Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə21/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
45
 
 
Q
iym
ət
 (
m
ana
t,
 dol
la
r)
 
Tələb (ədəd, ton, metr) 
Qiymət 
amilindən 
asılı 
olaraq,  tələbin  necə  dəyişdiyini 
qrafik  şəkildə  aşağıdakı  sxemdən 
görmək mümkündür. Bu qrafikdən 
aydın  olur  ki,  qiymətdən  asılı 
olaraq tələb xətti, yaxud əyrisi tərs 
mütanasiblik 
əsasında 
dəyişəcəkdir.  
 
5.3. Təklif dedikdə, müəyyən 
bir  vaxt  ərzində  bazarda  olan, 
yaxud  bazara  çıxarıla  bilən  hazır 
əmtəələrin  –  xidmətlərin  həm 
miqdar  (kəmiyyət),  həm  də  pul 
(dəyər)  ifadəsində  həcmi  nəzərdə 
tutulur.  Təklif  bazarın  maddi  əsası 
olub,  istehlakçıların  (alıcıların) 
müxtəlif  təyinatlı  maddi  və  mənəvi  tələbatlarının  ödənilməsinin  mənbəyidir.  Təklif  eyni 
zamanda  istehsala,  onun  maddi-texniki  bazasının  yenidən  qurulmasına,  məhsul  buraxılışı 
həcminin genişlənməsinə, alıcıların zövqünün formalaşmasına güclü təsir göstərir. 
Təklif  qanunu,  iqtisadi  resursların  istehlakçılarının  müəyyən  bir  vaxt  ərzində, 
müəyyən qiymətə bazara müəyyən məhsulları çıxarmaq arzusu və imkanıdır. Deməli, təklif 
qanunu  müəyyən  bir  dövr  ərzində,  əmtəələrin-xidmətlərin  miqdarı  (həcmi)  ilə  onların 
qiymətləri arasında düz mütanasiblik (nisbət) olduğunu göstərir. Nümunə kimi dünya taxıl, 
ərzaq,  yanacaq  bazarında  formalaşan  qiymətlərin  onun  təklifinə  (satışına)  necə  təsir 
etdiyini aşağıdakı cədvəldən görmək olar. 
Cədvəldən  aydın  olur  ki,  bazarda  taxıl  məhsullarına  olan  qiymət  yüksəldikcə, 
istehlakçılar bazara daha çox məhsul çıxarmaqda maraqlı olacaqlar.  
 
1 ton taxıl 
qiyməti (dollarla) 
Təklifin həcmi 
(min ton) 
200 
600 
150 
500 
100 
350 
80 
200 
60 
50 
 
Əmtəə-xidmətlərin  qiymətləri  ilə  onların  təklifi  arasında  olan  düz  mütanasibliyi 
(asılılığı) qrafik şəkildə aşağıdakı kimi göstərmək olar:  
Bu  qrafikdən  aydın  olur  ki,  bazarda  taxıl  məhsullarının,  eyni  zamanda  digər 
əmtəə-xidmətlərin  qiymətlərinin  artması  meyli,  istehsalçıların  maraqlarına  cavab 
verdiyindən,  onları  həvəsləndirərək,  öz  fəaliyyətlərini  daha  da  genişləndirməyə  real 
şərait yaradacaqdır. 
Bazarda  tələb  və  tıklifin  formalaşmasına  2  qrup  amil  təsir  göstərir.  Bunlardan 
birincisi  qiymət,  ikincisi  isə  qeyri-qiymət,  yəni  bilavasitə  qiymətlə  bağlı  olmayan 
amillərdir.  Qiymət  amili  həm  tələbə,  həm  də  təklifə  əsas  təsir  göstərir.  Lakin  tələb  və 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
46
 
 
təklifə  başqa  amillər  də  müəyyən 
dərəcədə  təsir  edirlər.  Məsələn,  tələbə 
əhalinin 
gəlir 
səviyyəsi; 
bazarda 
əvəzedici 
məhsulların 
(müxtəlif 
meyvələrin,  paltaryuyucu  tozların,  bitgi 
və 
heyvan 
yağlarının) 
olması; 
qiymətlərin 
enib-qalxması 
ehtimalı; 
mövsüm 
xarakterli 
dəyişikliklər; 
əhalinin  zövq  və  istəyi;  ailə  tərkibi; 
reklam təbliğatı təsir göstərə bilir. 
Təklif  də  qiymət  amili  ilə  yanaşı, 
istehsalın  müxtəlif  sahələrində  texnika 
və  texnologiyanın  təkmilləşdirilməsi; 
bazara 
yeni  əvəzedici 
məhsulların 
çıxarılması; 
rəqabət 
mübarizəsinin 
kəsginləşməsi; 
bazarda 
məhsulun 
bolluğu yaxud qıtlığı; inhisarçılıq meylləri də bəzən müsbət, bəzən də mənfi təsir göstərir. 
 
5.4.  Bazara  çıxarılan  əmtəə-xidmətlər  tələb  və  təklifin  təsiri  altında  formalaşan 
müəyyən  bir  qiymətə  satılır.  Bazar  münasibətləri  iqtisadi  stemində  onun  fəaliyyət 
mexanizminin tərkib  hissəsi sayılan qiymətin düzgün  formalaşması, sağlam  iqtisadiyyatın 
inkişafında  mühüm  rol  oynayır.  Çünki  qiymət  vasitəsiylə  istehsalçılarla  istehlakçılar, 
şirkətlərlə dövlət, əhali  ilə dövlət arasındakı  münasibətlər tənzimlənir. Qiymət-istehsal  və 
istehlak  proseslərinin  son  nəticələrini  özündə  yekunlaşdıran,  onun  nə  dərəcədə  səmərəli 
aparıldığını  özündə  əks  etdirən  ölçü  meyarıdır.  Bazar  qiyməti  isə  orada  reallaşdırılan  hər 
hansı bir əmtəənin-xidmətin konkret ifadəsidir. 
Bazarda  yaranmış  vəziyyətlə  bağlı,  bu  və  ya  digər  məhsul  öz  qiymətindən 
(dəyərindən)  baha  satıla  bilər.  Buna  səbəb,  həmin  məhsula  (xidmətə)  bazarda  tələbin 
təklifdən çox olmasıdır. Bu halda üstünlük istehsalçının və satıcının tərəfində olduğundan, 
həmin yüksək qiymət – təklif qiyməti adlanır. 
Eyni  zamanda  mümkündür  ki,  müxtəlif  səbəblərlə  bağlı,  bazarda  alıcılara  təklif 
olunan ayrı-ayrı məhsulların yaxud xidmətlərin həcmi (miqdarı), alıcıların tələbindən xeyli 
çoxdur.  Təbiidir  ki,  bu  halda  (əlbəttə,  müəyyən  istisnalarla)  tələb  qiyməti,  həmin 
əmtəələrin-xidmətlərin  bazar  qiymətindən  aşağı  olacaqdır.  Belə  bir  vəziyyətdə  bazarda 
formalaşan qiymətə – tələb qiyməti deyilir. 
Bazar  qiymətinin  formalaşmasına  ilk  növbədə  tələb  və  təklif,  istehsal  xərcləri, 
əmtəənin  keyfiyyəti,  dizayn  xüsusiyyətləri,  əhalinin  gəlirləri,  onların  alıcılıq  qabiliyyəti, 
mövsümülük, reklam kimi amillər bilavasitə, habelə dolayı yollarla təsir göstərir. 
Lakin,  adətən  bazar  üçün  səciyyəvi  olan  müəyyən  qiymət  enib-qalxmalarını  nəzərə 
almasaq, orada tələblə təklifin səviyyəsinin şərti nisbi sabitliyi (bərabərliyi) prinsipini əsas 
götürsək, bazarda tarazlıq qiyməti əmələ gəlir. Bazarda tarazlıq qiyməti dedikdə, müəyyən 
bir  vaxt  (ay,  rüb,  il)  ərzində  mövcud  qiymətlər  şəraitində  məhsullar-xidmətlər  təklifinin 
ümumi  həcmi  ilə  həmin  mallara  alıcı  tələbi  arasında  müəyyən  uyğunluq  başa  düşülür. 
Həmin asılılığı sxem (qrafik) şəkildə belə göstərmək olar:  
Q
iym
ət
 (
m
ana
t,
 dol
la
r)
 
Təklif (ədəd, ton, metr) 







Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə