Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə2/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   2   3   4   5   6   7   8   9   ...   93

 
 
6
GİRİŞ 
 
Uzun illərin mübarizəsi, çəkişməsi və nəhayət tarixi şərait 
Azərbaycanı istiqaliyyətə qovuşdurdu.  İstiqlal Azərbaycana 
müstəqil yanaşmağını  təmin etmək, taleyinə sahib olmaq, 
çağdaş dövlət yaratmaq imkanını  bəxş etdi. Bu gün 
respublikamız öz dövlət müstəqilliyini möhkəmləşdirmək və 
dönməz etmək üçün bütün mümkün maddi və  mənəvi 
sərvətlərə malikdir. Onun hazırki mövcud potensial imkanları 
müstəqilliyini yenicə  əldə etmiş  və yaxud keçid dövrünü 
yaşayan digər oxşar ölkələrdən daha şanslı görünməkdədi. 
Məhz elə buna görə  də yaranmış tarixi fürsəti qədərincə 
qiymətləndirib, mövcud ehtiyatları  səfərbər edərək öhdəmizə 
düşmüş quruculuq işində bu sərvətlərin milli mənafelər 
baxımından səmərəli istifadəsini təşkil və  təmin etməliyik. Bu 
çətin və  şərəgli işdə isə yalnız neft ehtiyatlarına istinad etmək 
yetərli sayıla bilməz. Lakin indiki realıq, iqtisadidurum, sürətlə 
dəyişən ictimai-siyasi proseslər, alternativ imkanaların zəifliyi 
bu seçimdə neft amilindən fundamental istifadəni ön plana 
çəkir və bu strategiyada, iqtisadi dirçəlişin təmin edilməsində 
neft faktorundan səmərəli istifadə edilməsini qaçılmaz edir. 
XX  əsr sona yetir. Bu əsrdə dünyada çox mühüm 
dəyişikliklər baş vermiş, bəşər cəmiyyəti yüksək iunkişaf və 
tərəqqi yolu keçmişdir. 20-ci yüzillik Azərbaycanın da ən yeni 
tarixində mühüm izlər buraxmış, güclü dinamik proseslərlə 
müşayət olunmuşdur. Heç şübhəzis ki, bu dinamizm onun neft-
qaz resurslarının mənimsənilməsi, istismarı və istifadəsi ilə də 
sıx  əlaqədar olmuşdur. Məhz bu strateji aspekt yüz il öncə 
Azərbaycanı daha çox iri dövlətlərin diqqət mərkəzinə, marağ 
sahəsinə çuğlamış, neft olan ehtirac və azar əsəbləri 
qıcıqlandırmışdır.  Əsrin  əvvəllərində dünyada kəşf olunmuş 
neft və qaz ehtiyatlarının yarısının cəmləşdiyi Abşeron torpağı, 
Bakı  şəhəri qlobal prosseslərin o cümlədən beynəlxalq neft 
siyasətini mühüm meydanlarından birinəçevrilmişdi.  Əsrin 
sonunda Sovetlər  İttifaqının suqutundan sonra isə Azərbaycan 


 
 
7
dünya siyasətinin orbitinə özünün zəngin neft ehtiyatları, 
demokratiya və bazar prinsipləri ilə müstəqil statusda yenidən 
daxil olmuşdur. Çox mürəkkəb coğrafi siyasi, ağır sosial-
iqtisadi  əraitlə müşayiət olunan dövlət quruculuğu prossesi 
inamla irəlləməkdə, iqtisadiyyatın strukturunda müstəqil 
dəyişikliklər, yeni təsərrüfat sisteminə uyğun təsissatlar və 
iqtisadi münasibətlər formalaşmaqdadı. Azərbaycan öz 
müstəqilliyini bənzəri olmayan bir vəziyyətdə ərazisinin 20%-i 
işğal altında, bir milyondan mox qaçqın və didərginlə, 
«Qarabağ problemləri», bitməmiş müharibə, fəth edilməmiş 
sülh, totalitar rejimindən miras qalmış  tənəzzüllü istehsalla, 
ağır sosial iqtisadişəraitdə möhkəmləndirir. Bütün bu proseslər 
əsrin  əvvələrində olduğu kimi, yenə  də iri dövlətlərin maraq 
müstəvisində, onun neft sərvətlərinin bölgüsü və Qafqaz 
regionundakı strateji mövqeyi üzərində getməkdədi. 
Respublikanın neft-qaz sərvətləri tarixən onun həyatının 
bütün sahələrinə öz təsirini göstərimiş  və indi də davam 
etməkdədi. Neft-qaz sənayesinin inkişaf problemləri bu gün 
gənc müstəqil Azərbaycanın dövlət siyasətinin  ən həlledici 
istiqamətlərindən birinə çevrilmiş, neftdən xalqın, dövlətin 
mənafelərinə  əsaslı xidmət üçün əlverişli, realşərait 
yaranmışdır. Məhz buna görə də iqtisadiyyatımız aparıcı sahəsi 
neft sənayesinin və bütünlükdə Yanacaq Energetika 
Kompleksinin (YEK) müasir vəziyyətinin təhlili, onun 
inkişafına təsir edən amillərin, meyllərin müəyyən olunması 
müasir Azərbaycan elmində vacib və aktual vəzifə kimi qarşıda 
durur. 
Məlumdur ki, Sovetlər  İttifaqının dağılması  ərəfəsində 
Azərbaycanın neft-qaz sənayesinə laqeydmünasibət bu mühüm 
sahəni böhranlı məcraya salmışdır. Quyu fondunun, qurğuların, 
avadanlıqların köhnəlməsi, texnoloji gerilik,təchizatla bağlı 
problemlər sahənin maliyyə imkanaları sarsıtmış, tənəzzül 
bütün strukturları  əhatə etmiş neftqazçıxarma rentabelsiz bir 
sahəyə çevrilmişdir. Lakin Xəzərin zəngin neft ehtiyatları, o 


 
 
8
cümlədən hasilata əlaqədar regionda tarixən yaranmış əlverişli 
infrastruktur respublikaya olana marağı yeni pilləyə 
yüksəltmişdir. Azərbaycanda yüksək neft-qaz potensialının 
olması, indiyə  qədər quruda və  dənizdə 69 neft-qaz yatağının 
kəşf edilməsi və yataqlardan bu günə kimi 1,4 trilyon tona 
qədər kondensatla birlikdə neftin 455 milyard kub metrdən 
qazın hasil edilməsi xarici şirkətlərin nəzərindən qaçmamışdır. 
Hazırda onun neft resurslarından istifadə  məsələsi yenə  də 
beynəlxalq siyasətinin aparıcı istiqamətlərindən biri kimi 
dünyəvi səciyyə daşımaqdadı. Bu işlərin nəticəsi kimi 
Azərbaycanın neft sektorunda son 5-6 il ərzində  «Əsrin 
müqavilə»si də daxil olmaqla 14 ölkələnin 33-dən çox şirkətin 
təmsil olunduğu 19 beynəlxalq neft kontraktı imzalanmış, 
respublika iqtisadiyyatına 2,5 milyard ABŞ dollarfından çox 
məbləğdə kapital qoyulmuş, yaxın 20-30 il ərzində 
sərmayələrin miqdarının 50-60 milyard dollara çatacağı 
gözlənilir. Neftlə bağlı infrastruktur yenidən qurulur. Artıq 
neftin Qərb və  Şimal marçrutları üzrə  nəqli gerçəkləşmiş, 
nəhəng neft magistralı Bakı-Ceyhan həyata vasitə almışdır. 
Aşkarlanan nəhəng qaz yataqları respublikamızı yeni əsrdə 
böyük qaz ixracarçısı olacağını ümudlü edir. Lakin bütün 
bunlarla yanaşı Azərbaycanın neft-qaz sənayesində  və 
bütünlükdə YEK-də yeni iqtisadi sistemə keçidd çeşidli 
problemlər həllini gözləməkdədi. Bu problemlər kəşfiyyat, 
qazma, hasilat, istehsal emal, nəql, satış, təchizat, xidmət və 
sosial sferanı  əhatə etməklə geniş spektirlidi. Quruda 
neftqazçıxarma sənayesində  vəziyyət isə daha mürəkkəbdir. 
Uzun müddət hər il milyonlarla ton neft əldə olunan bu mühüm 
sahədə yaxın vaxtlarda hasilatın bir milyon tona qədər düşmə 
ehtimalı yaranmışdır. Bir neçə yatağda istismar istisna olmaqla 
bütün quru sahələrdə hasilat özünün sonuncu mərhələsini 
yaşayır. Hazırda quruda mövcud olan 42 neft və qaz 
yatağından 36-sında istismar davam edir. Neft hasilatı faktiki 
olaraq 1,6 milyon ton, qaz hasilatı 240 milyon kubmetr 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə