Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə5/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   2   3   4   5   6   7   8   9   ...   179

14 

mülkiyyəti formaları, vergi və mükəlləfiyyət növləri,  əhalisinin 

sayı, etnik, dini və sosial tərkibi haqqında zəngin materiallar verir. 

A.V.Suvorovun müxtəlif vaxtlarda çar sarayına göndərdiy 

məktublarının (171) da mövzunun tədqiqində  əhəmiyyəti vardı. 

II Yekaterina  hökuməti tərəfindən 1780-ci ildə Qafqazda rus qo-

şunlarının baş komandanı  təyin olunan A.V.Suvorov bu bölgəni 

işğal etmək üçün ilk növbədə  məlumat toplamalı  və hücum planı 

hazırlamalı idi. O, əldə etdiyi məlumatları məktub şəklində mərkəzə 

göndərirdi. Bu məktublarda  İrəvan xanlığının sərhədləri,  əhalisi 

haqqında məlumatlar toplanmışdı. Lakin İrəvan haqqında məlu-

matlar Suvorova əsasən ermənilər tərəfindən verildiyindən məktub-

larda xanlığın  əhalisinin etnik tərkibi haqqında saxtakarlığa yol 

verilmişdi. Belə ki, sənədlərdə xanlıq  əhalisinin  əksəriyyətinin er-

mənilər təşkil etdiyi göstərilmiş, hətta Azərbaycan türklərinin 

yaşadığı  Pəmbək sultanlığının ermənilərdən ibarət olduğu qeyd 

edilmişdi. 

Mövzunun tədqiqində 1770-1773-cü illərdə Qafqazda səya-

hətdə olmuş İ.P.Güldenşteynin səyahətnaməsindən (154) də istifadə 

olunmuşdu. Onun İrəvan bölgəsi, habelə onun əhalisi haqqında 

verdiyi məlumat xüsusilə maraq doğurur. Səyahətnamənin 

əhəmiyyəti ondan ibarətdir ki, müəllif burada İrəvan bölgəsinin 

əhalisinin Azərbaycan türklərindən ibarət olduğunu göstərmişdi. 

İrəvan xanlığının siyasi tarixinin və tarixi coğrafiyasının 

öyrənilməsində çar Rusiyası dövründə  nəşr olunan «Qafqaz məc-

muəsi» adlı toplular seriyasının I, XXI, XXII, XXIV, XXVIII və 

XXX cildlərindən (219; 220; 221; 222; 223; 224) istifadə edilmişdi. 

Topluda Gülüstan müqaviləindən sonra İrəvan xanlığının Rusiya ilə 

münasibətləri, ayrı-ayrı rus zabitlərinin  şəxsi gündəlikləri və 

Qafqazdakı rus ordusu qərargahının 1826-1828-ci illər müharibəsi 

ilə  əlaqədar küllü miqdarda sənədləri toplanmışdı. Bu sənədlərdə 

İrəvan xanlığının siyasi – iqtisadi vəziyyəti, tarixi coğrafiyası  və 

əhalisi haqqındakı  məlumatlar böyük əhəmiyyətə malikdir. Qeyd 

etmək lazımdır ki, bu materialların bəzisi ilk dəfə olaraq bizim 

tərəfimizdən bu monoqrafiyada elmi dövriyyəyə gətirilmişdir. 



15 

XIX yüzilliyin 50-ci illərində Tiflisdə nəşr olunmuş «Qafqaz 

təqvimləri»ndə  işin tədqiqi ilə başlı xeyli material cəmləşmişdi 

(216; 217; 218). Bu “Təqvimlər”də İrəvan şəhəri və bölgəsinin bəzi 

mahallarının siyasi-iqtisadi tarixi və  əhalisi haqqında məlumatlar 

vardı. 


İrəvan bölgəsinə aid bəzi məlumatlar «Sbornik materialov 

dlya opisaniya mestnostey i plemyon Kavkaza» adlı topluda tapmaq 

olur. Monaqrafiyanın yazılmasında Çox cildli toplunun I, IV və IX 

cildlərindən istifadə edilmişdir (472; 473; 474). Jurnalda İrəvanın 

siyasi tarixi, iqtisadi vəziyyəti, xanların  şəcərəsi,  əhalinin sayı, 

köçürülməsi və  mədəniyyəti haqqında xeyli material əldə edə 

bilmişik. 

1887-ci ildə Tiflisdə çap olunmuş çoxcildlik «Svod mate-

rialov…» toplusunda da İrəvan xanlığı və Rusiya işğalı dövrünə aid 

bəzi məlumatlar toplanmışdır (476; 477; 478). Bu toplu İrəvanın 

müstəqil xanlıq və Rusiya işğalı dövründə dövlət quruluşu, inzibati-

ərazi bölgüsü, əhalinin say, etnik, sosial və dini tərkibi, vergi və 

suvarma sistemləri haqqında  əhəmiyyətli məlumatları ilə diqqəti 

cəlb edir. 

İrəvan xanlığı haqqında bəzi məsələlər «Kavkazskiy vestnik» 

(212; 213; 214; 215) «Oteçestvennıye zapiski» (263), «Russkaya 

starina» (469) jurnalların materiallarında da əksini tapmışdır. 

İ.Şopenin «Rusiya imperiyasına birləşdiyi dövrdə Erməni 

vilayətinin tarixi abidələrinin vəziyyəti»  əsərini (499) İrəvan 

bölgəsinin siyasi-iqtisadi tarixi, mədəniyyətini öyrənmək üçün ən 

mühüm mənbələrdən biri hesab etmək olar. Geniş statistik məlu-

mata söykənən bu əsər işğaldan sonra çar orqanları  tərəfindən 

həyata keçirilmiş siyahıyaalınma nəticəsində  tərtib edilmişdi. Belə 

ki,  İrəvan xanlığının işğalını  həyata keçirən rus qoşunlarının baş 

komandanı Paskeviçin təşəbbüsü ilə bu bölgəni Rusiyanın xammal 

bazarına çevirmək, gəlir mənbələrini dərindən öyrənmək üçün 

1829-cu ilin aprelindən burada siyahıyaalınma həyata keçirilməyə 

başlanmış  və bu iş 1832-ci ilin mayında tamamlanmışdır.  Əsərdə 

bölgənin «Erməni vilayəti» adlandırılması Rusiyanın işğaldan sonra 

Cənubi Qafqazda apardığı inzibati-ərazi dəyişikliyi ilə bağlı idi. 




16 

Burada  İrəvan bölgəsinin siyasi tarixi, coğrafiyası, iqlimi, iqtisa-

diyyatı, kənd təsərrüfatı, sənətkarlığı, məişəti, adətləri, suvarma 

sistemi, bitkiləri, yerli çəki və ölçü vahidləri, vergilər, inzibati-ərazi 

bölgüsü,  əhalinin sayı, etnik və dini tərkibi və s. haqqında zəngin 

statistik məlumatlar toplanmışdır. Lakin işğaldan sonra həyata 

keçirilən bu siyahıyaalınmaya tənqidi yanaşmaq və onu dövrün 

digər mənbələri ilə müqayisə etmək lazımdır. Çünki işğal pro-

sesində  İrəvan xanlığının  ərazisi və  əhalinin  əksəriyyətini təşkil 

edən Azərbaycan türkləri çoxlu itkiyə məruz qalmış, erməni əhalisi 

əksinə rusların köçürmə siyasəti nəticəsində süni şəkildə çoxal-

dılmışdı. Digər tərəfdən,  İrəvan bölgəsinin siyasi tarixinə toxunan 

müəllif erməni mənbələrinin təsirinə düşmüş  və onun tarixini er-

mənilərlə bağlamışdı. 

Tədqiq etdiyimiz mövzu ilə bağlı Azərbaycanda olmuş ayrı-

ayrı rus məmurlarının xatirələri də sanballı faktlar verir. Bunlardan 

biri 1783-1787-ci illərdə Kartli-Kaxetiya sarayında Rusiyanın 

nümayəndəsi olmuş rus səyyahı  və diplomatı S.D.Burnaşovun 

«İrandakı Azərbaycan  əyalətinin təsviri və onun siyasi vəziyyəti» 

adlı əsəridir (105). Bu əsərin əhəmiyyəti ilk növbədə ondan ibarət-

dir ki, müəllif İrəvan da daxil olmaqla bütün xanlıqların yerləşdiyi 

ərazini «Adrebijan», yəni Azərbaycan adlandırır. Bu faktın özü 

İrəvan xanlığının Şərqi Ermənistan adlandıran erməni müəlliflərinə 

tutarlı bir cavabdır.  Əsərdə  İrəvan xanlığının qonşu xanlıqlar ilə 

siyasi münasibətləri, hərbi qüvvələri, sərhədləri, coğrafi mövqeyi, 

əhalisinin etnik tərkibi, sayı haqqında qısa da olsa məlumat veril-

mişdir. S.D.Burnaşovun bu əsərində maraq doğuran məlumatlardan 

biri də Makunu İrəvan xanlığının tərkib hissəsi kimi təqdim 

etməsidir. 

Bundan  əlavə, S.D.Burnaşovun müxtəlif illərdə P.S.Pot-

yomkinə yazdığı  məktubları «1783-1787-ci illərdə Gürcüstanda 

olmuş S.D.Burnaşovun tərcümeyi-halı  və  fəaliyyəti üçün yeni ma-

teriallar» adı altında Sankt-Peterburqda nəşr edilmişdir (106). Əsər-

də Azərbaycan xanları, eləcə  də  İrəvan xanlığı haqqında kəşfiyyat 

xarakterli məlumat vardır. 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə