Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə6/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   2   3   4   5   6   7   8   9   ...   244

 

11 


 

  icra hakimiyyəti orqanları (idarəetmənin əsas subyektləri). 

           b) Yerli özünüidarə orqanları (bələdiyyə orqanları). 

3. Dövlət idarəetməsində rəhbər tutulan prinsiplərin məzmunundan asılı olaraq  onlar 

aşağıdakı iki əsas qrupa bölünür: 

- dövlət idarəetməsinin ümumi (sosial-hüquqi) prinsipləri: 

  obyektivlik (elmilik); 



  qanunçuluq və intizam; 

  konkretlilik (dəqiqlilik); 



  idarəetmədə vətəndaşların iştirakı; 

  effektivlilik. 



          - dövlət idarəetməsinin təşkilati prinsipləri: 

  sahəvi prinsip; 



  xətti tabecilik prinsipi; 

  ərazi prinsipi; 



  funksional tabecilik prinsipi; 

  ikili tabeçilik prinsipi; 



  təkbaşçılığın və kollegiallığın uzlaşdırılması prinsipi; 

  səlahiyyətlərin səmərəli bölüşdürülməsi prinsipi. 



4. Dövlət idarəetmə metodları aşağıdakı növlərə bölünür: 

               -  inzibati  metodlar  (məsələn:  müxtəlif  əmrlərin,  göstərişlərin,  təlimatların  və  s. 

tətbiq edilməsi); 

             -  iqtisadi metodlar (dövlət idarəetmə orqanları qərarlarının yerinə yetirilməsi üçün 

maddi marağın yaradılması); 

             -   ideoloji metodlar (mənəvi həvəsləndirmənin müxtəlif növləri və s.). 

 

5. Dövlət idarəetmə prosesində aşağıdakı funksiyalar reallaşdırılır:  



  proqnozlaşdırma;  

  planlaşdırma; 

  idarəedən və idarəolunan sistemaltının təşkili; 

  hüquqi nizamasalma; 

  ümumi rəhbərlik və operativ-sərəncamvermə ; 

  müxtəlif  idarəetmə  orqanların,  vəzifəli  şəxslərin,  təşkilatların  fəaliyyətinin 

qabaqcadan və cari əlaqələndirilməsi; 

  yoxlama; 

  icraedici-sərəncamverici fəaliyyətin uçotunun aparılması; 

  məlumatlandırmanın təmin edilməsi və analitik işin aparılması; 

  metodiki rəhbərlik; 

  maddi-texniki təminat və s. 



Sual III  

cra hakimiyyətinin anlayışı, xüsusiyyətləri və məqsədi  

Vahid  dövlət  hakimiyyətini  təşkil  edən  qanunverici,  icra  və  məhkəmə  hakimiyyəti 

qarşılıqlı  fəaliyyət  göstərir  və  öz  səlahiyyətləri  çərçivəsində  müstəqildir.  Göstərilən  bu 

prinsipdən  keçmiş  Sovetlər  ttifaqı  dövründə  imtina  edirdilər.  Həmin  dövrdə  «qanunverici 

hakimiyyətlə icra hakimiyyətinin birləşdirilməsi» kimi şüarlar işlədilirdi. Bu şüarlar birbaşa 

elmə  və  təcrübəyə  tətbiq  edilir  və  ″Bütün  hakimiyyət  Sovetlərə″  kimi  fikirlərin 




 

12 


 

formalaşmasına gətirib çıxarmışdı. Keçmiş SSRi-də hakimiyyətlərin bölünməsi rəsmi olaraq 

Qərb  alimlərinin  fikri  kimi  qəbul  edilir  və  dövlət  idarəetməsində  tətbiq    olunmurdu  . 

Həqiqətdə ″hakimiyyətlərin bölünməsi″ nəzəriyyəsi aşağıdakı kimi prinsipial əsaslardan irəli 

gəlir: 

  dövlət hakimiyyəti bir şəxsə və ya bir dövlət orqanına məxsus olarsa, bu totalitar 



və antidemokratik rejim deməkdir ; 

  dövlət hakimiyyəti yalnız qanunvericilik hakimiyyəti ilə məhdudlaşdırıla bilməz . 

Çünki o bu və ya digər qolun fəaliyyətinin vahid əsasını təşkil edir.  

 

  cra  hakimiyyəti  müəyyən  dövlət  orqanlarının  və  vəzifəli  şəxslərin  icraedici-



sərəncamverici fəaliyyətlərini təşkil edən və həyata keçirən dövlət hakimiyyəti  qollarından 

biridir.   

 

cra  hakimiyyəti  dövlət  hakimiyyətinin  digər  qollarından  aşağıdakı  xüsusiyyətlərinə 



görə fərqlənir: 

1.

  cra hakimiyyəti  vahid dövlət hakimiyyətinin müstəqil qolu olub,  qanunverici və 

məhkəmə hakimiyyəti ilə sıx qarşılıqlı əlaqədədir. 



2.

  cra hakimiyyəti yalnız funksional səlahiyyət mənasında müstəqildir. O qanunların 

təcrübi  cəhətdən  reallşdırılmasına  xidmət  edir.  Dövlət  hakimiyyətinin  digər  səlahiyyətləri 

qanunverici və məhkəmə hakimiyyətinin payına düşür.  

3.

  cra  hakimiyyəti    hakimiyyətlərin  bölünməsi  prinsipi  əsasında  qurulmuş  dövlət 

hakimiyyət  mexanizminin vacib atributudur. O qanunverici və  məhkəmə hakimiyyətləri ilə 

qarşılıqlı əlaqədə fəaliyyət göstərir.  

4.

    cra  hakimiyyəti  başqalarının  fəaliyyətinə  və  davranışına  müəyyənedici  təsirlər 

göstərmək bacarığına və başqalarının iradəsini öz iradəsinə tabe etmək hüququna malikdir. O 

hakimiyyətin hüquq tətbiqetmə və hüquq icraetmə funksiyası vasitəsi ilə həyata keçirilir.  cra 

hakimiyyətinin  bu  əlaməti  dövlətin  hüquqi  təbiətini  açıqlayır.  Bu  əlamət  özünüidarəetmə 

vasitəsi kimi icraçılığı idarəetmədən fərqləndirməyə imkan verir. 

5.

  cra hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolu olub, dövlətin  icra fəaliyyəti 

ilə eyniləşdirilə bilməz. Dövlət fəaliyyətinin bu növü icra hakimiyyəti vasitəsilə reallaşdırılır. 

cra  hakimiyyəti  bu  halda  icra  fəaliyyətinin  funksional  səlahiyyətlərinin  ifadəsindən 

ibarətdir.   



6.

  cra  hakimiyyəti  mahiyyətcə  hüquqtətbiqedici  fəaliyyət  növüdür.                Hüquq 

tətbiqedici  fəaliyyət  dedikdə,  hüquq  tətbiqetmənin  xüsusi  növü  başa    düşülür.  Qeyd  etmək 

lazımdır ki, hüquqtətbiqetmə fəaliyyətini məhkəmə orqanları da həyata keçirir. Lakin onların  

hüquq  tətbiqetmə  fəaliyyətləri  məzmunca  və  məqsədcə  bir-birindən  fərqlənir.  Məhkəmə 

hakimiyyəti tərəfindən hüquq tətbiqedici fəaliyyət qüvvədə olan qanunvericiliyin  pozulması 

ilə əlaqədar olaraq tətbiq edilir.  cra hakimiyyəti tərəfindən hüquq tətbiqedici fəaliyyət onun 

təsiri  altında  olan  sosial,  iqtisadiyyat,  mədəniyyət  və  s.  obyektlərin  normal  və  effektiv 

fəaliyyəti üçün qanunvericiliyin tələblərinin birbaşa icrası prosesində tətbiq edilir. 



7.

  cra  hakimiyyəti  müəyyən  icraedici  səlahiyyətlərə  malik  xüsusi  subyektlərin 

fəaliyyətində özünü biruzə verir.  cra hakimiyyəti dövlət hakimiyyət mexanizmində müvafiq 

orqanlar  ilə  təmin  edilmişdir.  Təbii  ki,  dövlət  hakimiyyətinin  qanunvericilik  və  məhkəmə 

orqanları icra hakimiyyəti orqanları sisteminə daxil deyildir. 

Beləliklə, icra hakimiyyəti özünün ″dinamik″ keyfiyyətlərini dövlət orqanları vasitəsi 

ilə  əldə  edir.  Onlar  icra  hakimiyyəti  subyektləri  qismində  çıxış  edirlər.  Azərbaycan 

Respublikası  Konstitusiyasının  9,  114,  124,  134,  137,  140-141-ci  maddələrinə  əsasən,  icra 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə