Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə5/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   2   3   4   5   6   7   8   9   ...   244

 

 



  qanunverici hakimiyyət orqanları (əsasən, daxili təşkilati işləri həyata keçirərkən); 

  məhkəmə hakimiyyəti orqanları (əsasən, daxili təşkilati məsələlərin həlli zamanı); 

  icra hakimiyyəti orqanları (idarəetmənin əsas subyektləri). 

 

II. Yerli özünüidarə orqanları (bələdiyyə orqanları). 



 

  «Bələdiyyələrin  statusu  haqqında»  Azərbaycan  Respublikasının  02.07.1999  tarixli 

Qanununun 42-ci maddəsinin məzmunundan aydın olur ki, istisna hallarda bələdiyyələr ayrı-

ayrı dövlət səlahiyyətlərini həyata keçirə bilərlər.  

           Dövlət  idarəetməsi  sosial  idarəetmənin  digər  növlərindən  özünəməxsus  əlamətlərinə 

görə fərqlənir.  

Bu əlamətlər aşağıdakılardır: 

  Dövlət  idarəetməsi  sosial-mədəni  və  iqtisadi  fəaliyyətə  bilavasitə  operativ 

rəhbərliyi həyata keçirir; 

  Dövlət idarəetməsi dövlət-hakimiyyət xarakterldir; 

  Dövlət idarəetməsi xüsusi səlahiyyətli subyektlər tərəfindən həyata keçirilir (icra 

hakimiyyəti orqanları); 

  Dövlət idarəetməsi  nəzarət altında həyata keçirilir; 

  Dövlət idarəetməsi  qanun qüvvəli xarakterə malikdir .  

 

 I. Dövlət idarəetməsinin ümumi (sosial-hüquqi) prinsipləri aşağıdakılardır: 



  obyektivlik (elmilik); 

  qanunçuluq və intizam; 

  konkretlilik (dəqiqlilik); 

  idarəetmədə vətəndaşların iştirakı; 

  effektivlik. 

 

II. Dövlət idarəetməsinin təşkilati prinsipləri aşağıdakılardır:  



  sahəvi prinsip; 

  xətti tabecilik prinsipi; 

  ərazi prinsipi; 

  funksional tabecilik prinsipi; 

  ikili tabeçilik prinsipi; 

  təkbaşçılığın və kollegiallığın uzlaşdırılması prinsipi; 

  səlahiyyətlərin səmərəli bölüşdürülməsi prinsipi. 

Dövlət  idarəetməsi  bütövlükdə  cəmiyyətin  obyektiv  qanunauyğunluqlarının  dərk 

edilməsi və istifadə edilməsi əsaslarında təşkil edilir və həyata keçirilir. 

 

Dövlət idarəetməsinin qarşısında duran məqsəd və vəzifələrin yerinə yetirilməsinə nail 



olmaq üçün dövlət idarəetmə orqanları müxtəlif metodlardan istifadə edirlər. 

 

 Dövlət  idarəetmə  prosesində  istifadə  olunan  metodların  məzmunundan  asılı  olaraq, 



onların aşağıdakı növləri var: 

  inzibati  metodlar  (məsələn:  müxtəlif  əmrlərin,  göstərişlərin,  təlimatların  və  s. 

tətbiq edilməsi); 

  iqtisadi  metodlar  (dövlət  idarəetmə  qərarlarının  yerinə  yetirilməsi  üçün  maddi 

marağın yaradılması) 

  ideoloji metodlar (mənəvi həvəsləndirmənin müxtəlif növləri və s.). 

Dövlət idarəetməsinin qarşısında duran məqsəd və vəzifələrin tam, vaxtında və effektiv 

yerinə yetirilməsi üçün müxtəlif məzmunlu funksiyalar həyata keçirilir. 




 

10 


 

 

Dövlət  idarəetmə  prosesində  icra  hakimiyyəti  orqanları  tərəfindən  həyata  keçirilən 



funksiyaların əsas növləri aşağıdakılardır: 

  proqnozlaşdırma  şəxsi  məlumatlar  və  elmi  məlumatlar  əsasında  hər  hansı  bir 

hadisə və ya proseslərin inkişafında gedən dəyişikliklərin qabaqcadan görülməsidir;  

  planlaşdırma  idarəolunan  fəaliyyətin  konkret  kəmiyyət  və  keyfiyyət 

göstəricilərinin, məqsədin, vəzifə və göstərilən nəticələrin müəyyən edilməsidir; 

  idarəedən  və  idarəolunan  sistemaltının  təşkili  idarəetmə  orqanlarının  təşkili, 

tabeçilik,  hüquq  və  vəzifələrin  müəyyən  edilməsi,  kadrların  seçilməsi  və  yerləşdiriliməsini 

nəzərdə tutur; 

  hüquqi  nizamasalma  istənilən  fəaliyyətin  hüquqi  rejiminin  müəyyən  edilməsi  və 

müvafiq strukturların fəaliyyət göstərməsini nəzərdə tutur; 

  ümumi  rəhbərlik  və  operativ  sərəncamvermə  işi  hər  hansı  fəaliyyətin  müəyyən 

edilmiş  qaydada  aparılmasına  ümumi  rəhbərliyinin  həyata  keçirilməsi  və  yaranan 

problemlərin tezliklə aradan qaldırılması məqsədilə operativ sərəncamverilmə tətbiq edilir; 

  müxtəlif  idarəetmə  orqanlarının,  vəzifəli  şəxslərin,  təşkilatların  fəaliyyətlərinin 

ə

laqələndirilməsi  (razılaşdırılma);  dövlət  idarəetməsində  bir  neçə  ayrı-ayrı  orqanların 



müəyyən vəzifələrin icrası üzrə birğə fəaliyyət ğöstərirlər və bu zaman onların fəaliyyətinin 

uzlaşdırılması tələb olunur buda məhz elə ğöstərilən funksiya vasitəsilə həyatakeçirilir;   

  yoxlama qanunların, planların və proqramların yerinə yetirilməsində pozuntuların 

aşkar  edilməsi  və  aradan  qaldırılması  üçün  faktiki  vəziyyətin  yoxlanılması  və  tədbirlərin 

tətbiq  edilməsi,  o  cümlədən  müəyyən  edilmiş  qaydanı  pozanlara  qarşı  tədbirlərin  tətbiq 

edilməsidir; 

  uçotun  aparılması  icraedici-sərəncamverici  fəaliyyətin,  o  cümlədən  onun  yekun 

nəticələrinin  həyata  keçirilməsi  üçün  maddi  və  digər  vəsaitlərin  (ehtiyatların)  istifadəsinin 

qeydiyyata alınmasıdır ; 

  məlumatlandırmanın təmin edilməsi və analitik işin aparılması; 

  metodiki rəhbərlik; 

  kadrlarla və maddi-texniki təminatlarla təmin etmək, maliyyələşdirmə və s. 

Göstərilən funksiyalar icra hakimiyyəti strukturları üçün xarakterikdir. Onların ətraflı 

təhlil edilməsi və təkmilləşdirilməsi sosial idarəetmə nəzəriyyəsinin predmetidir. 

cra  hakimiyyəti  orqanları  idarəetmə  prosesini  həyata  keçirirlər.  cra  hakimiyyəti 

orqanlarının idarəetmə prosesi aşağıdakı mərhələlərdən ibarətdir: 

  qərarın hazırlanması və qəbul edilməsi; 

  qəbul edilmiş qərarın yerinə yetirilməsinin təşkil edilməsi; 

  qəbul  edilmiş  qərarın  yerinə  yetirilməsinin  yoxlanılması  və  ona  nəzarətin həyata 

keçirilməsi; 

  idarəetmə prosesi nəticələrinə yekunun vurulması. 

Beləliklə, ikinci sualının açıqlanmasını yekunlaşdıraraq qeyd etmək istərdim ki:  

1. Dövlət idarəetməsi dövlət fəaliyyətinin formalarından biri olaraq, dövlətin vəzifə və 

funksiyalarının  həyata  keçirilməsindən  ibarətdir.  Dövlət  idarəetməsi  dövlət  orqanlarının 

icraedici-sərəncamverici fəaliyyətlərində özünü biruzə verir. 

2. Dövlət idarəetməsinin subyektləri aşağıdakılardır: 

       a) Dövlət orqanları: 

  qanunverici hakimiyyət orqanları (daxili təşkilati işləri həyata keçirərkən); 

  məhkəmə hakimiyyəti orqanları (daxili təşkilati məsələlərin həlli zamanı); 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə