Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə9/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

 
 
28
tədqiqat işi ilə buraxmışdır. Yerləşmə amillərində prinsipial 
əhəmiyyəti onun bölgüsü təşkil edir. Özü özlüyündə yerləşmə 
amilləri təbii və ictimai olmaqla 2 qismə bölünür. Təbii amillər 
sənayenin coğrafiyasından təbbi ehtiyatları  və  təbiiu  şərait ilə 
şərtləndirilir.  İctimai amillər də isə  əsasən ictimai inkişafın 
qanunları  əhəmiyyət daşıyır. Təbii amillərin təsir dərəcəsi 
məhsuldar qüvvələrin inkişaf bu təsiri azaldır. Lakin heş zaman 
tam olaraq yox olmur. İctimai xarakterli amillər arasında 
sənayenin yerləşməsinə ən çox təsir edənlər əmək resursları və 
materiallışmış kapitalıdır. Son zamanlar informasion 
resursların, elmi texniki nailiyyətlərin və digər amillərin təsir 
dairəsi bu aspektdə genişlənməkdədir. Burada əhəmiyyətli rolu 
təsərrüfatın yerləşməsi, inteqrasion və dezinteqrasion prosesdə 
dövlətin tənzimləyici funksiyası özünü göstərir. 
Sivilizasiyanın bütün yeni inkişaf mərhələləri texniki-
texnoloji innovasiyaların inkişafı ilə yaradılması ilə 
xarakterikdir. Sənayecə inkişaf etmiş dövlətlərin 
təsərrüfatlarının tədqiqi zamanı alimlər innovasion proseslərin 
gedişinə müvafiq dövrülüyün mövcudluğunu aşkar etmişlər. 
Müvafiq tədqiqatlar nəticəsində müxtəlif hipotez-nəzəriyyələr 
meydana çıxmışdır. Bunlar arasında rus sovet iqtisadçı alimi 
N.D.Kondratyevin (1892-1938) işləyib hazırlandığı «uzun 
dalğalar» nəzəriyyəsi daha məşhurdur. Dünya iqtisadiyyat 
tarixində N.D.Kondratyev müxtəlif ölkələrin 100-150 statistik 
məlumatlarını  təhlil etmiş  təsərrüfat konyukturasında böyük 
silsilələr «sikllər» nəzəriyyasinin müəllifi kimi tanınmışdır. 
Özünün «Dünya təsərrüfatı onun indiki və müharibədən 
sonrakı konyiukturası» (1992) və  «İqtisafi konyukturanın 
böyük silsilələri» (1925) məruzəsində alim müxtəlif sənaye 
dövrləri haqqında ideyaları inkişaf etdirərək dalğalı silsilələr 
modeli işləyib hazırlamışdır. Bu silsilələri alim müvafiq zaman 
nisbətlərinə bölərək aşağıdakı dövrlərin təsnifatını vermişdir; 
fəsli (bir ildən az), qısa (3-3,5 il), orta silsilə (7-11 il) və böyük 
silsilələr (48-55 il). Bu sahədə digər böyük tədqiqatçı alim 


 
 
29
avstriyalı iqtisadçı  İ.A.şumpeter (1883-1950) sonuncu böyük 
silsilənin «Kondratyev» silsiləsi adlandırmışdır. Bu nəzəriyyəni 
sonrtadan ingilis iqtisadçısı K.Klark (1905-1989) və amerikan 
iqtisadçıları U.Mitçela (1974-1948), A.Bryornes (1904) inkişaf 
etdirmişlər. Böyük silsilələr nəzəriyyəsi 50-60 illik dövrü əhatə 
edərək hər biri 25-30 illik artıq dövr-fazaya bölünərək «kapital 
açlığı» və «kapital döyümü» mərhələləri olan enmə yüksəlişlə 
xarakterizə olunurlar. İlk növbədə «kapital aclığı» dövrü 
iqtisadi templərin inkişafı, sərmaye qoyuluşları ilə müşahidə 
olunur. Sonradan investision tələb azaldıqca o öz yerini 
«kapital döyümü» dövrünə verir ki, bu da templərin aşağı 
düşməsi işsizliyin artması, kapital idxalının azalması ilə 
nəticələnir. K.Klark bu 2 fazanın qovşağında  əmtəə 
qiymətlərinin titreyişinin və  tərəddüdünün baş verdiyini qeyd 
edir. Riyazi metodların tətbiqi ilə N.D.Kondrtayev fundamental 
qanunauyğunluqlar taparaq müəyyən etmişdir ki, bazar 
silsiləsinin inkişafında dalğavarilik xarakterikdir. Böyük 
silsilələr nəzariyyəsinin nümayəndələri dünya iqtisadiyyatının 
XX  əsrin 2-ci yarısında indiyə  qədər 2 böyük silsilədə 
olduğunu qeyd edirlər. Başqa bir fikirdə müvafiq dövr ərzində 
mübahisəli olsa da dünya iqtisadiyyatının 4 uzun kondratyev 
dalğasından keçdiyi fərz olunur. Bir çox tədqiqatçılar müasir 
zamanda dünya təsərrüfatımda aparıcı  mərkəzin 5-ci 
kondratyev silsiləsinə  qədəm qoyduğunu qeyd edirlər. Yeni 
dövrə keçid robotların, mühəndis dühasının nailiyyətlərinin və 
makroproseslərin geniş tətbiqi ilə izah edilir. «Uzun dalğalar» 
nəzariyyəsi ilə yanaşı böyük dövr ərzində sənayenin və ümumi 
təsərrüfatın yerləşməsində «məhsul-istehsal silsilkəsi» 
nəzəriyyəsi də elmdə geniş yer almışdır. 
Əsrimizin səksəninci illərində sürətlənən texniki tərəqqi 
istehsalı prtaktiki olaraq yeniləşdirmişdi. Yeni avtomat xəttlər, 
tez tənzimlənən qurğular, çevik istehsal sistemləri yaranmışdır. 
Elmi-texniki nailiyyətlər  əvvələr insanın fiziki səylərini 
azaltmışsa hazırda onu böyük həcmdə intellektual səylərini də 


 
 
30
əvəz etmişdir. Yeni industrial inkişafın ilk indikatoru 
sürətlənən elmi-texniki nailiyyərlər artan əmək məhsuldarlığı 
və digər yeni iqtisadi amillər olmuşdur. Manufakturanın-
fabriklə, fabrikin kombinatla əvəzləşməsi prossesləri bitmiş
kombinatın  əvəzinə dünya miqyasında çoxlu təsərrüfat 
sahələrində istehsala tədavülə eyni zamanda nəzarəti həyata 
keçirən müəssisə və institutların bənzəri olmayan fövqəlnəhəng 
birliyi konqlomerat gəlmişdir. 
«Kreml modeli» Marks və Engelsin inqilabı 
nəzəriyyətlərini tam reallaşdıra bilmədi. Nəhəng Sovetlər 
İttifaqı çökdü. Sosiaslist düşərgəsinin, SSRİ dövlətinin süqutu 
dünyanın iki qutbulyunun sona yetdiyi anlamını yaratdısa da 
əslində sürətlə  dəyişən hadislərə ayrı-ayrı iri dövlətlərdə baş 
verən meyllər belə reallığın tamamlanmadığını  bəyan 
etməkdədi.  İnteqrasion proseslər yeni güc mərkəzlərini 
stimullaşdırır. Dünya xəritəsində yeni iqtisadi-siyasi konturlar 
görünür. 
 
 
1.2. Dünya yanacaq enerji balansı  və karbohidrogen 
ehtiyatların bölgüsü 
 
İnsan cəmiyyətin inkişafı dünya təsərrüfatlarının 
sahələrinin və ayrı-ayrı ölkələrin təsərrüfatlarının yerləşməsi 
təbbi, ictimai amillərin  əlaqəliliyi və uzlaşması ilə 
şərtləndirirlir. Beynəlxalq geosiyasətdə enerji resursları faktoru 
müstəsna  əhəmiyyət daşıyır. Ölkənin enerji ehtiyatları onun 
siyasi müstəqilliyinin, iqtisadi təhlükəsizliyinin və dirçəlişinin 
təməlini təşkil edir. Təbii ehtiyatların planetimizdə bölgüsü və 
yerləşməsi son dərəcə qeyri bərabərliyi ilə  səciyyəvidir. Belə 
vəziyyət yer kürəsinsə müxtəlif iqlim, textonik proseslərlə, 
geoloji dözrlərdə faydalı qazıntıların yaranma şərtləri və digər 
amillərlə bağlıdır. Təbii resurslar faktiki olaraq əsas təməl kimi 
inkişafa təsir edir. Lakin nəqliyyatın və  məhsuldar qüvvələrin 
inkişafı  nəticəsində  təbbi ehtiyatlar amilinin təsir dairəsi 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə