Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə8/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   4   5   6   7   8   9   10   11   ...   244

 

15 


 

  cinayətkarların aşkara çıxarılması və tutulması; 

  təhqiqatın və istintaqın aparılması; 

  inzibati tənbehlərin və ya başqa təsir tədbirlərinin tətbiq edilməsi; 

  tutulmuş və inzibati xətalara görə həbsə alınmış şəxslərin saxlanılması; 

  əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi; 

  kriminalistik və başqa tədqiqatların aparılması; 

  müqavilələr əsasında əmlakın mühafizəsi; 

  icazə-qeydiyyat işinin aparılması; 

  yol hərəkəti qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi; 

  yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi; 

  yol  hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sisteminin 

təşkil edilməsi və s. 

Beləliklə,  daxili  işlər  sahəsində  idarəetmə  müstəqil  və  spesifik  sahə  olaraq  aparılan 

hüquqi  dövlət  quruculuğu  sahəsində  müxtəlif  xüsusi  tədbirlərin  həyata  keçirilməsində 

mühüm vəzifəni yerinə yetirir. 

Daxili işlər sahəsində idarəetmə dövlət idarəetməsinə xas olan xüsusiyyətlərlə yanaşı, 

özünəməxsus  xüsusiyyətlərə  də  malikdir.  Bu  sahədə  idarəetmə  hüquq  mühafizə  kimi 

səciyyəvi cəhəti ilə xarakterizə olunur. Onun fəaliyyəti qanunların və qanun qüvvəli aktların 

həyata  keçirilməsinə,  hüquqpozmaların  xəbərdar  edilməsinə  və  qarşısının  alınmasına, 

vətəndaşların hüquqlarının və azadlıqlarının və onların üzərinə qoyulmuş vəzifələrin həyata 

keçirilməsi  üçün  şəraitin  yaradılmasına,  vətəndaşlarda  hüquq  düşüncəsinin  tərbiyə 

edilməsinə,  hüquq  normalarına  və  qüvvədə  olan  qanunvericiliyə  hörmətlə  yanaşmalarına 

yönəlmişdir. 

Daxili işlər sahəsində dövlət idarəetməsinin xüsusiyyətləri aşağıdakılardır: 

  daxili  işlər  orqanları  ictimai  qaydanı  bilavasitə  təcrübi  olaraq  öz  qüvvə  və 

vasitələri ilə təmin edirlər; 

  daxili işlər orqanlarının əməkdaşları xidmət üzrə onlara tabe olmayan şəxslərə təsir 

etmək imkanına malikdirlər; 

  daxili  işlər  orqanlarının  ayrı-ayrı  xidmətləri  (polis,  yanğından  mühafizə  və  s.) 

qanunla  təhqiqat  funksiyaları  ilə  təmin  edilir  ,  əməliyyat    axtarış  və  cinayət-prosessual 

məcburiyyət tədbirləri həyata keçirə bilərlər; 

  daxili  işlər  orqanlarında  dövlət  idarəetməsi  başqa  orqanlara  xas  olmayan 

özünəməxsus fəaliyyət formaları ilə həyata keçirilir (əməliyyat-axtarış fəaliyyəti və s.); 

  daxili  işlər  orqanları  geniş  həcmdə  inzibati-nəzarət  funksiyalarını  həyata  keçirir 

(ictimai qayda, pasport-qeydiyyat sistemi, icazə sistemi  və s.); 

  daxili  işlər  orqanlarında  dövlət  xidmətinin  aparılmasının  tam  özünəməxsus 

xüsusiyyətləri vardır (xüsusi  hazırlıq,  xüsusi  rütbələrin  verilməsi, xüsusi intizam və s.). 

 

  Daxili işlər sahəsində idarəetmənin xüsusi (sahəvi) prinsipləri aşağıdakılardır: 



a)  qanunçuluq  prinsipi  dövlət  idarəetməsinin  və  daxili  işlər  sahəsində  idarəetmənin 

ə

sas  prinsipidir.  D O-da  qanunçuluq  prinsipi  bütün  əməkdaşlar  tərəfindən  qanunlara  və 



onlara əsaslanan qanun qüvvəli normativ-hüquqi aktlara, eləcə də D N-in normativ aktlarına 

dəqiq və düzgün riayət olunması ilə ifadə edilir. 

b) peşə sirri ilə aşkarlığın uzlaşdırılması prinsipi. Polisin fəaliyyəti cəmiyyətdə açıq və 

aşkar surətdə həyata keçirilir və  müvafiq ərazidə ictimai qaydanın qorunmasının vəziyyəti 

haqqında    müntəzəm  olaraq  ictimaiyyətə  məlumat  verilir.  Bunun  üçün  kütləvi  informasiya 



 

16 


 

vasitələrindən  istifadə  olunur.  Qeyd  etmək  lazımdır  ki,  daxili  işlər  orqanları  tərəfindən 

vəzifələrin  uğurla  yerinə  yetirilməsi  bir  sıra  hallarda  aşkarlığın  peşə  sirri  ilə  uzlaşdırılması 

zərurətini yaradır və bir sıra tədbirlərin gizli qaydada reallaşdırılması ilə bağlı olur. 

Gizli  şəraitdə  bir  sıra  tədbirlərin  reallaşdırılması  ictimai  qaydaınn  maksimum  və 

effektiv təmin edilməsinə xidmət edir. Bu hal daxili işlər orqanlarının təşkili və fəaliyyətinin 

demokratik xarakterinə zidd deyil.  

v)  subordinasiya  prinsipi  daxili  işlər  orqanları  əməkdaşları  arasında  tabeliçilik  

münasibətlərini ciddi olaraq tənzimləyir . Bu münasibətlər kiçik rütbəli əməkdaşların yüksək 

rütbəli  əməkdaşlara  tabe  olmaları,  eləcə  də  əməkdaşların  bilavasitə  və  yuxarı  rəislərinə 

tabeçiliyi və xidməti intizama dəqiq riayət etmələri əsasında qurulur. Xidməti tabeçilik daxili 

işlər orqanlarının normal fəaliyyəti üçün əsas şərtlərdən biridir. D O-da intizam ″Daxili işlər 

orqanlarının 

ntizam 


Nizamnaməsi″nə 

uyğun 


olaraq 

qurulur.           

Subordinasiya  prinsipinin  həyata  keçirilməsinə  təkbaşçılıq  prinsipinə  dəqiq  riayət  etməklə 

nail olmaq olur. 

Subordinasiya  prinsipi  müzakirə  edilən  məsələlərdə  təkbaşçılığın  kollegiallıqla 

uzlaşdırılmasını  nəzərdə  tutur.  Bunun  geniş  yayılmış  formalarına    müxtəlif  növ  xidməti 

iclasların keçirilməsini misal göstərmək olar. D O əməkdaşları xidməti zərurətlə bağlı təcili 

qərar  qəbul  etmək  və  yubanmadan  hərəkət  etmək  məcburiyyətində  olurlar.  Burada  fəallıq, 

cəsarət, bacarıq və operativlik bir sıra hallarda həlledici rol oynayır.Qeyd olunan hərəkətlərin 

vaxtında  həyata  keçirilməsi  qarşıya  qoyulmuş  məqsədə  nail  olmanı  təmin  edir.  D O 

ə

məkdaşlarının operativ müstəqilliyi konkret hüquqi göstərişin həyata keçirilməsi üçün daha 



effektiv,  məqsədəuyğun,  münasib,  səmərəli  vasitə  və  metodların  seçilməsində  özünü  əks 

etdirir. Belə hallarda qanun əməliyyat  aparatı əməkdaşlarına operativ surətdə məqsədəuyğun 

və  əlverişli  qərar  seçmək  hüququ  verir.  D O-nun  istənilən  əməkdaşı  tərəfindən  operativ 

qərarın qəbul edilməsində profesional intuisiya və abstrakt düşüncə deyil, elm və yaradıcılıq 

ə

sas  götürülməlidir.Operativlik    elmilik,  səmərəlilik  və  optimallıq  prinsipləri  ilə  qarşılıqlı 



ə

laqədə olmalıdır. 

q)  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarına  hörmət    daxili  işlər  orqanları  (polisin) 

fəaliyyətinin  əsas prinsiplərindəndir.  Bu  prinsip  Azərbaycan  Respublikası  ″Polis haqqında″ 

Qanununun  4-cü  maddəsinin  1-ci  bəndində  və  Azərbaycan  Respublikasının  Daxili  şlər 

Nazirliyi  haqqında  Əsasnamənin  2.1  maddəsində  öz  əksini  tapmışdır.  Respublikamızda  

insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  olunması  sahəsində  dövlət  tərəfindən  bir 

sıra tədbirlər həyata keçirilmişdir . Belə ki, 22 fevral 1998 tarixli ″ nsan və vətəndaş hüquq 

və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər  haqqında″  Azərbaycan  Respublikası 

Prezidenti Fərman vermişdir. Bu fərmanda deyilir: 

....  Azərbaycan  Respublikasının  Prokurorluğu,  Daxili  şlər  və  Milli  Təhlükəsizlik 



Nazirliklərinə  tapşırılsın  və  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsinə  tövsiyə  edilsin 

ki,  təhqiqat,  istintaq  və  məhkəmə  orqanları  tərəfindən  insan  hüquqları  sahəsində 

qanunvericiliyin tətbiqi təcrübəsi ümumiləşdirilsin, insan hüquq və azadlıqlarının pozulması 

hallarının aradan qaldırılması təmin olunsun. 

5.  Azərbaycan  Respublikasının  Ədliyyə,  Daxili 

ş

lər,  Milli  Təhlükəsizlik 



Nazirliklərinə  və  Azərbaycan  Respublikasının  Prokurorluğuna  tapşırılsın  ki,  azadlıqdan 

məhrum  edilmiş  və  ibtidai  istintaq  zamanı  həbsə  alınmış  şəxslərin  saxlanılması  şəraitinin 

yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirsinlər...″ 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə