Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə5/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   2   3   4   5   6   7   8   9   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

20 

 

Gah dost yaradırsan biganələrdən



8

Qiymətli cəvahir doğan bir evdən 



Əbutalibi də çıxaran sənsən

9



Kimdə var cəsarət, qorxundan sənin 

Təslimdən başqa bir kəlam söyləsin? 

Yanına yol tapmaz məxluqun əli, 

Gizlin bir xəzinə sevməz məşəli. 

Əsrarın hər zaman qalmaqçın gizlin 

Bağlarsan dilini əsrar bilənin. 

Sən məni yaratdın qara torpaqdan, 

Sən verdin işıqlı ürək, təmiz can. 

Aludə olsam da məndə yox təqsir, 

Torpağın peşəsi aludəlikdir. 

Günahdan qaçsaydı bu üzüqara, 

Bəs kim yol tapardı bağışlanmağa? 

Olmasaydı mənim günahım hərgah, 

Sənə kim deyərdi: "Ey qəfur allah!" 

Gecələr, gündüzlər, hər axşam, səhər 

Qəlbimdə, dilimdə bir sənsən əzbər. 

Yuxuya getməzdən əvvəl, hər gecə 

Mübarək adını çəkərəm öncə. 

Gecələr yuxudan qalxınca başım, 

Anaram səni, hey axar göz yaşım. 

Sənə üz çevirrəm hər səhər erkən, 

Gecə də, gündüz də pənahım sənsən. 

Hər zaman köməyə çağırram səni, 

Qapından ümidsiz qaytarma məni. 

Ey tanrı, dərdimə sən eylə əlac, 

Bu möhtac kəslərə olmayım möhtac. 

Hər zaman bəndəlik yoluyla gedən, 

Zatına könüldən pərəstiş edən 

Olsun bu dünyada xəzinənlə şad

Qiyamət günündə əzabdan azad. 

Insanı dünyaya sənsən gətirən, 

Öldürən də sənsən, dirildən də sən. 

Əldə nə hesabım, nə kitabım var, 



_______________  

Milli Kitabxana

  ________________ 

21 

 

Yalnız sən bilirsən nə hesabım var. 



Yaxşının, yamanın açarı sənsən, 

Yaxşılıq səndəndir, yamanlıq məndən. 

Bağışla bir suçum varsa, ey allah, 

Məndəndir yamanlıq, məndəndir günah. 

Nə ki ilk naxışın sərgüzəşti var 

Səndəndir, son söz də sənə qayıdar. 

Kəsərli ayəni öyrətmək səndən

Şeytanın gözünü tikməksə məndən

10



Adın mehribanlıq etsə bir qədər, 



Mənimlə oynaya bilərmi divlər?

11

 



Yararmı söz açmaq səninlə məndən. 

"Sən" demək, sonra da söyləmək ki, "mən". 

Ya qayğı içində, ya sakit, aram, 

Nə cür yaratdınsa, o cür yaşaram. 

Ey tanrı, ümidim bunadır ancaq, 

Bu köhnə dəzgahdan düşərsəm uzaq,

12

 

Elə ki, pozular tərkibim mənim, 



Dəyişər qurduğun tərtibim mənim. 

Əsdikcə tozumu dağıdar yellər, 

Pak olan canımı görməz bir nəfər

Halımı arayıb, edəndə heyrət, 

Varıma yox deyə, edərkən töhmət, 

Sən yoxdan əlinə ver elə açar, 

Bilsin ki, bu yatan ölməmiş, yaşar. 

Sənin varlığına bu gücsüz əlil 

Göstərmiş nə qədər tutarlı dəlil. 

Ölürsəm, bunu sən hamıya bildir: 

"Bədəni yatmışsa, canı diridir". 

Elə bir mətanət qızışdır məndə, 

Şad ürəklə gəlim sənə gələndə. 

Mənimlə qapıya qədərdir dostlar, 

Məzara girdimmi, düşməndir onlar. 

Tərk edər məni bu gözüm, qulağım, 

Bədəndən ayrılar əlim, ayağım. 

Ey tanrı, mənimlə yalnız sən varsan

Əliboş qaytarma məni qapından. 



_______________  

Milli Kitabxana

  ________________ 

22 

 

Qapında üzümü sürtərəm yerə, 



Bir tacla əvəz ver bu səcdələrə. 

Bu başı qapından əsirgəmədim, 

Sən ona qılınc yox, tac ver, ey rəbbim. 

Əzəldən verdiyin hökmlər sönməz, 

Yazdığın silinməz, qələmin dönməz. 

Hökmündə hazıram canla-başla mən, 

Təsəlli tapıram yalvarışla mən. 

Sən dedin: dar gündə köməkçi mənəm, 

Hər dilək istəsən, qəbul edənəm, 

Sənsən acizlərə hər zaman pənah, 

Mən də bir acizəm, kömək ol, allah. 

Tək sənin işindir bəndəpərvərlik, 

Mənim vəzifəmdir etmək bəndəlik. 

Qırdı varlığımı, əzdi bu fələk, 

Bütün şənliyimi sovurdu külək. 

Tək sənsən qurtaran bu sınıqlıqdan, 

Qırsan da yenə sən verirsən dərman. 

Zülmətin qəlbindən üzümə yol aç, 

Fəzilət ayından yoluma nur saç. 

Məni yol kəsəndən sən özün qurtar, 

Elə et, üstümə gülməsin əğyar. 

Əvvəl şükrə çatdır, sonra dövlətə, 

Əvvəl səbrə çatdır, sonra zillətə. 

Səbrimi tükədən bəlaları sən 

Uzaq et, ey tanrı, sən ki adilsən. 

Məni hər bəlaya etsən mübtəla, 

Əvvəlcə səbr ver, sonradan bəla. 

Qırsan da, səlamət qoysan da, ancaq 

Tələbin bir ovuc tozdur, ya torpaq.  

Çürüyüb toz kimi dağılsa bədən, 

Yenə əl çəkmərəm bəndəliyimdən. 

Düşsəm hər bucağa səni anaram

Səni mən hər yerdə tanrı sanaram. 

Bütün varlıqların heçlikdir sonu, 

Tək sənə biçilmiş varlığın donu. 

Kim səni, arasa əlində açar, 




_______________  

Milli Kitabxana

  ________________ 

23 

 

 



Əli boşa çıxar, dolanar naçar. 

Kim sənə gözünlə baxarsa əgər 

Ömrü vərəq kimi yellərə verər. 

Səni tapmaq olur səninlə ancaq, 

Boşdur hər qapıda yüyən parlatmaq. 

Mənzili göz tanır buraya qədər, 

Buradan keçdikdə taparsan xətər. 

Varımı, yoxumu tapşırdım sənə, 

Hesabım aydındır o xəlq edənə. 

 

 



MİNACAT 

 

Kimsəm yox, ey bizə böyüklük verən, 



Pənahım da sənsən, köməyim də sən. 

Çıl-çılpaq gəlmişəm, ey pərvərdigar, 

Hər şeyim sənindir, mənim nəyim var? 

Sən verdin mənə bir işıqlı çıraq, 

Onu hər küləkdən özün et iraq. 

Əkməyə sən verdin sağlam bir qüvvət

Mənə əkdiyimdən ayır bir qismət. 

Təpələr ucadır, sellər çağlayan, 

Çevirmə yüyəni bəxtin yolundan. 

Məni bu sellərdən sən elə qurtar, 

Körpünü qırmasın bu daşqın çaylar. 

Gəlmişəm qapına, üzümdür qara, 

Bağışla, ey tanrı, yaxma odlara. 

Üzümü ağ elə sən, ey yaradan, 

Ümidsiz qaytarma uca qapından. 

Torpaqdan yoğurub yaratdın məni, 

Təmiz, natəmizdən etdin bədəni. 

Tiynətcə yaxşıyam, yamanamsa mən, 

Bu nəqşi sən mənə vurdun əzəldən. 

Biz aciz bəndəyik, sənsən yaradan, 

Sənin qüvvətinlə yaşayır insan. 

Yaranmış hər bir şey baxıb görənə 

Yaradandan verir xəbəri yenə. 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə