Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə6/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   2   3   4   5   6   7   8   9   ...   93

 
 
19
bazarının iştirakçılarına bütün dünya üzrə 24 saat ərzində 
əməliyyatların aparılmasını  təmin edir. Burada xüsusi yeri 
1977-ci ildən fəaliyyət göstərən ümumdünya banklarası 
maliyyə telekommunikasiya şəbəkəsi SVİFT tutur. Onun 
müasir xidmətlər  şəbəkəsi 4000 minə  həm də bank olmayan 
təşkilatları-broker, diller, klirinq, sığorta və digər firmaları da 
əhatə edir. Hazırda dünyada hər gün 1,5 trilyon dollar 
həcmində valyuta dəyişimə  əməliyyatları  həyata keçirilir ki, 
bunlarında 90% ticarət və maliyyə qoyuluşları ilə  əlaqədar 
deyildir. 
Dünya maliyyə bazarı bütün birbaşa investisiyaların 
təşkilatçısı 
və 
təminatçısı kimi dünya investisiya 
strategiyasında aparıcı rol oynayır. Amerika ekspertləri dünya 
ölkələrinin kredit qabiliyyətlilik reytinqə ilk 5-yerin İsveç, 
Yaponiya, Almaniya, Sinqapur və ABŞ-a məxsusluğunu qeyd 
edirlər. Lakin bu siyahı daha genişdir. Malaziya, Tailand kimi 
Asiya ölkələri də yüksək kredit qabiliyyətli ölkələr sayılırlar. 
Dünyada inflyasiya faizi göstəricilərinə gürə isə Danimarka, 
Yaponiya, ABŞ syabil ölkələrdən sayılırlar. Yeni əsrdə 10-
güclü dövlətlərdən biri olmaq strategiyasını reallaşdıran 
Türkiyəyədə isə inflyasiya olduqca yüksək həddli 60%-dən də 
çoxdur. Dünya əmtəə bazarı  təklifi təmin edən təchizarçıilə 
istehlakı formalaşdıran tələblə qarşılıqlı münasibətləri  əks 
etdirir. Bu təsnifatda qrup və növlərə görə ayrıca bazarlar da 
mövcuddur. Onlar da öz spesifikliyi, dinamiklilik, inhisarlaşma 
səviyyəsi, qiymətlərin formalaşması, və digər xüsusiyyətləri ilə 
fərqlənirlər. Bu xüsusda 1980-ci və 1990-cı illərin əvvəllərində 
yüksək templə inkişaf etmiş (orta hesabla illik 3-9%), ümumi 
həcmi 1995-ci ildə 5 trilyon ABŞ dollarına bərabər olan dünya 
ticarəti diqqəti cəlb edir. Onun strukturunun əsas hissəsinin 
sənaye malları-58%, xidmətlər-22%, kənd təsərrüfatı malları-
10%, xammal-10% təşkil edir. Ayrı-ayrı əmtəələrin strukturuna 
baxdıqda görərik ki, burada neft, neft məhsulları, avtomobil, 
avadanlıqlar başlıca yer tutur. Müasir mərhələdə dünya 


 
 
20
ticarətinin strukturunda əsas xüsusiyyətlərdən biri beynəlxalq 
mübadilədə aralıq məhsulun sürətli artımıdır ki, 
(yarımfabrikatla, komplektləşdiricilər) bu da xarici 
investisiyaların genişlənməsi və  şirkətlədaxili beynəlxalq 
əməkdaşlığın inkişafı ilə  əlaqədardır.  İnkişaf etməkdə olan 
ölkələr enerji resurslarının təminatı  və ucuz işçi qüvvəsinin 
mövcudluğu ilə bir qrup təşkil edərək dünya bazarında resurs 
və  əməktutumlu məhsulların ixracını, o cümlədən müxtəlif 
mineral xammal, kənd təsərrüfatı malları, toxuculuq, tekstil, 
ayyaqabı  və tikiş  sənayesinin məhsullarını satırlar. Belə  cəhət 
bu ölkələrin iqtisadiyyatının xammalyönümlü olması ilə 
şərtlənir və onları dünya liderlərindən daim geri salır. Xarici 
ticarət dövriyyəsinin  əksər hissəsi inkişaf etmiş ölkələrin 
payına düşür. 1995-ci ilin statistik məlumatlarına görə 
dünyanın nəhəng ixracatları  aşağıdakı kimi təsnifləşir. ABŞ-
11%, AFR-10%, Yaponiya-9%, Fransa-6%, İngiltərə,  İtaliya, 
Kanada, MDB ölkələri, Hollandiya, Belçika, Çin, Honkonqda 
birlikdə  hər biri ayrılıqda-5%. Bu liderlər qrupuna Cənubi 
Koreya, Sinqapur, Tailand da yaxınlaşmaqdadır. Xarici 
ticarətin son zamanlar tənzimlənməsində başlıca meyl kimi 
liberallaşdırma çıxış edir. Beynəlxalq ticarətin II dünya 
müharibəsindən sonrakı dövrdə liberallaşmasına 1947-ci ildə 
yaradılmnış Tarif və Ticarət üzrə Beynəlxalq Saziş (TTBS) 
mühüm təsir etmişdir. Bu təşkilatda 1994-ci ilə kimi 123 ölkə 
təmsil olunmuşdu. Ümumiyyətlə qurumun işində 170-dən çox 
ölkə iştirak edir. 1 yanavar 1995-ci ildən Uruqvay raundundan 
sonra TTBS-in əvəzinə Ümumdünya Ticarət Təşkilatı (UTT) 
işə başlamışdır. UTT beynəlxalq ticarət rejimində  və 
beynəlxalq mübahisələrin həllinə daha güclü təsir mexanizmə 
malikdir. Bununla belə TTBS UTT-in bölməsi olaraq qalır. 
Lakin UTT-in səlahiyyətləri daha genişdir. Buraya intelektual 
mülkiyyət hüququnun müdafiəsi, investisiya, xidmət-ticarəti, 
bank, sığorta fəaliyyəti, o cümlədən nəqliyyat əməliyyatları da 
daxil olmuşdur. 


 
 
21
Ayrı-ayrı ölkələrin idxal və ixracatının  əmtəə strukturu 
istehsalın təminatı  və müxətlifliyi amillərinin təsiri ilə 
formalaşır. Ölkələr tarixi ənənyə, millimental xüsusiyyətlərə, 
təbii ehtiyatların miqyasına görə istehsal və xidmət sahəsində 
müəyyən üstünlüklərə malik olurlar. Məlum olduğu kimi Qərbi 
Avropa, Yaponiya elmi personal, kapital təminatı ilə üstün 
cəhətlərə malikdirlır və buna görə  də onlar elmtutumlu və 
kapitaltutumlu məhsullar ixrac edirlər. Bunun müqabilinə 
həmin ölkələr istehsalı  təmin etmək üçün dadırlar. Lakin 
ölkələrin nisbi üstünlükləri, inkişaf prosesləri, rerqressiv 
meyllər və ümumiyyətlə müxtəlif amillərin təsiri ilə 
dəyişiliklərə məruz qalır. 
Dünya təsərrüfatı müasir mərhələdə qlobalaşdırma və 
regionlaşdırma müəyyənləşdirir. Hər iki proses dünya 
bazarının çox geniş  təsir edir. Dünya təsərrüfatı elementləri 
arasında qarşılıqlı münasibətlərin ümumi əhatəetmə sisteminin 
formalaşması qloballaşdırmada  əks olunur. Bu ilk növbədə 
TMK simasında dövlət sərhədlərinin, maliyyə funksiyalarınnı 
qismən itirilməsində özünü biruzə verir. İqtisadiyyatın 
qloballaşdırılması, istehsal kapitalının mobilliyinin artımında 
və dünya rəsərrüfatının oliqopolizasiyasında görünür. Beləki, 
xarici kapitalın himayəsində  və  nəzarətində dünya istehsalın 
1973-cü ildə 13,2%-i 1988-ci ildə 16,5%-i olmuşdursa, 2000-ci 
ildə bu göstəricinin 25%-ə yüksələcəyi gözlənilir. 
Qloballaşmanın  əsas formaları beynəlxalq kapital axının bir 
başa investisiyalar formasında genişləndirilməsi, müəssisələrin 
alınmasının və birləşməsinin sayının artırılması müxtəlif 
formalarda, beynəlxalq  əməkdaşlıq haqqında sazışlərin 
bağlanması, beynəlxalq podrat sisteminin inkişafı, qlobal 
nəqliyyat və kommunikasiyalar şəbəkəsinin yaranması  və 
sairdə  əks olunur. Qloballaşma ölkələr arasında rəqabətin 
güclənməsinə aparır. Bu rəqabət mübarizəsində nailiyyətin 
təmin olunması ölkələr və TMK-lar arasındakı ittifaqın 
nəticəsindən asılıdır. Bir başa investisiyaların dünya 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə