Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə4/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   2   3   4   5   6   7   8   9   ...   56

 
 
14
Almalıq, Otrardan keçərək Səmərqənd və Buxaraya 
çatırdı. Buxarada yolun əsas hissəsi  Mərv və 
Gürgandan keçərək, Reyə  gəlir, Reydən Qəzvinə, 
Zəncana, Təbrizə,  İrəvana doğru,  İrəvandan isə ya 
Trabzona, ya da Şamdakı limanlara qədər uzanırdı. 
Köməkçi yol isə Səmərqənddən Xarəzmə, Xarəzmdən 
Həştərxana, oradan isə Don sahillərinə  və Azov 
dənizinin limanlarına gəlib çatırdı.
1
  
Mərv hakiminin vəziri Məhəmməd Kazım Mərvi 
yazır: "Bu bölgədə hündürlükdə və möhkəmlikdə tayı-
bərabəri olmayan iki qala vardır: Rum keçidində 
İrəvan qalası, Türküstan keçidində Mərv qalası. 
Bu sözləri ilə ifrata varan şair onların hər ikisini 
tərənnüm edib, İrəvan qalasının yüksəkliyini birinci 
yerdə qeyd edir:      
Poladdan tökülmüş dağ kimi hasarı olan  
Bu qalaya baxanda göz sulanır. 
Onun dövrəsində səf-səf düzülmüş bürclər 
Göy üzündəki ulduzlar kimi görünür. 
Onun göyü əzən elə dişi var ki, (divarlardakı 
çıxıntılar nəzərdə tutulur) 
Bundan günəş, ay və planetlər qorxuya düşüb. 
Onun hər uca və yüksək guşəsindən 
Günəşin və ayın qübbəsi görünür. 
Belə qalalara heç kəs tay göstərə bilməz 
Bunlardan biri Mərv, o birisi İrəvan qalasıdır".
2
  
 
                                                 
1
 Bax: Abbas İqbal Aştiyani. Tarix-e Moğol, səh.569 
2
 Məhəmməd Kazım Mərvi. Aləmara-ye Nadiri. Doktor 
Məhəmməd Əmin Reyahinin düzəlişi ilə, II cild, səh.210 və 613 


 
 
15
 
 
İrəvan qalası 
 
İrəvan qalası memarlıq baxımından da Şərqin 
türk  məntəqələrinin mühüm mədəniyyət abidələrindən 
hesab olunur. Qalanın 50-60 bürcü olmuşdur. XVIII 
əsrin nadir və qiymətli incilərindən olan Xan sarayı və 
Göy məscid kimi bu qala da səyyahları həmişə heyrətə 
salmışdır. Qaladan əlavə, burada 7 məscid, 2-3 mərtə-
bəli evlər, kişi və qadın hamamları, xeyli sayda kar-
vansaralar və digər abidələr olub. İrəvanın Gürcü, 
Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacəli karvansara-
larının hər birində onlarla dükan fəaliyyət göstərirmiş.
1
 
 
Bostan meyvələri ilə dolu  
Bazarı, yeməkxanası, ticarət sıraları var idi. 
Hamı gözüaçıq və xoşagələn təb əhli idi, 
Hamı xaliqin lövhəsindəki yazıya bənzəyirdi 
                                                 
1
 Bax: Ə.Ələkbərli.
 
Qədim türk-oğuz yurdu Ermənistan. “Sabah”, 
Bakı, 1994, səh.186 


 
 
16
Hamı tədbirli idi.  
Qüdrətli yaradanın baş nüsxəsinə bənzəyirdi.  
Hamı Evkilidin çəkdiyi rəsm kimi xoşa gəlirdi. 
Hamı ürəkaçan savad sahibi idi. 
Dükan və qapalı bazarda xətir-hörmət 
tuturdular. 
Evlərdə əziz qonaq kimi “xoş gəldin” deyir və xoş 
üz göstərirdilər. 
Çaharbazar sanki Səfahan (klassik musiqinin 
melodiyası) səsidi. 
 
Hər tərəf hind və Turan, 
Nəfis Rum və İran malları ilə dolu idi. 
Ürəklə və canla satılan malları alırdılar, 
Çünki yaxşı mallar ucuz satılırdı. 
(Qüdsi) 
 
İrəvan qalası haqqında söhbət açan bir çox səyyahlar 
və tədqiqatçılar buranın yer adlarını da qeyd etmişlər: 
Məhəllələr: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Da-
nabaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Burəkçi və s. 
Karvansaralar:  Gərni, Culfa, Sərdar, Tağlı, 
Sulu, Susuz, Hac Əli və s. 
Bulaqlar:  Dəmirbulaq, Qırxbulaq, Dolmabulaq, 
Sərdar bulağı və s. 
Çaylar: Gedər çay, Qırxbulaq, Zəngiçay və s. 
Bağlar: Dərə bağı, Dəmirbulaq, Dərəkənd, Şəhər, 
Abbas bağı və s. 
Meydanlar:  Məscid meydanı, Zalxan meydanı, 
Fəhlə meydanı, Böyük meydan, Şəhər meydanı və s. 


 
 
17
Məscidlər: Göy məscid, Qala məscidi, Hacıbə-
yim məscidi, Zalxan məscidi, Günlüklü məscid, 
Günbəzli məscid, Şəhər məscidi, Noruzəli məscidi.
1
  
 
Məhəllələri cananla vüsal küçəsi tək  
Pərişan könülləri şad eyləyir. 
Hər küçənin xoşüzlülüyü 
Onu ürəkaçan xiyabana çevirir. 
Şəhərin hər qədim küçəsi  
Nəim bağının təmizliyindən nişan verir. 
Camalı ilə qəlb ovsunlayan bu şəhər 
Bir baxışla candan yüz qəmi çıxarır. 
O zaman ki, gül öz hüsnünü göstərir 
Onun üzü xəzanın bəd yelini gömür. 
                                                   (Qüdsi) 
 
   
 
Azərbaycan türklərinə məxsus           İrəvanda Xan məscidi  
            Göy məscid                                                  
     
 
               
 
İrəvan Sərdar xan sarayı                   Zəngi çayı sahilində 
                                                                                 Xan bağı 
                                                 
1
 Bax:  Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan. Bakı, 
“Sabah”, 1994, səh.186 


 
 
18
Ad 
 
İrəvan - Rəvan - Erivan adlanan bu şəhər Ermənis-
tan sovetləşdikdən sonra “Yerevan” adlandırılmışdır.
1
  
 Əziz  Ələkbərli isə yazır ki, hal-hazırda Ermə-
nistanın paytaxtı olan şəhər 1930-cu ilə  qədər  İrəvan, 
Erivan, bəzi mənbələrdə isə Erəvan adlandırılmışdır.
2
  
 
Tarixi keçmiş 
 
Bartoldun yazdığına görə, "İrəvanın  əsası hicri 
tarixinin başlanğıcında qoyulsa da, həmin təqvim üzrə 
IX  əsrə  qədər o, kiçik bir kənd olub. Qeyd edilən 
tarixdən sonrakı əsrdə İrəvan şəhərə çevrilmişdir".
3
  
"Miladi tarixi ilə 661-ci ildə  İrəvanın  əsası 
qoyulmuşdur".
4
  
Ə.Ələkbərli yazır: "İrəvan şəhəri müxtəlif dövrlər-
də Sasani sülaləsinin,  Ərəb xilafətinin, Qaraqoyunlu-
ların, Ağqoyunluların və Səfəvilərin ərazisinə daxil idi. 
Xüsusilə  də  Səfəvilər dövründə  İrəvan  Şah  İsmayıl 
Xətainin diqqət mərkəzində olmuşdur. O öz sərdarla-
rından birini - Rəvanqulu xanı  həmin məntəqənin 
hakimi təyin etmiş  və ona şəhərin abadlaşdırılmasına 
diqqət yetirməyi tapşırmışdı.
5
   İrəvan adlandırılan bu 
yer o zamana qədər də mədəniyyət mərkəzi olmuşdur.  
                                                 
1
 “Həmşəhri” qəzeti, sayı 107, 20.3.1374 
2
 Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan. Bakı, “Sabah”, 
1994, səh.186 
3
 Əli Pursəfər. Hokumətha-ye məhəlli-ye Qəfqaz dər əsr-e Qacar
səh.89 
4
 Etimadüs-səltənə. Sədr  ət-təvarix. Məhəmməd Müşirinin 
tərtibatında, səh.153 
5
 Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan. Bakı, “Sabah”, 
1994 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə