Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə6/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   2   3   4   5   6   7   8   9   ...   56

 
 
23
Kəsrəvi "Adları itmiş hökmdarlar" (farsca) adlı 
kitabının bir çox səhifələrində bu şəhərdən və onun 
hakimlərindən söz açmışdır. O yazır: "Ermənilərin bir 
çoxu iddia edir ki, burada hakimlik müsəlmanların əli-
nə ərəb istilasından sonra keçmişdi. Hökmdarlar bura-
ya ya Bağdaddan, ya da Azərbaycandan göndərilirdi. 
Halbuki Dvin və onun ətrafı qədimdən İran əsilzadələ-
rinin  (azərbaycanlı  əsilzadə başa düşülməlidir)  əlində 
olmuş və bu bölgədəki əhalinin əksəriyyəti iranlılardan 
(türklərdən - elmi redaktor) ibarət olmuşdu”. 
1
  
 
Çuxursəd 
 
Bu gün Ermənistan Respublikası adlanan torpaq 
əsrlər boyu Çuxursəd adını daşımış yurdun bir 
hissəsidir. 
Professor Minorski Mirzə  Səmianın "Təzkirat-ül 
Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı 
yazdığı şərhdə Çuxursəd vilayəti haqqında yazır: "Çu-
xursəd sonradan geniş yayılmış coğrafi bir termindir. 
O, ilk dəfə Səfəvilər dövründə daha çox İrəvan əyaləti 
haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsində 
qeyd olunur ki, Qars Çuxursədlə  Ərzurum arasında 
yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, 
Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. 
“Çuxursəd” türk dilində "çökək yer" kimi şərh olunur. 
Göründüyü kimi, burada Arazın iki tərəfindəki 
çökəklik nəzərdə tutulur".
2
   
Əllamə Mirzə  Məhəmməd xan Qəzvini yazır: 
"Aləmaraye-Abbasi"də  və qaim-məqamın  ədəbi yazıla-
                                                 
1
 Ə.Kəsrəvi. Şəhriyarane qomnan, səh.238 və 107 
2
 
Sazman-e edari-ye hokumət-e Səfəvi. Tərcümə: Məsud 
Rəcəbniya, səh.191 


 
 
24
rının bir-iki yerində adı  çəkilən və müsyö Minorskinin 
qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlı-
ğında yerləşir”. Bu cümlə "Aləmara"da yüz dəfələrlə 
təkrar olunur. Deyilənə görə, o yer Naxçıvan və Qaraba-
ğın sərhəddində bir vilayət olub. Əllamə Qəzvini "Səəd" 
adının izahından xəbərsiz olduğunu bildirsə  də, Faruq 
Sumer onu "Səədlu" tayfası ilə  əlaqələndirir və yazır: 
"Səədlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəm-
ləşmiş və bu ad (Qaraqoyunlu) altında bir konfederasiya 
yaratmış digər tayfaların başında dayanmışdılar. Bu 
tayfa öz adını miladi təqvimi ilə XIV əsrdə (ehtimal ki, 
qeyd olunan əsrin ikinci yarısının ortalarında və yaxud 
əvvəllərində - müəllif) tayfanın idarə edilməsində məsu-
liyyət daşıyan tayfa başçısı  və  əmiri "Səəd"in adından 
götürmüşdü. Belə görünür ki, bu əmirlə Qaraqoyunlu 
qəbiləsi arasında qohumluq əlaqəsi olmuşdu. Çünki 
iranlı müəlliflər Səədin övladlarını Qaraqoyunluların 
əmizadələri kimi təqdim etmişlər. Hafiz Əbrunun yaz-
dığına görə, Naxçıvanın və Sürməlinin ətrafı qədimdən 
bu tayfanın məskəni olmuşdu. Miladi təqvimi ilə XV 
əsrdən sonra müxtəlif tarixi kitablarda haqqında 
danışılan bu tayfanın adı Səfəvilər dövründə İrəvana və 
üç əyaləti əhatə edən məntəqələrə verilməklə Çuxursəd 
yaranıb. Həmin adın bu tayfanın yaşadığı  ərazi ilə 
əlaqəsi qətidir". Qüdsi bu vilayətin adı barədə yazır: 
 
Səadət onu aram etdiyindən, 
Ona əvvəldən Çuxursəd adı verdilər. 
Əlbəttə, ad fələkdən nazil olur, 
Bu torpağa verilən ad səbəbsiz olmaz. 
Səadət ona görə bura nəsib olub ki, 
O, bu vilayətin adına vurulub. 
 


 
 
25
Professor Faruq Sumer Çuxursəd vilayəti ilə 
bağlı qiymətli tədqiqat aparmışdır. O, bu haqda yazır: 
"...Çox uzun araşdırmalardan sonra gəldiyim nəticəyə 
görə, iranlı müəlliflərin Çuxursəd adlandırdığı məntəqə 
Ərivanın qərb və  cənub-qərb hissəsində bir bölgə ol-
muşdur. Osmanlı  mənbələrində "Səəd çuxuru" kimi 
verilmişdir. Bu nahiyə  qərbdə Araz və Arpaçayın qo-
vuşağına, cənubda isə Araza qədər uzanırdı. Bildiyim 
qədər, bu kəlmə ilk dəfə "Kitabi-Diyarbəkriyyə" 
kitabında işlənib. Çələbinin gündəliyində
1
 Yavuz 
Sultan Səlimin Səfəvilərlə müharibədən qayıdarkən 
düşərgə saldığı yerlər arasında bu bölgənin də adı 
çəkilmişdir  (məsələn, “Çuxursədin  ətraflarından sayı-
lan Hacılaləli yaxınlığında Kiçik Vadi kəndi və Böyük 
Vadi kəndindən aşağı” cümləsində Çuxursədin adı 
çəkilir - müəllif ). Orada daha sonra yazılır ki, üçüncü 
gün saat 5-də Çuxursəd  ətrafındakı  Zəngi çaydan ke-
çib, Dəvəli Ömər kəndini və Keçi Vəli yurdunu arxada 
qoyaraq 
İrəvan  şəhərinin yaxınlığına endilər. 
Dördüncü  gün saat 6-da Çuxursəd ətrafındakı təpədən 
keçib "səkkiz mənzillikdə" düşərgə qurdular. Həm sol, 
həm də arxa tərəf dağ idi. Burada adı çəkilən Çuxursəd 
və onun ətrafındakı yerlər böyük miqyaslı coğrafi 
xəritələrdə də qeyd olunur”. 
"Cahanara"da da Qaffari ona işarə edir. Həsən 
bəy Rumlu yazır ki, İskəndər Mirzə Qaraqoyunlu 
Qaqızman yoluyla Çuxursəd və Sürməliyə gəldi və qışı 
orada keçirdi. O, Səfəvilər bölməsində (səh.59) deyir 
ki,  Şah  İsmayılın  Əlvənd Mirzə  ağa Qaraqoyunlu ilə 
müharibəsi hicri  907-ci ildə  (miladi 1501-ci il) 
Çuxursəddə  və  Şərur  ətrafında baş verdi. Həmin 
                                                 
1
 
Firudin bəy. "Monşəat-üs Səlatin" ("Sultanların salnaməsi"). 
İstanbul, 1274, 1-ci cild,
 səh.405 


 
 
26
müəllif  əsərinin başqa bir yerində  Ərzurum valisi İs-
kəndər paşanın Çuxursədə hücumunu şərh edərək ya-
zır: "...Sultan Süleymandan qabaq Rumun padşahı  və 
Ərzurumun hakimi olan İskəndər paşa Hacı  bəy 
Dünbülini qətlə yetirmiş  və Çuxursədə  gələrək oranın 
bazarını yandırmışdı..." (səh.356). Müəllifin burada 
Çuxursəd bazarı adlandırdığı bazar yalnız  İrəvan 
bazarı ola bilər.  
İbrahim Pəçəvi  Əfəndi  şahzadə  Bəyazidin İrana 
qaçmasından söhbət açarkən bu yerin adını "Saat 
Çuxuru" və "Səəd Çuxuru" kimi qeyd edir
1
. P.Əfəndi 
yazır ki, Tuyğun paşa, qardaşı Malatya əmiri Mustafa 
paşa, Eyntəb (Antep) əmiri Xosrov paşa öz əsgərləri ilə 
birgə onu təqib etməyə başladılar. Bir neçə  dəfə 
maneələrlə qarşılaşsalar da, bir müddətdən sonra "Saat 
Çuxuru" adlanan yerdə şahzadəyə çatdılar .
2
 
Səfəvilər miladi təqvimi ilə XVII əsrdə Çuxursə-
di Türkiyə ilə  sərhəddə özlərinin 8 bölgədən ibarət  ən 
böyük bəylərbəyliyinə çevirdilər. Çələbi öz kitabında
3
 
deyir: "87-ci paralel və 39-cu meridianda bir bölgə 
mərkəzi vardır ki, onu Çuxursəd adlandırırlar...  Arpa-
çay Çuxursəddə Araza birləşir".  
Əldə olan bu şərhlər  əsasında "Çuqursəd"in, 
"Çuxursəd"in, "Saat Çuxuru"nun harada olmasını 
bilmək olar. Bu məlumatlara və yuxarıda deyilənlərə 
istinad etməklə, Çuxursədin dəniz səviyyəsindən aşağı 
olmasını  və XIV əsrin ikinci yarısında “Səəd” adlı 
türkmən  əmirinin  (Qara Məhəmmədin müasiri - 
müəllif)  qışlaq yeri olduğunu söyləmək mümkündür. 
Adı bu yurda verilmiş türkmən  əmiri sonralar qəbiləsi 
                                                 
1
 Tarix, I cild, səh.396 
2
 Yenə orada, səh.349 
3
 Cahannüma, səh.391 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə