Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə3/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   2   3   4   5   6   7   8   9   ...   56

 
 
10
ümumiyyətlə, erməni yox idi. Adı çəkilən yazıçı əlavə 
edir: "Tiflis Konqresinin əsas nigarançılıqlarından biri 
Qafqazda erməni milli ərazisinin olmaması idi. Yerli 
idarəetmə ilə bağlı muxtariyyət əldə etmək üçün rusla-
ra xahişnamə ilə  bərabər, “zemstvolar” təsis etmək 
üçün pərakəndə erməni camaatının yaşadığı çox məh-
dud sayda əyalət vahidlərinin planı da təqdim edildi".
1
  
Özünün icad etdiyi “Böyük Ermənistan”ı  hər bir 
işdə  əsas götürən Daşnak partiyası milli ərazinin 
olmaması problemini vəhşi və cinayətkar üsullarla həll 
etdi. "İrəvan vilayətindəki 211 azəri (“azərbaycanlı” 
mənasında – tərcüməçi)  kəndi xarabalığa çevrildi və 
100 minlərlə insan qətliam olundu. Təxminən 300 min 
İrəvan azərisi məhv edildi...".
2
  
Müsəlmanların soyqırımı  və etnik təmizlənməsi 
sonralar da amansızlıqla davam etdirildi. Hal-hazırda 
bu şəhərdə bir nəfər də müsəlman azəri yoxdur.  
Təqdim olunan bu kitabda İrəvan tarixinin ilkin 
fomalaşma mərhələsindən başlayaraq daşnakların əli ilə 
müsəlmanların kütləvi qətlinə  qədərki dövr araşdırılır. 
Əsərdə göstərilir ki, Çuxursəd vilayəti və onun mərkəzi 
olan  İrəvan tarixən müsəlman  ərazisi olmuşdur.  İrəvan 
Azərbaycan  əyalətinin dörd vilayətindən biri olan 
Çuxursəd vilayətinin mərkəzi idi. Bu vilayətin 
məşəqqətlər görmüş müsəlmanlarının cəsədləri üzərində 
təkcə Ermənistan Respublikası yaradılmamış, üstəlik, 
erməni ekstremistləri Dağlıq Qarabağa qarşı  ərazi id-
diası qaldıraraq, təcavüzkar rus ordusunun köməkliyi ilə 
Azərbaycan torpağına hücum edib Azərbaycan 
Respublikasının 20 faizdən çox ərazisini işğal etmişdir. 
                                                 
1
 Anahid Ter Minasyan. Qəfqaz dər tarixe moaser, səh.63 
2
 Mənije Turabzade və başqaları. Mahiyyət-e təhəvvolat dər 
Asiya-ye Mərkəzi və Qəfqaz, səh.71 


 
 
11
 
Coğrafi mövqe 
 
Qərbdən Şərqə qədər bütün yer üzü, 
Bir insan bədəni kimidir, fərqi yoxdur. 
Bədən ruha möhtac olduğu üçün 
Bu bədənin də ruhu İrəvandır. 
                                           (Qüdsi) 
 
(Qeyd:  Bu  əsərin farscadan bütöv tərcüməsi 
kitabın sonunda verilmişdir) 
 
Müxtəlif dövrlərdə  İrəvan Çuxursəd vilayətinin 
(Azərbaycanın vilayətlərindən biri) mərkəzi,  İrəvan 
xanlığı,  İrəvan vilayəti olmuş  və  nəhayət, Ermənistan 
Respublikasının paytaxtına çevrilmişdir. Bu şəhər 40 
dərəcə 15 dəqiqə şimal enliyində, 44 dərəcə 35 dəqiqə 
şərq uzunluğunda, Ağrı dağının (Ararat) 55 kilometr-
liyində, Alagözün cənub-şərqində, Göyçə gölündən 65 
km cənub-qərbdə  və Araz çayının qollarından olan 
Zəngiçayın sol sahilində yerləşir.  İrəvan  şəhəri 
İrəvançay adlanan çayın kənarındadır. 
1
  
İrəvan Ağrı  dərəsinin  şimal tərəfində 850-1300 
metr hündürlükdə yerləşir.
2
 Şəhərdən iki çay (Qırxbu-
laq və Zəngiçay) axır.
3
  İrəvanın ünlü şairlərindən olan 
Hacı Mirzə Ağasinin atası Mirzə Müslüm Qüdsi İrəvan 
çayları haqqında bir şeirində deyir:  
 
                                                 
1
 “Həmşəhri” qəzeti, sayı 107, 20.3.1374 
2
 Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan, Bakı, “Sabah”, 
1994, səh.184 
3
 Jan  Yunir.  Delavəran-e qomnam-e İran dər cənghaye  İran və 
Rusiye, səh.515 


 
 
12
Araz o çaylarsız Araz deyildir 
Dəryada batanı xilas etmək olmur. 
Ona görə onun (Arazın) suyunun dadı xoşdur ki,  
Onun üzü bu sulara tərəfdir. 
 
Heç kəs ona meyl salmazdı, 
Əgər İrəvandakı sular ona axmasaydı. 
Qırxbulağın Kövsər suyuna bənzəyən zülalı 
Hər bir çəməndən və bağdan axır. 
Hər kim ondan bir piyalə içsə, 
Meyin keyfiyyətini unudar. 
Əgər ki, bir xəstə dodağını onunla islatsa, 
Bir daha o başqa bir xəstəlik görməz. 
Zəngi ona görə kiçik xəndək olub ki,  
Onun üstündə yüzlərlə qəsrlər və saraylar var. 
Ürək açan qəsrlərin bu çayı  
Nəzarətdə saxlaması onun səfasına sübutdur. 
Zəngiyə Selsəbil (behişt suyu) demək olar. 
Surətin aynası kimi üzü gizlətməsə də
Bunun əksinə olaraq onun adını kafur qoydular. 
Onun mənbəyindən ta son sərhədinə qədər 
Bir damcısı da zaya getməz. 
Hamısı dürr olar bu axar suyun, 
Apreldə yağan yağışın damcıları tək. 
Sularındakı saysız-hesabsız balıqlar 
Dalğa yaratmaqla onun sularını parça-parça edər. 
Suyunun üstü başdan-başa ördək-qaz 
Üzərlər, ördəkdən, şahbazdan uzaq. 
 
İrəvanın gözəl havası var, lakin qış uzun çəkdiyin-
dən bərk soyuqlar olur. Əksər halda səur ayında 
(ordibehişt - bizim təqvimlə aprel) qar yağır... Tiflisin 
on fərsəngliyində  şirin su dəryaçası var. Həmin 
dəryaçanın  ətrafında, təxminən iyirmi fərsəngdə (bir 


 
 
13
fərsəng 
12 min addıma, təqribən 6-8 km.-ə bərabərdir - 
redaktor)
,  şimal tərəfdə  İrəvan yerləşir. Adı  çəkilən 
dəryaçada bir zər (104 sm.-ə  bərabər uzunluq ölçüsü) 
böyüklükdə forel balığı görünmüşdür.
1
 
 
Havası cənnət havasına bənzər,  
Fərəh verən kimi ruhuna qanad verər. 
Əbədiyyət ağacına bənzəyən gözəlliyindən  
Qocalıqdan sonra da cavanlıq gələr. 
Bu eyş-işrət təsirli dinclik yerində  
Heç vaxt xəstəlik olmaz.  
                                               Qüdsi 
 
Şərq tərəfdən  İrəvanın 12 fərsəngində  Ağrı dağı 
yerləşir. Camaatın fikrincə, Nuhun gəmisi orada yerə 
oturub. Dağ kifayət qədər yüksək olduğundan hava açıq 
və buludsuz olanda 2-10 fərsəng məsafə aydın görünür. 
Ağrı dağının hündürlüyü 17.266 ingilis futuna 
bərabərdir (3,5 ingilis futu, təxminən 1 İran "zər"i de-
məkdir). Ermənilər bu dağı Masis adlandırırlar. Etiqada 
görə, guya onların  əcdadalarından olan Aram oğlu 
Masis bu dağı öz adına uyğun olaraq adlandırmışdır. 
Ancaq fransızlar onu Ararat, ərəblər Cudi adlandırırlar. 
Şardənin səyahəti zamanı  İran  əhalisi onu müqəddəs 
sayaraq deyirmiş ki, Nuhun gəmisi bu dağda 
dayanmaqla onu Yer kürəsinin başqa nöqtələrindən 
daha izzətli edib.
2
  
İrəvan böyük İpək yolunun üstündə idi. Bu yol 
Çinin Tvan Hanq vilayətindən Kansu vilayətinə doğru 
uzanırdı. Oradan Şərqi Türküstana daxil olur, Beşbalıq, 
                                                 
1
 Bax:  Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn 
Nəvainin redaktəsi  ilə, I cild, səh.182 
2
 Bax: Yenə orada, səh.185 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə