Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə9/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

 
 
35
1573-cü ildə)  Təbrizdə  şahın darğası  təyin olundu. 
Onun ölümündən sonra isə  oğlu Məhəmməd Çuxur-
sədə vali təyin olundu. 
Qeyd edək ki, Şahqulu Sultan Təbrizdə darğa 
olarkən əhaliyə zülm etdiyindən, hicri-qəməri tarixi ilə 
971-ci ildə (981-ci ilədək) Pəhləvan Yarinin rəhbərliyi 
ilə  Təbriz camaatı ona qarşı qiyama qalxmışdır. Təh-
masib öləndə  Şahqulu Sultanın oğlu, Çuxursəd valisi, 
"Toxmaq" ləqəbli Məhəmməd  xan həm də İstanbulda 
elçi idi. 
Sədlular tayfası  Şah Təhmasibin hakimiyyəti döv-
ründə də Çuxursəddə yaşamış və tayfaya hicri-qəməri 
tarixi ilə 954-cü ildə  Əlvənd xan, 959-cu ildə isə 
(miladi tarixi ilə 1552-ci ildə) Uluğbəy başçılıq 
etmişdi. 
Alpautlar da Qaraqoyunlu qəbilələrindən idilər və 
onların arasından böyük əmirlər çıxmışdı. Bu qəbilə də 
Səfəvilər dövründə Çuxursəd ətrafında yaşamışdı.  
Şah Təhmasibin ölümündən sonra (hicri-qəməri 
tarixi ilə 974-cü ildə) onun Qaradağ ətrafındakı Qəhqə-
hə qalasında zindana salınmış  oğlu  İsmayıl həbsdən 
azad olundu. O, hicri-qəməri tarixi ilə 974-cü ilin 
rəbiüləvvəl ayında Qəzvinə  gəlib, oranı paytaxt elan 
etdi. II İsmayıl  hakimiyyətini möhkəmləndirdikdən 
sonra Şah Təhmasibin zamanından İstanbulda elçi olan 
Toxmaq xanın qardaşları Sarı Laçını və Allahqulu bəyi 
əmisi oğlu Əbu Turab Mirzənin (Uyqut Mirzə) vasitəsi 
ilə  qətlə  yetirdi.  Bu  qətllər ustaclı  əmirlərinin aradan 
götürülməsi ilə davam etdirildi. Bu zaman İstanbuldan 
geri qayıdan Toxmaq xan Çuxursəddəki  əmlakının 
Əbu Turab Mirzə  (əmisi oğlunun və qardaşlarının 
qatili) tərəfindən müsadirə olunduğunu  gördü... 


 
 
36
II  İsmayıl Mustafa Sultanın qətlindən sonra 
ustaclıları  əfv etdi və  hətta özü Pir Məhəmməd xanın 
qızı ilə evləndi. Toxmaq xan da öz əvvəlki vəzifəsinə 
qaytarıldı. O, Çuxursəd bölgəsinin valiliyinə qayıdan-
dan sonra mərkəzin buradakı etibarlı adamına çevrildi 
və yenidən bütün məsələlərə nəzarət etməyə başladı.   
II İsmayıl hicri-qəməri tarixi ilə 985-ci ilin Rama-
zan ayının 13-də    qəflətən vəfat etdi. Paytaxt əmirləri 
canişin məsələsinin müzakirəsinə başladılar. Onlar 
Təhmasibin böyük oğlu Məhəmməd Xudabəndənin 
üzərində dayandılar. Fiziki cəhətdən çox zəif olan 
Sultan Məhəmməd xəstəlik nəticəsində görmə qabiliy-
yətini də itirmişdi. O, hakimiyyətə  gələndən sonra da 
Toxmaq xan Çuxursədin başçısı olaraq qaldı. Bu 
dövrdə  İrəvanın abadlaşdırılması sahəsində ciddi işlər 
görülmüş, gözəl Xan sarayı, Xan bağı salınmışdı. Hə-
min illərdə  əkin sahələrinin suvarılması üçün yeni su 
kanalları çəkilmiş, böyük dəryaçalar yaradılmışdı. So-
vet hakimiyyəti qurulduqdan sonra bu dəryaçaya 
Şaumyanın adı verilsə  də, azərbaycanlılar onu vaxtilə 
İrəvanda hakimlik etmiş Mahmud xanın ləqəbinə 
uyğun olaraq “Toxmaq dəryaçası” adlandırmışlar.  
Türk sultanı III Murad mövcud sülh müqaviləsinə 
(“Amasiya müqaviləsi” nəzərdə tutulur- tərcüməçi) 
baxmayaraq, bir sıra bəhanələrlə hicri-qəməri tarixi ilə 
985-ci ilin şəvval ayında (miladi tarixi ilə 1575-ci ildə) 
Xoy, Səlmas, Urmiya şəhərlərinə və onların ətraflarına 
hücuma keçdi. Azərbaycanlı  sərkərdələrdən Hüseyn 
Sultan Xubuşlu, Mahmud Sultan Rumlu bu döyüşdə 
həlak oldular və Təhmasibə məxsus olan ərəb atlarının 
(bədəvi atlar) əksəriyyəti (10 minə yaxın at) Osmanlı 
bəylərinin əlinə keçdi. Təbrizin yeni hakimi Əmir Xan 


 
 
37
Türkmən öz qoşunu ilə  işğal edilmiş torpaqları azad 
etmək istədisə də, buna  nail ola bilmədi.  
Şirvanşahlar xanədanının nümayəndəsi Əbu Bəkir 
Mirzə qarabörk tayfasından və  Şirvandakı döyüşçü 
ləzgilərdən bir ordu toplayaraq hərəkətə keçdi. 
Osmanlı ordusu sərdar Mustafa Paşanın komandanlığı 
ilə 1578-ci ilin avqustun əvvəllərində  Ərdəhanın 
ətrafına qədər gəlib çıxdı  və  sonra Gürcüstanı  fəth 
etdi. Belə bir şəraitdə  mərkəzi  İrəvan olan Çuxursəd 
bölgəsinin bəylərbəyi Məhəmməd xan Toxmaq Ustaclı 
Qəzvinə məlumat verdi ki, Gürcüstanla bərabər İrəvanı 
da tutmaq istəyən  Osmanlı qoşunlarının həmləsi qarşı-
sında seyrçi qalmayacaq. Qarabağın bəylərbəyi İmam-
qulu xan Qacar Təbriz  bəylərbəyi Əmir xan Türkmən-
lə ittifaq bağlayaraq münasib şərait yaranan kimi 
hücuma keçməyi planlaşdırdılar. Vəliəhd Həmzə Mir-
zə İraqi-əcəm, Fars, Kirman qoşunlarından ibarət  ala-
yın köməyə gələcəyi barədə də məlumat aldı. Qarabağ 
bəylərbəyi  İmamqulu xanın və  Məhəmməd xanın qo-
şunları birləşdiyi halda, türkmənlərlə ustaclılar arasın-
da köhnədən qalma düşmənçiliyə görə ustaclılar Təb-
rizdə dayandı. İskəndər bəy Türkmənin rəvayətinə gö-
rə, 1578-ci ilin avqustunda Məhəmməd xan Toxmağın 
və İmamqulu xan Qacarın rəhbərlik etdikləri 15 minlik 
qoşun Çildər  ətrafında Bərtərullah paşanın qüvvələri 
ilə üz-üzə  gəlir.  Əvvəlki döyüşlərdə olduğu kimi, bu 
qarşılaşmada da qızılbaş  əsgərləri  şücaətlə meydana 
girib, var qüvvələri ilə çarpışırlar. Buna baxmayaraq, 
Tiflis və bütövlükdə Gürcüstanın bir hissəsi Osmanlı 
hökumətinin tabeçiliyinə keçir. 
Hicri-qəməri tarixi ilə 989-cu idə (miladi tarixi ilə 
1581-ci ildə) Şamlu xanlarxanı sərdar Mustafa Paşa və 
digər  əmirlər öz aralarında ittifaq bağlayıb, Abbas 


 
 
38
Mirzənin hakimiyyətini elan etdilər. Bu xəbəri eşidən 
Şah Məhəmməd Xudabəndə  vəziri Mirzə Sultanla 
birlikdə türkmən və təkəli bəylərini hərəkətə gətirmək 
üçün Xorasana yola düşdü. Onun Xorasana yürüşü 
vaxtı Osmanlı  sərkərdəsi Fərhad paşa Çuxursədi işğal 
etdi. Vilayətin mərkəzi olan İrəvanda Məhəmməd xan 
saray məhəlləsinin  ətrafına möhkəm bir hasar çəkdi. 
Ancaq sonda Məhəmməd xan Toxmaq Təbriz bəylər-
bəyi Əmir xan Türkmən və Qarabağ bəylərbəyi İmam-
qulu xan Qacar tərəfindən kömək gəlmədiyini görüb, 
ailəsini götürərək Naxçıvana yollandı. O, ailəsini  Əl-
nəcəğ (Əlincə) qalasında yerləşdirməyə məcbur oldu.  
Beləliklə, işğal olunmuş  ərazilər, o cümlədən Çu-
xursəd torpaqları osmanlıların ixtiyarına keçdi. Os-
manlı qüvvələri asta-asta və addım-addım irəliləyir, 
fəth etdikləri ərazilərdə möhkəmlənmək üçün istehkam 
qalaları ucaldırdılar.   
 
 
İrəvan I Şah Abbas dövründə 
 
I  Şah Abbas belə bir mürəkkəb  şəraitdə  (hicri-
qəməri tarixi ilə 996-cı ilin zilqədə ayında)  Qəzvində 
tacqoyma mərasimi keçirdi. Bu zaman onun 18 yaşı 
vardı. Ölkə ziddiyyətlər içində idi. Bir tərəfdən, xarici 
təzyiqlər, digər tərəfdən daxildəki qarşıdurmalar 
Səfəvilər dövlətinin mövcudluğunu təhlükə altına al-
mışdı. Ölkənin  şimal-qərb hissəsi, o cümlədən  İrəvan 
bölgəsi hələ atasının hakimiyyəti zamanında osman-
lılar tərəfindən işğal edilmişdi.  


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə