Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə1/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
  1   2   3   4   5   6   7   8   9   ...   64


               _______________  
Milli Kitabxana
  ________________ 

 
  


               _______________  
Milli Kitabxana
  ________________ 

 
NİZAMİ GƏNCƏVİ 
 
 
 
 
 
 
 
 
 
İSKƏNDƏRNAMƏ 
İqbalnamə 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"LİDER NƏŞRİYYAT"  
BAKI - 2004 
  


               _______________  
Milli Kitabxana
  ________________ 

 
Bu  əsər "Nizami Gəncəvi.  İskəndərnamə " (Bakı, Yazıçı, 1982) kitabı   
əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
 
 
 
 
Tərcümə edəni: 
Mikayıl Rzaquluzadə 
 
İzahların müəllifı: 
Əkrəm Cəfər 
 
Ön sözün müəllifı: 
Zümrüd Quluzadə 
 
Elmi redaktor: 
Xəlil Yusifli 
 
 
 
 
 
 
894.36F1 - dc 21 AZE 
Nizami Gəncəvi. İskəndərnamə. İqbalnamə. Bakı, "Lider nəşriyyat", 2004, 
256 səh. 
 
 
 
"İqbalnamə"  əsəri Nizami Gəncəvi yaradıcılığının  ən yüksək zirvəsi və  Şərq 
poeziyasının ən parlaq incisi hesab olunan "İskəndərnamə"nin ikinci hissəsidir. İskəndərin 
kamil insan, alim və  ağıllı, müdrik bir filosof kimi təsvir olunduğu bu hissədə Nizami 
ictimai, fəlsəfi düşüncələrə üstünlük vermiş, insan ağlının təntənəsindən bəhs etmiş, elecə 
də insan və təbiət, yaradılış və dünya, həyat və ölüm, elm və din kimi məsələlərlə bağlı 
dövrün ən qabaqcıl görüşlərini əks etdirmişdir. 
"İqbalnamə" "Şərəfnamə" ilə bir yerdə bütöv əzəmətli  əsər olan "İskəndəmamə"nin 
bir-biri ilə sıx bağlı iki budağıdır. 
 
 
 
ISBN 9952-417-02-9 
© "LİDER NƏŞRİYYAT", 2004. 
 


               _______________  
Milli Kitabxana
  ________________ 

 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 

 
  
KAMİLLİK ZİRVƏSİ 
 
Dünya mədəniyyət tarixinin zənginliyi sonsuz bir ümmanı xatırladır. 
Bu sonsuz ümman insan zəkasının bəhrəsi olan nadir elm, fəlsəfə və sənət 
inciləri ilə dolu zəngin xəzinədir. İnsanlığın dərin ehtiram və məhəbbətlə 
qoruyub saxladığı  və yaşatdığı bu mənəvi mədəniyyət xəzinəsində orta 
əsr Azərbaycan fəlsəfı poeziyasının  ən görkəmli nümayəndəsi,  Şərqi və 
Qərbi  əsrlər boyu məftun etmiş Nizami Gəncəvinin insanpərvər 
yaradıcılığı xüsusi yer tutur. 
Fəlsəfənin müxtəlif müddəalarını fövqəladə gözəl  ədəbi formalarda 
ifadə etməkdə Şərq mədəniyyətinin bəşəriyyət qarşısında böyük xidməti 
var. Dahi İbn Sina Aristotelin "Poetika" əsərinə yazdığı  şərhdə yunan 
mədəniyyətindən fərqli olaraq Şərq üçün mahiyyətcə insani olan fəlsəfı 
poeziyanın səciyyəviliyindən bəhs edir. Bu poeziyanın yüksək inkişaf 
zirvələrinə çatması  Şərq mədəniyyətinin çiçəklənmə dövrünə - orta əsr 
Şərq intibahı dövrünə düşür. Nizami də daxil olmaqla bu dövrün dahi 
alim, mütəfəkkir və  sənətkarları öz yaradıcılıqlarını yüksək kamala 
yetmiş, nəcib  əxlaqi sifətlər,  əql və gözəllik daşıyıcısı  İnsana həsr 
etmişlər. "İqbalnamə"nin də  əsas qəhrəmanı adı böyük hərflə yazılan 
İnsan obrazıdır. Bəlkə  məhz buna görə Nizami belə bir qəhrəmanı 
sərkərdə, hökmdar və elm havadarı kimi şöhrət tapmış Makedoniyalı 
İskəndərin surətində verir. Poemanın  əsas məqsədi isə insanın səadətinə 
xidmət, bu səadəti təminetmə yollarını arayıb tapmaqdır. 
"İqbalnamə"də bir-biri ilə üzvi surətdə bağlı üç istiqamət, üç məqsəd 
izlənir:  İnsan ağlının, zəkasının və bununla əlaqədar elmin, fəlsəfənin 
tərənnümü və  təbliği; insanın yüksək  əxlaqi keyfiyyətlərinin tərənnümü 
və təbliği; insan xoşbəxtliyini təmin edən, zülmə və bədxahlığa son qoyan 
ədalətin, azad, bərabər və dost insanların cəmiyyətinin tərənnümü və 
təbliği. 
Nizami "Xəmsə"sinin özəyini təşkil edən bu üç ayrılmaz xətt 
"İqbalnamə"də özünün ən yüksək fəlsəfi-bədii ifadəsini tapır və 
poemanın müxtəlif hekayələrinin əsas məzmununu təşkil edir. 
  


               _______________  
Milli Kitabxana
  ________________ 

 
Böyük mütəfəkkirin dünyagörüşünü heç cür dövrün hakim ortodoksal 
dini dünyagörüşü çərçivəsilə  məhdudlaşdıra bilmərik. Filosof şair dinlə 
əlaqədar məsələləri islam ruhaniləri mövqeyindən yox, ruhanilər 
tərəfindən çox vaxt kafir damğası vurulmuş  məşhur  Şərq fılosofları 
Fərabi, İbn Sina, Bəhmənyar mövqeyindən işıqlandırır. 
"İqbalnamə" XII əsrdə yazılıb və bu dövrdə yazılan bütün başqa 
əsərlər kimi o da bir sıra ithaflarla - Allahın, peyğəmbərin, dövrün 
hökmdarlarının şəninə yazılmış mədhiyyələrlə başlayır. Lakin Nizaminin 
ənənə üzrə yazdığı  mədhiyyələri hər  şeydən  əvvəl böyük mütəfəkkirin 
humanizmi və özünəməxsus bir səciyyə daşıyan rasionalizmi ilə fərqlənir. 
Məsələn, minacat (Allahı mədh) əslində ağlın mədhinə çevrilir: 
 
Ağıl bir yerdə ki, xəzinə tapar  
Allahın adını eyləyər açar,  
Allah ağıllıya nəvazişkardır,  
Ağılsızlara da əlacı vardır. 
 
Şairin dövründə hökm sürən mürtəce ruhanilərin kor-koranə inamı 
ağla qarşı qoyaraq, elmi, fəlsəfəni və xüsusən məntiqi küfrlə 
eyniləşdirmələrini və bu yolun yolçularını amansız təqib etmələrini 
nəzərə alsaq, ağlı  və elmi bu şəkildə  tərənnüm edən Nizaminin bir 
vətəndaş kimi qorxmazlığı, mərdliyi daha çox çarpar və onun orta əsr 
şəraitində  təbliğ etdiyi rasionalizmin əhəmiyyətini müasirlərimiz daha 
düzgün qiymətləndirə bilərlər. 
Nizami yaradıcılığı yüksək inkişaf pilləsinə qalxmış orta əsr  Şərq və 
Azərbaycan mədəni intibahının məhsulu idi. Lakin nəzərə almalıyıq ki, 
bu  İntibah kəskin, amansız siyasi və ideoloji mübarizədə  qələbə çalır, 
onun nümayəndələri isə çox vaxt canlanndan belə keçərək  əqidələrini 
müdafıə  və  təbliğ edirdilər. Yeri gəlmişkən, poemanın girişində  şaha 
ithafa nəzər salaq. Şair  şahla öz bərabəri kimi danışır,  şaha özünü necə 
aparmaq barədə  məsləhət verir. Burada şahlara nəinki itaət görünmür
əksinə, onlar tənqid atəşinə tutulur: 
 
Boşdur çox şahların ancaq başlan, ... 
Zəlitək qan sorub ləzzət alarlar. 
  


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə