Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə3/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   2   3   4   5   6   7   8   9   ...   179

dövründə  İrəvan xanlığının hərbi-siyasi vəziyyətindən bəhs edən 

xeyli faktlar toplanmışdır. Bu mənbələrdə diqqəti cəlb edən  əsas 

məsələlərdən biri, Pənahəli xanın dövründə vaxtilə  İrəvan xan-

lığının Göycə mahalına daxil olan və  Tərtər çayına qədər uzanan 

şərq torpaqlarının Qarabağ xanlığı tərəfindən işğal edilməsidir. Bu 

faktın  İrəvan xanlığının siyasi sərhədlərinin dəqiqləşdirilməsində 

böyük əhəmiyyəti vardır. 

Mövzunun tədqiqində A.Bakıxanovun məşhur «Gülüstani-

İrəm» əsərindən də istifadə olunmuşdur (95). Qeyd etmək lazımdır 

ki, Azərbaycan tarixinin sistemli şəkildə tədqiq edilməsinə ilk dəfə 

cəhd göstərən A.Bakıxanov (1794-1847) olmuşdur. O, XIX 

yüzilliyin  əvvəllərində baş vermiş siyasi hadisələrin və  hər iki 

Rusiya-Qacar müharibələrinin canlı  şahidi və  iştirakçısı olduğu 

üçün onun əsəri Azərbaycan tarixşünaslığında haqlı olaraq ilkin 

qaynaq kimi dəyərləndirilir. «Gülüstani-İrəm» əsəri Azərbaycan və 

Dağıstan tarixinin qədim dövrlərindən 1813-cü ilədək, yəni 

Gülüstan müqaviləsinin bağlandığı zamanadək olan bir dövrünü 

əhatə edir. Monoqrafiyanın yazılmasında bu əsərin beşinci fəslindən 

geniş istifadə edilmişdir. Bu bölmədə birinci və ikinci İrəvan 

yürüşləri, bu yürüşlərdə irəvanlıların rus qoşunlarını məğlub etməsi, 

əhalinin durumu ilə bağlı hadisələr haqqında verilmiş  məlumatlar 

xususilə əhəmiyyətlidir. Onun İrəvan əmirlərinin və əhalisinin əksə-

riyyətinin Azərbaycan türklərindən olan Qacarlara məxsusluğunu 

göstərməsi önəmli bir faktdır. 

Tədqiqatımız zamanı A.Bakıxanovun 1983-cü ildə  nəşr 

olunmuş, müxtəlif illərdə yazdığı əsər, qeyd və məktublarından da 

istifadə olunmuşdu (94). Toplanmış bu sənədlərdə xanlıqların 

idarəçilik sistemi, əhalinin sosial təbəqələri haqqında verilən 

məlumatların mövzumuz üçün böyük əhəmiyyəti vardır. 

Monaqrafiyanın yazılmasında Osmanlı arxiv sənədlərindən və 

mənbələrindən də istifadə olunmuşdur. Osmanlı arxiv sənədlərinin 

bir hissəsi «Osmanlı dövləti ilə Azərbaycan türk xanları arasında 

münasibətlərə dair arxiv bilgiləri» adı ilə iki cilddə nəşr edilmişdir 

(72; 73). Bu arxiv sənədlərinin əhəmiyyəti ilk növbədə ondadır ki, 

bu sənədlərdə  İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri kimi 




dəyərləndirilmişdi. Sənədlərdə İrəvan xanlarının Osmanlı sarayı ilə 

yazışmaları, sultan fərmanları, Rusiya, Kartli-Kaxetiya və Qacar 

təcavüzü ilə bağlı Osmanlı paşalarının rəsmi məktubları öz əksini 

tapmışdır. Osmanlı  sənədləri  İrəvan tarixi ilə bağlı  bəzi siyasi 

hadisələrə Osmanlı dövlətinin münasibətinin öyrənilməsi baxı-

mından da çox əhəmiyyətlidir. 

1724-cü ildə Osmanlı qoşunlarının  İrəvana hücumunu əks 

etdirən mənbələrdən Mustafa ağa Kamaninin “İrəvan fəthnaməsi” 

adlı tarixi əsərini (74) də qeyd etmək lazımdır. Hadisələri öz gözü 

ilə görmüş müəllif İrəvanın osmanlılar tərəfindən tutulması ilə bağlı 

ətraflı məlumat vermişdi. 

Mövzunun yazılmasında erməni mənbələrindən də istifadə 

olunmuşdu. Erməni xalqının çoxsaylı ideoloqlarından olan bu 

müəlliflərin əsərlərində İrəvan bölgəsinin tarixi saxtalaşdırılmış, bu 

ərazinin  Şərqi Ermənistan  ərazisi olduğu iddia edilmiş, təsvir 

edilmış hadisələrdə  əhalinin  əksəriyyətini təşkil edən Azərbaycan 

türkləri kölgədə qalmış  və ermənilərin fəaliyyəti həddindən artıq 

şişirdilmişdi. Bu mənbələrin  ən qüsurlu cəhətlərindən biri də yer 

adlarının-toponimlərin erməniləşdirilməsidir. Odur ki, gələcəkdə 

İrəvan bölgəsində dövlət yaratmaq üçün ideya zəmini hazırlayan 

erməni müəlliflərinin  əsərlərinə ehtiyatlı yanaşmaq və onları digər 

mənbələrlə müqayisə etmək zərurətini bir an belə unutmamışıq. 

İrəvan bölgəsi haqqında məlumat verən erməni mənbələ-

rindən Z.Kənəkirlinin “Xronika” əsərini xüsusi qeyd etmək lazımdır 

(225).  Əsər  İrəvan bölgəsi haqqında zəngin məlumatlarla diqqəti 

cəlb edir. Mənbədə Qaraqoyunlu dövlətindən başlayaraq 1699-cu 

ilə qədər bir dövrü əhatə edən hadisələr işıqlandırılmışdır. Müəllifin 

XVII yüzilliyin sonlarında  İrəvan bölgəsinin siyasi-iqtisadi həyatı 

və inzibati-ərazi quruluşu haqqında verdiyi məlumatları daha 

maraqlıdır. 

Erməni mənbələrindən biri də “1722-1736-ci illərin erməni 

anonim xronikası” adlandırılmış əsərdir (87). “Xronika”da hadisələr 

əfqan tayfalarının İranı işğal etməsi və şah I Sultan Hüseynin (1694-

1722) hakimiyyətinin devrilməsinin təsviri ilə başlayır. Sonrakı 

məlumatlar Osmanlı-Səfəvi müharibələrindən bəhs edir. Burada 




10 

Osmanlı qoşunları tərəfindən Azərbaycanın müxtəlif şəhərlərinin, o 

cümlədən İrəvanın işğal edilməsi və Nadir şahın fəaliyyəti haqqında 

məlumatlar verilir. Bu mənbənin mövzumuzla bağlılığını  şərtlən-

dirən cəhət bir də ondan ibarətdir ki, burada bildirilir ki, hərbi 

əməliyyatlar nəticəsində İrəvan əhalisi böyük itkilərə məruz qalmış, 

onların bir hissəsi müharibələrdə öldürülmüş, bir hissəsi də qonşu 

əyalətlərə köçmüşdü. Bu da İrəvan bölgəsinin  əhalisinin say tər-

kibinə  mənfi təsir göstərmişdi. Lakin müəllif saxtakarlığa yol ver-

miş, Osmanlı qoşununa qarşı yalnız ermənilərin və qaraçıların 

mübarizə apardığını göstərməyə çalışmış, bölgə  əhalisinin böyük 

əksəriyyətini təşkil edən Azərbaycan türkləri haqqında məlumat 

verməmişdir.  Əsərin qüsurlu cəhətlərindən biri də,  İrəvan bölgə-

sində olan yer adlarının erməniləşdirilməsidir. 

İrəvan bölgəsinin siyasi tarixini özündə  əks etdirən erməni 

mənbələrdən biri də A.Şamaxılının “Təhmasibqulu xanın yürüşləri 

və onun şah seçilməsi” əsəridir (497). Mənbə XVIII yüzilliyin 20-

30-cu illərində Azərbaycanda baş vermiş hadisələri yığcam şəkildə 

özündə  əks etdirmişdi. Müəllifin 1735-ci ildə Nadir xanın  İrəvan 

bölgəsini Osmanlı qoşunlarından geri alarkən, buradan Xorasana 

köçürdüyü ailələrin sayını göstərməsi xeyli maraq doğuran 

faktlardan biridir. 

XVIII yüzilliyin birinci yarısına aid erməni mənbələrindən 

Abram Kretatsinin “İranlı Nadir şah və baş vermiş hadisələr 

haqqında tarix” əsərini (238) xüsusi qeyd etmək olar. Üçmüəzzin 

kilsəsinin katolikosu olmuş müəllifin göstərilən  əsərində XVIII 

yüzilliyin 30-40-cı illərin  əvvəllərində baş vermiş hadisələr 

işıqlandırılmışdı. Burada Osmanlı-Səfəvi müharibələri, Nadirin şah 

seçilməsi, onun apardığı müharibələrin və ağır vergi siyasətinin acı 

nəticələri, İrəvan bölgəsinin inzibati-ərazi quruluşu kimi süjetlər öz 

əksini tapmışdır. A.Kretatsi də  İrəvan bölgəsini “Ararat əyaləti” 

adlandırmış, çay və yer adlarını erməniləşdirmişdi. 

İrəvan bölgəsinə aid üç cilddən ibarət arxiv sənədlərinin xeyli 

hissəsi «Erməni-rus münasibətləri» adı ilə müxtəlif illərdə  nəşr 

olunmuşdur (88; 89; 90). Külliyyatlarda Rusiya Dövlət Hərbi Tarix 

Arxivi (RDHTA), Rusiya İmperiyası Xarici Siyasət Arxivi 




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə