Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə14/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

 
 
43
görə yaxın 10-15 ildə Avropada qaza olan tələbatın iki dəfə 
artacağı gözlənilir. Bu isə  əlavə olaraq 240-260 milyard kub 
metr təbii qaz həcmindədir. Avropanın ehtiyacında olacaq 
qazın 200 milyard kubmetrini Rusiyadan, digər hissəsini isə 
regionun qərbdəki yataqlarından almaq mümkündür. Elə bu 
məqsədlə  də Ukraynadan yan keçən Belarus-Polşa vasitəsilə 
Avropa qaz şəbəkəsinə qoşulacaq yeni qaz kəməri Yamal-
Avropanın tikintisi sürətlənməkdədi. Rusiyada izafi qazı yaxın 
perspektivdə  nəzərdə tutulan Yamal-Koreya magistralı ilə 
ötürülməsi də reallaşacaqdır. Qaz yataqlarının indiki 
düzümünün mənzərəsi bizə  əsas verir ki, Rusiya hələ uzun 
müddət Qərbi Avropanı qazla təmin edəcəkdir. Bu aspekti 
nəzərə alaraq Abş hələ soyuq müharibə illərində Rusiya-qərbi 
Avropa qaz kəmərinin çəkilməsinə sistematik maneçilik 
tərətmişdir. Bununla belə Rusiyanın Avropaya qazın 
ötürülməsində digər rəqibləridə az deyildir. Bu ölkələr arasında 
hazırda Norveç və Hollandiya daha çox rəqabət 
qabiliyyətlidirlər. Qaz hasilatının dinamikası göstərir ki, yaxış 
gələcəkdə bu ölkələrdə hasilat balansı  dəyişəcək Norveçdə 2 
dəfə artım, Hollandiyada isə eyni miqdarda azalma müşahidə 
olunacaqdır. Qərbin geoiqtisadi və geosiyasi maraqları 
şübhəsiz ki, Norveç qazı üçün daim əlverişli  şəratit təmin 
edəcəkdir. Rusiyanın qaz sektorunda bundan başqa  Əlcəzair, 
İran, Nigeriya və Qatar kimi rəqiblər də vardır. Yaxın 
perspektiv üçün Əlcəzair hər il Avropaya 100 milyard kubmetr 
qazın verilməsini nəzərdə tutur. İran da, Türkiyə  və Ukrayna 
vasitəsi ilə öz qaz sərvətlərini Avropaya çıxarmaq üçün 
danışıqlar aparmaqdadı. Bu arada Türkmən qazının da İran, 
Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıxışı  nəzərdə 
tutulur. Bunun üçün iki paralel marşrutun çəkilməsi zəruri 
sayılır. Ankara-Yapracıq marşrutu ilə  İtaliyadan keçməklə 
Fransaya hər il 5-15 milyard kubmetr qazın nəqli gözlənilir. 
Son vaxtlar Nigeriya və Qatarda kəşf olunan iri qaz yataqlarına 
istinadən bu lkələrdə sıxılmış qazın ixracatı məsələsi həll edilir. 


 
 
44
Qaz ehtiyatlarından istifadənin perspektivində mühüm 
amillərdən biri kimi hazırda qaz-hidrat ehtiyatlarından istifadə 
nəzərdə tutula bilər. Elmi-texniki tərəqqinin inkişafı qaz 
hasilatına və qaz sənayesinə güclü təsir etməkdədi. Artıq Şimal 
dənizində, Meksika körfəzində Cənubi-Şərqi Asiya regionunda 
sualtı qazyığım sistemləri tikilir ki, bu da 1970-ci illərdə 
mümkün deyildi. Eyni zamanda Şimali Afrikada və İspaniyada 
daha dərin sualtı qaznəqletmə  şəbəkəsi layihələşdirirlir. 
Avstraliyaya Koreya, Sinqapur, Yaponiya və digər Cənub-
Şərqi Asiya ölkələrindən keçməklə  nəhəng sualtı qazötrücü 
nəqletmə  şəbəkəsinin yaradılması isə texniki və texnoloji 
həllini gözələməkdədi. Təbii qazın kəşfiyyat metodlarının, 
dəniz  şelfində qaz yataqlarının mənimsənilməsi, habelə güclü 
təzyiqli, iri diametrli borularla qazın nəqli, qazın sıxılmış halda 
iri qazdaşıyıcı tankerlərlə daşınması  təbii qazdan istifadənin 
artımına yeni implus vermişdir. Tədqiqatlar göstərir ki, 
planetimiz hələ  kəşf olunmamış qaz yataqları ilə  zəngindir. 
Belə ki, yerin daha dərinliklərinə xüsusən 10-12 kilometrlərdə 
böyük miqdarda qaz ehtiyatları vardır. Lakin qazma ilə bağlı 
çətinliklər investisiya problemləri bu prosesi daha da 
çətinləşdirir. Görünür ki, bu dərinliklərdən qazın çəxarılması 
gələcək nəsillərin işidir. 
Hər il dünyada 3,5 milyardx ton daş kömür, 1,5 milyard 
ton qonur kömür hasil edilməkdədi. Daş kömür sənayesində 
inkişaf tendensiyası ayrı-ayrı ölkələrdə müxtəlifdir.  Əsrimizin 
50-60-cı illərinə  qədər daş kömür sənayesi Almaniya, Fransa, 
İngiltərə, ABŞ və Yaponiyada sənayenin əsasını təşkil etmiş və 
bu illərdə baş vermiş sahə strukturundakı böhranla, eyni 
zamanda neft-qaz sənayesində hasilatın artması ilə əlaqədar öz 
mövqeylərini itirmişdir. Hazırda inkişaf etmiş dövlətlərdə daş 
kömür hasilatı yeni texnologiyaların hesabına aşıq tipli 
karxanalarda və  işçi qüvvəsinin ucuz olduğu ölkələrdə 
qalmaqdadı. Dünyada ən çox daş kömür hasil edən ölkə Çindir. 
Bu ölkədə illik hasilat 1,2 milyard ton təşkil edir. Son illərdə 


 
 
45
Kolumbiya və İndoneziya daş kömrün hasilatını artıraraq onun 
ixracına başlamışlar. 1960-cı illərdə dünyada daş kömür 
hasilatında xüsusi çəkisi bir neçə faiz olan ÇAP, Avstraliya və 
Kanada 1980-ci illərdə 10%-lik baryeri keçmiş, Avstraliya isə 
ixracatda ABŞ ötərək birinci yerə çıxmışdır. 
Müasir energetikanın inkişaf tendensiyasında təbii enerji 
resurslarının payı yüksəlməkdədi. ABŞ, Almaniya, Fransa, 
İngiltərə,  İtaliya və Belçikada bu pay 40%, Yaponiya 50%, 
inkişaf etmiş ölkələrdə isə 25 %-dən artıqdır. Hazırda dünyada 
illik enerji istehsalı 12,5 trilyon kilovat saata çatıb. Hər il 
dünyada 70-80 milyard kvt elektrik enerjisinə ekvivalent 10-11 
milyard ton şərti yanacaq müxtəlif növ enerji növlərinə çevrilir. 
Sənaye energetikası başlıca olaraq mineral yanacaq-neft, təbbi 
qaz, daş kömür, nüvəenergetik xammal (əsasən uran) və bu 
enerjisi bazasında inkişaf tapır. Aşağıdakı  cədvəldə ilkin 
enerjinin mənbələrinin sənayedə istehlakının strukturu 
verilmişdir. 
Cədvəldən göründüyü kimi dünyanın  ən böyük 
regionlarından əsas enerji mənbeyi neftdir və hər il onun xüsusi 
çəkisi bu bölgüdə artmaqdadı. Belə dinamizm həm də  hər il 
yeni neft yataqlarının kəşfi ilə əlaqədardı. 
Cədvəl 5 
 
Enerji mənbələrinin sənayedə istehsalının strukturu 
(faizlə 
1991-ci il) 
 
Enerjinin 
mənbəyi 
Bütün 
dünya 
Şimalı 
Amerika 
Qərbi 
Avropa 
Latın 
Amerikası 
Afrika 
Avst 
raliya 
MDB 
Neft 
40,2 38,4 45,6  62,6 44,7 
35,0 
32,1 
Daş kömür 
28,0 23,3 21,8  6,1  36,0 
44,9 
19,4 
Təbii qaz 
22,7 26,2 17,7  20,9 15,1 
18,6 
42,8 
Nüvə 
enerjisi 
6,6 8,7 12,4 0,9 1,1  4,2 
Hidroenerji 
2,5 2,4 2,5  9,5 3,1 
1,5 
1,5 
Ümumi 
100,0 100,0 100,0  100,0 100,0 
100, 100, 
 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə