Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə9/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   5   6   7   8   9   10   11   12   ...   113

                                                                                                            

36

Dərinin eşqinə edərlər şikar, 



Bəslənmiş dərisi başından çıxar. 

Dünyada bir büsat qurmaq nə mümkün, 

Bu yurddan çarəsiz köçərsən bir gün. 

Özünə yaraşıq verməyən heyvan 

Təmahkar kəslərdən görməz bir ziyan. 

Yeddi rəng pərdədən qurtul birtəhər, 

Güzgü pas altında çirkin görünər. 

Qurduğun cadular yetişər, burax, 

Kimsəyə cadutək tor atma nahaq. 

Al kükürd deyilsən, ağ ləl deyilsən, 

Arayan ümidsiz qayıtsın səndən. 

Insansan, insana qatış hər zaman, 

Insanla yaşayar hər zaman insan. 

Əlçatmaz xəzinə olsan da, ancaq 

Çox belə xəzinə gizləmiş torpaq. 

Ağacdan uzaqsa meyvə qoparan, 

Fərqi yox, o xurma versin ya tikan. 

Həyat yox, gəncliyi alınca xəzan, 

Gənclik qalmayınca qalmasın cahan. 

Gənclikdir insana gözəllik verən, 

Gözəllik sönərsə qəlb olurmu şən? 

Sümüyün çürüyüb, süst olsa arxan, 

Mərdlikdən, hünərdən qurma bir dastan. 

O gün ki, gəncliyin qüruru sönər, 

Iş görməz daha bu cəsarət, hünər. 

Bağ, bağça gözəldir, şəndir gülüstan 

Sərv ilə lalələr güldüyü zaman. 

Elə ki, bağlara boz xəzan girər, 

Bülbül öz yerini qarğaya verər. 

Bağbanlar qəlbini dərdü qəm yaxar, 

Uca budaqlardan düşər yarpaqlar. 

Bostanlar pozular, reyhanlar qalmaz, 

Bağın açarını soruşan olmaz. 

Durma, gəl naləyə, ey qoca bülbül, 

Al güllər saraldı, tutuldu könül. 

Ucaboy sərvlər oldu ikiqat, 




                                                                                                            

37

Bağban da kölgədən çəkildi heyhat. 



Əlliyə çatınca dəyişir əhval, 

Dəyişir yaşayış, dəyişir hər hal. 

Baş, ağır yüklərdən daşa vuruldu, 

Bu dar keçidlərdə dəvəm yoruldu, 

Qollarım titrəyir qədəh tutarkən, 

Ayağım büdrəyir qalxıb durarkən, 

Vücudum lacivərd rəng aldı artıq. 

Qırmızı güllərim saraldı artıq. 

Yollarda qaldı bu yürüyən atım, 

Baş düşdü yastığa, söndü həyatım. 

Çövkanlar atdığım yel ayaqlı at 

Yüz çövkan vursan da tərpənməz, heyhat. 

Itdi meyxanada şənlik açarı

45



Tövbələr çulğadı bu ruzigarı. 

Dağlara buludlar ağ kafur saçdı, 

Ac torpaq ağzını kafurçün açdı. 

Gah könül köçməyə tərpəniş edir, 

Gah başım yuxuya pərəstiş edir. 

Qulağım eşitmir gəlin qəmzəsi, 

Qədəh boş, kəsildi saqinin səsi. 

Qulaq eşitməkdən, baş kefdən qaldı, 

Köç vaxtı yaxındır, ömrüm azaldı. 

Bu zaman bir bucaq xoşdur saraydan, 

Oyuncaq əlini uzadar dövran

46



Gecə şam nə qədər şən-şən gülümsər, 

Pərvanə seyri də o qədər sürər. 

Otaq boş qalınca işıqlı şamdan 

Qalmaz pərvanədən daha bir nişan. 

Uşaqlıq və gənclik dövrü çatınca, 

Özümü göstərdim düşgün bir qoca. 

Indi bu dərd ilə göstərsəm şənlik, 

Qocaya uyarmı bu gənclik, mənlik? 

Düşmüşəm bir çürük çöp kimi bağda, 

Gecələr şam kimi parlar bucaqda. 

Atəşli böcəklər gecələr parlar, 

Qaranlıq gecədə nurdan dəm vurar. 




                                                                                                            

38

Özümdə görsəydim qüvvət və dayaq, 



Tapardım sevimli, sakit bir bucaq. 

Yenidən rahət bir ömür sürərdim, 

Dünyanı şadlığa girov verərdim. 

Yetişdi başa bu gənclik günləri. 

Məşriqdən ağardı daha dan yeri

47



Dincəlmək fikriylə nə tədbir töküm, 

Azalsın bir qədər zəhmətim, yüküm? 

Başına tac ilə kim vursa bəzək. 

Əmgəyi ağ deyil, müşk olsun gərək

48



Yeddi göy pərgarı etmədən cövlan, 



Ömrümün xəttini parçalamadan 

Vursun barmaqlarım mizrabıma dəm, 

Öz varlıq səsimi saxlayım möhkəm. 

Hər incə sözə bir füsun bağlayım, 

Qoyduğum əsərə bir gün ağlayım. 

Keçərsə körpüdən bu gilan atım, 

Inanma Gilana bir də qayıdım

49



Bu yerdə mən kimi yatanlar çoxdur, 

Onları xatirə salan ki, yoxdur. 

Təzə kəklik, yad et məni ürəkdən 

Məzarım yanından ötüb keçərkən, 

Üstümdə görərsən göyərmiş otlar, 

Baş daşım uçulmuş, çökmüşdür məzar. 

Qəbrimin tozunu sovurmuş yellər, 

Dostlardan anan yox məni bir nəfər. 

Qəbrim şüşəsinə əl qoyan zaman 

O pak gövhərimi heç olmasa an

50



Uzaqdan sən mənə göz yaşı töksən, 



Mən sənə parlaq nur saçaram göydən. 

Duadan bir dilək istəsən əgər, 

Mən amin deyərəm, qəbulə keçər. 

Salam ver, hörmətlə məndən salam al, 

Gəl qəbrim üstünə, edim istiqbal. 

Hər zaman diriyəm sənin kimi mən, 

Mən cana gələrəm sən cana gəlsən. 

Bu yerdə sanma yar-yoldaşsız məni, 




                                                                                                            

39

Məni görməsən də, görürəm səni. 



Bu ölənlər ilə, gəl, danış barı, 

Unutma, yada sal bu yatanları. 

Qəbrimə gələrkən qədəhi doldur. 

Nizami yatdığı yerə qədəh vur. 

Ey uğurlu Xızır, sanma ki, mənim 

Bu meydən içilən meydir məqsədim. 

O meydə özümü unudum dedim, 

Özümü unudub məclis bəzədim. 

Mey dalğınlıqdandır, səbuh xumardan, 

Mənə pak şərabı və d etmiş yazdan. 

O böyük tanrıya aydındır bu iş, 

Ömrümdə dilimə şərab dəyməmiş. 

Bu dilim, dodağım görmüş isə cam, 

Olsun Nizamiyə hər halal-haram. 



ÖZ NƏFSİNƏ ÖYÜD VƏ NƏSİHƏT 

Ey saqi, yuxumu başımdan uçur, 

Aşiqəm, camı saf mey ilə doldur. 

Bir mey ki, suyu saf, axan gümüşdür, 

Onu hər dörd məzhəb halal görmüşdür

51



Ey könül, böyüklük almadan ələ 

Böyüklər yerində oturma hələ. 

Dünyada böyüklük tapmaq istəsən, 

Al ələ qələmi, yaz böyüklərdən. 

Dindirən olmasa danışma hədər, 

Kəsəri yavaş vur, sınmasın gövhər. 

Sormadan kim sözə başlasa, bişəkk, 

Sözünü küləyə sovurmuş, demək. 

Gözsüzə yaramaz göstərmək çıraq, 

Görməyən bir gözə nə piltə, nə yağ? 

Söyləmək o zaman verər mənfəət 

Aləmə səs sala, qazana şöhrət. 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə