Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə6/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   2   3   4   5   6   7   8   9   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

24 

 

Mən sənə ağlımla salıram nəzər, 



Yolunu görməmək olarmı məgər. 

Hər bir yaranmışın sənsən mənası, 

O ancaq məxluqdur, sənsən ustası. 

Ağıl nəzərindən keçən hər surət 

Deyilmi nəqqaşı göstərən höccət? 

Arada məsafə olduqca uzaq, 

Səni tək səninlə mümkündür tapmaq. 

Yerlərdə, göylərdə qoyulan əsas 

Ağıl ölçüsündən kənara çıxmaz. 

Bələdçi olmağa cəhd edər xəyal, 

Əndazədən kənar yol tapmaz hər hal. 

Yaramaz payədən kənara çıxmaq, 

Hədsizin sonuna qoyulmaz ayaq. 

Kainat hüdudu başa yetincə

O səmtə yol tapmaz aciz düşüncə. 

Düşüncə bu qədər yol tapar ancaq, 

Sən başqa bir şeysən, hüduddan uzaq. 

Ey tanrım, umuram, öz hikmətinlə 

Işıq yol açarsan məsləhətinlə. 

Qarşıma elə bir yol çıxar, bunlan 

Mən nicat tapım ki, razı qalasan. 

Başqa bir çarəm yox, təsliməm ancaq, 

Qəzadan olurmu boyun qaçırmaq? 

Etdiyim duadan yazaram bir xətt, 

Üstündə möhrünü qoysun Məhəmməd. 

Həm də dörd xəlifə şəhadətiylə

Yüzlərcə eşq olsun dördünə belə. 

Qanlını qurtaran xətt sənəd kimi, 

Qolumda qalar bir bazubənd kimi. 

Başlarkən qılınctək kəsən məhkəmən, 

Məhşərlə qiyamət qarşı gəlirkən, 

Hər kəsin boynunda nameyi-əmal, 

Mən də bu naməni çıxarram dərhal, 

Göstərrəm, insafla hökm verənsən, 

Bununla hökm ver, çün hakim sənsən. 

Ümidim sənədir, ey ulu tanrı, 




_______________  

Milli Kitabxana

  ________________ 

25 

 

Qapından ümidsiz qaytarma barı. 



Atımı həddimdən uzaq salmışam, 

Yolunda mən yarı yolda qalmışam. 

Taxtımı qapında düşür, yaradan, 

Məni azdırma öz doğru yolundan. 

Səndən yol göstərmək, məndən aramaq, 

Mən cana gəlmişəm, sən can ver ancaq. 

Sevdiyin ayinlə, ey pərvərdigar, 

Sən mənsiz bəzədin mənə bir bazar. 

Bu zinət naxşını salma rövnəqdən, 

Mənə öz xəznəndən bir pay ayır sən. 

Bu zəif varlıqdan nədir istəyin? 

Elə bil əvvəldən yoxmuş bu miskin. 

Sən əziz tutmusan, yandırma məni, 

Nəzərin məndəykən qovma bəndəni. 

Sən verdin mənə bu uca rütbəni

Sən də bu zindandan gəl qurtar məni. 

Indi ki vermişsən böyüklük, ad-san, 

Kömək ol mənə, ey adil yaradan. 

Hər kimin başına qoydunsa külah, 

Salma toz-torpağa, əziz tut, allah. 

Qapının sirdaşı olan bir qəlbi 

Qoyma hər qapıda dilənsin, rəbbi. 

Sən mənim işimi alma nəzərə, 

Işimə əncam çək ədlinə görə. 

Nizami bu uca dərgahda ancaq 

Ulu Mustafanı şəfi tutacaq. 

 

 



_______________  

Milli Kitabxana

  ________________ 

26 

 

SONUNCU PEYĞƏMBƏRİN TƏRİFİ 



 

Seçilmiş elçidir ulu tanrıdan, 

Möhkəm hökmləri xalqa çatdıran, 

Qiymətli tacıdır azadələrin, 

Ən dəyərlisidir bütün bəşərin. 

Əzəldən əbədə bütün yaranmış, 

Məhəmməd adından almışdır naxış. 

Əqlin qanadına tək odur çıraq, 

Varlığa işığı o verir ancaq. 

Zamindir qaraya, ağa bu rəhbər

13



Şəfaət edəndir qopunca məhşər. 



Kölgəli ağaclar din saçan bağda 

Budağı göydədir, kökü torpaqda. 

Ziyarətgahıdır peyğəmbərlərin, 

Nemət verənidir bütün bəşərin. 

Bu yanar çırağa vermədən işıq 

Dünyada bir işıq yox idi artıq. 

Xalını qaraldır Əbbasilərin, 

Gözünə nur saçır şəmmasilərin

14



Dodağı Isadan daha möcüzkar



15

Zülmətin suyutək geyinmiş paltar



16

Göy - ona dünyada dörd tağı quran, 



Yer - ona fələkdə beş növbət vuran

17



Odur öz ağlına eləyən təkyə, 

Ayı barmağıyla bölən ikiyə

18



Ona bac verəndir bütün Rum və Rey, 



Xərac göndərəndir Kəsra ilə Key. 

Yağdıran buluddur o səmapeykər, 

Bir əlində qılınc, birində gövhər. 

Gövhərlə dünyaya vurmuşdur bəzək, 

Qılıncı din üçün çağırmış kömək. 

Padşahlar qılıncı çəkdiyi zaman 

Baş bədəndən düşər, tac isə başdan. 

Bu isə əzməyə verərsə qərar, 

Qılıncı çəkmədən tökülər başlar. 

Hər iki dünyadan bir don tikərək, 




_______________  

Milli Kitabxana

  ________________ 

27 

 

Onlardan düzəltmiş yeganə bəzək. 



O donu geyərkən pak vücuduna, 

Bir qarış az gəldi uca boyuna

19



Tanrı xəlq etdiyi qamətə gərək 



Vurulsun tanrının qurduğu bəzək. 

Bağlı qapıların odur açarı, 

Onun adı aşmış hər bir hasarı. 

Dəvətə genişlik o vermiş yenə, 

Daşlar da şahiddir möcüzəsinə

20



Əli boş, bu dərviş geyimli soltan 

Qulamlıq alandır, şahlığı satan. 

O gecə meraca at səyirdərək 

Fələyin donuna vurdu min bəzək. 

Gecə - meracının çətrindən sayə, 

Göy - o nərdivandan kiçik bir payə. 

 

 

PEYĞƏMBƏRİN MERACI 



 

Göy gecə məclisi qızışdırmışdı, 

Işıqdan gecənin gözü qamaşdı

21



O yeddi fələyə o yeddi ülkər 

Çin ipəklərinə düzmüş dürr, gövhər

22



Cənnət keşikçisi huri, pərilər 



Hər köşkə vurmuşdu yaraşıq, zivər. 

Bu taxtın soltanı olan Məhəmməd, 

Keçən elçilərdən odur vəliəhd. 

Müşkünü saçaraq "Beytiəqsayə" 

Məkkədən ucaldı ərşi-əlayə. 

Cismini qurtardı dünya bəndindən, 

Etdi ərş əhlinin qəlbində məskən. 

Yetmiş yollu yurddan köçünü vurdu

Çadırı yeddinci fələkdə qurdu

23



Doqquz hücrəsini bir an buraxdı, 

Göyün doqquzuncu tağına qalxdı

24



Yeddinci əflakə çapdığı zaman 



Dişarı atıldı dördkünc daxmadan

25



 


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə