Microsoft Word Iqt mikro cavablar imtahan doc



Yüklə 357,24 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix01.04.2018
ölçüsü357,24 Kb.
#35691
  1   2   3   4   5   6   7   8   9   ...   15


qtisadiyyat Mikro fənnindən imtahan suallarının cavabları 

I kollokvium 

MÖVZU  1. 

qtisad elminin genezisi və inkişaf mərhələləri

 

1.  qtisad elmi və onun müasir dövrdə əhəmiyyəti 



2.  qtisad elminin bərqərar olması və onun inkişafının əsas mərhələləri 

3.  qtisad fikrin kökləri 

4.  Müasir iqtisad elminin əsas istiqamətləri 

5.  Azərbaycanda iqtisad fikir tarixi 



 

1.1    qtisad elmi və müasir dövrdə onun əhəmiyyəti.  

Cəmiyyətin  iqtisadi  həyatını  tam  əks  etdirən  iqtisadiyyat  yaşayış  vasitələrinin  istehsalı 

zərurətindən irəli gəlmişdir.  qtisadiyyyatla bağlı olan və onu öyrənən iqtisad elmi geniş və cox 

sahəli bir sistem olaraq bütün sahələrdə təsərrüfatcılıq qaydaları və təşkili formalarını özündə əks 

etdirir.              qtisad  elmi  ən  qədim  elmlərdən  biri  olub  insanların  təsərrüfat  fəaliyyətində 

davranışlarının, təsərrüfatcılıq qanunlarının dərk edilməsinin obyektiv zəruriliyi ilə əlaqədardır. 

Görkəmli  amerika  alimi  P.  Samuelson  bu  elmi  elmlərin  şahı  adlandırmışdır.  qtisad  elminin 

dərinliyi  ondan  ibarətdirki,  o  mürəkkəb  təsərrüfatcılıq  aləmini  əks  etdirir.  O  insanlarda  ictimai 

inkişafın müsbət və mənfi meyllərini qiymətləndirməyi bacarmaq, işgüzar fəaliyyətə hazır olmaq 

və  müəyyən  dünyagörüşünə    malik  olmaq  qabiliyyətini  aşılayır.  qtisad  elminin  əhəmiyyəti 

bilavasitə təsərrüfat fəaliyyətində, siyasətində düzgün qərar və nəticələrə gəlməyə kömək edir. 

 

                    1.2    Iqtisad elminin bərqərar olması və onun inkişafının əsas mərhələləri.  

Iqtisad  elminin  bərqərar  olması  kapitalizmin  təşəkkül  tapması,  manifakturaların  yaranması, 

ictimai əmək bölgüsünün dərinləşməsi daxili və xarici bazarların genişlənməsi, pul dövriyyəsinin 

intensivləşməsi  dövrü  idi.  Bu  dövrdə  meydana  gələn  merkantilizim  məktəbinin  nümayəndələri 

T.Man. A. Monkretyen, Q. Skarrufi və s. sərvətin mənbəyini mübadilədə görür, sərvətin özünü 

isə  pulla  eyniləşdirirdilər.  qtisad  elminin  inkişafında  iri  mülkədarların  maraqlarını  ifadə  edən 

fiziokratlar (T.Kene) sərvətin əkincilikdə kənd təsərrüfatında yaradılmasının və təkrar istehsalın 

təhlilini  tədqiq  edmişlər.  qtisad  elminin  inkişafında  klassik  siyasi  iqtisad  (XVII-XVIII) 

məktəbinin  rolu  daha  böyükdür.  Bu  məktəbin  nümayəndələri  U.Petti,  P. Buaqilber,  A.Smit,  D. 

Rikardo  əmək  dəyər  nəzəriyyəsinin  əsasını  qoymuş  liberializim  azad  qiymətlər,  ictimai  əmək 

bölgüsü,  əmək  məhsuldarlığı,  gəlirlər,  diferensial  renta  və  s.  məsələlərə  dair  öz  nəzəriyyələrini 

yaratmışlar.       qtisad elminin inkişafında marksizm məktəbinin özünə məxsus rolu olmuşdur. 

K.Marks və T.Engels nəzəri iqtisadda kapitalizm cəmiyyətinin inkişaf qanunauyğunluqları təkrar 

istehsal,  iqtisadi  böhranlar,  kapitalist  istismarının  mahiyyəti  və  reallaşma  nəzəriyyəsi  və  s. 

məsələlərin  tədqiqini  aparmışlar.    qtisad  elminin  inkişafında  son  hədd  faydalılığı  son  hədd 

məhsuldarlığı, son hədd xərcləri və nəzəriyyələrin yaradıcısı marqinalizm məktəbi XIX əsrin II 

yarısında  formalaşmışdır.  Həmin  nəzəriyyənin  klassikləri  Avstriya  qtisadi  məktəbinin 

nümayəndələri K. Menğer, T. Virer, B.Baverk, U. Cevons ilk dəfə olaraq istehlakcının mövqeyi, 

subyektiv  qiymətləndirmə, kəmiyyət təhlili və s. işləyib hazırlamışlar. 

 

                  1.3      qtisadi fikrin kökləri 



  qtisadi  fikrin

 

köklərini  Qədim  Dünya,  birinci  növbədə  dünya  sivilizasiyasının  beşiyi  olan 



Qədim  Şərq  ölkələri  mütəfəkkirlərinin  təlimlərində  axtarmaq  lazımdır.  Qədim  Hind  “Manu 

qanunlarında  (e.ə.  IV-III)    ictimai  əmək,  hökmranlıq  və  asılılıq  münasibətləri,  qədim  Çin 

mütəfəkkirləri (Konfutski- e.ə.551-479)) zehni əməklə fiziki əmək, S.Tszinin (e.ə.III) sərvətdən 

birgə  istifadə,  xüsusi  mülkiyyət  hüquqi  məsələləri  öz  əksini  tapmışdır.  Qədim  Yunan 

mütəfəkkürləri  Ksenofontun  (430-355),  Platonun  (e.ə.427-348),  Aristotelin  (e.ə.384-322) 

baxışları  iqtisadi  fikrin  ilkin  nəzəri  müddəaları  kimi  səciyyələndirmək  olar.  Onlar  qiymətin 




yaranması və dəyişməsi, istehsal və istehlak fəaliyyətinin, faydalılıq, ekvivalent mübadilə və s. 

məsələlərin izahını verməyə calışmışlar. Qədim Roma mütəfəkkirləri Varron Kolumella Qədim 

Yunanıstanın iqtisadi fikrinin davamçıları olmuşlar və köləliyin zəruriliyini əsaslandırırdılar.  

 

               1.4     Müasir iqtisadi nəzəriyyənin əsas istiqamətləri. 

 Müasir  iqtisadi  fikrin  əsas  istiqamətlərinə  aşağıdakılar  aiddir:  neoklassik,-keynsçilik,- 

institutsional-sosioloji istiqamət. Neoklassik istiqamət XX-əsrin o illərinə qədər davam etmişdir 

ki, onun əsas nümayəndəsi A.Marşall (1842-1924) bazar qiymətinin əmələ gəlmə mexanizmini, 

Y. Şumpeter(1883-1950) kapitalizmin inkişafının dinamik modelini yaratmışdır. Keynsçilik XX 

ə

srin  30-cu  illərində  böyük  durğunluğun  törətdiyi  ziddiyyətlərin  həlli  zərurətindən  irəli 



gəlmişdir.  Belə  ki,  Keyns  sübut  etdi  ki,  azad  rəqabət  cəmiyyətin  bütün  ictimai-iqtisadi 

problemlərini  həll  etmək  iqtidarında  olmadığından  dövlətin  iqtisadiyyata  ciddi  müdaxiləsi 

zəruridir. Onun tənzimlənməsi XX əsrin 70-ci illərində dövlətin iqtisadiyyata hədsiz müdaxiləsi 

ictimai  istehsalın  inkişafını  ləngidəndə  monetarist  nəzəriyyə  meydana  gəldi.  Onun  əsas 

nümayəndəsi  M.Fridmanın  isə  fikrincə  dövlət  bazar  münasibətlərinə  mümkün  qədər  az  və 

ehtiyatla  müdaxilə  etməli,  ancaq  pul  kütləsi,  pulun  emissiyası  üzərində  nəzarəti  həyata 

kecirməlidir. Müasir iqtisad elminin III istiqaməti  institutsionalizm (T.Zeblen, C. Kommons, U. 

Mitcelly, C. Helbreyt) – iqtisadiyyatın kənar amillərin təsiri altında formalaşdığı ideyasını irəli 

sürürlər.  Xüsusilə  texniki  tərəqqinin  təsiri  altında  cəmiyyətin  dəyişdirilməsi  transformasiyası 

informasiya  cəmiyyətinə  doğru  inkişafı  və  bunun  şəxsiyyətin  hər  tərəfli  inkişafına  şərait 

yaratması onların nəzəriyyəsinin əsas məğzini təşkil edir.  nsanın layiq olduğu yeri tutmağa cəhd 

edən qlobal iqtisadçılar isə iqtisadi təkamül prosesini tədqiq etmişlər.    



 

      1.5     Azərbaycanda iqtisad fikir tarixi

 

Azərbaycanda iqtisadi fikirlər e.ə. X-VII  əsrlərdə meydana gəlmiş və bu öz əksini ilkin mənbə 



kimi  folklor  və  dastanlarda,  fəlsəfı  traktatlarda,  müxtəlif  cərəyan  və  hərəkatlarda  tapmışdır.   

Lakın Azərbaycanda iqtisadi fikir özünün ən yüksək səviyyəsinə orta əsrləıdə çatmışdır. XII əsr 

Azərbaycan  mühitinin  görkəmli  mütəfəkkiri  N.Gəncəvinin  (1141-1209)  iqtisadi  görüşləri  öz 

yetkinliyi  və  dərinliyi  baxımından  müxtəlif  istiqamətlidir.  I    istiqamətdə  N.Gəncəvi  insan 

həyatında  əməyin  rolu,  II  qrup  görüşləri  pul,  mübadilə  ticarət  sahəsində,  III  qrup  görüşləri 

cəmiyyətin  sosial  -  iqtisadi  quruluşu  haqqındadır,  yaşadığı  cəmiyyət  və  onun  ictimai 

ziddiyyətləri  və  s.  məsələlər  əsas  yer  tutur.        XIX  əsrin  II  yarısında  Azərbaycanın  iqtisadi 

fikrinin formalaşmasında və inkişafında M.F.Axundov — tələbatlar, əmək, dövlətlər, gəlirlər və 

onların bölüşdürülməsi, H.T.Zərdabi — siyasi iqtisadın predmeti, aqrar məsələlər, N.B. Vəzirov 

-siyasi iqlisadın predmetinə dair fikirləri ilə tanınmışdır.       XX əsrin 20-30-cu illərində həm də 

Azərbaycanın iqtisadi fikrində marksist iqtisadi təlimi müstəsna rol oynamışdır.          XX əsrin 

50-60-cı  illərində  iqtisadi  tədqiqatların  miqyası  genişlənmiş,  Azərbaycanda  da  sahə  və 

sahələrarası  iqtisadi  eimləri  yaranır  və  inkişaf  edir.  70-80-cı  illərdə  iqtisadi  inkişaf  sürəti 

sənayedə  stuktur  dəyişikliklər,  iqtisadiyyatda  əsaslı  vəsait  qoyuluşunun  həcmi  və  istiqamətləri 

tədqiq olunmuşdur.               Azərbaycanda bazar iqtisadiyyatının formalaşması başa catdıqdan 

sonra Respublikanın iqtisadi inkişaf strategiyasında  ağırlıq mərkəzi ölkənin malik olduğu resurs, 

elmj-texniki potensialdan daha səmərəli istifadə etmək, regionların iqtisadi  inkişaf səviyyəsinin 

artırılması,  Azərbaycan  iqtisadiyyatının  transformasiyası,  onun  dünya  iqtisadiyyatına  fəal 

inteqrasiyası,  sürətlə  qloballaşmaqda  olan  dünyada  Azərbaycanın  yeri  və  s.  məsələlərin  həllinə 

verilmişdir.  



 

MÖVZU  2             

qtisad elminin predmeti və metodu

 

1.  qtisad elminin predmeti və ona dair nəzəriyyələr 



2.  qtisad elminin  metodologiyası 

3.  qtisad elminin  strukturu və öyrənilmə səviyyəsi 

4.  qtisad elminin digər iqtisadi elmlərlə qarşılıqlı əlaqəsi  



Yüklə 357,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə