  sosial-mədəni  və  inzibati-siyasi  sahədə  həyata 

keçirdikləri  rəhbərlik  əvvəllər  dövlət  idarəetməsi  kimi  adlandırılırdı.  Milli  Konstitusiyamız 

qəbul  olunarkən  ″dövlət  idarəetməsi″  məhfumundan  imtina  olundu  və  ″icra  hakimiyyəti″ 

məhfumu  işlədilməyə  başlandı.Bundan  sonra  qanunvericilikdə  icra  hakimiyyəti  orqanları 

dövlət  idarəetməsini həyata  keçirən  orqanlar  kimi  adlandırılmağa  başlandı.  Bu  iki məhfum 

bir-birinə  çox  yaxındır.  Qeyd  etmək  lazımdır  ki,  icra  hakimiyyəti  dövlət  idarəetməsi 

formasında həyata keçirilir. Dövlət idarəetməsi anlayışı icra hakimiyyəti anlayışından daha 

geniş məzmuna malikdir. Çünki bəzi dövlət idarəetmə funksiyaları digər dövlət hakimiyyəti 

orqanları  (Azərbaycan  Respublikasının  Milli  Məclisi  və  məhkəmə)  tərəfindən  həyata 

keçirilir.Məsələn, məhkəmə orqanları ədalət mühakiməsi ilə yanaşı, konkret işlərin baxılması 

zamanı  icra  hakimiyyəti  orqanları  aktlarının  qanunlara  uyğun  olub-olmamasına  nəzarəti  də 

həyata  keçirirlər.Azərbaycan  Respublikasının  Konstitusiyasının  8-ci  maddəsinə  əsasən: 

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir″. Ölkə  Prezidenti 



dövlət  hakimiyyətinin  bütün  qollarının  fəaliyyətini  razılaşdırır  və  əlaqələndirir. 

Konstitusiyanın  8-ci  maddəsinin  4-cü  bəndinə  əsasən,  Azərbaycan  Respublikasının 

Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.  

cra  hakimiyyəti  orqanları  öz  səlahiyyətləri  çərçivəsində  fərdi  və  normativ  xarakterli 

aktlar,  hüquq  tətbiqetmə  aktları  qəbul  etmək  hüququna  malikdirlər.  Bu  aktlar  qanunlara 

ə

saslanmalı,  onları  dəqiqləşdirməli  və  inkişaf  etdirməlidir.  cra  hakimiyyəti  orqanlarının 



qanunqüvvəli aktlar qəbul etməsi və onları reallaşdırması sərəncam vermə xarakteri daşıyır. 

Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki,  

 Dövlət  idarəetməsi  onun  fəaliyyət  formalarından  biri  olaraq,  dövlətin  vəzifə  və 

funksiyalarının  həyata  keçirilməsindən  ibarətdir.  Dövlət  idarəetməsi  dövlət  orqanlarının 

icraedici-sərəncam verici fəaliyyətlərində özünü biruzə verir. 

 

 Dövlət idarəetməsinin mahiyyəti qanunların və qanunqüvvəli aktların icrasının həyata 



keçirilməsindən, dövlət quruculuğunun və  müdafiəsinin  möhkəmləndirilməsindən, insan  və 

vətəndaş hüquq və azadlıqlarının tam həcmdə təmin edilməsindən və inkişaf etdirilməsindən 

ibarətdir.  Qanunlarda  dövlət  idarəetməsini  həyata  keçirən  müxtəlif  orqanlar  üçün  müxtəlif 

həcmdə  icraedici-sərəncamverici  səlahiyyətlər  nəzərdə  tutulur.  Dövlət  idarəetmə  orqanının 

hüquqi  vəziyyətindən  asılı  olaraq  onların  icraedici-sərəncamverici  səlahiyyətləri  müəyyən 

edilir .  

Dövlət  idarəetmə  orqanları  öz  səlahiyyətləri  çərçivəsində  hakimiyyət  xarakterli 

səlahiyyətlərdən  istifadə  edirlər.  Bu  orqanlar  dövlət  məcburetmə  tədbirlərinin  tətbiq 

edilməsinə sərəncam vermək və onları tətbiq etmək hüququna malikdirlər. 

Dövlət idarəetməsinin subyektləri aşağıdakılardır: 

I. Dövlət orqanları: 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə