Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə28/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

                                                                                                                                                    
109
İSKƏNDƏRİN PEYĞƏMBƏRLİYƏ 
              YETİŞMƏSİ 
Müğənni, çal rudu, çal səhər erkən, 
Mərdlik nəğməsini gətir yada sən! 
Oyandır məndə də nəğmə həvəsi, 
Duymayım bihudə, biməna səsi. 
Yenə bir filosof dərinə getdi. 
Rumun tarixindən belə nəql etdi: 
O dünya padşahı - böyük İskəndər, 
Uca ulduzlara o uca rəhbər 
Elmdə o qədər oldu ki, pərgar 
Əqli hər müşkülə saldı bir açar. 
Bir çox viranənin örtdü üstünü, 
Açdı neçə-neçə bağlı düyünü. 
Sirli elmləri İskəndər qədər 
Yoxdu bu dünyada bilən bir nəfər. 
O, Rumun, Yunanın alimlərindən 
Hər elmi öyrəndi möhkəm, dərindən. 
Daha ulduzları göydə güdmədi, 
Tamam başqalaşdı onun məqsədi. 
Başından lovğalıq tacını atdı, 
Öz başı allahın tacına çatdı. 
Bir də yaranışı araşdırmadan, 
Axtardı, bilsin ki, kimdir yaradan. 
Istədi çalışıb sirləri örtən 
Yeddi qat sürməni silsin tamamən
160

Onu olduğutək görmək istədi, 
Əlçatmaz arzuya irmək istədi. 
Gecəli-gündüzlü bir xeyli müddət 
Düşündü, parladı bəxti nəhayət. 
Bir mələk göndərib bir gecə allah 
Etdi o bihuşu özündən agah. 
Ətrafa nur saçan parlaq günəştək 
Yalan vəsvəsədən uzaq bir mələk 
Parlaq gövhər saçdı şah hüzuruna, 


                                                                                                                                                    
110
Allahın vəhyini yetirdi ona: 
"Bu saysız dağlarcan, coşğun çaylarcan 
Alqışlar göndərdi sənə yaradan! 
O səni dünyada şahlıqla birgə
Ləyaqətli bildi peyğəmbərliyə. 
Sən allah əmriylə şah olduğundan, 
Indi də belədir allahdan fərman: 
Haqqın dərgahına baş əyim, deyə, 
Söylə ki, son qoydum asudəliyə. 
Fələktək dünyanın başına hərlən. 
Azğını, vəhşini əhliləşdir sən. 
Xalqı pis yollardan et haqqa dəvət, 
Onlar da allaha etsin itaət. 
Təzələ kökündən köhnə binanı, 
Təmizlə qəflətdən bütün dünyanı. 
Cahanı divlərin zülmündən qurtar, 
Dünyalar şahına ol itaətkar! 
Bütün yatmışları yuxudan oyat, 
Əqlin üzündəki o niqabı at! 
Allah tərəfindən yoxsullara sən 
Verilmiş mərhəmət xəzinəsisən. 
Dünya pərgarını gəz diyar-diyar, 
Səndən xeyir görsün bütün insanlar. 
Bu dünya mülkünə özünsən ağa, 
Çalış o dünyanı ələ almağa. 
Bu yolda zəhməti qəbul edərək, 
Allah rizası güd, xeyrindən əl çək! 
Nə hörmətin varsa canlıya göstər, 
Cansızçın vaxtını eyləmə hədər, 
Canlıdan dəyərsə sənə bir ziyan, 
Zəncirlə, məhv elə, heç vermə aman!" 
İskəndər mələyə xitab eylədi: 
"Ey müdrik ilhamçı, ey mələk, - dedi, - 
Dinləyib o böyük pərvərdigarı, 
Gərək tərk eləyəm mən bu diyarı. 
Məşriqdən məğribə hücum çəkərək 
Xalqları yuxudan oyadam gərək! 


                                                                                                                                                    
111
Ellərin dilini əsla bilmədən, 
Onlarla nə cürə danışım bəs mən? 
Nə sayaq bilim ki, nə deyir onlar? 
Qarşımda hələ çox maniələr var... 
Birisi budur ki, bu çətin səfər 
Orduda vahimə törədə bilər. 
Bir də ki, qoşunla səfər edərkən 
Dağları, çölləri necə keçim mən? 
Bu qədər zillətə edərlərmi tab? 
Nə cürə onlara mən verim əzab? 
O korlar ardımca gəlməsə əgər, 
Kar olub sözümü eşitməsələr, 
Mən yad ölkələrdə o kar-korlara 
Nə əlac eləyim, varmı bir çara? 
Əgər peyğəmbərlik fikrinə düşsəm, 
Xalqı cəlb etməkçin hanı möcüzəm? 
Hanı bir möcüzə, eləsin kömək
Mənə inansınlar onu görərək? 
Əvvəl yeriməyi öyrədib mənə, 
Sonra da getməyi tələb etsənə. 
Elmi dərya kimi çox insanların, 
Zəkayla, biliklə tox insanların 
Sarsıtmaq mümkünmü heç vüqarını? 
yox etmək olarmı iqtidarını?" 
O vəhyi gətirən xeyirxah mələk 
Dedi, İskəndərə xitab edərək: 
"Rəvandır hər əmrin, hökmün cahana, 
Həm gizli, həm aşkar, bil ki, hər yana. 
Qərbdə bir tayfa var, özü köçəri, 
Nasikdir adları, yoxdur dinləri. 
Şərqdə bir tayfa var, xislətdə mələk, 
Onlara layiqdir Mənsək ad vermək
161

Dəryatək cənubda bir tayfa yaşar, 
Habildən törəyib qalmışdır onlar. 
Şimalda bir tayfa salmışdır məskən, 
Mütilik onlara qalmış Qabildən. 
Başlayan zamanda uzaq səfərin, 


                                                                                                                                                    
112
Düşəcək qaraya, ağa güzərin. 
Nasikdən Mənsəkə çək qoşunları, 
Keç sonra Habildən Qabilə sarı
162

Hamısı hökmünə, yəqin, baş əyər, 
Başından keçərlər baş əyməyənlər. 
Hər başçı ayağın heç ola bilməz, 
Səni əvəz etməz dünyada heç kəs! 
Aytək, Müştəritək gecə nur saçan 
Parlaq bəxtinlə sən bir şəbçıraqsan. 
Ucadan düşəndə işığın sənin 
Açılar qapısı hər xəzinənin. 
Yola çıxanda ol hər şeydən agah, 
Səni hifz edənə apar sən pənah. 
Hansı bir niyyətlə minsən atına, 
Köməklər köməyi çatsın dadına! 
Dünyada özünə, orduna əsla 
Nə bir zərər dəysin, nə də bir bəla. 
Nabələd yollarda öndən, arxadan 
Keşikçin olmalı sənin hər zaman. 
Səni hara çəksə işıqlı niyyət, 
Əmrində duracaq nur ilə zülmət. 
Qaranlıq arxanda, nur önündə - sən 
Özün görünməzsən, ancaq görərsən. 
Kim sənə xoşluqla itaət etsə, 
Işıq bəxş edərsən sən də o şəxsə
163

Hər kim lovğalıqla çıxsa qarşına, 
Sən də qaranlıqdan bir pay ver ona
164

Qoy bir kölgə kimi zülmətdə qalsın! 
Qorxuda, dəhşətdə, zillətdə qalsın! 
Bir də ki, atını cilovlayaraq 
Nə zaman istəsən bir ölkə almaq, 
Qarşına yad tayfa çıxarsa əgər, 
Səninlə yad dildə söhbət etsələr, 
Qadir köməkçinin ilhamıyla sən 
Hər qövmün dilində cavab verərsən. 
Dilbilən olarsan hər bir ölkədə, 
Sənə gizlin qalmaz tək bir kəlmə də. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə