Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə8/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

 
 
31
O, daim Şah  İsmayılın xüsusi diqqətində olmuş  və 
sərkərdə  Rəvanqulu xanı bu bölgəyə  hakim təyin 
edərkən  şəhərin abadlaşdırılmasına diqqət yetirməyi 
ona tapşırmışdı. 
İrəvan Dövlət Universitetinin professoru, doktor 
Georgi Nalbandyanın yazdığına görə, Şah İsmayıl Çu-
xursəd vilayətinin tiyuldarlıq haqqını  yığmağı böyük 
rumlu nəslinə  tapşırmışdı. Bu nəslin hakimlərindən 
biri Divsultan Rumlu idi. Əldə  olan  tarixi  məxəzlərə 
görə, Divsultan Rumlu İrəvanda diqqətçəkən tikinti iş-
ləri aparmışdı. Onlardan biri də böyük  məscid 
olmuşdu.  
Məşhur fransız səyyahı J.Şardən öz “Səfərna-
mə”sində keçdiyi  gözəgəlimli və diqqətəlayiq yerləri 
sadalayıb təsvir edərkən erməni xəlifəliyinin  ətrafın-
dakı viran olmuş bir məscidin də  təsvirini verir. O, 
qeyd edir ki, həmin məscid onun bünövrəsini qoyan 
şəxsin adı ilə "Divsultan məscidi" adlanır.    
Divsultan Rumlu Şah  İsmayıl zamanında onun 
oğlu Təhmasib Mirzənin tərbiyəçisi və lələsi olmuşdu. 
Məlum olduğu kimi, Təhmasib 10 yaşında atasının 
vəliəhdi və canişini təyin olunmuşdu.  
Şah  İsmayıl hərbi-strateji baxımdan önəmli olan 
İrəvan qalasının təmiri və möhkəmləndirilməsi barədə 
əmr verdi, şəhər və qala sonralar dəfələrlə osmanlıların 
hücumuna məruz qaldı." Bu, osmanlılara müqavimət 
göstərmək və  əməliyyat aparmaq üçün İrəvan vilayə-
tində  şahın  əmri ilə iki silahqayırma müəssisəsinin 
tikilməsinə  səbəb oldu... İrəvan bəylərbəyliyi sikkə 
buraxmaq hüququna da malik idi. 
 


 
 
32
       
 
 
 
 
 
 
 
 
Səfəvi və Osmanlı dövlətləri arasında daimi ixtilaf-
ların bir səbəbi də     İrəvan vilayətinin yerləşdiyi ərazi 
ilə bağlı olmuşdur. Vilayətə sahib olmaq üstündə tərəf-
lər bir neçə dəfə üz-üzə gəlmişlər.  
Şah İsmayılın hakimiyyəti dövründə ən ağır döyüş-
lər Çuxursəd vilayətində  və Çaldıran çölündə getmiş-
dir. Çaldıran döyüşündəki məğlubiyyət  Şah  İsmayılı 
sındırmışdır. "Bu qələbədən sonra Sultan Səlim öz 
adəti üzrə qonşu ölkələrə  məktublar göndərdi, özü isə 
Təbrizə yollandı  və bir neçə gün orada qaldı. Bir az 
sonra Naxçıvana və  İrəvana səfərə  çıxdı.  İrəvan və 
Bayburd qalalarının fəthindən sonra Ərzurum yolu ilə 
Amasiyaya gəldi. 
 
İrəvan bölgəsində və 
İrəvan xanlığında 
dövriyyədə olan 
Azərbaycan (Səfəvi) 
pulları 
İrəvan şəhərində zərb 
olunmuş  Azərbaycan 
(Səfəvi) pulu 


 
 
33
Çaldıran məğlubiyyəti o 
vaxta qədər ardıcıl qələ-
bələr qazanan Şah  İsma-
yılın 
əhval-ruhiyyəsinə 
ağır təsir göstərdi və bəzi 
tarixçilərin yazdığına gö-
rə, onda içki düşkünlüyü 
yarandı. Şah İsmayıl Sul-
tan Səlimin ölümündən 
sonra cəmi 4 il yaşadı. O, 
daim Çaldıran məğlubiy-
yətinin qisasını almaq 
barədə düşünürdü, lakin 
tale bu arzusunu gerçək-
ləşdirmək üçün ona fürsət vermədi. Şah İsmayıl Səfəvi 
hicri-qəməri tarixi ilə 930-cu ildə Şəki ətrafına ova ge-
dərkən xəstələndi və həmin ilin rəcəb ayında 38 yaşın-
da ikən Sərabda vəfat etdi və  Ərdəbildə torpağa 
tapşırıldı.
 
Şah İsmayılın vəfatından sonra onun 10 yaşlı oğ-
lu Təhmasib taxta çıxdı və o, 54 il padşahlıq etdi. Şah 
Təhmasibin hakimiyyəti dövründə  də  Səfəvi və Os-
manlı dövlətləri arasında çoxsaylı müharibələr baş ver-
di. Çuxursəd vilayəti və İrəvan şəhəri bu müharibələrə 
səhnə oldu. 
Faruq Sumer yazır: "Süleyman Qanuni Təhmasibin 
işğalçılıq niyyəti barədə  məlumat aldıqdan sonra 
 
üçüncü dəfə Şərqə doğru hərbi yürüşə hazırlaşdı (hicri-
qəməri tarixi ilə 961-ci ildə, miladi tarixi ilə 1554-cü 
ildə). Təhmasib isə Osmanlı qoşunlarının keçəcəyi 
bütün körpüləri yandırdı, yolları dağıdıb-xaraba qoydu, 
yol  ətrafındakı  əhalinin köçürülməsi barədə  fərman 
verib, özü geri çəkildi. Süleyman Qanuni isə  şah 


 
 
34
Təhmasib tərəfindən müqavimət görmədiyindən, Çu-
xursəd bölgəsini (İrəvanın yuxarı hissəsini), Qarabağı, 
Naxçıvanı qarət eləsə  də,  dağıdılmış  və yandırılmış 
yollarla irəliləyə bilməyib, təzədən  Ərzuruma qayıtdı. 
Süleymanın payızda Təbriz və Ərdəbilə hücum edərək 
Səfəvi şeyxlərinin və atası Şah İsmayılın məqbərələrini 
məhv etmək niyyətini başa düşən Təhmasib Süleyman-
la sülh müqaviləsi bağlamaq qərarına gəldi və elçisini 
onun sarayına göndərdi. Danışıqlar prosesində ciddi bi 
maneə ortaya çıxmadı. Beləliklə,  tərəflər arasında 
hicri-qəməri tarixi ilə  962-ci ilin rəcəb ayında  (miladi 
1555-ci ilin may ayında) Amasiyada sülh  müqaviləsi 
imzalandı.  
Bu müqaviləyə görə, Şəhrzur əyaləti və Van gölü-
nün ətrafı Osmanlı dövlətinin ixtiyarına keçir, Arpaça-
yın  şimalı iki dövlət arasında sərhəd olurdu. Əslində, 
“Amasiya sülhü” Təhmasib üçün böyük uğur idi. O, bu 
müqavilə ilə Səfəvi şiə dövlətini qoruyub saxlaya bildi 
və Osmanlı imperiyası  tərəfindən bu dövlətin məhv 
edilməsi təhlükəsini birdəfəlik aradan qaldırdı.  Səfəvi 
dövləti üçün ağır bir zamanda bu müqavilənin imzalan-
ması Təhmasibin uzaqgörən bir dövlət başçısı olmasın-
dan xəbər verirdi. Doğrudur, saray əyanlarından bəzi-
ləri buna görə onu günahlandırmış,  bacarıq və qabiliy-
yətinə  şübhə kölgəsi salmaq istəmişlər...".  
Şah Təhmasibin hakimiyyəti dövründə rumlu 
tayfasının böyük əmirlərindən olan Hüseyn xan Sultan 
(hicri-qəməri tarixilə  954-cü ildə/miladi tarixi ilə 
1549-cu ildə) Çuxursəd bəylərbəyliyinin  əmiri olmuş-
dur. Şah Təhmasibin etimad bəslədiyi əmirlərdən olan 
Şahqulu Sultan da Kirman, Astrabad, Məşhəd şəhərlə-
rində  və Çuxursəddə  əmirlik vəzifəsini yerinə yetir-
mişdi. O, hicri-qəməri tarixilə 957-ci ildə  (miladi 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə