86
müşayiət olunurdu. Qarşı tərəf də bir neçə ədəd topla
düşmənə cavab verirdi. Gərgin döyüş gedirdi. Bu qanlı
davada rusların həmlələrinin qarşısı xüsusi əzm və
şücaətlə döyüşən insanların igidlik və mərdliyi hesabı-
na alındı. Müsəlmanlar tərəfindən belə bir mətanət
gözləməyən düşmən qüvvələrinin komandanı qorxuya
düşüb geri çəkilməyə məcbur oldu və Hüseyn xan
Sərdarın fərmanı ilə çevik süvarilər onları təqib etməyə
başladılar. Fərarilərin böyük bir hissəsi geri çəkilərkən
məhv edildi. Bu qanlı döyüş meydanında 40 nəfərdən
artıq müsəlman döyüşçüsü şəhid oldu, düşmən
qüvvələrindən isə 400 nəfər məhv edildi.
1
Ruslarla üz-üzə dayanan İrəvan müsəlmanları Os-
manlılarla əməkdaşlıq etməyə başlasalar da, bu əmək-
daşlıq uzun müddət davam etmir. Xanək Eşqi yazır:
"İrəvan sərdarı Hüseynqulu xan özü şəxsən çox istəyirdi
ki, Ərzurumun qoşun başçısı Əmin paşa ilə görüşsün.
Uzun müzakirələrdən sonra iki sərkərdənin Arpaçayın
sağ sahilindəki Magizborda qalasında görüşməsi qərara
alındı. 1811-ci ilin 30 avqustunda Ərzurumun qoşun
başçısı ilə İrəvan sərdarı adı çəkilən yerdə görüşdülər.
Onları müşayiət edən pəhləvanlar qədim şərq adətinə
uyğun olaraq rəngarəng paltar geyinib, nizamla bir-
birlərinin ardınca gedirdilər. Onların ayaqlarının səsi və
onları müşayiət edən musiqinin ahəngi Arpaçay
boyunca əks-səda verirdi. 150 nəfərlik hərbi süvarinin
silahı, geyindikləri paltarlar və bəzəkli atlar bu görüşü
xüsusi təmtəraqlı edirdi. Bu zaman at üstündə olan
kürdlərdən biri çaparaq qoşun böyüyünün yanına gəlib,
əlindəki tapança ilə sərdara tərəf atəş açdı və güllə onun
başına dəydi. Əmin paşa atdan yerə yıxıldı. Oradakı
1
Bax: Nasir Nəcmi. İran dər miyan-e tufan ya şərh-e zendegi,
səh.157
87
adamlar onu götürüb dərhal Qarsa, sərkərdənin öz qoşu-
nunun qərargahına apardılar. Əmin paşa çox keçmədən
ağır yaradan canını tapşırdı. Onun cansız cəsədini
Ərzuruma apardılar. Bu hadisədən sonra İrəvan sərdarı
Hüseynqulu xan da öz adamları ilə İrəvana qayıtdı.
Magizborda məhəlləsinin nüfuzlu adamlarından olan
Qarabəy tərəfindən bu işə təhrik edilmiş qatil kürd
çoxdan Əmin paşanı aradan götürmək üçün münasib
fürsət gəzirmiş... Əmin paşanın qətli təkcə Qacarların və
Osmanlıların Rusiya əleyhinə birgə mübarizə aparma-
sına mane olmadı, həm də iki dövlət arasında münasi-
bətlərin gərginləşməsinə səbəb oldu".
1
İrəvan camaatının bütün bu rəşadət və vətənpər-
vərliyinə baxmayaraq, bır sıra səbəblərə görə İran-Ru-
siya müharibələri İran ordusunun məğlubiyyəti ilə başa
çatdı. Nəticədə İran üçün biabırçı Türkmənçay mü-
qaviləsi bağlandı və 17 vilayət rusların əlinə keçdi. La-
kin İrəvan müsəlmanlarının cəsarətli, qeyrətli hücum-
ları, Hüseyn xanın və onun qardaşı Həsən xan Sarı As-
lanın göstərdiyi şücaətlər bu müharibənin şanlı səhi-
fələrindən sayılır. İrəvan rusların əlinə keçəndən sonra,
demək olar ki, şəhər başdan-başa xarabalığa çevrildi,
küçə və meydanlar əsgər meyidləri ilə doldu. Pas-
keviçin şəhər məscidlərindən birinin kilsəyə çevrilməsi
barədə verdiyi fərman bu işğalın ən təhqiramiz
faktlarından biri idi. Abbasabad, Sərdarabad, İrəvan
qalalarının işğalı üç ay çəkdi və bu üç qaladakı yüz
ədəd top, azuqə, xeyli döyuş sursatı və çoxlu qənimət
rusların əlinə keçdi.
1
Xanək Eşqi. Siyasət-e nezami-ye Rusiye dər İran (1790-1810-cu
illər), səh.150
88
1828 - Rusiya ilə İran arasında ikinci müharibənin
(1826-1828) yekunlarına əsasən, Türkmənçay
sülh müqaviləsi bağlanıb
İrəvan şəhərinin işğalı Paskeviç üçün parlaq qələbə
idi. Müharibəni başa çatdırmaq üçün daha onun
qarşısında ciddi bir maneə qalmamışdı. Buna görə çar
sarayı ona ən yüksək hərbi imtiyazı verdi və o, bu
dövrün ən məşhur sərkərdəsinə çevrildi. Üstəlik, çar
Rusiyasının hərbi ənənəsinə görə, sərkərdə işğal etdiyi
şəhərin adını daşımalı idi. Həmin ənənəyə uyğun ola-
raq Paskeviç də İrəvanski, yəni İrəvani titulunu aldı.
1
Rus çarı Hüseyn xan və qardaşı Həsən xan Sarı
Aslana qarşı öz qəzəb və hiddətini, hətta Türkmənçay
müqaviləsinin mətnində belə əks etdirib. Həmin müqa-
vilənin XII maddəsində deyilir: "Müqavilə bağlamış
tərəflər öz təəbələrinin xeyrinə olaraq Arazın bu tayında
daşınmaz əmlakları olan şəxslərə həmin əmlakı satmaq
və ya əvəz etmək üçün üç il müddətində möhlət veril-
məsinə razılıq verir və bunu bir şərt kimi qəbul edirlər.
Bununla bərabər, bütün Rusiyanın əlahəzrət impe-
ratoru onu da bildirir ki, İrəvanın sabiq sərdarı Hüseyn
1
Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. II cild, səh.141
89
xan, qardaşı Həsən xan və Naxçıvanın sabiq hakimi
Kərim xan bu müqavilədən sonra tutduqları vəzifədən
uzaqlaşdırılır".
1
İran-rus müharibəsi başa çatanda 88 yaşı olan Hü-
seyn xan Sərdar iki il sonra, hicri-qəməri tarixi ilə
1245-ci ildə vəfat etdi. Onun hakimliyi dövründə İrə-
vanda və onun ətrafında xeyli abadlıq işləri görülmüş-
dü. O dövrün şairləri onun öz xalqının mənafeyi üçün
gördüyü işləri, o cümlədən Araz çayından İrəvan şəhə-
rinə və əkin yerlərinə arx çəkməsini, qalalar, əzəmətli
imarətlər tikməsini vəsf edən çoxlu şeirlər yazmışlar.
Məsələn, Mirzə Həsən Təbəsi bu tarixi faktları ehtiva
edən məsnəvisində onun ucaltdığı binanı tərənnüm
etməyə çalışmışdır:
Cəmşidə bənzəyən o xaqanın dövründə
(Allah ondan razı olsun!)
Ucaldılan bu bina
Bizim sərdarımızdan yadigar qalacaq.
Hüseyn xan Sərdar tərəfindən inşa edilmiş İrə-
vandakı Sərdarabad binasının tarixi barədə Təbəsi belə
deyir:
Özü asiman məqamında olan Sərdar
Hər mərtəbəni ölçüb-biçib tikdi.
Onun zəhməti ilə Sərdarabad yarandı.
Elə ki, tikildi, oxumağa başladı
Mənim ağıllı ağsaqqalım dedi ki, dünyada
Sərdar təzə bir qalanın binasını qoydu
Fətəli şah dövründə yaşamış İrəvan şairlərindən
birinin Hüseyn xan Sərdar tərəfindən tikilmiş İrəvan
məscidinin və mədrəsəsinin tarixi barədəki qəsidəsinin
də bir neçə beytini də xatırlamaq yerinə düşər:
1
Yenə orada, II cild, səh.183
Dostları ilə paylaş: |