Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə114/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   106   107   108   109   110   111   112   113   114

_______________  

Milli Kitabxana

  ________________ 

458 

 

 




_______________  

Milli Kitabxana

  ________________ 

459 

 

240



                                 Su kimi lətifdir o çənə, buxaq, 

                                       Atəşdə suyu kim görmüş baş-ayaq? 

Atəşdə suyun baş-ayaq görünməsi ifadəsi ilə tər damcıları süzülən lətif ağ 

buxağın od kimi qırmızı yanaqlar altında sallanması nəzərdə tutulur 

241

                                Üzü bənövşəyə qızıl gül atır, 



                                      Gül üzdə bənövşə keşikçi yatır. 

Burada  bənövşə - saçlar, qızıl gül - yanaq deməkdir. Yəni yanağı qara 

saçların bənövşəsinə  qızılgül taxmış, bənövşəni qızılgülün qarovulçusu 

etmişdir. 

242

                                 Müşk onun zülfünə bağlamış kəmər, 



                                       Zülfü də Günəşə köləlik edər. 

Yəni müşk onun saçlarının beli bağlı qulu, saçları da Günəş kimi parlaq 

yanaqlarının beli bağlı qulamı idi. 

243


                                 İki pərvanədir bağlanmış bura, 

                                        Birinin üzü ağ, birinin qara. 

Ömrün  ətrafında dönən  iki pərvanə - gecə  və gündüz deməkdir.  Ağ 

pərvanə - gündüz, qara pərvanə - gecədir. 

244 


                                               

Kimsənin şamına deyil pərvanə, 

                                       Dinləməz kimsəni, baxmaz fərmanə. 

Bu pərvanələr kimsənin işığına getməz, yəni gecə-gündüz, zəmanə, 

dövran heç kimə tabe deyil. 

245


                                Dan yeri yaqutdan şəfəq saçanda, 

                                      Şəbdizin belindən təngi açanda... 

Burada  yaqut - Günəş,  şəbdiz - gecə,  təng - aman yolu, kəhkəşan 

deməkdir. Yeni səhər açılanda, ulduzlar göydə gözdən itəndə... 

246

                               Yeddi rus soyundan tərpətdi ordu. 



O zaman Rusiya yeddi vilayətə bölünürdü. 

247


                                Tarixlə, təqvimlə hərbə gedirlər, 

                                       Hesabda bir ayı təxir edirlər. 

Yəni onlar tarix və  təqvim üzüylə  uğurlu-uğursuz saatı  təyin etməklə 

başlayır və bu astronomik hesablama üçün bir ay yubanırlar. 

248 

                                                



Zəhər ki, vücuda salır zəlzələ, 

                                        Sağalır yenə də başqa zəhərlə. 

Təbabətdə  zəhərlənməni bədənə başqa bir zəhər vurmaqla da müalicə 

edirlər; burada həmin tibbi əməliyyata işarə olunur. 

249

                                 Daşlarda nizə qan çeşməsi açar, 



                                       Bir orman göyərdir yay ilə oxlar. 


_______________  

Milli Kitabxana

  ________________ 

460 

 

 



Burada daşlar dedikdə döyüşçülərin daş kimi bərk sinələri nəzərdə 

tutulur. Yəni nizə, mızraq döyüşçülərin daş sinələrinden qan bulağı açmış və 

o bulağın ətrafında nizə, ox meşəsi bitmişdir. 

250 


   

Aslantək alışdım sağrı yırtmağa, 

 

 

 



 

Tülkütək baxmaram yağlı quyruğa. 

Yəni mən müharibədə aslan kimi pencə-pencəyə vuruşuram, tülkü kimi 

hiyləgərliklə məşğul olmuram. 

251 

   Boynunu 



çəkən çox adlı pəhləvan 

 

   Oturdu 



buza 

soyuqqanlıdan. 



Yəni bu müharibə çox igidləri məhv etdi. Buza oturmaq - burada 

soyumaq, ölmək deməkdir. 

252

   


 

 

Firuzə rəngli tağ ertəsi günü, 



 

 

 



 

Dağ-daşdan ucaltdı yaqut güzgünü. 



Firuzə  rəngli tağ - göy, səma;  yaqut güzgü - Günəş. Yəni ertəsi günü 

dağın arxasından Günəş doğdu. 

253

   


 

 

Öpüşün qapısı bununla belə, 



 

 

 



 

Bağlanmış Səmərqənd çubuqlariylə. 

Yəni dodaqlarım gözəl, öpüşüm çox şirinsə  də, lakin onların qapısı 

Səmərqənd ağacı ilə bərk bağlanmışdır, oradan öpüş içəri girə bilməz. 

254

   


 

 

Mənimlə bir cınaq çəksə gül, çiçək, 



 

 

 



 

"Apardım" sözünü unutsun gərək. 

Yəni güllər də  mənim gözəlliyimlə  bəhsə girişə bilməz; mən öz 

gözəlliyimlə hər zaman güllərdən, çiçəklərdən üstünəm. 

255

   


 

 

Bu müşkin xalımla çinli bağrıyam, 



 

 

 



 

Falca Rum qəlbinin şən çırağıyam. 

Burada  müşkin xal - qara, çinli bağrı - ağ vücuda, ağ sifətə yaraşıq 

deməkdir. Yəni fala baxdırmışam, bəxtimə Rum qəlbi, yəni  İskəndər 

düşmüşdür.  Rum  qəlbinin  şəm çırağıyam - yeni məhəbbətim  İskəndərin 

ürəyindədir, İskəndərin xoşuna gəlmişəm. 

256

   


 

 

Əqiq möhr üstünü basmamışdı pas, 



 

   Saf 


üzük 

qaşım deşməmiş almas. 

Yəni o qız hələ bakirə idi, o vaxta qədər ona kişi əli toxunmamışdı. 

257


   

 

 



Gecəydi o yerdə, qaranlıq diyar 

 

 



 

 

Müşkü ud yerinə etdi ixtiyar. 



Orijinalda "qaranlıq diyar" deyil, "yarımişıqlı diyar"dır. Yəni gecə olanda 

o diyar ağ udu (işığı) deyil, qara müşkü (qaranlığı) seçdi. 

 



_______________  

Milli Kitabxana

  ________________ 

461 

 

258



   

 

 



Kinindən olmuş göy dəli, zəncirli

 

 



 

 

Zəncinin yerinə keçdi kəşmirli. 



Yəni göyün halı zəncirli dəli kimi qarışdı. Ağ sifətli kəşmirli qara bədənli 

zəncini əvəz etdi: hava işıqlandı. 

259

   


 

 

Əjdər quyruğunda gizləndi Aytək. 



Dini rəvayətlərdə Ayın tutulması əjdahanın onu tutub gizlətməsi ilə izah 

edilir. Buna görə də Ay tutularkən əjdahanı guya qorxudub qovmaq üçün mis 

qablara döyüb hay-küy salarmışlar. Misranın mənası:  İskəndər Zülqərneyn 

zülmata getdi. 

260

   


 

 

Açmış bu mədəni başqa bir şair. 



Burada Nizami Firdovsini nəzərdə tutur. 

261 


 

 

 



Heyvan tapmadısa, kədər yox bunda, 

 

 



 

 

Heyvantək ölmədi heyvan yolunda. 



Burada birinci və üçüncü "heyvan" - abi-həyat, dirilik suyu mənasındadır. 

Yəni  İskəndər dirilik suyunu tapmadısa da, bundan incimədi və çox şükür 

etdi ki, heyvan suyu, yəni dirilik suyu yolunda heyvan kimi ölmədi. 

262


   

 

 



Bu incə nüktədən bildi tacidar: 

 

 



 

 

Torpaqdır, onu bu torpaq doyurar. 



Yəni bu mənalı hekayədən  şah anladı ki, şahlığın tamahını yalnız qəbir 

torpağı doydurar. 

263

 

   Birini 



günbəddən salır quyuya, 

 

   Birini 



balıqdan ucaldır Aya. 

Yəni bu dünya birini göydən yerə endirir, birini yerdən göyə qaldırır - 

birini alçaldır, birini yüksəldir. 

264 


 

 

 



Hər yerdə o qoca, o sənət əri, 

 

 



 

 

Yanlış söyləmişdi doğru sözləri, 



 

 

 



 

Yanlışa yenidən vurdum bir bəzək, 

 

 

 



 

O qoca şairdən üzr istəyərək. 



Qoca şair - Firdovsidir.Yəni Firdovsi İskəndər dastanını yanlış rəvayətlər 

üzrə  bəzətmişdi. Mən bunu doğru dastan üzrə bir də  bəzədim (yenidən 

işlədim) ki, bunun üçün də Firdovsidən üzr istəyirəm. 

265


   

 

 



Dünyanı yumuş bu üçüncü dəniz, 

 

 



 

 

Nəsara dinindən etmiş tərtəmiz. 



Mifoloji rəvayətə görə,  üç dəniz - birinci asiman, göy, ikinci - dünyanı 

qaplayan mühit dənizi, üçüncü - havada sallanan dənizdir. Bunun suyu 

dünyanı yumaqdadır. 

 



_______________  

Milli Kitabxana

  ________________ 

462 

 

Nəsara dini - Allahı üç ünsürdən (ata, oğul, ruhül-qüds) ibarət hesab edən 



xristianlıq. 

266 


   Uca, 

dik 


başını Müştəri öpər, 

 

 



 

 

Təslis və tərbiə cəvahir saçan, 



 

   Üçbucaq 

oturdan, 

dördlü 


koturan. 

Yəni Müştəri ulduzu kimi yüksəkdə olan, baxışları gövhər saçan. Tərbi - 

dördləmə; burada bardaş qurub oturma; təslis - üçləmə; burada məclisdəkiləri 

üçbucaq şəklində oturtma; sağda, solda və qabaqda. 

267

 

   Bitincə gövhəri aldım hüzurə, 



 

 

 



 

Gövhəri hədiyyə verdim gövhərə. 

Yəni "Şərəfnamə"ni yazıb qurtardıqdan sonra Nüsrətzəddinə ithaf etdim. 

Beytdə  əvvəlki iki "gövhər" sözü "Şərəfhamə"ni, sonuncu "gövhər" isə 

Nüsrətəddin Atabəyi bildirir. 

  



_______________  

Milli Kitabxana

  ________________ 

463 

 

KİTABIN İÇİNDƏKİLƏR 



 

Qəhrəmanlıq dastanı (Qəzənfər Əliyev)…………………………………4 

"Ey tanrı, dünyada sənsən padşah"……………………………………...15 

Minacat …………………………………………………………………20 

Sonuncu peyğəmbərin tərifi…………………………………………….23 

Peyğəmbərin meracı…………………………………………………….24 

"Şərəfhamə"ni yazmaq haqqında……………………………………….28 

Hekayət………………………………………………………………….30 

Öz halına və zəmanənin gedişinə dair…………………………………..32 

Öz nəfsinə öyüd və nəsihət……………………………………………...36 

Xızrın Nizamiyə təlimi………………………………………………….43 

Nüsrətəddin Əbubəkr padşahın tərifi…………………………………....47 

Padşaha xitab……………………………………………………………51 

Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi……………………...53 

Bu əsərin yazılmasının səbəbi…………………………………………...58 

Dastanın başlanğıcı……………………………………………………...60 

İskəndərin təlim alması………………………………………………….64 

İskəndərin taxta çıxması………………………………………………...68 

Zənci qoşununun gəlməsindən İskəndərin xəbərdar olması…………….71 

İskəndərin Zəngibar şahına xəbər göndərməsi………………………….75 

İskəndərin Zəngibar şahını məğlub etməsi……………………………...92 

İskəndərin Misirdən Ruma qayıtması…………………………………...97 

İskəndərin ovda xoş fal vurması……………………………………….101 

İskəndərin güzgü qayırması……………………………………………108 

Dara elçisinin İskəndərin yanına gəlməsi……………………………...110 

Daranın İskəndərlə müharibəyə qoşun çıxarması……………………...117 

Daranın sərkərdələri ilə məsləhəti……………………………………..121 

Daranın İskəndərə məktubu…………………………………………....130 

Daranın məktubuna İskəndərin cavabı…………………………………134 

Daranın İskəndərlə müharibəsi………………………………………...140 

Daranın sərkərdələri tərəfindən öldürülməsi…………………………..146 

İskəndərin İran başçıları ilə əhd-peyman bağlaması…………………..159 

İskəndərin İran atəşgədələrini dağıtması……………………………....170 

İskəndərin İsfahanda Daranın qızı Rövşənəyi alınması………………..176 

 



_______________  

Milli Kitabxana

  ________________ 

464 

 

İskəndərin İstəxrdə taxta oturması…………………………………….185 



İskəndərin Daranın qızı Rövşənəyi Ruma göndərməsi………………..190 

İskəndərin Ərəbistana getməsi və Kəbəni ziyarət etməsi……………...195 

İskəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi………………....201 

İskəndərin Nüşabə ilə məclisdə oturması……………………………...220 

İskəndərin Əlbürz dağına getməsi……………………………………..225 

İskəndərin Dərbənd qalasını alması…………………………………....230 

İskəndərin Sərir qalasına getməsi və Keyxosrovun  

qəbrini ziyarət etməsi…………………………………………………..238 

İskəndərin Keyxosrov məqbərəsinə getməsi…………………………..245 

İskəndərin Rəy və Xorasana getməsi…………………………………..250 

İskəndərin Hindistana getməsi………………………………………....257 

İskəndərin hindli Keydə məktubu……………………………………...262 

İskəndərin Hindistandan Çinə getməsi………………………………...268 

İskəndarin Xaqana məktubu…………………………………………...275 

Xaqanın İskəndərə cavabı……………………………………………..279 

Rum və Çin nəqqaşlarının yarışı………………………………………395 

Xaqanın İskəndəri qonaq etməsi………………………………………300 

İskəndərin rus qoşununun hücumundan xəbər tutması………………..308 

İskəndərin Qıpçaq çölünə çatması…………………………………….313 

İskəndərin rus ölkəsinə çatması və müharibəsi………………………..317 

İskəndərin ruslarla vuruşması……………………………………….…323 

İskəndərin rusları məğlub etməsi……………………………………....354 

Nüşabənin xilas edilməsi………………………………………….…...357 

İskəndərin çinli kənizlə şənlik etməsi…………………………………361 

İskəndərin dirilik suyu axtarması……………………………………....371 

İskəndərin zülmətə getməsi……………………………………………378 

İskəndərin zülmətdən çıxması…………………………………………383 

İskəndərin Ruma qayıtması……………………………………………388 

Nüsrətəddin Atabəyin sitayişinə dair…………………………………..392 

İzahlar………………………………………………………………….395 

 



_______________  

Milli Kitabxana

  ________________ 

465 

 

 



 

 

 



 

 

 



 

Nizami Gəncəvi 

 

 



 

 

İSKƏNDƏRNAMƏ  



Şərəfnamə 

 

 



 

"Lider nəşriyyat" BAKI-2004 

  



_______________  

Milli Kitabxana

  ________________ 

466 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Buraxılışa məsul:  



Əziz Güləliyev 

 

Texniki redaktorlar:   



Rauf Cəfərov 

 

 

 

 

Rövşən Ağayev 

Tərtibatçı-rəssam:  



Nərgiz Əliyeva 

 

Kompyuter səhifələyicisi: 



Alianna Duxanina 

 

Kompyuter yığıcıları:  



Bəsti Cəfərova 

 

   Aygün 

Məmmədova 

Korrektorlar:  

 

Elmira Teymurova 

 

 

 

 

Pərinaz Səmədova 

  



_______________  

Milli Kitabxana

  ________________ 

467 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yığılmağa verilmişdir 25.04.2004. Çapa imzalanmışdır 09.11.2004. 



Formatı 60x90 V16. Fiziki çap vərəqi 27. Ofset çap üsulu. 

Tirajı 25000. Sifariş 159. 



 

 

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur. 



Bakı, Aşıq Ələsgər küç., 17. 

 

Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə