Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə2/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   2   3   4   5   6   7   8   9   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

 

Urmik (ər-Rumi) haqqında geniş  məlumatları  Həmzə  İsfahani, ad-



Dinəvəri ət-Təbəri və başqa ərəb tarixçilərinin məşhur əsərlərində müşahidə 

edirik. 


Ət-Təbəri özunün iri həcmli "Tarix" əsərində  İskəndər haqqında 

rəvayətlərə daha geniş yer verir və tez-tez özündən  əvvəlki mənbələrə, 

xüsusilə Hişam ibn Məhəmmədə istinad edir ki, bu da İskəndər haqqında 

rəsmi məlumatlarla yanaşı, "Qərb və Şərq fatehi"ni xoşa gələn tərzdə təsvir 

eləyən rəvayətlərin də yayılmasına dəlalət edir. 

Nizaminin "İskəndərnamə"sində  təsvir olunmuş hadisələrin çox qısa 

məzmununu bir sıra incəliklərilə  bərabər biz ət-Təbərinin salnaməsində 

görürük. Lakin bu heç də o demək deyildir ki, Nizami öz poemasını yazarkən 

bir çox epizodları  ət-Təbəri salnaməsindən olduğu kimi iqtibas etmişdir. 

Əksinə, Nizami özü əsərin fəsillərin giriş hissəsində  dəfələrlə qeyd edir ki, 

onun məqsədi daha çox deyilməyənləri ehya etməkdir. Bunu biz Nizaminin 

fars-tacik  şeirinin böyük nümayəndəsi Firdovsiyə olan münasibətində daha 

aydın hiss edirik. "İskəndərnamə"də oxuyuruq: 

 

Köhnə söz ustası, o Tuslu şair  



Söz gəlinlərini bəzədi bir-bir.  

Düzdü dastanlara çox inci, gövhər,  

Yenə də qaldı çox bakirə sözlər.  

Yazsaydı tarixdə bütün olanı,  

Çox uzun sürərdi onun dastanı. 

 

Ümumbəşəri mütərəqqi ideyalar tərənnümçüsü Nizami "Şuubilik" (İran 



və Orta Asiya xalqları arasında IX-X əsrlərdə yayılmış,  ərəb hakimiyyətinə 

qarşı mübarizə bayrağına çevrilmiş  cərəyan) tərəfdarı  və aludəcisi olan 

"Şahnamə" müəllifinin  İskəndər haqqındakı  rəvayətlərə olan qərəzli 

münasibətini duymaya bilməzdi. Məhz buna görə, Nizami yuxarıda 

gətirdiyimiz beytlərdən sonra bilavasitə Firdovsinin bu qərəzli münasibətinə 

işarə edərək: 

 

Sevmədiklərinə etmədi hörmət,  



Bəyəndiklərinə göstərdi rəğbət, - 

 

yazır və həmin fəsli aşağıdakı fikirlərlə tamamlayır: 




_______________  

Milli Kitabxana

  ________________ 

 

                            Nizami bu sapa düzərkən gövhər  



Qələmdən silindi qələm görənlər.  

Hansı bir incini keçirdi ələ,  

Onları çəkdi öz soz çəkisiylə.  

Uğurla ucaltdı "Şərəfnamə"ni,  

Köhnəni bununla eylədi yeni. 

 

Nizami Firdovsinin əsərilə yaxından tanış idi və bunu şair özü dəfələrlə 



"Xosrov və  Şirin", "Yeddi gözəl" və  "İskəndərnamə"də xatırladır, ona öz 

ehtiramını xüsusilə qeyd edir. Bununla yanaşı, Azərbaycan  şairi "özündən 

əvvəlkiləri təkrar etmək onun yaradıcılığına xas olan cəhət deyildir" 

söyləyərək, özünün bu sahədə novator olduğunu qeyd edir. 

Bunu da xatırlatmaq lazımdır ki, Nizaminin novatorluğu heç də mənbələr 

üzərində  işləməklə, onların içindən tez ideya-bədii qayəsinə uyğun 

məlumatlar çıxarması ilə  məhdudlaşmır.  Şair öz əsərinin yüksək sənət 

nümunəsi olduğunu bilir və  səmimi hisslərlə (fəxr xatirinə yox!) 

"İskəndərnamə"nin gizli sirlərlə dolu olduğunu bəyan edir: 

 

Belə bir dəyərli gövhərlə, dostlar,  



Bir gövhər sevənə ehtiyacım var.  

İstərəm eylə bir kamil dinləyən, 

Şairlik sirrini öyrənsin məndən! 

 

Şairin bu əsərdə izlədiyi  ən mühum qayə  həqiqətdir - insan həqiqəti. 



Doğruluq, həqiqət müəllifə görə  "İskəndərnamə"nin səciyyəvi cəhətidir. O 

deyir: 


 

Doğrular yanında varmıdır bundan  

Daha xoş simalı, sevimli dastan?  

Başqa dastanları arasan bir az,  

Millətlər yanında doğru sayılmaz. 

 

Doğrudan da, insan həqiqəti, daha geniş mənada deyilərsə, bəşər həqiqəti 



"İskəndərnamə" müəllifinin diqqət mərkəzində dayanır. Böyük şair və 

mütəfəkkir faydalandığı tarixi və eləcə  də digər mənbələrə bu baxımdan 

yanaşmışdır. 

"İskəndərnamə" poemasının yazılma tarixinin dəqiq müəyyənlik 

qazanmaması bir sıra çətinliklər törədir. Məsələ burasındadır ki, şairin özü də 



_______________  

Milli Kitabxana

  ________________ 

10 

 

"Xəmsə"yə daxil olan əvvəlki əsərlərindən fərqli olaraq, "İskəndərnamə"nin 



yazılma tarixini göstərməmişdir. Əsərin iri həcmi 

  

(iyirmi min misradan çox) və mürəkkəb quruluşu bizi şairin poema üzərində 



uzun müddət işləməsi qənaətinə  gətirir. Hər halda "İskəndərnamə" (197-ci 

ildən ("Xəmsə"nin dördüncü hissəsi olan "Yeddi gözəl" poemasının yazılış 

tarixidir) sonra yazılmışdır. Nizami "Şərəfnamə"nin giriş hissəsində  əvvəlki 

dörd əsərini sadalayır və deyir ki: 

 

İndi soz mülkündə büsat qururam,  



İskəndər dövründən təbil vururam. 

 

"Şərəfnamə"  əsəri Nüsrətəddin  Əbu Bəkr Bişkinə (1191-1210) həsr 



olunmuşdur. "İskəndərnamə"nin ikinci hissəsində ("İqbalnamə") isə  Məlik 

İzzəddinin adı  çəkilir.  Əgər I İzzəddin Məsud nəzərdə tutulursa o, 1180-

1193-cü illərdə hökmranlıq etmişdir. Deməli, həmin  İzzəddin  əsərin 

yazılmasından dörd il əvvəl ölmüşdür. Söhbət II İzzəddin Məsuddan gedirsə, 

o da 1211-ci ildə, yəni Nİzaminin qəbul olunmuş ölüm tarixindən iki il sonra 

hakimiyyətə gəlmişdir. 

Bu xronoloji qarma-qarışıqlıq "İqbalnamə"nin son hissələrinin guya şairin 

ölümündən sonra başqaları  tərəfindən tamamlanması barəsində fikrin 

meydana gəlməsinə səbəb olmuşdur. Bu fikir bizə görə əsassızdır. 

Bir növ təəccüb doğuran ikinci məsələ  əsərin quruluşu ilə bağlıdır; 

məlumdur ki, "İskəndərnamə" iki hissədən ibarətdir. Bunu əsərin bizim dövrə 

gəlib çatmış  əlyazmaları aydın göstərir. Lakin Nizami "Şərəfnamə"nin giriş 

hissəsində  İskəndəri üç cəhətdən, yəni fateh, hakim və peyğəmbər kimi 

səciyyələndirəcəyini iqrar edir: 

 

Öncə söz açaram padşahlığından,   



Cahangirliyini ederəm elan.  

Hikmətlə bəzəkli söz yazaram mən,  

Köhnə tarixləri təzələrəm mən.  

Döyərəm qapını peyğəmbərliyə,  

Tanrı da bəyənmiş, peyğembər, - deyə. 

 

Sonra Nizami əsərin üç hissədən ibarət olduğunu aydın şəkildə soyləyir: 



 

Üç qapı tikdim, üç xəzinə demək,  




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə