və s. kimi neqativ hadisəiərə səbəb olur. Buna görə də dövlətin iqıisadiyyata müdaxliə etməsi ilə
cəmiyyət üzvlərinin sosial və digər tələbatlarının ödənilməsinə əsaslanan tənzimlənən bazar tipii
daha üstündür. Tənzimləmə prosesi birbaşa tələb, təklif, qiymət və rəqabət, yaxud dövlətin vergi,
kredit mexanizmi vasitəsilə həyata keçirilir. Əmtəə istehsahnın və bazarın getdikcə inkişafı
bazar iqtisadiyyatının formalaşmasına səbəb oldu.
4.4 Bazar iqtisadiyyatının formalaşması prinsipləri
Məlumdur ki, iqiisadiyyatın təşkilinin və idarə edilməsiniım bazar mexanizmi səmərəli üsul kinıi
bu gün dünyanın əksər ölkələrində fəaliyyət göstərir. nzibati - amirlik sistemində yaşayan
keçmiş SSR və Şərqi Avropa ölkəiəri də bu sistemdən imtina edərək mütərəqqi sistem kimi
bazar iqtisadiyyatını qurdular. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına xas olan ümumi
cəhətlər: çoxnövlü mülkiyyət formaları, iqtisadi azadlıq və müstəqillik, rəqabət, geniş sahibkarhq
fəaliyyəti, iqtisadiyyatın dövlət tərəfındən tənzimlənməsi və s. kimi xüsusiyyətlər bu ölkələrin
hamısında mövcud olur. Lakin lıeç də bazar iqtisadiyyatının inkişaf xüsusiyyətləri və səviyyəsi
bütün ölkələrdə eyni deyii. Bu hər bir ölkənin tarixi və iqtisadi inkişaf səviyyəsi, təbii resurslarla
zənginliyi, məhsuldar qüvvələrin inkişaf səviyyəsi, təbii şəraiti, milli adət və ənənələri, sosial
səraitin müxtəlifliyi ilə əlaqədardır. Nisbətən bir-birinə yaxm olan, eyni inkişaf səviyyələrinə
malik olan istiqamətlər onları bir modeldə birləşdirməyə imkan verir. Bu modellər öikədə dövlət
və xüsusi mülkiyyətin nisbətindən, iqtisadiyyata dövlət müdaxiləsinin həddindən, əmək
münasibətiərindən, social məsələlərin həilli səviyyəsindən asılı olaraq bir-birindən fərqlənir.
4.5 Sivilizasiyalı bazar sisteminin formalaş
ması prinsiplə
ri
Müasir bazar iqtisadiyyatının fərqləndirici xüsusiyyətlərındən biri də onların obyekt və
subyektlərində baş verən dəyişikliklərdir. Bu obyektlərə şirkətlər, fırmalar, birliklər, konsernlər,
korporasiyalar, fermer təsərrüfatları və s. aiddir. Bazar iqtisadiyyatının subyektləri də çoxalır.
Sahibkar (istehsalçı), menecer (idarə edən), biznesmen (iş adamları), kommersant (iri ticarətçi),
fermer (kənd təsərrüfatında fəaliyyət göstərən şəxs) bazar iqtisadiyyatının subyektidir. Müasir
qloballaşan dünyada inkişaf etmiş ölkələrdə artıq sivilizasiyalı bazar sistemi formalaşıb inkişaf
edir. Bu bazar sisteminin əsas prinsipləri xüsusi mülkiyyət, rəqabət, iqtisadiyyatın açıqlığı, bazar
iqtisadiyyatının dövlət tənzimlənməsidir. Sivilizasiyalı bazar sistemi daha çox davamlı iııkişafa
təminat verən, iqtisadiyyatla sosial həyatın, ekologiyanın qarşılıqlı fəaliyyətini əhatə edən,
humanist və vətəndaş cəmiyyətidir. Sivilizasiya cəmiyyətin həyatının təkrar istehsalının
özünəməxsus üsulu, daxili və xarici amillərin vəhdədliyi ilə səciyyələnir. Sivilizasiyalı sistem
özündə iqtisadi və qeyri- iqtisadi elementlərin fəaliyyətini daxil edir.Qeyri-iqtisadi amillər kimi
sosial mədəni (milli, dini, etik, mental) sosial-siyasi (demokratiya, vətəndaş cəmiyyəti hüquqi
dövlət) postiqtisadi (sosial-yaradıcı və kommunikativ) eləcə də təbii iqlim, coğrafi, qeosiyasi və
d. amillər daxildir. Müasir qloballaşan dünyada sivilizasiyalı bazar sisteminin formalaşması
olduqca çətin və mürəkkəbdir. Çünki bazar sistemi ilə yaşayan ölkələrin hər biri milli
iqtisadiyyatın inkişafı və milli mənafelərin reallaşması istiqamətində rastlaşmış və həllinə nail
ola bilmişlər. Digər tərəfdən dünya iqtisadiyyatının vaxtaşırı tsiklik inkişafı bazar sisteminə ciddi
təsir göstərməklə onun mahiyyətinədə yeni xüsusiyyətlərin meydana gəlməsinə səbəb olur. Bu
vaxtdan müasir sivilizasiyalı bazar sistemi coxnövlü mülkiyyət formalaşmasında milli dövlət və
şə
xsi mənafelərin uzlaşdırılmasına çalışmalı, iqtisadi yüksey səviyyəsi demokratikləşdirmə
prosesi ilə əlaqələndirilməli, ümumi mənafelərin ödənilməsi naminə dövlətin tənzimləmə
siyasətinə üstünlük verilməli, əmtəə və xidmətlər, istehsal amilləri və maliyyə bazarının
inklişafına xidmət göstərən bazar infrastrukturunun yaradılmasl prinsipləri həyata kecirilməlidir.
MÖVZU 5 Bazar iqtisadiyyatının modellə
ri
1. Müasir dünya iqtisadiyyatında bazar sisteminin üstünlüklərı
2. Bazar iqtisadiyyatının modelləri və onların fərqləndirici cəhətləri
3. Bazar sisteminin əsas modelləri
4. Bazar iqtisadiyyatının milli modelləri və onların xarakterik xüsusiyyətləri
5. Azərbaycanda bazar iqtisadiyyatının formalaşmasının ümumi cəhətləri və xüsusiyyətləri
5.1 Müasir dünya iqtisadiyyatında bazar sisteminin üstünlüklə
rı
Bazar iqtisadiyyatı bazarla bağlı olan iqtisadi münasibətlərin məcmusudur.
qtisadiyyatın təşkilinin bazar mexanizmi vasitəsilə aparılmasıdır. Müasir dövrdə bazar
iqtisadiyyalı ən səmərəli. mütərəqqi, çevik. tez təkmilləşən iqtisadiyyat forması hesab olunur.
Bazar iqtisadiyyatının nəzəri əsasları klassik iqtisadçılar (A.Smit, D.Rikardo, C.Miil) tərəfindən
tədqiq edilmişdir. A.Smit bazar iqtisadiyyatını öz-özünü tənzim edən, sərbəst fəaliyyət göstərən
bir sistem kimi göstərmişdir. Neoklassik iqtisadçılar (A.Marşal, L.Valras, Y.Şumpeter) bazar
iqtisadiyyatının müxtəlif tərəflərini izah etmişdir. ngilis iqtisadçısı C.Keyns bazar iqtisadiyyatı
təliminə zəngin töhfə verərək bazar iqtisadiyyatının dövlət tənzimlənməsi ideyasını yaratnıışdır.
Bazar iqtisadiyyatının əsas məqsədləri ölkədə iqtisadi artıma, tam məşğulluğa, istisadi
səmərəliliyə, qiymətlərin sabit səviyyəsinə, iqtisadi azadlığa, gəlirlərin ədalətli bölgüsünə, milli
iqtisadi təhlükəsizliyə nail olunmasıdır. Bazar iqtisadiyyatının məzmunu əsasən aşağıdakılarla
müəyyən olunur: 1) O insanların iqtisadi azadlığına və bazar iştirakçılarının sərbəst fəaliyyətinə
ə
saslanır. 2) nkişaf etmiş əmtəə təsərrüfatı və əmək bölgüsünün dərinləşməsi ilə çoxsaylı
mülkiyyət formaları mövcud olur. Bu isə xüsusi sahibkarlıq fəaliyyətinin yaranmasına və
inkişafına səbəb olur. 3) stehsalçıların iqtisadi müstəqillikləri oniarın istelısalının səmərəliliyinə
və mənfəətlərinin artırılmasına şərait yaradır. Müasir bazar iqtisadiyyatında bu xüsusiyyətlər
daha geniş, əhatəli, dərin məzmuna, mürəkkəb xassələrə malikdirlər. Bura çox mülkiyyətlilik,
iqtisadi deınokratikləşdirmə, geniş bazar infrastrukturu xasdır.
5.2 Bazar iqtisadiyyatının modelləri və onların fərqləndirici cəhətləri
Müasir dünya iqtisadiyyatı bazar sisteminin üstünlük təşkil etdiyi bir şəraitdə fəaliyyət göstərir.
Lakin bazar sistemi strukturasından, növündən, infrastrukturundan aslı olmayaraq onun
fəaliyyəti müxtəlif modeldə fəaliyyət göstərir. Bu müxtəliflik ölkələrin tarixi inkişaf
şə
raitindən,
resursların mövcüdluğundan, mülkiyyətin hakim formasından və s. asılıdır. Bundan başqa ayrı-
ayrı ölkələrdə məhsuldar qüvvələrin inkişaf səviyyəsi əhalinin adət və ənənələri cəmiyyətdə
sosial və siyasi qrupların nisbətindən və s. asılı olaraq müəyyən fərqlər mövcud olur. Hər bir
ölkə öz şəraitinə müvafiq olaraq iqtisadi inkişaf modeli secir və buna müvafiq olan iqtisadi
siyasət yeridir. Bu modellərin fərqləndirici orada təsərrüfatçılıq fəaliyyətində xüsusi mülkiyyətin
payı dövlət mülkiyyətinin payı kollektiv mülkiyyətin payı iqtisadiyyata dövlət müdaxiləsinin
həddi, əmək münasibətlərinin həlli, sosial məsələlərin həlli və s.-dir
5.3 Bazar sisteminin əsas modelləri