Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə7/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   2   3   4   5   6   7   8   9   10   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

28 

 

Altında şimşəktək şığıyan Büraq, 



Günəşə qərq olmuş yəhərlə yaraq. 

Ərəb səmasında bir Süheyl çapdı, 

Yəmən gönü ondan yeni rəng tapdı

26



Dırnağı inciydi, quyruğu ipək, 

Ipəyin üstündə oynar incitək. 

Göbəyi müşk, ceyran deyildi, bişəkk, 

Bir düzüm inciydi ceyran dişitək. 

Yüyəni xəyalə gələndən yumşaq, 

Yürüşü oxdan da kəskin və qıvraq. 

Ən kəskin, ən mətin xəyal şəhpəri 

Ondan yetmiş addım qalırdı geri. 

Aləmlər aşmaqda bir firiştəsən, 

Aləmlər çəkirsən öz arxanda sən. 

Gecə otlağından, sərxoş olaraq 

Ay kimi gəlmişdi əldə şəbçıraq

27



Elə bir sür ətli addımlar atar; 



Hərəkət edincə mənzilə çatar. 

Ən kəskin nəzərlə uçar yan-yana, 

Nəzəri alırdı ayaq altına. 

Məhəmməd peyğəmbər atı çapırdı, 

O səyyar dənizdən toz qoparırdı

28



Özü yol biləndi, atı yeriyən, 

Bu ata, o şaha olsun yüz əhsən. 

Evindən qapıya qalxdığı zaman 

Əlindən təzə don geydi asiman. 

Onunla qaranlıq göy oldu gülzar, 

Ondan nur alırdı sönük ulduzlar. 

Pak olan bu təmiz pərdədə gərək 

Vücuddan cismani tozları silmək. 

Çatdı hər dənizə yeddi ülkərdə

Yeddi yol yuyundu o dənizlərdə

29



Cismindən verdi hər ulduza maya, 



Yuxu beşiyini buraxdı aya. 

Ütarid ulduza verdi qələmi, 

Əlinə qələmi alarmı ümmi?

30

 



Cismani şəhvəti Nahidə verdi, 


_______________  

Milli Kitabxana

  ________________ 

29 

 

Şükr üçün kükəni Xurşidə verdi. 



Mərrixə buraxdı qəzəb və acıq, 

Acıq burda getməz irəli artıq. 

Müştəri ulduza kibri buraxdı, 

Üzüyə ən parlaq yeni qaş taxdı. 

Ünsürü Keyvana tərəf ataraq, 

Özüylə pak gövhər götürdü ancaq. 

Hər mənzil başında bəxşiş verərək 

Qaldı varlığından yalnız bir ürək. 

Nəbilər hörmətlə baş əydi ona, 

Əl çəkdi yəhərin saf quncuğuna. 

At sürdü yollardan, dağlardan keçdi. 

Bir sıra təpəni bir anda biçdi. 

Yanında qasiddi Xızr ilə Musa, 

Atının önündə gedirdi Isa. 

Bir nəfəs alınca, kirpik vurunca, 

Yaxud bir göz açıb dərhal yumunca 

Göyün günbədini aşdı arada, 

Yerləri, göyləri qoydu arxada. 

Elə bir sür ətlə parlatdı yüyən, 

Ətrafdan olmadı tozunu görən. 

Onun bu yürüşdə atdığı oxdan 

Fələk neçə ox da geriydi çoxdan. 

O uzaq göylərdə nurani adı 

Ruhani kəslərə nur bağışladı. 

Cığırsız bir yola, artıq yol saldı, 

Həm atı yoruldu, həm yükü qaldı. 

O yolda qol-qanad tökdü Cəbrail, 

Qorxudan durmayıb qaçdı Israfil. 

Rəfrəfdən keçərək bir neçə fərsəng 

Gördü o pərdədə müxtəlif ahəng. 

Sidrədən ərşin pak səqfinə qədər 

Ismətdən bir kilim döşədi dilbər. 

Ərş divangahını sürətlə keçdi, 

Dərcin də yolunu bir anda biçdi

31



Çatdı son nöqtəyə cəhət diyarı, 



Bitdi o nöqtədə dövran pərgarı. 


_______________  

Milli Kitabxana

  ________________ 

30 

 

Yer oğlu göylərdə hey at oynatdı, 



Yerləri, göyləri arxaya atdı. 

Mücərrəd dolanmaq çatdı bir yerə, 

Cismani varlığı itdi bilmərrə. 

Yoxluq yollarında edərkən cövlan 

Büsbütün ayrıldı öz varlığından. 

Ruhani dairə gərdişlərində 

Başıyla ayağı düşdü bir bəndə. 

Çatdı altı, üstü olmayan yerə

Çünki altı, üstü bilməz dairə. 

Siyasət pərdəsi atıldı birdən, 

Hücrə təmizləndi biganələrdən. 

O yerdə ki, idrak tapmayır məkan, 

Salam Məhəmməddən, qəbul tanrıdan 

Ağızdan çıxmayan səsi eşitdi, 

Görünməz simanı ziyarət etdi

32



Elə pak göründü o sahibcəlal, 

Nə cəhət nəzərə çarpdı, nə xəyal. 

Vücudu nərgiztək bir gözə döndü, 

Bir kirpik qırpımdan tanrıya çöndü. 

Yoxsa bu bağdakı sırf nərgiz olan 

Gözünə bir sürmə çəkmiş "mazağ"dan. 

Keçdi bir dost kimi süfrə səmtinə, 

Yedi, pay ayırdı öz ümmətinə. 

Ürəyi allahın nuriylə doldu, 

Bir yetim, bax, necə padişah oldu. 

Dünyaya qayıtdı çöhrəsi parlaq, 

Hər elmə, hikmətə vaqif olaraq. 

O yolu tez getdi, tez döndü yenə

Bu sür ət heç kəsin sığmaz fikrinə. 

Şimşəktək şığıdı eylə sür ətlə, 

Dönərkən yatağı istiydi hələ. 

O gecə adi bir gecə deyildi, 

O bir gecəydimi, yaxud bir ildi? 

Bəs bizim ruhumuz məgər bir anda 

Dolaşa bilmirmi bu asimanda? 

Ruhumuzdan zərif olan bu insan 



_______________  

Milli Kitabxana

  ________________ 

31 

 

Bir anda aləmi seyr etdi, inan. 



Gözəldir, səpərək can gövhərini, 

Tərifə başlasam dörd yavərini. 

Dörd gövhər satan var, dörd gövhər alan

33



Artıq-əskiyinə qarışmaz satan. 

Əlinin eşqində sabitqədəməm, 

Ömər sevgisindən uzaq deyiləm. 

Hər iki nur ilə nurlanır dimaq: 

Əbubəkr bir şamdır, Osman bir çıraq. 

Bu dərviş sifətli dörd böyük soltan, 

Dünyaya olmuş dörd təkbir oxuyan

34



Nəbilər önündə gedənə alqış, 

Üzrləri qəbul edənə alqış. 

Sənsən yaranışda birinci xilqət, 

Dövranın sonunda sonuncu ayət. 

Hər iki aləmə mübarək sənsən, 

Sənə bir tay varsa, o da tək sənsən. 

Sənsən xəzinələr qıflına açar, 

Yaxşını, yamanı edən aşikar. 

Ən gözəl günündə "ümmətim" deyə, 

Şəfaət edirsən suçlu bəndəyə. 

Bir ovuc torpağam mən dərgahında, 

Artıq bir şikaram şikargahında. 

Nizami tutmuşdur Gəncədə məkan

O, məhrum olmasın salamlarından. 

 

 

ŞƏRƏFNAMƏNİ YAZMAQ HAQQINDA 



 

Gecə gündüz kimi bəzək vurmuşdu, 

Səhər duasına erkən durmuşdu. 

Yer üzü məhtabdan açmışdı çətir, 

Sanki yer nafından səpirdi ətir. 

Bazarlar olmuşdu səs-küydən uzaq, 

Zınqırov səsindən dincəlmiş qulaq

35



Keşikçi dalmışdı şirin yuxuya, 

Dan yeri başını salmışdı suya

36




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə