25
Gah hikmət saçıram söz xəzinəmdən.
Saçdığım gövhərlə bəzəndi cahan,
Çünki var şah kimi bir gövhər alan.
Yenidən mədənə mən əl uzatdım,
Gedib xəzinənin məğzinə çatdım
34
.
Heç yaxşı iş deyil yalan danışmaq,
Bu qızıl, bu da od, ərit, yoxla, bax!
Neçə vaxt ağ rəngə lacivərd qatdım,
Bitdi "Şərəfnamə", murada çatdım.
Coşdu Çin naxışlı şerim, sənətim,
Gör hara qalxacaq mənim şöhrətim!
Gör əvvəl nə əkdim, gör bitdi nələr,
Sınığı bu sayaq bitişdirərlər
35
.
Neçə il olar ki, gövhər sevənlər
Axtarıb tapmayıb bir belə gövhər.
Axır ki, tapıldı bir gövhər satan,
Yaxşı mal alınar satıcısından.
Padişah əmr etdi: bəzənsin bir bağ,
Sərvlər çəmənə gətirsin növraq.
Qəlbi nurlu şahın şərəfinə mən
Güc alıb idrakın şəfəqlərindən,
Bir sərv bəzədim ki, məclis şad olsun,
Onun şərəfinə badələr dolsun.
Şer yox, mənasız nəzm yazanlar
Çətinlik çəkməzlər, onlara nə var?
Daşlardan cəvahir çıxaran ancaq
Bilir ki, çətindir gözəl söz tapmaq.
Bu incə xəyallar məni coşdurdu,
Könlümün atəşi beynimə vurdu.
Öz tüstüm başıma qalxdıqca mənim,
Quruyub qaxaca döndü bədənim.
Gəlincə bu gözəl gəlin hasilə
Məndə səbr gərək, şahda hövsələ.
Sözə bax, baş alıb hara ucalır,
Mən nələr deyirəm, o nələr çalır?
Bilmirəm bu qədər füsunkar sözlər
Babil quyusundan çıxır nə təhər?
36
26
Zöhrəyə o "Zənd"i kimlər öyrətdi,
Oxuyub Harutu tamam bənd etdi?
37
Sehirli nəğməmdən Zərdüşt xar oldu.
Söndü çox "Zənd"lərin alovu, odu
38
.
Dəryaya dürr saçsın qətrə buradan,
Qoy xurma daşısın Bəsrə buradan
39
.
Bu altıkünc tağda bir buludam mən,
Səpərəm hər yana su ciyərimdən
40
.
Bitkitək pay alır hamı suyumdan.
Yağışım sərvlər yetirir hər an
41
.
Kölgətək işıqdan kim çəksə zərər.
Əlbəttə, həmişə ondan çəkinər.
Çeşməmdən feyziyab olsa da çoxu,
Getmir gözlərinə həsəddən yuxu
42
.
Mənim meyxanamdan içərlər şərab
43
,
Mənim sözlərimdən bağlarlar kitab.
Bu feyzi onunçün qazandım ki, mən
Əsla su içmədim yad bir çeşmədən
44
.
Xəlvətdə poladdan sildim ki, pası,
Yaqut rəngi alsın onun aynası
45
.
Silib bu aynanı parlatdım par-par,
Yerdən toz-torpağı külək aparar.
O Çin üzlü nigar, bilmirsən məgər
Rumun qalasını necə fəth edər?
Xəzinə kəşf etmək istəsə biri.
Gərək unutmasın çətinlikləri!
Xəzinə kəşf etmək istəsən əgər,
Hər bir çətinliyə tab et, sinə gər!
Məsəl var, deyərlər, eşit, qulaq as:
"Viranə ocaqdan heç tüstü çıxmaz!"
Yuxu var, əvvəlcə çox qorxunc olur,
Gün doğur, ürəyin fərəhlə dolur.
Qəlbə qorxu salan çox şeylər üçün
İnsan şükr eləyir axırda bir gün.
Nə çoxdur şairlik iddia edən, -
27
Qorxuram meydanda qan tökülməkdən.
Yayın ortasında çox yağsa yağış,
Elə soyuq düşər, sanki dönüb qış.
Havaya yağışdan nəm çöksə əgər,
Günəş o çirkləri silib məhv edər.
Payız yetişdikdə, bilir ki, hər kəs,
Daha lətif külək, incə meh əsməz.
Artıq rütubətdən törəyər vəba,
Tənəffüs çətindir belə havada.
Bundan qurtarmaqçün qalayarlar od,
Tökərlər bu oda səndəl, gül və ud.
Təbimlə şaha ud yandıraram mən,
Daha başqa bir iş gəlməz əlimdən.
Allah məni ona bəndə xəlq etmiş.
Itaətdən başqa bilmərəm bir iş.
Dünyagörmüş adam, - yaxşı ya yaman,-
Şikayət eyləməz öz ruzgarından.
Bu dünya heç kəslə deyil həmavaz,
Sazəndələr kimi bir hava çalmaz
O, sazda görərsə ipək bir teli,
Qırıb atmaq üçün uzanar əli.
Ipək yetirməkdə iki cür qurd var,
Ziddir odla sutək həmişə onlar.
Biri baramanı toxuyur bir-bir,
O biri karvanla ipək məhv edir.
Pətəkdə iki cür arı var müdam,
Necə ki, aldadar pərvanəni şam,-
Biri yem daşıyar hey axşam-səhər,
O biri gizlincə o yemdən yeyər.
Bal verən arının bircəsi, yəqin,
Yüzündən yaxşıdır bal yeyənlərin.
Hələ can almamış əcəl, turactək:
"Dad, məni tutdular!" - çığırıb dad çək
46
.
Tamahkar dünyadan nə ummaq olar.
Ya səni yandırar, ya da çiy saxlar,
28
Qaynayıb coşarsan, yanarsan dərddən,
Qaynayıb coşmasan, çiy qalarsan sən.
Fələk - yeddibaşlı qorxunc əjdaha,
Bircə zərbə vursa, məhv oldun daha
47
.
Xəlbirə bənzəyən teştdir asiman,
Sən bir xəlbir torpaq, o da bir teşt qan
48
.
O, teştdən su töksə başına nahaq,
Sən ələ xəlbirtək üstünə torpaq.
Torpaq da, çeşmə də olan bir yerdə
Lazımdır, əlbət ki, teşt də, xəlbir də.
Bu göy rəngli küpün çox hiyləsi var,
Içindən görərsən yüz cür rəng çıxar
49
.
Küpə bir cadugər minər, deyərlər,
Bu küpə minmişdir yüz min cadugər
50
.
Fələk hesabını gəl etmə nahaq,
Alçağı yüksəkdir, yüksəyi alçaq.
O gah altda olur, gah üstdə olur,
Ona alt-üst demək daha doğrudur.
Əbəsdir fələklə bəhsə girişmək,
Heç kəslə həmahəng olmayıb fələk.
Atdığı hər addım fənddir, kələkdir,
Işləri büsbütün oyundur, rəngdir!
Birini göylərə ucaldır bəzən,
Bəzən də qul edir onu görürsən.
Tülkütək geydirər qırmızı papaq,
Sonra qara itə yedirdər ancaq.
Nədir dörd yol üstə məskən düzəltmək?
52
Nədir qarın güdmək dördayaqlıtək?
Dörd balış qeydindən qurtaranda biz,
Asudə yatarıq səssiz-səmirsiz
53
.
Yolüstü mənzildir bu köhnə torpaq,
Ikicə qapısı var onun ancaq:
Giriş qapısından girərsə hər kəs.
Çıxış qapısından çıxmaya bilməz.
Bədbəxtdir bu dərin quyuda qalan,
Dostları ilə paylaş: |