Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə14/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   10   11   12   13   14   15   16   17   ...   179

42 

Məhəmməd Rza bəydən və  Əbdülkərim bəydən ibarət nümayəndə 

heyəti Arif Əhməd paşanın qəbulunda oldular. Danışıqlar zamanı 

İrəvan elçiləri  şah II Təhmasibin (1722-1732) razılığı olmadan 

qalanın təslim olunmasının qeyri-mümkünlüyünü bildirdilər. Çünki 

şahın yanında kiminsə  oğlu, kiminsə qardaşı, kiminsə  də arvadı 

girov idi. Onlar şahdan xəbər gəlincə möhlət verilməsini xahiş 

etdilər. Lakin paşa bu şərtlə razılaşmadı. Buna görə  də danışıqlar 

heç bir nəticə vermədi. Beləliklə, danışıqlar iki həftə davam etdi 

(74, 49; 492, 11; 87, 12). 

İrəvan hakimi başda olmaqla irəvanlıların könüllü təslim 

olmayacağını görən Arif Əhməd paşa iyulun 7-də qalaya hücum 

əmrini verdi. Qala güclü bombardman edilir. Qeyd etmək lazımdır 

ki, İrəvan qalasının mühasirəsi üçün Ərzurumdan 14 böyük top və 

bu topları idarə etmək üçün 32 topçu mütəxəssis gətirilmişdi. Zəngi 

çayının  əks tərəfində quraşdırılan bu toplardan qala güclü bom-

bardmana məruz qaldı (492, 11; 87, 13). 

Lakin Allahqulu xan başda olmaqla İrəvan qalasına sığınan 

yerli  əhali və qoşun hissələri Osmanlı qoşununa güclü müqavimət 

göstərirdi. Onlar da öz növbəsində osmanlılara top atəşi ilə cavab 

verirdilər (87, 13). 

İrəvanlıların güclü müqaviməti mühasirənin uzanmasına sə-

bəb olmuşdu. Osmanlı ordusu ayrı-ayrı vaxtlarda dörd dəfə İrəvan 

qalasına irimiqyaslı hücum etmişdi.  İlk üç hücumda İrəvan qalası 

güclü bombardmana məruz qalmış, hətta bombardman nəticəsində 

qala divarlarında çatlar əmələ  gəlmişdi. Bu çatlardan qalaya gir-

məyə çalışan Osmanlı qoşunu güclü müqavimətlə rastlaşdı. Tüfəng, 

qumbara, hətta daşlarla silahlanmış irəvanlılar Allahqulu xanın 

başçılığı ilə  nəinki hücumun qarşısını aldılar, eyni zamanda os-

manlılar xeyli itki verdi. Burada dözülməz hava şəraiti də öz işini 

görmüşdü. Hər iki tərəfdən çoxlu ölən və yaralanan var idi. İş o yerə 

çatmışdı ki, insan, heyvan cəsədlərinin çürüməsindən hər tərəfi 

müxtəlif xəstəliklər bürümüşdü. Buna görə  də, paşa ölüləri dəfn 

etmək üçün üç günlük barışıq xahiş etmişdi (493, 107-108; 74, 52-

53; 87, 14). 



43 

Köməksiz qalmış qala sakinlərinin vəziyyəti də heç də yaxşı 

deyildi.  İrəvanlıların qəhrəmanlıqla mübarizə aparmalarına 

baxmayaraq, mühasirənin uzanması onların qüvvələrini xeyli 

tükəndirmişdi. Bir tərəfdən döyüşlərdə ölənlərin sayının artması, 

digər tərəfdən  ərzaq çatışmazlığı irəvanlıların sıralarını gündən-

günə seyrəldirdi. Aclıq qala sakinlərini tamamilə  əldən salmışdı. 

Qaladan hər gün onlarla adam qaçırdı (74, 51; 493, 108). Digər 

tərəfdən, irəvanlıların silah və sursatları da detdikcə tükənirdi. 

Toplar üçün mərmi, güllə və hətta güllə düzəltmək üçün qurğuşun 

belə çatışmırdı (493, 108). 

Bununla belə irəvanlılar təslim olmaq niyyətində deyildi. 

İrəvan hakimi Allahqulu xan şah II Təhmasibdən kömək almaq 

ümidində idi. O, mühasirə başlanandan kömək almaq məqsədilə 

gizli surətdə şahın yanına adamlar göndərirdi. Xanın niyyətini hiss 

edən və irəvanlılara kənardan hər cür köməyin onlar üçün təhlükəli 

olacağını başa düşən Osmanlı komandanlığı isə bunun qarşısını 

almaq üçün hər vasitəyə  əl atırdı. Bütün yollar nəzarətə götürül-

müşdü. Bunun nəticəsində qaladan çıxmağa çalışan bir neçə  nəfər 

həbs edilmişdi. Digər tərəfdən, irəvanlılar xəyanətlə də üzləşirdilər. 

Belə ki, bəylərbəyi hələ qalaya hücumdan əvvəl Osmanlı koman-

danlığı  tərəfindən ona göndərilmiş aman məktubunu  şahın adına 

yazdığı məktubla birlikdə bir nəfər şəxsilə şah II Təhmasibin yanına 

göndərmişdi. Lakin həmin  şəxs hər iki məktubu Osmanlı 

komandanlığına təslim etmişdi (74, 50-51). 

Buna baxmayaraq, şah II Təhmasib irəvanlılara kömək 

məqsədilə Mustafa xanın başçılığı ilə Naxçıvan istiqamətinə qoşun 

göndərdi.  İrəvan hadisələrinin canlı  şahidi M.Kəmani guya bu 

qoşunların sayının 30.000 nəfərə yaxın olduğunu bildirirdi. Onun 

yazdığına görə, bu məlumatı  İrəvan qalasına daxil olmağa çalışan, 

osmanlılar tərəfindən  ələ keçirilmiş casus xəbər vermişdi (74, 51). 

Qeyd etmək lazımdır ki, müəllifin həmin qoşunla bağlı verdiyi bu 

məlumat inandırıcı görünmür. Çünki əfqanlar tərəfindən sıxışdırılan 

Səfəvi  şahının hərbi qüvvə  cəhətdən ciddi problemləri var idi. 

Əslində  şahın göstərişi ilə Mustafa xan azsaylı qoşunla Naxçıvan 



44 

hakimi Mənsur xanla birləşərək irəvanlılara kömək etməli idi. Bu 

birləşmiş qoşunun sayı  cəmisi 8 minə  qədər çatırdı. Bu xəbəri 

eşidən Arif Əhməd paşa irəvanlılara köməyə gələn bu qoşuna zərbə 

endirməyi qərara aldı. Bu məqsədlə Osmanlı komandanlığı xüsusi 

müşavirə çağırdı. Müşavirədə Bəyazid hakimi Mahmud paşanın və 

Ələşkert hakimi Xəlil bəyin başçılığı ilə bir dəstə qoşunun 

Naxçıvan tərəfə göndərilməsi qərara alındı. 1724-cü il sentyabrın 

10-da Ordubad yaxınlığında tərəflər arasında bir saaat davam edən 

döyüş baş verdi. Döyüşdə şah qoşunu məğlub oldu. Məğlub olmuş 

xanlar Naxçıvandan geri çəkilmək məcburiyyətində qaldılar. Bu 

döyüşdə  İrəvan hakiminin qardaşı Hüseynqulu bəy  ələ keçirilərək 

Osmanlı komandanlığına təslim edilmişdi (74, 51-53, 58, 61). 

Lakin ruhdan düşməyən  İrəvan hakimi Allahqulu xan qonşu 

əyalətlərdən kömək almaq üçün yeni bir cəhd etdi. O, yaxın adam-

larından ibarət bir heyəti xüsusi məktubla Gəncəyə göndərdi. 

Məktubda xan gəncəlilərdən 2-3 min nəfərlik hərbi qüvvə  xahiş 

etmişdi. Onun planına görə, bu qüvvələr bir tərəfdən, qala 

müdafiəçiləri isə digər tərəfdən Osmanlı qoşununa hücum etməli 

idi. Lakin bu heyət Qoç Əlinin adamları tərəfindən ələ keçirilmiş və 

məktub tapılaraq Osmanlı baş komandanına verilmişdi (74, 54). 

İtkilərə baxmayaraq tezliklə Osmanlı qoşununa  əlavə kömək 

gəldi. Kütahiyə paşasının qoşunları Arif Əhməd paşanın qoşunları 

ilə birləşdi. Bundan ruhlanan paşa sentyabrın 10-da dördüncü dəfə 

İrəvan qalasına hər tərəfdən irimiqyaslı hücum əmrini verdi. Lakin 

bu hücum da Osmanlı qoşunlarının tam məğlubiyyəti ilə  nəticə-

ləndi. Xeyli itki verən osmanlılar geri çəkilmək məcburiyyətində 

qaldılar (493, 107-108). 

Uğursuz hücumlar Osmanlı qoşununu ağır vəziyyətə salmışdı. 

Onlar döyüş baslayandan bəri 20.000 nəfərə yaxın adam itirmişdilər 

(493, 108; 492, 12). 

Lakin sentyabrın sonlarında  Ərzurum hakimi Sarı Mustafa 

paşanın başçılığı ilə buraya əlavə qoşun hissələrinin gəlməsi Os-

manlı qoşununun vəziyyətini xeyli yaxşılaşdırdı. (493, 108; 87, 14). 




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə