Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə14/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

                                                                                                            

56

Dünyanı parlatsın şahın gül bağı, 



Gündüz məşəl olsun, gecə çırağı. 

Ağzı qarğa kimi cırılsın gərək, 

Yansın düşmən dili çıraq dilitək. 

Uca dövlət kimi qonsun eyvana, 

Nizami afərin oxusun sana. 

DASTANIN XÜLASƏSİ VƏ İSKƏNDƏRİN 

CAHANGİRLİK TARİXİ 

Saqi, gəl ruhumu şənlədən mey ver! 

Xumarı atmağa səhərkən hey ver! 

Bu səhər şərabı kövsərə dəyər, 

Halaldır içsəm o məhşərə qədər. 

Yaxşıyla, yamanla dolmuş ruzigar, 

O yaxşı-yamandan boynunda çox var. 

Hər gecə, gündüz bu niligun pərdə

Min fitnə, min oyun açar hər yerdə. 

Məndən də bir oyun baş versə, inan, 

Onu da doğurmuş bu köhnə dövran. 

Xəyaltək incəldim çərx hiyləsindən, 

Necə oynamayım xəyal ilə mən? 

Istəyim: pərdəni bütün boşaltmaq, 

Bir cadu xəyalı işlətmək ancaq. 

Bir xəyal yaradım bu naxışdan mən, 

Gəlməsin cadugər, canbaz əlindən. 

Mən elə başladım bu şux dastanı, 

Coşdurar sazımın səsi dünyanı. 

Ən doğru sözlər ki, oyadır maraq, 

Tarixdən onları bir-bir alaraq 

Düzdüm dastanıma, əsər yaratdım, 

Ağla sığmayanı büsbütün atdım. 

Seçdim hər düzümdən bir inci, gövhər, 

Vurdum bu gərdəyə yaraşıq, zivər. 

Bərk təməl üstündə qurdum bir bina 




                                                                                                            

57

Ki, ziyan dəyməsin divarlarına. 



Təqdimi, təxiri tutmayın nöqsan, 

Nöqsana məcburdur hər tarix yazan. 

Bu Çin ipəyinin naxış evində

Maninin fırçası düşmüşdür bəndə

78



Dastanı düzərkən fikrim açıqdı, 



Söz səlis olsa da, yol dolaşıqdı. 

İskəndər haqqında heç bir əsərdə

Məlumat görmədim yığcam bir yerdə. 

Sözlərlə dolmuşdu xəzinə içi, 

Ancaq hər nüsxə bir dağınıq inci. 

Hər köhnə nüsxədən əsas alaraq, 

Onu öz şerimlə bəzədim ancaq. 

Ən qədim tarixi əsərlərdən mən, 

Yəhudi, nəsrani, pəhləvilərdən 

Ən incə sözləri əlimə saldım, 

Qabığı ataraq, məğzini aldım. 

Müxtəlif dillərdən yığdım çox sözlər, 

Bunlardan düzüldü yazdığım əsər. 

Saydığım dilləri ətraflı bilən 

Saxlar öz dilini mənə töhmətdən. 

Hansı bir pərdədə doğru söz gördüm, 

O sözün telini şerimlə hördüm. 

Bu işdə həqiqət arasan bir az, 

Nəzmdə həqiqət aramaq olmaz. 

Şerimdən atsaydım bəzəkli donu, 

Azacıq zəhmətlə yazsaydım onu, 

Bu böyük fatehin sərgüzəştindən 

Bir vərəq yazmaqla bitirərdim mən. 

Dünyanı dolaşan böyük İskəndər 

Yorulmaq bilmədən edirdi səfər. 

Dünyanı dolaşıb dörd yanı gəzdi, 

Bilmədiyi mülkü fəth eyləməzdi. 

Hansı bir dövlətə verdi nəhayət, 

Kəyan adətinə göstərdi hörmət. 

Yalnız zərdüştlüyü qəbul etməmiş. 

Başqa adətlərə etdi pərəstiş. 



                                                                                                            

58

Dünyada ilk əvvəl o zinət qurdu, 



Yunanda sikkəni qızıldan vurdu. 

İskəndər əmrilə vermiş hər zərgər, 

Qızılın suyuyla gümüşə zivər. 

Farscadan hər əsər keçmiş əlinə, 

Tərcümə etdirmiş yunan dilinə. 

Qapıda üç növbət təbil vurdurmaq 

İskəndər dövründən qalmışdır ancaq. 

Ulduz güzgüsüylə o böyük qeysər 

Qaranlıq içindən çıxardı gövhər

79



Sildi şurişləri köhnə dünyadan. 

Taxt aldı, tac aldı qoca Daradan. 

Hindin sövdasını, rus səfrasını

Silərək parlatdı şən dünyasını. 

Rəyi bir güzgüdür çinlilər üçün. 

Odur Keyxosrovun taxtına üstün. 

Ömründən keçirkən tam iyirmi il 

Şahlığa ucadan vurdurdu təbil. 

Iyirmi yeddiyə çatınca yaşı

Peyğəmbər olaraq, ucaldı başı. 

İskəndər o gün ki peyğəmbər oldu, 

Onun tarixinə naxış vuruldu. 

Dinə yol göstərən bir hikmət oldu, 

Dünyada mübarək bir dövlət oldu. 

Din üçün etdi çox dəlillər icad, 

Bu dünya üzünü elədi abad. 

Dünyanı gəzərkən döndü hər yana, 

Elədi çox böyük şəhərlər bina. 

Hinddən başlayaraq Yunana qədər - 

Hər yerdə tikdirdi böyük şəhərlər. 

Səmərqənd şəhrinə o verdi zivər, 

Cəndi də tikdirmiş böyük İskəndər. 

Həri də yadigar qalmışdır ondan, 

Varmıdır belə bir məmləkət quran? 

Dərbəndi deyirlər İskəndər qurdu, 

Əqliylə o şəhrə böyük səd vurdu. 

Bulqar şəhrini o etdi bərqərar, 



                                                                                                            

59

O şəhrin adıdır əslində Bün-qar



80

Bağlayıb dağları biri-birinə, 



Yəcuc hasarını o çəkdi yenə. 

Çox bina salmışdır bunlardan başqa, 

Onları saymaqla çatmaz ki, başa. 

Pak olan o vücud, ulu tacidar 

Yerləri təqsimə verincə qərar, 

Dünyaya gəlmədən əvvəl xaçpərəst, 

Çəkdi bu dünyada xaç kimi bir xətt

81



Həmin bu dördbucaq ətləsi xətlə

Həndəsi ölçünü keçirdi ələ

82



Dörd bucaq üstünə bir də artırdı, 



Bu doqquz fələyə, beş növbət vurdu

83



Bir mıxı uzanmış Şimali qütbə, 

Bir kökü uzanıb getmiş Cənubə. 

Ipinin bir ucu Məşriqə çatmış, 

O biri Məğribə qol-qanad atmış. 

Dünyada bu endə, uzunda böylə, 

Uca bir barigah kimdə var, söylə. 

O gün ki, istədi gəzsin dünyanı, 

Ölçməyə başladı əvvəl hər yanı. 

Hər bir məsahətdən, mərhələlərdən 

Qalmadı bir qarış yer ölçülməyən. 

Bu işdə hesabsız yerölçən vardı, 

Yüzlərcə katiblər ölçüb yazardı. 

Uzun iplər ilə ölçüldü çöllər, 

Hesaba alındı bütün mənzillər. 

Aldığı quruda o saray qurdu, 

Mənzil-mənzil yolu ölçüyə vurdu. 

Mavi dənizdən də edərkən səfər, 

Onu da ölçüyə vurdu İskəndər. 

Dənizdə yol ölçən iki gəmi var, 

Uzun bir ip ilə bağlanmış onlar. 

Birisi yerində salardı ləngər, 

O biri ip boyu irəli gedər. 

Sonra yol gedənə ləngər salaraq 

Ləngərli gəmiyə taxardı ayaq. 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə