Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə5/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   2   3   4   5   6   7   8   9   ...   93

 
 
16
mənaya malikdir. Dünya bazarının mürəkkəbliyi çox 
səviyyəliliyi onda çoxlu müxtəlif miqyaslı subyektlərin milli, 
transmilli şirkətlərin, ayrı-ayrı ölkələrin, qrupların təsir sferası 
və spesifikliyi ilə müəyyən olunmuşdur. Məlum olduğu kimi 
bazar mexanizminin əsas elementləri qiymət, tələb və təklifdir. 
İctimai tələbat səviyyəsini əks etdirən tələb kəmiyyəti əhalinin 
alıçılıq qabiliyyəti ilə  məhdudlaşır. Təklif ictimai istehlakın 
dinamikasını göstərir və satılmaq üçün bazara daxil olan 
əmtəələrin (bazar fondlarının) cəmindən ibarətdir. Bazarda 
qiymətin hərəkəti son nəticədə əmək məhsuldarlığının, ictimai 
istehsalın həcminin və proporsiyasının dəyişməsini,pul gəliri 
dinamikasını  əks etdirir. Bununla belə bazarın formalaşması 
ictimaiəmək bölgüsü və istehsalçıların təsərrüfat 
xüsusiyyətlərinin inkişafı  və  dərinləşməsi ilə üzvi sütdə bağlı 
tarixi prosesdir. 
Ölkələrin  ərazisində yerləşmiş istehsal güclərinin və 
istehsalın müxtəlif alimlərinin sahəsində  şirkətlər dünya 
bazarının subyektinə çevrilirlər. Dünya bazarında aparıcı rolu 
xaricdə istehsalıolan transmilli korposiyalar (TMK) və ayrı-
ayrı ölkələr çıxış edirlər. Malları  və xidmətləri ixrac edərək 
şirkətlər xaricdən o malların və xidmətlərin daxil olmasını 
təmin edirlər ki, onların həmin ölkələrdə istehsalı səmərəlidir. 
Başqa sözlə onların idxalını ixracatdan əldə edilən valyuta 
vəsaitlərinin hesabına mümkün edirlər.  Əgər malların və 
xidmətlərin ixracatından daxil olmalar idxalı 
maliyyələşdirmircə (tədiyə balansının kəsiri zamanı) bu fərq 
xarici kapitalın ölkəyə axını ilə ödənilə bilər. Dünya bazarının 
fəaliyyətinin başlıca mexanizmi qiymətlərin qarşılıqlı 
münasibətindədir ki, buz zaman beynəlxalq qiymətlər daxili 
milli bazara nisbətdə daha sərbəstdirlər. Lakin dünya bazarı heç 
də mütləq sərbəst ola bilməz. Belə ki, onun subyektləri, ayrı-
ayrı ölkələr beynəlxalq mübadilə ciddi məhdudiyyətlər qoyular 
və bu məhdudiyyətlər  əsasən həmin ölkələrdəki davamlı 
iqtisadi sabitliklə diqtə olunur. Belə  vəziyyət həmin ölkələrin 


 
 
17
hökümətlərinin, ayrı-ayrı siyasi qüvvələrinvə bu kimi müəyyən 
dairələrin maraqlarından da asılıdır. Elə buna görə də kömrük 
rusumları, qeyri-tarif maneyələri, xarici kapitalın 
məhdudlaşdırılması, ixracata subsidiyaların ayrılması  və sair 
tətbiq edilir. 
Dünya bazarının  əsas tərkib hissələri mal və xidmət 
bazarının, işçi qüvvəsi bazarının, kapital bazarının, xüsusən də 
böyük rol oynayan valyuta bzarının qarşılıqlı 
münasibətlərindən asılıdır. Bunlar arasında  əsrimizin 
səksəninci illərində aktiv fəallaşan maliyyə bazarı daha 
cəlbedicidir. Dünya bazarının coğrafi seqmentləşməsi bir 
tərəfdən dünya iqtisadiyyatının üç əsas mərkəzi ABŞ Avropa 
Birliyi və Yaponiya və digər tərəfdən Cənub və  Şimalın 
qarşılıqlı münasibətləriilə müəyyənlişdirilir.Heç  şübhəsiz ki, 
dünya bazarıdünya iqtisadiyyatının  əyalətləri və yarım 
əlayətlərinin qarşılıqlı münasibətlərini də  əhatə edir. Real 
proqnozlara görə yaxın gələcəkdə  Şərqi Asiyanın da dünya 
iqtisadiyyatına gücü artacaq və o dünya bazarının mühüm 
hissəsinə çevriləcəkdir. Dünya maliyyə bazarı beynəlmiləl 
qarşılıqlı iqtisadi əlaqələrin, kapitalın və maliyyə resurslarının 
müxtəlif formada mübadiləsi olan sferanı  əhatə edir. Dünya 
ümumi bazarında maliyyə bazarı xüsusi yer tutur. Ayrı-ayrı 
maliyyə qrupları, banklar, kredit təşkilatları, dövlətlər, 
sahibkarlar biri digərinə müəyyən məqsədlər və  mənafelər 
üçün kreditlər, birbaşa investisiyalar və ssudalar verərək 
qarşılıqlı mənafəətin əldə edilməsini reallaşdırırlar. Bu mühüm 
işdə dünya maliyyə bazarı,  əsas maliyyə  mərkəzləri müstəsna 
dərəcədə  fərqlənirlər. Beynəlxalq maliyyə bazarı adətən pul 
bazarı  və kapital bazarına bölünür. Kapitalın təqdimatı  və 
alınması formasına görə isə bank kreditləri bazarı  və qiymətli 
kağızlar bazarına ayrılar. Xarici valyutada daxili kreditləri 
nəzərə almaqla beynəlxalq bank kreditinin həcmi 1990-ci 
illərijn əvvəlində 7,5 trilyon dollar olmuşdur ki, bu da 1980-ci 
ildən 23 dəfə yüksəkdir. Elə bu illərdə tədavülə 2 trilyon dollar 


 
 
18
beynəlxalq istiqraz olmuş, 1998-ci ildə isə birbaşa xarici 
investisiyaları kumulyativ məbləğinin həcmi 2,8 trilyon dolları 
çatmışdır. 
Beynəlxalq maliyyə bazarında avrobazarlar adlanan 
bazarlar xüsusi nəzərə çarpır. Bu bazarlar da müvafiq 
avrobankalrın vasitəsi ilə Avropanın qabaqçıl ölkələrinin 
valyutları, «ekyu» müasir mərhələdə isə daha çox «evro»nu 
satışa çıxarılır. Beynəlxalq maliyyə bazarının coğrafiyasından 
dominant yeri maliyyə mərkəzləri tutur. Burada qeyd olunduğu 
kimi  əsas üç mərkəz Avropa, ABŞ  və Yaponiya xüsusi yer 
tutur. Sonrakı bölgüdə Sinqapur, Syanqan gəlir. Yeni 
maliyyəmərkəzləri Karib hövzəsi ölkələri olan Panamada, 
Baqam, və Kayman adalarında formalaşmaqdadı. Müasir 
mərhələdə dünyanın 13 maliyyə  mərkəzinə beynəlxalq 
bankaların 1000-ə  qədər filial və bölməsi fəaliyyət göstərir. 
Ənənvi olaraq uzunmüddətli borc ayrımında Syurix və 
Frankfurt fərqlənirlər. Syurix və Lyuksemburq qızıl 
əməliyyatları üzrə Londonla birincilik üzrə  rəqabət aparırlar. 
Fond bazarında isə  bənzəri olmayan Nyu-York beynəlxalq 
fond birjası krallıq edir. İkinci yeri Tokio birjası tutur. İndi 
nəhəng fond birjaları da birləşməyə meyllidirlər. Bu tendensiya 
artıq ABŞ-da reallaşmaqdadı. Lakin Avropadakı birləşmə isə 
daga nəhəng bir təşkilatın, güc mərkəzinin yaranacağından 
xəbər verir. Artıq London, Frankfurt, Amsterdam, Brussel, 
Milan, Paris, Syurix və Madrid birjaları yeni qurumun-Avropa 
Birjalar  İttifaqı  təşkilatının yaranması haqqında memorandum 
imzalamışlar. Bu yaradılacaq yeni birjanın perpsektivləri şübhə 
doğurmur.Əgər bu birləşmə reallığa çevrilirsə onun kapitalının 
ümumi həcmi 6,8 trilyon dollara yüksələrək dünyada ilk yerə 
çıxacaaq. Maliyyə fyuçersləri ilə ticarətdə Çikaqo (SME), Nyu-
York (COMEX) və London (LİFFE) birjaları liderlik edirlər. 
Dünya maliyyə bazarında onun iştirakçıları üçün 
beynəlxalq telekommunikasiya şəbəkəsi misilsiz 
əhəmiyyətdaşıyır. Mövcud şəbəkənin müasir genişliyi maliyyə 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə