Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə1/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
  1   2   3   4   5   6   7   8   9   ...   114


_______________  

Milli Kitabxana

  ________________ 

 

  




_______________  

Milli Kitabxana

  ________________ 

 

NİZAMİ GƏNCƏVİ 



 

 

 

 

 

 

 

 

 

İSKƏNDƏRNAMƏ 

 

Şərəfnamə 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"LİDER NƏŞRİYYAT" 

BAKI-2004 

  



_______________  

Milli Kitabxana

  ________________ 

 

 



 

 Bu əsər “Nizami Gəncəvi. İskəndərnamə" (Bakı, Yazıçı, 1982) 



kitabı əsasında təkrar nəşrə hazırlanmışdır 

 

 



Tərcümə edəni:  

Abdulla Şaiq

 

 



İzahların müəllifi:  

Əkrəm Cəfər 

 

On sözün müəllifı:  



Qəzənfər Əliyev 

 

Elmi redaktor: 



 

Xəlil Yusifli 

 

894.361'1 - de 21  



AZE 

 

Nizami Gəncəvi.  İskəndərnamə.  Şərəfnamə. Bakı, "Lider 

nəşriyyat", 2004, 432 səh. 

 

Nizami Gəncəvi yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq 



incisi sayılan "İskəndərnamə" "Xəmsə"nin beşinci kitabıdır. Dahi şair yaradıcılığının 

əzəmətli yekunu olan bu son əsərində ömrü boyu arzuladığı, lıəyatda görmək istədiyi 

ideal cəmiyyəti təsvir etmişdir. 

"Şərəfnamə"də İskəndərin elm və siyasət aləmindəki böyük nailiyyətləri göstərilir

onun tərbiyəsindən, təhsilindən, hökmdarlığından, yürüşlərindən və ümumiyyətlə

onun böyük şan-şöhrətə çatmasından bəhs olunur. 

  

 

 

  

 

ISBN 9952-417-03-7 

 

                                                            © "LIDER N.SRIYYAT", 2004.  



_______________  

Milli Kitabxana

  ________________ 

 

 




_______________  

Milli Kitabxana

  ________________ 

 

 



QƏHRƏMANLIQ DASTANI 

 

 



Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bütün dünyada 

şöhrət tapmış ölməz "Xəmsə"si, "İskəndərnamə" poeması ilə bitir. Bu son 

əsərində böyük söz ustasının məfkurəsi, bədii qayəsi, şair təxəyyülü özünün 

ən yüksək zirvəsinə çatmışdır. 

Nizami bu əsəri yazmağa başlayarkən altmış yaşını ötmüş, sözün ən geniş 

mənasında, hərtərəfli və  dərin həyat təcrübəsi  əldə etmişdi.  Şair keçdiyi 

yaradıcılıq yoluna nəzər salaraq hiss edirdi ki, "İskəndərnamə" onun əvvəlki 

əsərlərində söylədiyİ fikirlərin,  əks etdirdiyi ümidlərin yekunu olmalıdır. 

Bunu biz "Şərəfnamə"nin giriş  fəsillərində  aşkar duyuruq. Doğrudan da, 

Nizami mütərəqqi ideallarını  və müqəddəs arzularını  məhz bu son poeması 

ilə bağlayır və deyir: 

 

Dastanı sevənlər, şeiri duyanlar  



Nəğmələr dinləməz bir çox zaman var.  

Yazmalı elə bir uğurlu dastan, 

Onda bir incəlik duysun oxuyan.  

Bildim bu naxışı bəyənər dostlar,  

Verdim bu dastanı yazmağa qərar. 

 

Nizaminin sonuncu poemasının əsas mövzusunu bir sıra Şərq xalqlarının 



yazılı  və  şifahı  ədəbiyyatında geniş yayılmış Makedoniyalı  İskəndər 

(Aleksandr) dastanı  təşkil edir. Onu da qeyd etmək lazımdır ki, qədim  İran 

ədəbi  ənənələrində bir amansız fateh, Əxəmənilər sülaləsinin qatı düşməni 

kimi təcəssüm Olunan İskəndər surəti Nizami dövründə bir çox yazılı 

abidələrdə  ədalətli hakim, elmə, biliyə yüksək qiymət verən, ümumiyyətlə, 

müsbət qəhrəman kimi təsvir olunurdu. Mənbələrdə İskəndərin səciyyəsinin 

belə  dəyişməsinin bir səbəbini də islam dini kitablarında onun peyğəmbər 

dərəcəsinə qaldırılması olmuşdur. 

Dahi  şair həmişə olduğu kimi, "İskəndərnamə" poeması üzərində 

işləyərkən bir sıra tarixi mənbələri ciddi surətdə öyrənmiş, onların içindən 

özünün ideya bədii qayəsinə uyğun olan məlumatları seçmiş və ustad qələmi 

ilə nəzmə çəkmişdır. 

Üzərində işlədiyi mənbələr haqqında şair özü belə söyləyir: 

  



_______________  

Milli Kitabxana

  ________________ 

 

İskəndər haqqında heç bir əsərdə 



Məlumat görmədim yığcam bir yerdə.  

Sözlərlə dolmuşdu xəzinə içi,  

Ancaq hər nüsxədə dağınıq inci.  

Hər köhnə nüsxədən əsas alaraq,  

Onu öz şeirimlə bəzədim ancaq.  

Ən qədim tarixi əsərlərdən mən,  

Yəhudi, nəsrani, pəhləvilardən  

Ən incə sözləri əlimə saldım,  

Qabığı ataraq, məğzini aldım.  

Müxtəlif dillərdən yazdığım sözlər,  

Bunlardan doğuldu yığdığım əsər.  

Saydığım dilləri ətraflı bilən  

Saxlar öz dilini mənə töhmətdən. 

 

Görundüyü kimi, şair ərəb və fars dilində olan mənbələrlə yanaşı, yəhudi, 



nəsrani (xristian) və  pəhləvi mənbələrini araşdırdığını xatırladır. Doğrudan 

da, İskəndər əhvalatı barəsində bu mənbələrdə çoxlu məlumat olduğu bu gün 

elm aləminə  bəllidir. Məsələn, "İskəndərnamə"də  təsvir olunan bəzi 

hadisələrin əksini biz talmud rəvayətlərində və qədim yəhudi (ibrani) dilində 

olan ayrı-ayrı İskəndər haqqımda anonim kitablarda görə bilirik. 

Nəsrani mənbələri dedikdə, Nizami, şübhəsiz, yunan dilində olan tarix 

kitablarını, ilk növbədə, "Saxta Kallisfen"i nəzərdə tuturdu. Məlum olduğu 

üzrə, yunan dilində Makedoniyalı  İskəndər haqqında olan ilk roman uzun 

illər onun şəxsi həkimi Kallisfenin adına yazılırdı. Lakin əsərin eramızın 

birinci  əsrində meydana gətirildiyi məlum olduqda həmin roman "Saxta 

Kallisfen" adını aldı. Məhz bu əsər XV əsrə  qədər siryani, yəhudi, pəhləvi 

dillərinə  tərcümə edilmişdi ki, Nizami də bu tərcumələrin bəzilərindən 

istifadə edə bilərdi. 

Nizaminin istifadə etdiyi mənbələrdən biri də  pəhləvi dilində yazılmiş, 

sonralar isə  ərəb istilası (VIII-IX əsrlər) vaxtı  məhv edilmiş "Xvatak-

namak"lar ("Xudayamə") olmuşdu. Bu salnamələrin epik xarakter daşıyan 

hissələri ərəb dilinə çevrilmiş, tarixə və xüsusilə "ədəb" janrına mənsub olan 

ərəb dilli kitablarda özünə yer tapmışdır. "Yeni tarix abidələri" dedikdə şair, 

heç şubhəsiz, bu növ əsərləri nəzərdə tuturdu. 

Doğrudan da, bu gün biz pəhləvi mənbələri - "Karnatnoki-Arrakşiri-

Papakan", "Namaki-Tansar", "Artak-Viraz-namak" ilə yanaşı, İskəndər  



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə