Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə9/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   5   6   7   8   9   10   11   12   ...   179

26 

da rast gəlmək olar. A.R.İoannesyanın əsərdə İ.Arqutinskinin mək-

tubuna  əsasən,  İrəvan xanlığında erməni  əhalisinin çox az olması 

fikrini təsdiq etməsi obyektiv tarixi reallığı əks etdirən faktdır. Di-

gər tərəfdən, müəllifin  əsərlərdə  təqdim etdiyi arxiv sənədləri 

mövzumuz üçün çox əhəmiyyətlidir. 

Mövzumuzla bağlı  bəzi məsələlərə dair məlumata V.Rştu-

ninin “1870-ci ildə Ermənistanda kəndli islahatı” monoqrafiyasında 

(470) da rast gəlmək olar. Bu əsərdə adətən Rusiyanın 1870-ci ildə 

İrəvan quberniyasında həyata keçirdiyi islahatlardan bəhs edilsə də, 

burada işğaldan sonra çarizmin həyata keçirdiyi müstəmləkəçilik 

siyasəti və bu siyasətə qarşı kəndlilərin mübarizəsi məsələləri də öz 

əksini tapmışdı. 

V.A.Parsamyanın 1972-ci ildə  nəşr olunan monoqrafiyası da 

diqqəti cəlb edən əsərlərdəndir (292). Mövzunun tədqiqində əsərin 

I-IV fəsillərindən istifadə olunmuşdu. 1801-1850-ci illəri əhatə edən 

bu fəsillərdə bölgənin siyasi-iqtisadi tarixi, inzibati-ərazi quruluşu, 

aqrar münasibətləri,  əhalinin say, etnik və sosial tərkibi haqqında 

məsələlər öz əksini tapmışdı. Lakin monoqrafiyanın adından da 

göründüyü kimi, müəllif bu bölgənin tarixini erməni xalqının tarixi 

kimi qələmə verərək, oxucunu buna inandırmaq və həqiqətdən ya-

yındırmaq istəyir. O, bu bölgəni erməni dövləti kimi təqdim etməyə 

çalışsa da, əsərində bütün yer adları Azərbaycan türkçəsində, haki-

miyyətdə olan xanların Azərbaycan türkləri, əhalinin əksəriyyəti isə 

Azərbaycan türklərinin olması açıq göstərmişdir. Digər tərəfdən

ermənilərin  İrəvan xanlığına və Azərbaycanın digər  ərazilərinə 

köçürülməklə etnik cəhətdən çoxluğa nail olması faktının müəllifin 

etiraf etməsi mövzumuz üçün daha qiymətlidir. 

İrəvan bölgəsi tarixinin təhrif edilməsi T.X.Akopyanın “İrə-

van tarixinin xülasəsi” monoqrafiyasından (80) da yan keçməmişdi. 

Əsərdə  bəhs etdiyimiz dövr çərçivəsində  İrəvan  şəhərinin siyasi-

iqtisadi, ictimai və  mədəni tarixinə  və  əhali məsələlərinə  də toxu-

nulmuşdu. Lakin burada dolaşıq məsələlər çoxdur. Belə ki, “Çu-

xursəd” bəylərbəyliyini xanlıq adlandıran müəllif qeyd edir ki, XVI-

XVIII yüzilliklərdə bu inzibati vahid adətən İrəvan xanlığı olmuşdu. 

Bildiyimiz kimi İrəvanın da daxil olduğu xanlıq dövrü Azərbay-




27 

canda XVIII yüzilliyin 40-cı illərin sonlarından başlayır.  Əhali 

məsələsinə  gəldikdə isə T.Akopyan da İrəvan bölgəsində erməni-

lərin çoxluq təşkil etdiyini yazmışdı. 

B.M.Arutunyan  əsərində (92) əsasən XVII-XVIII yüzillik-

lərdə Eçmiədzin kilsəsinin tarixinə toxunsa da, burada torpaq 

mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər haqqında məlumata 

rast gəlmək mümkündür. 

S.P.Ağayanın yazdığı monoqrafiya (79) Azərbaycanda həyata 

keçirilmiş 1870-ci il islahatına həsr edilmişdi. Lakin əsərdə  təsvir 

edilən islahataqədər Azərbaycanda, o cümlədən  İrəvan bölgəsində 

sosial-iqtisadi və siyasi vəziyyət problemimizlə bağlı  məsələ-

lərdəndir. 

İrəvan xanlığının tarixinin saxtalaşdırılması 1956-cı ildə nəşr 

olunmuş «SSRİ tarixinin qısa xülasəsi» adlı ümumiləşdirici əsərdə 

də öz əksini tapmışdır (290). Əsərin bir bölməsi «Ermənistan» kimi 

təqdim olunur və əslində burada İrəvan xanlığından bəhs edilir. Bu 

bölmənin müəllifləri olan A.R.İoannesyan və P.T.Arutunyan burada 

İrəvan xanlığını Şərqi Ermənistan kimi qələmə verərək, onun siyasi, 

sosial-iqtisadi vəziyyəti, vergi və mükəlləfiyyətləri, mədəniyyəti 

məsələlərini təsvir etməyə çalışmışlar. Lakin bu bölmədə  İrəvan 

xanlığı erməni dövləti kimi təqdim edilsə də, diqqət etdikdə görmək 

olar ki, burada xanlığın tarixindən çox Eçmiədzin kilsəsinin tarixinə 

toxunulmuş, ayrı-ayrı erməni xadimlərinin casusluq və  mədəni 

fəaliyyətindən bəhs edilmişdir. 

İrəvan bölgəsi tarixinin təhrif edilməsi 1980-ci ildə  İrəvanda 

nəşr olunmuş «Erməni xalqının tarixi» adlı ümumiləşdirici əsərdən 

də yan keçməmişdir (208). Bu əsərin ikinci və üçüncü bölməsində 

İrəvan bölgəsinin bizim mövzumuz ilə bağlı hissəsindən bəhs edilir. 

Burada da İrəvan xanlığı  Şərqi Ermənistan  ərazisi kimi göstərilir, 

qısa da olsa onun siyasi, sosial-iqtisadi və əhali məsələlərinə toxu-

nulur. Erməni müəlliflərinin digər  əsərlərində olduğu kimi burada 

da xan başda olmaqla idarə orqanlarının və  əhalinin  əksəriyyətini 

təşkil edən Azərbaycan türklərinin fəaliyyəti kölgədə qalır və Ru-

siya dövlətinə  cəsusluq edən ayrı-ayrı erməni xadimlərinin fəaliy-

yəti isə həddən artıq şişirdirilir. 




28 

Qeyd etmək lazımdır ki, bütün erməni müəlliflərinin  İrəvan 

bölgəsini Ermənistan dövləti kimi qələmə almalarına baxmayaraq, 

onlar bu xanlığın tarixinin bütövlükdə  tədqiq olunmasından qaç-

mışdılar. Onların  əsərlərinə diqqət etdikdə görmək olar ki, İrəvan 

bölgəsinin tarixi XVIII yüzilliyin 80-ci illərindən və əsasən də XIX 

yüzilliyin  əvvəllərindən təsvir edilir. Rusiya tərəfindən işğal olun-

duğu dövrdən bu günə  qədər  İrəvan bölgəsini Ermənistan dövləti 

hesab edən erməni müəllifləri bu diyarın tarixini ətraflı  tədqiq 

etməkdən çəkinmiş  və bu məsələdə birtərəfli xətt götürmüşdülər. 

Bu, bir daha sübut edir ki, İrəvan bölgə tarixinin hərtərəfli tədqiqi 

əsl sahibinin – Azərbaycan tədqiqatçısının işidir. 

Mövzumuzla bağlı  bəzi məsələlərə gürcü sovet tarixçilərinin 

əsərlərində və dərsliklərində də rast gəlmək mümkündür. Məsələn, 

1946-cı  və 1962-ci illərdə  nəşr edilmiş «Gürcüstan tarixi» adlı 

dərsliklərdə (209; 210) də  İrəvan xanlığının siyasi vəziyyəti ilə 

bağlı  bəzi məqamlar öz əksini tapmışdı. Hər iki nəşrdə  İrəvan 

xanlığı ilə bağlı hadisələr təkrarlanır, lakin birinci nəşrdə  İrəvan 

müsəlman, yəni Azərbaycan xanlığı, ikinci nəşrdə isə Ermənistan 

kimi qeyd olunur. 

Gürcü sovet tarixçilərindən G.Kikodzenin «II İrakli» əsərində 

də  İrəvan xanlığı ilə bağlı  bəzi məsələlərə toxunulmuşdur (226). 

Əsərdə Kartli-Kaxetiya çarı II İraklinin həyat və fəaliyyətindən bəhs 

edilsə də, onun İrəvan xanlığı ilə əlaqələrinə də müəyyən qədər yer 

verilmişdi. Lakin əsərin müsbət cəhəti müəllifin  İrəvan xanlığını 

Azərbaycan xanlığı kimi dəyərləndirməsidir. 

Q.Q.Payçadze də özünün «Georgievski traktatı» adlı əsərində 

(291) İrəvan xanlığı ilə bağlı bəzi məqamlara toxunmuşdur. Əsərdə 

1783-cü ildə Rusiya ilə Kartli-Kaxetiya arasında bağlanmış 

müqavilədən bəhs edilsə də, burada İrəvan xanlığının Kartli-Kaxe-

tiya çarlığı ilə münasibətlərinə də müəyyən yer ayrılmışdır. Monoq-

rafiyada maraqlı  məqamlardan biri də müəllifin  İrəvan xanlığına 

ziddiyyətli münasibətidir. O, İrəvanın müstəqil xanlıq kimi, 1604-cü 

ildə I şah Abbas tərəfindən “Şərqi Ermənistan”  ərazisində yaran-

dığını göstərmişdi. Digər tərəfdən, müəllif İrəvan xanlığının erməni 

dövləti olmadığını göstərmiş və qeyd etmişdir ki, «beləliklə, İrəvan 




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə