Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə2/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   2   3   4   5   6   7   8   9   ...   56

 
 
6
müsəlman türklərdən ibarət olmuşdur. Halbuki sonrakı 
illərdə müsəlmanlara qarşı rus-erməni zorakılığı  nə-
ticəsində onların sayı azalmış  və bu zorakılıq onları 
İrəvandan digər bölgəyə köçməyə  məcbur etmişdir. 
Müəllif yazır ki, tarixən yerli xalq hesab olunan Qara-
papaqlar tayfası onlara qarşı  tətbiq olunan zorakılığa 
tab gətirməyib Güney Azərbaycanın Urmiya əyaləti 
ətrafına köçmüşlər.  
6 böyük məscidi, 50 savadlı ali müsəlman ruha-
nisi olan və 1807 azərbaycanlı  ailəsinin yaşadığı İrə-
van  şəhəri XIX əsrin sonunda erməni  şəhərinə çevril-
mişdir. Halbuki bu şəhərin iqtisadi, mədəni, elmi inki-
şafında həmin şəhərin sahibi olan azərbaycanlıların bö-
yük xidməti olmuşdur. İrəvanda 1883-cü ildə dünyəvi 
istiqamətli ilk məktəbi təşkil edən, Güney Azərbaycan 
“maarifinin atası”, “Ana dili” adlı ilk türkcə  dərsliyin 
müəllifi Mirzə  Həsən Rüşdiyyənin, ilk pedaqoji gim-
naziyanı təşkil edən Mirzə Kazım, Firidun bəy Köçərli, 
Mirzə Cabbar Bağçaban, Sərraf Rəşidi, Hacı Mirzə 
Ağasi, Hacı Şeyx Həsən, Məhəmməd Nadim, İbrahim 
Münşizadə, Mirzə Abdullah İrəvani, Mir Bağır İrəvani, 
Hacı Mirzəli İrəvani, Hacı Mirzə Əbdülkərim və başqa 
onlarca din, elm, mədəniyyət xadimlərinin adları  İrə-
vanın XIX əsrin sonu XX əsrin əvvəllərindəki tarixin-
də iftixarla qeyd olunmuşdur. Azərbaycan mədəniyyə-
tinin tanınmış simalarından olan Firidun bəy Köçərli 
öz xatirələrində M.K.Əsgərzadənin pedaqoji fəaliyyə-
tinə yüksək qiymət verərkən yazmışdır ki, “...Mirzə 
Kazımın təşkil etdiyi məktəb cümlə  İrəvan  əhlinin 
rəğbətini kəsb etmişdi”. 
XX  əsrin  əvvəllərində  İrəvanda və bütün Qərbi 
Azərbaycanda anti-müsəlman, anti-türk təbliğatının 
şiddətlənməsi, erməni zorakılığı  və özbaşınalığının 


 
 
7
artması yerli əhalinin  İrəvandan kütləvi  şəkildə didər-
gin düşməsi ilə  nəticələnmişdir. XIX əsrin sonunda 
Daşnaksütyun partiyasının yaranması  və erməni qatil-
lərinin bu partiya sıralarında cəmləşməsi “dənizdən-
dənizə böyük Ermənistan” haqda xülyanı formalaşdırdı 
və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə 
çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi 
Azərbaycan torpaqları, o cümlədən  İrəvan və onun 
ətrafındakı bölgələr erməni əsarətinə düşdü. 
Doktor Səməd Sərdariniyanın kitabını  vərəqlə-
dikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladla-
rının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı  qətl-
lərin, talan və zorakılıqların geniş panoraması göz 
önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi 
faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin 
tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırma-
larına tutarlı elmi cavabdır. 
Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə 
(1379) İranda fars dilində nəşr edilmişdir. İranda qon-
darma “erməni soyqırımına” aid onlarla yazı dərc olun-
duğu halda, ermənilərin azərbaycanlılara qarşı törət-
dikləri cinayətlərlə  əlaqədar çıxan  əsərləri barmaqla 
saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqə-
tinə  təqdim edilən bu kitab xüsusi əhəmiyyətə malik-
dir. Təbii ki, bizim oxucumuz əsərin hansı  şəraitdə 
qələmə alındığını və hansı auditoriyaya ünvanlandığını 
nəzərə almalıdır. Eyni zamanda, qeyd etməliyik ki, 
əsərdə  işlənən bəzi ifadələr və terminlərdə kiçik 
dəqiqləşdirmələr aparılmışdır. 
 
Əkrəm Rəhimli (Bije) 


 
 
8
Müqəddimə 
 
Hal-hazırda Ermənistan Respublikasının paytaxtı 
və əhalisi ermənilərdən ibarət olan bir şəhər kimi tanı-
nan  İrəvan  əsrlər boyu təkcə Azərbaycanın vilayətlə-
rindən biri və müsəlman sakinli şəhər kimi deyil, həm 
də yadellilər qarşısında möhkəm qala hesab olunurdu. 
Belə ki, İran-Rusiya müharibələri zamanı  şəhər  əhalisi 
çar qoşunlarına qarşı müqavimət gostərərək onların qar-
şısını almışdı.  İrəvan müsəlmanlarının bu kimi rəşadət 
və  şücaətinə baxmayaraq, başqa səbəblərdən, o cüm-
lədən ermənilərin xəyanəti nəticəsində  İran-rus mü-
haribələri  İranın məğlubiyyəti ilə başa çatdı. Arazın o 
biri tayındakı 17 vilayət rusların işğalına məruz qaldı. 
Həmin tarixdən bu müsəlman sakinli vilayətin ermə-
niləşdirilməsi siyasətinə başlanıldı. Ruslar İrəvan  əha-
lisinin ermənilərin xeyrinə və onların məqsədlərinə uy-
ğun olaraq erməniləşdirilməsi üçün hazırlığa başladılar. 
Qafqazın işğalı üçün ermənilərin ruslarla gizli 
planı və əməkdaşlığı böyük Pyotr dövründən başlamış, 
onun  xələflərinin hakimiyyəti, o cümlədən II Yekate-
rina dövründə  də davam etmişdir. Nəhayət,  İran-
Rusiya müharibələri zamanı çarizm öz məqsədlərinə 
nail olmuşdur. Ermənilərlə rusların  əməkdaşlığı sayə-
sində Arazın o tayındakı  (şimalındakı - tərcüməçi) 
torpaqlarımız həmişəlik  Rusiyanın təsir dairəsinə 
salınmış oldu. 
Fransız Jan Mari Karzu "Ermənistan 1915" adlı 
kitabında  ermənilərlə tam həmfikirlilik nümayiş etdir-
sə  də, kitabın 39-cu səhifəsində belə yazır: "İran və 
Türkiyə erməniləri  İran-Rusiya müharibələrinin gedi-
şində könüllü hərbi qruplar təşkil etməklə, Rusiyaya 
zəruri xidmətlər və köməkliklər göstərərək bu ölkənin 
qələbəsini asanlaşdırdılar. Çünki onlar bu məntəqənin 


 
 
9
müsəlman dövlətindən ayrılmasını bütün erməni mil-
lətinin azadlıq və istiqlalı yolunda ilk addım hesab 
edirdilər".  
Lakin bu müharibələrdə ruslara müqavimət 
göstərən Qafqaz müsəlmanları onların qəzəb və kininə 
tuş gəldilər. Əbdüləzim Rezai iki müharibə arasındakı 
şəraitə  işarə edərək yazır: "Gülüstan müqaviləsində 
İranla Rusiya arasındakı  sərhəd düzgün müəyyənləş-
dirilmədiyi üçün müharibə ikinci dəfə alovlandı. Bir 
tərəfdən  rus orduları Göyçəni işğal edərək, onu 
qaytarmaq tələbindən boyun qaçırırdılar, digər tərəfdən 
isə üləmalar cihada fitva verərək, Rusiya ilə mühari-
bəni yenidən başlamaq üçün dövlətə  təzyiq edirdilər. 
Abbas Mirzə, istəyinin  əksinə olaraq, İran ordusunun 
komandanı  təyin olundu. İlkin mərhələdə ruslar qəfil 
yaxalandılar. İran döyüşçüləri əldən getmiş bölgələrdə 
yaşayan müsəlmanların köməkliyi ilə xeyli irəli ge-
dərək rusları Talışdan, Muğandan çıxardılar, Lənkəran 
limanını yenidən fəth etdilər. Bakı,  Şəki,  Şirvan 
camaatı da rus qarnizonlarına qarşı üsyana qalxdılar və 
həmin vilayətlər də ikinci dəfə İranın əlinə keçdi".
1
  
Ruslar Arazın o tayındakı vilayətləri tutduqdan 
sonra heç vaxt bu bölgənin yerli sakinlərinə etimad 
göstərmədilər. Onların ermənilərə qol-qanad verməsi 
nəticəsində bu millətin nümayəndələri Rusiyanın 
iqtisadi, mədəni, siyasi, hərbi sahələrdəki tədbirlərində 
iştirak edərək nüfuz qazandılar. Lakin bütün bu hima-
yədarlıqlara və  məskunlaşmanın ermənilərin xeyrinə 
dəyişdirilməsinə baxmayaraq, 1918-ci ilə  qədər ermə-
nilər Qafqazın heç bir məntəqəsində  əhalinin  əksəriy-
yətini təşkil etmirdilər. Hətta erməni yazıçısı Anahid 
Ter Minasyanın dediyi kimi, bir çox əyalətlərdə, 
                                                 
1
Tarix-e dəhhezarsale-ye İran. IV cild, səh.92  


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə