1
qtisadiyyat:makro fənni üzrə imtahan suallarının cavabları
1. Makroiqtisadi nə
zə
riyyə
nin yaranması və
inkiş
afı
Makroiqtisadiyyat (yun. Makros-böyük deməkdir) bir elmi nəzəriyyə kimi XX əsrin 30-cu
illərində formalaşmağa başlamış və onun əsasını “Məşğulluğun, faizin və pulun ümumi
nəzəriyyələri” adlı əsərinin müəllifi Keyns qoymuşdur. Dövlətin iqtisadi proseslərin
tənzimlənməsinə müdaxilə etməsi, iqtisadiyyatin bütövlükdə cəmiyyət miqyasında
öyrənilməsinin zəruriliyi makroiqtisadiyyatın yaranmasına səbəb oldu. Sonrakı illərdə
makroiqtisadiyyatın tədqiqat sahəsi daha da genişləndi. Məsələn 1950-ci illərdən başlayaraq
iqtisadiyyata dair dərsliklərdə o ayrıca bir bölmə kimi öyrənilir, həmçinin makroiqtisadi
problemlər riyazi modellər əsasinda şərh olunurdu. Bu isə makroiqtisadiyyat üçün əsas olan real
iqtisadi hadisə və proseslərin sistemli şəkildə izahından uzaqlaşmaq idi. Lakin sonralar,50-60-cı
illərdə yaranan nəzəriyyələr də makroiqtisadiyyatın iqtisadi, sosial və psixoloji hadisələrlə
qarşılıqlı əlaqəli şəklində öyrənilməsinə üstünlük verilmişdir.
2. Makroiqtisadiyyatın predmeti
Makroiqtisadiyyat bütovlükdə iqtisadiyyatın fəaliyyətini öyrənən bir bölmə olmaqla
makroiqtisadi hadisə və prosesləri tədqiq edir və onların arasında asıllıqları və
qanunauyğunluqları aşkar edir. Onun tədqiq etdiyi iqtisadi problemlər: milli hesablar sistemi,
iqtisadi artım, onun amilləri və templəri, iqtisadiyyatın tsiklik inkişafı, makroiqtisadi müvazinat,
məşğulluq və işsizlik, qiymətlərin ümumi səviyyəsi, maliiyə-kredit münasibətləri, dövlətin
iqtisadi siyasəti, milli iqtisadiyyatın dünya təsərrüfatına inteqrasiyası, iqtisadi təhlükəsizlik və
sairdir. Belə ki, UMM və UDM-in həcmi və strukturunu, inflyasiyanın səbəblərini və
tənzimlənməsi yollarını, tədiyyə balansını müəyyən edir. qtisadi artımın mənbələrini, amillərini
və həyata keçirilmə mexanizmini, milli iqtsiadiyyatın xarici iqtisadi əlaqələrini öyrənir. qtisadi
təhlükəsizliyin təmin olunması istiqamətlərini göstərir, iqtisadiyyata dövlətin müdaxiləsinin
həddini, tənzimlənməsini və buna yönəldilmiş iqtisadi siyasətin mahiyyətini və s. məsələləri
tədqiq və təhlil edir, iqtisadiyyatın perspektiv inkişaf istiqamətlərini əvvəldən görməyə imkan
verir, gələcək iqtisadi proqnozları müəyyən edir.
3. Makroiqtisadiyyatın metodları
Makroiqtisadiyyat iqtisad elminin tərkib hissəsi olduğundan onun üçün xarakterik olan
normativ və pozitiv, abstraktdan konkrete doğru, analiz və sintez, tarixi və məntiqi metodlar
makroiktisadiyyat üçün də eynidir. Lakin onun model, dövran, aqreqat, müvazinat kimi
özünəməxsus spesifik metodları da mövcuddur. Model metodu iqtisadi hadisə və proseslərin
2
qarşılıqlı əlaqəsini və onların funksional asılılığını həyata keçirir və bu mentiqi, qrafik, riyazi
şə
kildə tətbiq olunur.
Makroiqtisadi təhlilin aparılmasında statistik balans və riyazi metodlardan da istifadə
olunur. Statistik metod milli iqtisadiyyatda baş verən proseslərin kəmiyyət və keyfiyyət tərəfini
ə
ks etdirir. Riyazi metod vasitəsilə iqtisadiyyatın bütün bölmələri arasında funksional asılılığı
öyrənilir. Balans metodunda bütün bazarlarda istehsal və satışın, gəlir və xərclərin həcmi,
məcmuu, tələblə məcmuu təklifin, əmanətlərlə investisiyalarla arasındakı uyğunluğun üzə
çıxarılması mümkün olur.
4. Makroiqtisadi modellər
Makroiqtisadi model bir tərəfdən daxili dəyişikliklərin (endogen), digər tərəfdən xarici iqtisadi
dəyişikliklərin (ekzogen) mahiyyət və qanunauyğunluqlarını əks etdirir. qtisadi proseslərin
gedişində xərclər və gəlirlərdə olan dəyişikliklər dövran modellərində əks olunur və açıq və
qapalı iqtisadiyyatlar üçün fərqlidir. Qapalı iqtisadiyyatlarda xərclər və gəlirlərdəki
dəyişikliklər ev təsərrüfatı ilə sahibkarlıq bölməsi arasında baş verirsə, açıq iqtisadiyyatlarda
dövlət və xüsusi bölmənin də xərc və gəlirləri nəzərə alınır. Ümumi müvazinat modelində milli
iqtisadiyyatlarda mövcud olan bütn bazarlarda ümumi tarazlığın təmin olunması nəzərdə
tutulur. Aqreqat modeli vasitəsilə iqtisadiyyatın hərəkəti vahid orqanizm şəklində təhlil edilir,
eyni növ və xüsusiyyətlərə malik məcmuu əmtəə və xidmətlər, əmək və pul bazarlarının
təhlilinə üstünlük verilir. Makroiqtisadi proseslərin təhlili və tədqiqi iqtsiadi fəaliyyətin
nəticələrini qiymətləndirməyə, neqativ hadisələri üzə çıxarmağa, iqtisadi siyasət işləyib
hazırlamağa kömək edir və müəyyən nəzəri konsepsiyalar əsasında proqnozlar maddiləşdirilir.
Modelləşdirmə üsulunda istifadə olunan modellər aşağıdakılardır: AD(məcmuu tələb)
- AS(məcmuu təklif), S(investisiya əmanət) - LM(pula tələb, pul kütləsi), neoklassik (təklifin
tələb yaratması), Keyns (tələbin təklif yaratması), Filips (işsizliklə inflyasiya arasında) və s.
modellərdir.
5. Makroiqtisadiyyat və milli iqtisadiyyatın oxşar və fərqli cəhətləri
Makroiqtisadiyyat və milli iqtisadiyyat anlayışları bir birinə o qədər uyğundur ki,
bəzən onların məzmunu eyniləşdirilir. Bu da onların bir-birinə oxşar cəhətlərinin çox olmasıdır.
Məsələn hər ikisi vahid iqtisadi məkana ümumdaxili məhsulun səviyyəsinə iqtisadi artımın
amillərinə, ictimai istehsalın strukturuna, təkrar istehsalın proporsiyalarına görə eynidir. Onların
fərqləndirici xüsusiyyəti isə konkret tarixi şəraitdən, mövcud iqtisadi potensialdan, ölkə
iqtisadiyyatının mənafeyinə uyğun istifadə edilməsinin qanunauyğunluqlarıdır. qtisadiyyatın