Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə10/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
22
 
 
 
Mövzu 2. İqtisadi nəzəriyyənin predmeti və metodları 
 
2.1  İqtisadi nəzəriyyənin predmeti 
2.2  İqtisadi nəzəriyyənin metodları 
2.3  İqtisadi anlayışlar, kateqoriyalar 
2.4  İqtisadi qanunlar və onların fəaliyyəti 
 
2.1.  Müxtəlif  elm  sahələri  öyrəndiyi  obyektinə  və  predmetinə  görə  biri  –  birindən 
fərqlənirlər. Məlumdur ki, fızika elminin öz predmeti, biologiyanın digər, riyaziyyatın isə 
tamamilə başqa bir obyekt kimi özünəməxsus predmeti vardir. 
«İqtisadi nəzəriyyə» fənninin öyrənib araşdırdığı obyekt, yaxud sahə-iqtisadiyyatdır, 
təsərrüfat  həyatıdır.  İqtisadiyyat  isə  cəmiyyətin  yaşayıb  inkişaf  etməsi  üçün  mühüm  bir 
sahə olmaqla yanaşı, eyni zamanda mürəkkəb, dəyişən, yeni meyllərlə səciyyələnən geniş 
əhatəli obyektdir. 
Qarşılıqlı  əlaqəli  vahid  bir  sistem  kimi  iqtisadiyyat,  insan  fəaliyyətinin  istehsal, 
xidmət,  mənəvi  sahələri  ilə  bilavasitə,  yaxud  dolayı  yollarla  bağlıdır.  Cəmiyyətin  və 
insanların  müxtəlif  təyinatlı  tələbləri  əsasında  formalaşıb  inkişaf  edən  iqtisadiyyat,  öz 
tərəqqisində ciddi uğurlarla  yanaşı,  xeyli çətinliklərlə də rastlaşır. Həmin problemlərin  və 
qayğıların  aradan  qaldırılmasnın  səmərəli  yollarının  axtarışında  iqtisadi  nəzəriyyə 
(economics) mühüm əhəmiyyətə malikdir. 
İctimai  (sosial)  elmlərin  bir  sahəsi  kimi  iqtisadi  nəzəriyyənin  predmetinin 
müəyyənləşdirilməsi  və  ona  tərif  verilərək,  məzmununun  açılması  yolunda  müxtəlif 
dövrlərdə  səylər  göstərilmişdir.  Xüsusilə,  XVII-XVIII  əsrdən  başlayaraq  iqtisad  elminin 
müstəqil bir sahə kimi formalaşması prosesi, alim və mütəxəssislərin bu məsələyə diqqətini 
xeyli artırmışdır. 
İqtisadi  nəzəriyyənin predmetinə dair  A.Smit  və D.Rikardo, marksistlər, keyneçilər, 
habelə  digərləri  müxtəlif  fikirlər  söyləmişlər.  İqtisad  elminin  klassiklərinin  mövqeyinə 
görə  iqtisadi  nəzəriyyə  cəmiyyətin  iqtisadi  münasibətlərini  və  onların  inkişaf 
qanunauyğunluqlarını öyrənən elmdir. 
Marksistlərin  fikrincə,  iqtisadi  nəzəriyyənin  predmetini  «bəşər  cəmiyyətinin  maddi 
həyat  nemətlərinin  istehsal  və  mübadiləsini  idarə  edən  qanunlar  haqqında  elm»  kimi 
səciyyələndirmək lazımdır.  
İngilis  iqtisadçısı  A.Marşall  iqtisadi  nəzəriyyənin  predmetini  «insan  cəmiyyətinin 
normal həyat fəaliyyətinin öyrənilməsi»ndə görmüşdür. 
Amerika  iqtisadçısı  L.Robbinson  göstərir  ki,  iqtisadi  nəzəriyyənin  predmetinə 
«məhdud  vasitələr  şəraitində  insanların  qarşıya  qoyduqlan  iqtisadi  məqsədlərinə  çatmaq 
səyləri» daxildir. 
Nobel mükafatı laureatı P.Samuelson «Economics» dərsliyində qeyd edir ki, iqtisadi 
həyatda  başlıca  məsələ  «nə  istehsal  etmək,  nə  qədər  istehsal  etmək,  kimin  üçün  və  hansı 
vasitələrlə  istehsal  etməkdən  ibarətdir».  Deməli,  iqtisadi  nəzəriyyənin  predmetinə 
«məhdud  resurslardan  seçib  istifadə  etmək,  istehsal  olunan  məhsulları  cəmiyyət  üzvləri 
arasında bölmək və alıcıların istehlakını öyrənmək» daxildir. 
K.Makkonnell 
və  S.Bryu  (ABŞ) 
iqtisadi  nəzəriyyənin  predmetini 
belə 
müəyyənləşdirirlər: bu elm «insanın maddi tələbatlarının ən yüksək səviyyədə ödənilməsi 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
23
 
 
məqsədi ilə məhdud istehsal ehtiyatlarından səmərəli istifadə olunması, yaxud onların idarə 
edilməsi  problemlərini  tədqiq  edir».  Həmin  müəlliflər  eyni  zamanda  yazırlar  ki,  iqtisad 
elmi  «məhdud  ehtiyatlar  şəraitində  maddi  nemətlərin  və  xidmətlərin  istehsal,  bölgüsü  və 
istehlakı prosesində insanların davranışının (münasibətlərinin) təhlilidir». 
Türk  iqtisadçısı  Orxan  Oğuz  «Ümumi  iqtisadi  nəzəriyyə»  kitabında  yazır:  «İqtisad 
elminin mövzusu (predmeti) insanların iqtisadi fəaliyyətidir». 
«İqtisadi  nəzəriyyə»  dərsliyinin  müəllifləri  qeyd  edirlər  ki,  bu  elm  «bütövlükdə 
iqtisadiyyatın inkişafının başlıca qanunauyğunluqlarını və prinsiplərini müəyyənləşdirir» 
Umumıləşdirilmiş  şəkildə  iqtisadi  nəzəriyyənin  (economicsin)  predmetinə  belə  tərif 
vermək  olar:  iqtisadi  nəzəriyyə  müəyyən  dövr  ərzində,  konkret  tarixi  şəraitdə,  iqtisadi 
resursların  məhdudluğu  və  cəmiyyətin  tələblərinin  sonsuzluğu  reallığında  daha  yüksək 
mənfəət əldə etmək məqsədiylə insan fəaliyyətinin elmi təhlilidir. 
İqtisadi  nəzəriyyə  elminin  tədqiq  edib  ümumiləşdirdiyi  qanunauyğunluq  və 
prinsiplərdən  faydalanan  konkret  iqtisad  elmləri  istehsala,  habelə  xidmət  dairəsinə  öz 
təkliflərini, məsləhətlərini, tövsiyyələrini verə bilirlər. 
 
2.2. Hər bir elm öz predmetini və əhatə etdiyi müxtəlif problemlər dairəsini müəyyən 
metodların  vasitəsiylə  tədqiq  edib,  hərtərəfli  öyrənir.  İqtisadi  nəzəriyyə  elmi  də  cəmiyyət 
həyatında  və  insanların  iqtisadi  münasibətlərində  baş  verən  prosesləri  aydınlaşdırıb  izah 
etmək üçün bir sıra metodlardan istifadə edir. 
Elmin  predmeti  ilə  onun  metodları  arasında  üzvi  bir  əlaqə,  qarşılıqlı  təsir  və  daxili 
vəhdət  vardır.  Beləki,  əgər  elmin  predmeti  onun  məzmunu,  problemləri,  əhatə  etdiyi 
məsələləri  haqqında  bizə  məlumat  verirsə,  elmin  metodu  həmin  araşdırmaların  dərk 
olunması yollarını, vasitələrini, üsullarını göstərir. 
«Metod» anlayışı, yunanca «methodos» sözündən götürülmüşdür və axtarış, tədqiqat 
yolu  mənasını  verir.  Bu  baxımdan  metod,  iqtisad  elminin  müxtəlif  məsələlərinin 
öyrənilməsinin  açarıdır.  Təsadüfi  deyildir  ki,  məşhur  ingilis  alimi  F.Bekon  metodu  – 
tətqiqat yolunu işıqlandıran fanara bənzətmişdi. 
Bir  sıra  başqa  elmlərdən  fərqli  olaraq,  iqtisadi  nəzəriyyə  elminin  predmetinin 
xüsusiyyəti  elədir  ki,  onun  problemlərini  laboratoriya  və  texniki  vasitələrlə  öyrənmək 
mümkün  deyildir.  İqtisadi  nəzəriyyənin  araşdırıb,  təhlil  etdiyi  problemləri  ilk  növbədə 
elmi-nəzəri  təfəkkür  tərzi  və  onun  əsaslandığı  müəyyən  metodlar  vasitəsiylə  səmərəli 
surətdə həll etmək olar. 
İqtisadi nəzəriyyənin metodları aşağıdakılardır: 
a) Elmi abstraksiya metodu. Bu  metod vasitəsiylə cəmiyyətin  iqtisadi  həyatında  və 
insanların  münasibətlərində  müşahidə  olunan  hadisələrin  mühüm  cəhətləri  aşkara 
çıxarılaraq  ümumiləşdirilir.  Eyni  zamanda,  bu  proseslərdə  təsadüfi  xarakter  daşıyan  və 
ikinci dərəcəli əhəmiyyət kəsb edən cəhətlər nəzərə alınmır. Əsas diqqət, iqtisadi hadisə və 
proseslərə xas olan ümumi, habelə mühüm cəhətlərin aşkara çıxanlmasına verilir. 
Qeyd  etmək  lazımdır  ki,  abstrakt  (mücərrəd)  metod  vasitəsilə  hər  hansı  bir 
cəmiyyətin,  yaxud  iqtisadi  hadisənin  mahiyyəti  üzə  çıxarılır.  Lakin  aydındır  ki,  iqtisadi 
proseslərin tam dərk edilməsi yalnız bununla başa çata bilməz. Abstrakt təfəkkür metodu, 
konkret iqtisadi proseslərin mahiyyətini açmağa kömək etməlidir. 
Alman filosofiı Hegelin dediyi kimi «canlı müşahidədən (seyrdən) abstrakt təfəkkürə 
və oradan da praktikaya (təcrübəyə), – həqiqəti dərk etməyin yolu belədir». Doğrudan da, 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə