Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə2/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   2   3   4   5   6   7   8   9   ...   113

                                                                                                            

8

Urmik  (ər-Rumi)  haqqında  geniş  məlumatları  Həmzə  İsfahani,  ad-



Dinəvəri ət-Təbəri və başqa ərəb tarixçilərinin məşhur əsərlərində müşahidə

edirik. 


Ət-Təbəri  özunün  iri  həcmli  "Tarix"  əsərində  İskəndər  haqqında 

rəvayətlərə  daha  geniş  yer  verir  və  tez-tez  özündən  əvvəlki  mənbələrə, 

xüsusilə  Hişam  ibn  Məhəmmədə  istinad  edir  ki,  bu  da  İskəndər  haqqında 

rəsmi  məlumatlarla yanaşı, "Qərb və Şərq fatehi"ni xoşa gələn tərzdə təsvir 

eləyən rəvayətlərin də yayılmasına dəlalət edir. 

Nizaminin  "İskəndərnamə"sində  təsvir  olunmuş  hadisələrin  çox  qısa 

məzmununu  bir  sıra  incəliklərilə  bərabər  biz  ət-Təbərinin  salnaməsində

görürük. Lakin bu heç də o demək deyildir ki, Nizami öz poemasını yazarkən 

bir  çox  epizodları  ət-Təbəri  salnaməsindən  olduğu  kimi  iqtibas  etmişdir. 

Əksinə,  Nizami  özü  əsərin  fəsillərin  giriş  hissəsində  dəfələrlə  qeyd  edir  ki, 

onun məqsədi daha çox deyilməyənləri ehya etməkdir. Bunu biz Nizaminin 

fars-tacik  şeirinin  böyük  nümayəndəsi  Firdovsiyə  olan  münasibətində  daha 

aydın hiss edirik. "İskəndərnamə"də oxuyuruq: 

Köhnə söz ustası, o Tuslu şair  

Söz gəlinlərini bəzədi bir-bir.  

Düzdü dastanlara çox inci, gövhər,  

Yenə də qaldı çox bakirə sözlər.  

Yazsaydı tarixdə bütün olanı,  

Çox uzun sürərdi onun dastanı. 

Ümumbəşəri  mütərəqqi  ideyalar  tərənnümçüsü  Nizami  "Şuubilik"  (İran 

və  Orta  Asiya  xalqları  arasında  IX-X  əsrlərdə  yayılmış,  ərəb  hakimiyyətinə

qarşı  mübarizə  bayrağına  çevrilmiş  cərəyan)  tərəfdarı  və  aludəcisi  olan 

"Şahnamə"  müəllifinin  İskəndər  haqqındakı  rəvayətlərə  olan  qərəzli 

münasibətini  duymaya  bilməzdi.  Məhz  buna  görə,  Nizami  yuxarıda 

gətirdiyimiz beytlərdən sonra bilavasitə Firdovsinin bu qərəzli münasibətinə

işarə edərək: 

Sevmədiklərinə etmədi hörmət,  

Bəyəndiklərinə göstərdi rəğbət, - 

yazır və həmin fəsli aşağıdakı fikirlərlə tamamlayır: 



                                                                                                            

9

                            Nizami bu sapa düzərkən gövhər  



Qələmdən silindi qələm görənlər.  

Hansı bir incini keçirdi ələ,  

Onları çəkdi öz soz çəkisiylə.  

Uğurla ucaltdı "Şərəfnamə"ni,  

Köhnəni bununla eylədi yeni. 

Nizami  Firdovsinin əsərilə  yaxından  tanış  idi  və bunu  şair  özü  dəfələrlə

"Xosrov  və  Şirin",  "Yeddi  gözəl"  və  "İskəndərnamə"də  xatırladır,  ona  öz 

ehtiramını  xüsusilə  qeyd  edir.  Bununla  yanaşı,  Azərbaycan  şairi  "özündən 

əvvəlkiləri  təkrar  etmək  onun  yaradıcılığına  xas  olan  cəhət  deyildir" 

söyləyərək, özünün bu sahədə novator olduğunu qeyd edir. 

Bunu da xatırlatmaq lazımdır ki, Nizaminin novatorluğu heç də mənbələr 

üzərində  işləməklə,  onların  içindən  tez  ideya-bədii  qayəsinə  uyğun 

məlumatlar  çıxarması  ilə  məhdudlaşmır.  Şair  öz  əsərinin  yüksək  sənət 

nümunəsi  olduğunu  bilir  və  səmimi  hisslərlə  (fəxr  xatirinə  yox!) 

"İskəndərnamə"nin gizli sirlərlə dolu olduğunu bəyan edir: 

Belə bir dəyərli gövhərlə, dostlar,  

Bir gövhər sevənə ehtiyacım var.  

İstərəm eylə bir kamil dinləyən, 

Şairlik sirrini öyrənsin məndən! 

Şairin  bu  əsərdə  izlədiyi  ən  mühum  qayə  həqiqətdir  -  insan  həqiqəti. 

Doğruluq,  həqiqət  müəllifə  görə  "İskəndərnamə"nin  səciyyəvi  cəhətidir.  O 

deyir: 


Doğrular yanında varmıdır bundan  

Daha xoş simalı, sevimli dastan?  

Başqa dastanları arasan bir az,  

Millətlər yanında doğru sayılmaz. 

Doğrudan da, insan həqiqəti, daha geniş mənada deyilərsə, bəşər həqiqəti 

"İskəndərnamə"  müəllifinin  diqqət  mərkəzində  dayanır.  Böyük  şair  və

mütəfəkkir  faydalandığı  tarixi  və  eləcə  də  digər  mənbələrə  bu  baxımdan 

yanaşmışdır. 

"İskəndərnamə"  poemasının  yazılma  tarixinin  dəqiq  müəyyənlik 

qazanmaması bir sıra çətinliklər törədir. Məsələ burasındadır ki, şairin özü də 




                                                                                                            

10

"Xəmsə"yə daxil olan əvvəlki əsərlərindən fərqli olaraq, "İskəndərnamə"nin 



yazılma tarixini göstərməmişdir. Əsərin iri həcmi 

  

(iyirmi min misradan çox) və mürəkkəb quruluşu bizi şairin poema üzərində



uzun  müddət  işləməsi  qənaətinə  gətirir.  Hər  halda  "İskəndərnamə"  (197-ci 

ildən  ("Xəmsə"nin  dördüncü  hissəsi  olan  "Yeddi  gözəl"  poemasının  yazılış

tarixidir)  sonra  yazılmışdır.  Nizami  "Şərəfnamə"nin  giriş  hissəsində  əvvəlki 

dörd əsərini sadalayır və deyir ki: 

İndi soz mülkündə büsat qururam,  

İskəndər dövründən təbil vururam. 

"Şərəfnamə"  əsəri  Nüsrətəddin  Əbu  Bəkr  Bişkinə  (1191-1210)  həsr 

olunmuşdur.  "İskəndərnamə"nin  ikinci  hissəsində  ("İqbalnamə")  isə  Məlik 

İzzəddinin  adı  çəkilir.  Əgər  I  İzzəddin  Məsud  nəzərdə  tutulursa  o,  1180-

1193-cü  illərdə  hökmranlıq  etmişdir.  Deməli,  həmin  İzzəddin  əsərin 

yazılmasından dörd il əvvəl ölmüşdür. Söhbət II İzzəddin Məsuddan gedirsə, 

o da 1211-ci ildə, yəni Nİzaminin qəbul olunmuş ölüm tarixindən iki il sonra 

hakimiyyətə gəlmişdir. 

Bu xronoloji qarma-qarışıqlıq "İqbalnamə"nin son hissələrinin guya şairin 

ölümündən  sonra  başqaları  tərəfindən  tamamlanması  barəsində  fikrin 

meydana gəlməsinə səbəb olmuşdur. Bu fikir bizə görə əsassızdır. 

Bir  növ  təəccüb  doğuran  ikinci  məsələ  əsərin  quruluşu  ilə  bağlıdır; 

məlumdur ki, "İskəndərnamə" iki hissədən ibarətdir. Bunu əsərin bizim dövrə

gəlib  çatmış  əlyazmaları  aydın  göstərir.  Lakin  Nizami  "Şərəfnamə"nin  giriş

hissəsində  İskəndəri  üç  cəhətdən,  yəni  fateh,  hakim  və  peyğəmbər  kimi 

səciyyələndirəcəyini iqrar edir: 

Öncə söz açaram padşahlığından,   

Cahangirliyini ederəm elan.  

Hikmətlə bəzəkli söz yazaram mən,  

Köhnə tarixləri təzələrəm mən.  

Döyərəm qapını peyğəmbərliyə,  

Tanrı da bəyənmiş, peyğembər, - deyə. 

Sonra Nizami əsərin üç hissədən ibarət olduğunu aydın şəkildə soyləyir: 

Üç qapı tikdim, üç xəzinə demək,  



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə