Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə5/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   2   3   4   5   6   7   8   9   ...   56

 
 
19
  
 
 
 
İrəvan yaxınlığında Azərbaycan  
Qaraqoyunlu əmirlərinə məxsus  
Cəfərabad türbəsi. 
 
 
 
 
 
Jan Yunir yazır: "...Hündür təpələr  İrəvanın qərb 
hissəsinin yaxınlığında idi. Həmin təpələrdə miladdan 
əvvəl 3-cü minillikdə metaləritmə ocaqları olmuşdu. 
Orada dəmir  əridir, polad əldə edirdilər. Həmin təpə-
lərdə aparılan tədqiqatlar nəticəsində bir çox arxeoloq-
lar burada qədimdə dulusçuluğun dəmir  əritmədən və 
dəmirçilikdən əvvəl olması barədə fikir irəli sürürlər"
1
. 
 
Hər addım torpağını qazanda 
Kifayət qədər Allah neməti tapılır. 
Hər kəs bu torpaqda ocaq qalasa
Həmin torpaqda qızıl və gümüş əridər. 
                                                 (Qüdsi) 
 
Övliya Çələbinin dediyinə görə, bu şəhər XV əsrin 
əvvəllərində Teymurun tacirlərindən olan Xacəxan 
Lahicani adlı birisi tərəfindən bir yaşayış yeri kimi 
abad edilmişdi.  İlk dəfə  Səfəvi hökmdarı  Şah  İsmayıl 
Xətainin göstərişi və onun vəziri Rəvanqulu xanın 
başçılığı ilə XVI əsrin  əvvəllərində  şəhərə çevrilərək 
                                                 
1
 
Jan Yunir. Delavəran-e qomnam-e İran dər cəngha-ye İran və 
Rusiye. Tərcümə edən: Zəbihulla Mənsuri, səh.588
 


 
 
20
hasara alınmışdı. Nadir şahın qətlindən sonra İrəvanda 
iğtişaşlar və qarışıqlıq baş verdi. Osmanlı dövləti  İra-
nın daxili işlərinə müdaxilə etmədi. Öz müstəqilliyini 
elan etmiş  İrəvan digər Azərbaycan xanlıqları kimi 
müstəqil türk əmirliyi oldu".
1
   
İrəvan uzun əsrlər boyu yerli türkdilli tayfaların, o 
cümlədən Qacar qəbiləsinin bir qolunun məskəni olub. 
Etimadüs-səltənənin yazdığına görə, "bu tayfalardan 
biri "yuxarıbaş", digəri isə "aşağıbaş" tayfası kimi 
tanınırdılar. Bu iki adla çağırılan eyni tayfa haqqında 
fransız və İran tədqiqatçıları bildirirlər ki, çayın yuxarı 
hissəsində yaşayanlar "yuxarıbaş", aşağı hissəsində 
yaşayanlar "aşağıbaş" adlandırılmışdır.          
Mənbələrin verdiyi məlumata görə, Tiflis-İrəvan 
arasında dəmir yolu 1902-ci ildə, Culfa-İrəvan dəmir 
yolu isə 1908-ci ildə  çəkilmişdi.  İrəvan  şəhərinin adı 
sovetlər  dövründə  “Yerevan” olmuşdur.  
Bunu da qeyd edirlər ki, qədimdən Astarabadda 
yaşayan Qacar tayfası buraya  gəlməzdən qabaq 
"Qovanlı" kimi tanınırdı.  
 “Dəvəllu adlanan tayfa da İrəvan  ətrafında eyni 
adlı kənddə yaşadığına görə Dəvəllu adlanmışlar".
2
  
Abbasqulu ağa Bakıxanov yazır: "Əmir Teymur 
Rum,  Şamdakı  tayfalardan (Gəncə  ətrafındakı Ayrım 
tayfası da həmin qəbildəndir) əlli min türk ailəsini Gəncə, 
Qarabağ  və  İrəvan  ərazilərində yerləşdirmişdi. Həmin 
yerlərin  əksər  əyalətlərinin  əhalisi onların nəslindəndir". 
O, başqa bir yerdə qeyd edir: "İrəvan, Gəncə, Qarabağ 
əhalisinin və əmirlərinin çoxu Qacar nəslindən idi".
3
   
                                                 
1
 “Həmşəhri” qəzeti, sayı 107, 20.3.1374 
2
 Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn Nəvainin 
redaktəsi  ilə, I cild, səh.69-72 
3
 Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm, səh.70 və 173 


 
 
21
 
Dvin, yoxsa Dəbil 
 
İrəvan bir şəhər kimi formalaşmazdan öncə bu 
ərazi Dvin adlandırılıb. O, müsəlman hökmdarlarının 
mühüm mərkəzlərindən və Azərbaycanın şəhərlərindən 
biri sayılırdı. Bəzi ərəb mənbələrində "əhalisinin tərki-
bi müsəlman və qismən xristianlardan ibarət olan"
1
  bu 
şəhər “Dəbil” adlandırılırdı. Le Strenc yazır: "Ermənis-
tan iki hissədən ibarət olub: daxili Ermənistan, xarici 
Ermənistan.  Əhalisinin bir qismi xristian olsa da, bu 
əyalət qədim dövrdən müsəlman hakimiyyəti altında 
idi... Müsəlman  əyalətin paytaxtı  qədim zamandan  
"Dvin", bəzən də "Tvin", bəzi mənbələrdə isə    Dəbil 
adlandırılıb. IV əsrdə  Dəbil  Ərdəbildən böyük idi və 
bu bölgənin  ən mühüm şəhəri sayılırdı. Üç qalası var 
idi. Şəhərin Came məscidi də, onun yanında idi...".
2
  
Professor V.F.Minorski yazır: "Dvin ərəb istilala-
rının ilk günlərindən islam hökumətinin mühüm mər-
kəzi sayılırdı... Digər  şəhərlərindən fərqli olaraq Dvin 
ölkənin qurtaracağında, 72-ci meridian və 39-cu para-
leldə yerləşirdi. Əyyubi sultanlarının əsli oradandır".
3
         
"Şərəfxan Bitlisi (Bidlisi) bir neçə  dəfə bu 
məsələyə toxunub ("Şərəfnamə", V.Velyaminov-Zer-
nov, Peterburq, 1760, II cild, səh.213-239). O, 
Səlahəddin  Əyyubinin  əcdadından bəhs edərkən onu 
Dvin əhli  adlandırıb. O qeyd edir ki, sonralar bu şəhər 
                                                 
1
 V.F.Minorski.  Pejuheşha-ye dər tarix-e Qəfqaz. Tərcümə edən: 
Möhsün Xadim, səh.11 
2
 Le Strenc. Coğrafiya-ye sərzəminha-ye xilafət-e şərqi. Tərcümə 
edən: Mahmud İrfan, səh.196 
3
 V.F.Minorski.  Pejuheşha-ye dər tarix-e Qəfqaz. Tərcümə edən: 
Möhsün Xadim, səh.11 


 
 
22
dağılmağa başlamış  və Çuxursədin Gərni kəndi kimi 
tanınmışdı. "...Misir məliklərinin  əcdadı  Şadi ibn 
Mərvanın da əsli Azərbaycan Dvininin Rəvəndə 
(Rəvadiyyə oxunmalıdır) kürdlərindən idi. İndi Gərni 
kəndi Çuxursədin bir kəndi kimi tanınır” (Misir çapı, 
1930, I cild, səh.83). “Şərəfxanın adını  çəkdiyi Gərni 
kəndi bu gün də mövcuddur".
1
   
Professor Minorskinin "Şirvan və  Dərbənd tarixi" 
və "Qafqaz tarixinə dair tədqiqatlar"  əsərində bu 
şəhərin hakimləri və o zamankı tarixdə baş verən 
hadisələr  şərh olunmuşdur. Kembric Universitetinin 
nəşr etdiyi çoxcildli "İran tarixi" kitabında bu şəhər və 
onun müsəlman hakimlərindən bəhs olunur.
2
  
Bu dövr tarixçilərinin tədqiqatlarına görə, Dvin 
sikkə çap eləyən birinci müsəlman  şəhərləri sırasında 
olmuşdu... "İranda qızıl sikkə çapı  hicri təqvimi ilə 3-
cü yüzilliyin, miladi təqvimi ilə IX əsrin birinci 
rübünün sonunda başlamışdı... Ümumiyyətlə isə  İran 
sikkəxanalarında dinar zərb edilməsi tarixi III əsrin 
(hicri təqvimi) sonuna qədərki dövrə aid edilir".  
Bu əsərdə Dəbil şəhərində sikkə zərb edilməsi tari-
xi hicri 241-ci il göstərilir və əlavə edilir ki, bu ölkənin 
qərbindəki kiçik əyalətlərdə sikkə zərb edilməsinin bir 
nümunəsi türk Yusif ibn Divdad Sacinin 303-cü ildə 
Dəbildə  zərb etdirdiyi dinardır... Bu sikkənin həmin 
dövrdəki Abbasi dinarlarından heç bir fərqi yoxdur. 
Təkcə sikkənin arxasında xəlifənin adından əlavə, əmir 
Sacinin də adı yazılmışdır.  
                                                 
1
 Faruq Sumer. Qaraqoyunluha. Doktor Vahabvəlinin tərcüməsi
səh.39 
2
 V.F.Minorski.  Pejuheşha-ye dər tarix-e Qəfqaz. Tərcümə: 
Möhsün Xadim, səh.186 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə