Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə4/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   2   3   4   5   6   7   8   9   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

15 

 

  




_______________  

Milli Kitabxana

  ________________ 

16 

 

yük iftixar hissilə deyir ki, onun müqəddəs sirlərlə dolu şeirləri aşkar olaraq 



Buxaraya aparılarsa da, Gəncə torpağından olduğunu zövq əhli bilir. 

Böyük humanist şair olan Nizaminin dərin vötənpərvərlik duyğuları onun 

beynəlmiləlçi görüşləri ilə  sıx bağlıdır. Nizami xalqlar dostluğu və sülh 

ideyalarının carçısıdır. Onun əsərlərində, eləcə  də  "Şərəfnamə"sində 

yunanlıların və  ərəblərin, gürcülərin, rusların, çinlilərin və hindlilərin, 

Dağıstan və  İran xalqlarının həyatından, adət və  ənənələrindən hörmətlə 

danışılır. Şairin məqsədi öz həmvətənlərinin həmin xalqların tarixi keçmişi və 

yaxud ona müasir olan həyat tərzilə yaxından tanış etmək olmuşdur. Bu nəcib 

vəzifənin öhdəsindən dahi şairimiz böyük ustalıqla gələ bilmişdir. 

"Şərəfnamə" qəhrəmanlıq dastanıdır. Təbiidir ki, biz bu əsərdə çoxlu 

döyüş  səhnələrinə  təsadüf edirik. Şairin müharibələrə olan münasibəti onun 

beynəlmiləlçilik görüşlərilə üzvi surətdə bağlıdır. Nizami müharibələri İnsan 

cəmiyyəti üçün fəlakət sayırdı. Böyük mütəfəkkir  şair  ədalətli və  ədalətsiz 

müharibələri bir-birindən seçməyi bacarmışdır. O, "bir ovuc torpaq" üstündə 

insanları qırğma verən feodal hökmdarları öz bədii söz sənətinin gücüylə ifşa 

edirdi. 


"Şərəfnamə"də müharibələri təsvir edərkən Nizami ilk növbədə

 dövrün 


feodal hakimlərinin ölkələri viranlığa döndərən  ədalətsiz, mənasız 

döyüşlərini nəzərdə tuturdu. Məhz buna görədir ki, şair 

('İskəndərnamə"nin giriş hissəsində  dəfələrlə  işarə vurur ki, bu əsərə 

uzaq keçmişdən bəhs edən sadəcə əfsanə kimi baxılmamalıdır. 

Nizami öz dövrünün qabaqcıl fikir sahiblərini həyəcana gətirən bir 

sıra mühüm və aktual problemləri bu son əsərində  əks etdirməyi öz 

qarşısına qoymuş və həmin istəyinə də yüksək bədii səviyyədə nail ola 

bilmişdir. 

Nəhayət, bir neçə kəlmə də hazırda əsərin oxuculara təqdim olunan 

Azərbaycan dilinə  tərcüməsi haqqında qeyd etmək istərdik. Böyük 

şairimizin başqa  əsərlərindən fərqli olaraq "Şərəfnamə" görkəmli 

Azərbaycan  şairi və  ədibi Abdulla Şaiq tərəfindən bilavasitə 

orijinaldan tərcümə olunmuşdur.  Şübhəsiz, müəyyən bədii 

xüsusiyyətləri ilə yanaşı Abdulla Şaiqin tərcüməsi orijinal mətnə məna 

və obrazlar baxımından öz uyğunluğu ilə yüksək dərəcədə fərqlənir. 

 

Qəzənfər Əliyev 




_______________  

Milli Kitabxana

  ________________ 

17 

 

 




_______________  

Milli Kitabxana

  ________________ 

18 

 

 



 

 

Ey tanrı, dünyaya sənsən padşah, 



Biz kiçik bəndəyik, sən böyük allah. 

Tək sənə sığınır hər yüksək, alçaq, 

Hər varlıq yoxluqdur, sən varsan ancaq. 

Yuxarı, aşağı - hər gözə çarpan 

Nə varsa, onları sənsən yaradan. 

Sənsən hər biliyi bizə öyrədən, 

Torpağın köksündə qələm işlədən. 

Sənin varlığına tapınca bürhan, 

Ağıl ilk inandı sənə, yaradan. 

Sən ağlın gözünü işıqlandırdın, 

Sən doğru yollarda çıraq yandırdın. 

Göyləri sən qurdun, ucaltdın, allah, 

Ona yer üzünü etdin güzərgah

1



Sənsən bu aləmdə bir damcı sudan 

Günəşdən işıqlı gövhər yaradan

2



Gövhəri lütfünlə etdin aşikar, 



Sərrafın əlinə sən verdin açar. 

Daşların bağrına düzdün gövhəri, 

Rənglərlə boyadın hər bir cövhəri. 

Buludlar yağdırmaz, sən deməsən: "Yağ!" 

Sən "bitir!" deməsən, bitirməz torpaq. 

Özün də kimsədən kömək almadan 

Yaratdın nə gözəl, səfalı cahan. 

Istidən, soyuqdan, qurudan, yaşdan 

Yoğurub yaratdın gözəl bir cahan. 

Nə gözəl naxışlar vurdun xilqətə, 

Ağıllar heyrandır bu məharətə. 

Bu sirri mühəndis axtarır hər an, 

Bilməyir ən əvvəl başladın hardan. 

Uca sənətini seyr edirik biz, 

Yeməkdir, yatmaqdır yalnız işimiz. 

Hər nəyi bəzədin, var etdin yoxdan 

Onlara ehtiyac duymadın bir an. 



_______________  

Milli Kitabxana

  ________________ 

19 

 

Sən elə qurdun ki, yerin işini, 



Göyün, ulduzların bu gərdişini, 

Göyə ucalsa da düşüncə, fikir, 

Bu kəmənddən başı çıxa bilməyir. 

Sən vardın varlıqlar olmayan zaman, 

Onlar yox olacaq, sən qalacaqsan. 

Sən düzdün göylərə şux ulduzları, 

Insanla bəzədin hər bir diyarı. 

Fələyi uca bir hasara aldın, 

O yerdə idrakı kəməndə saldın

3



Elə bir tağ vurdun daşsız, dirəksiz, 

Düşüncə o yerə yol tapmaz, şəksiz. 

Zatına düşüncə, ağıl əl atmaz, 

Böyük qüdrətinə qüdrəti çatmaz. 

Sənin varlığındır o laməkandan 

Idrak elçisini hər an daşlayan

4



Dağınıq deyilsən ki, birləşəsən, 



Artıq da deyilsən, əskiləsən sən. 

Xəyal da, nəzər də yolunda məhrum, 

Nə qədər axtarsa deyilsən məlum. 

Ey tanrı, sən hansı başı ucaltsan, 

Əyə bilməyəcək onu bir insan. 

Qəhrinlə hər kimin əysən boynunu, 

Kimsənin köməyi dikəltməz onu. 

Biz sənə bəndəyik, sənindir fərman, 

Hər kömək səndədir, sənsən əl tutan. 

Fildə, qarışqada zəiflik, qüvvət 

Sənin əmrindədir, ey ulu qüdrət. 

Sənin qüdrətindən qüvvət alınca 

İlahi məhv edər zəif qarınca. 

Yollardan tüstünü qaldırsan əgər, 

Bir çibin Nəmrudun beynini yeyər

5



Istəsən əzilsin düşmənin beli, 

Quşlarla qırarsan əshabi-fili

6



Gah kiçik nütfəyə qoydun qızıl tac, 



Gah xırda çərdəkdən yaratdın ağac

7



Gah Xəlil alırsan bütxanələrdən, 


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə