Microsoft Word ismi sherif doc



Yüklə 13,74 Kb.

səhifə1/84
tarix30.10.2018
ölçüsü13,74 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   84


                          
                     
İlahiyyatçı Ağayeva Mənzər 
 
 
 
 
 
 
 
 
 
 
 
ÈÑÌÈ ØßÐÈÔËßÐÈÍ 
ÙÈÊÌßÒËßÐÈ 
 
 
 
 
 
 
 
 
 
 
   
 
 
Bakı - 2015 
 
 
2
 
 
Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət 
Komitəsinin 26 yanvar 2015-ci il DK-27/Q saylı məktubu əsasında 
«Zərdabi LTD» MMC-nin mətbəəsində çap olunmuşdur 
 
 
 
 
 
Redaktor:     Könül Ağayeva 
 
 
 
 
 
 
 
 
 
Hacı xanım Mənzər. “İsmi şəriflərin hikmətləri”. 
Bakı, “Zərdabi LTD” MMC, 2014, 376 səh.  
 
 
 
                                             
 
 
 
 
 
 
© M.Ağayeva, 2015 
© “Zərdabi LTD” MMC, 2015 
 


 

 
 
 
 
 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 (Ya  Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun 
Şeytandan Allaha sığın! (“Əuzu billahi minəş-şeytanır-racim” 
sözlərini de!” (Nəhl -98, Muminin- 97) Əraf-173-“Və lilləhi 
əsmaul-husna fıd`uhu buhə.” “Ən gözəl Əsmalar Allahındır.” 
Bismilləhir Rahmənir Rahim 
                  
ÖN SÖZ 
 
Qadir Allahın insanı yaratmaqda məqsədi Özünü və Özü-
nün yaratdığı şah əsərlərini bizlərə tanıtmaqdır. Məlum oldu-
ğu kimi Uca Allah bizləri müəyyən cild və  bədənlərə qoy-
mazdan qabaq, bizlər elə  zərrəciklər  şəklində mövcud idik. 
İlk yaranışdan da hər zərrəcik əql və düşüncəyə malik idi və 
bizlər bədənimizi tərk etdikdən sonra da əql, yaddaş  və dü-
şüncə ilə ruh şəklində yaşamağa davam edəcəyik. Bu da 
müəyyən olunmuş zamana qədər, yəni Qiyamət gününə kimi 
davam edəcək. Qiyamət günü isə, hər kəs yenidən öz cil-
dində, öz bədənində qəbirdən qalxaraq haqq-hesab verdikdən 
sonra Cəhənnəm və ya Cənnətdə əbədi olaraq yaşayacaqdır.  
Qadir Allahın bizləri digər canlılardan çox fərqli, gözəl, 
yaraşıqlı yaratmasının səbəbi bizlərə müvəqqəti bəxş etmiş 
olduğu Öz ruhuna önəm və dəyər verməsidir. Biz isə elə başa 
düşürük ki, bu gözəl görünüşümüz yalnız özümüzə  məxsus-
dur və bu bədənin sahibi də elə özümüzük. Bundan əlavə, 
 
4
Allah hər bir kəsə, Öz zərrəciklərinə Öz sübutiyyə sifətlə-
rindən, hətta Öz Allahlığından da bəxş etmişdir. Hər kəsə əql-
düşüncə, bədən üzvləri ilə  bərabər onları idarə etmək üçün 
faili-muxtar, yəni özbaşına, seçim və davranışda sərbəst ya-
ratmışdır. Allah faili-muxtar yaratmış bizlərə, verilən müəy-
yən zaman və bir ömür ərzində sanki “bir saatlıq xəlifəlik” 
bəxş etmişdir ki, Özünün Allahlığını tanıtsın. Necə ki, hər kəs 
özünü yeganə bilib, öz qəlbində özünü tək bildiyi kimi. Çünki 
hər kəs öz aləminin içində təkdir və daxilimizdəki bu duyğu, 
bizlərə müvəqqəti verilən Allahın ruhuna, zərrəciyinə məxsus 
duyğudur. Bu duyğunu da bizə  bəxş etməyinin səbəbi Özü-
nün yeganə olduğunu və Özündən başqa heç bir Allahın ol-
madığını bizlərə sübut etməkdir. Həqiqətən, bu duyğu bir 
daha bizlərə Allahdan başqa heç bir Allahın olmadığını  və 
bizlərin də yalnız bir olan Allaha sığınmağımızı anladır.  
 Hər bir insan öz arzu, istəyi və ya qəlbindən keçən hər 
hansı bir şeyi əldə etmək üçün Allaha yalvararaq dua edir və 
bir olan Allahdan istəyir.  Əgər həmin iş alınmırsa, deməli, 
“haqqımızda xeyirli deyilmiş” deyib, Yaradanın axirətdə, 
istədiyimizdən daha gözəlini verəcəyinə iman edib yenə  də 
şükr edirik.  
Biz insanlar çox maraqlıyıq. Dua deyəndə, Allahla danış-
maq deyəndə, nə üçünsə qəlbimizdə şəkk-şübhə yaranır. Dua 
deyəndə o dəqiqə cadu-tilsim, şeytani əməl və insan xislətin-
də baş verən şeytanı duyğuların fəsadları yada düşür və qəl-
bimizdə qorxu, narahatlıq əmələ  gəlir. Düzdür, şeytan əməl-
lər, cadu, tilsim və  şeytan xislətli insanların məkrli düşün-
cələri həmişə olub və olmaqdadır. Çünki Şeytanın varlığını, 
onun məkrli əməllərini danmaq Allahı danmaq deməkdir.  
Lakin həmin  şeytani  əməl və insan xislətlərindən  əmələ 
gələn hisslərdən qorunmaq və onları məhv etmək üçün Allah-
təalanın biz bəndələrə  bəxş etdiyi böyük nemətlərdən biri 
olan Qurani-Kərim və onun içindəki surə, ayə  və dualar 


 

vardır. Bir həqiqət də vardır ki, Allah istəməsə nə insan, nə də 
ki  Şeytan bizlərə heç nə edə bilməz, çünki hər  şey Allahın 
əlindədir. Başımıza gələnlər isə bizim öz əməl, niyyət və 
günahlarımızın nəticəsi və ya Allahın qəza, qədəridir. Lakin 
bizi yaradan Uca Tanrı bizim Onunla danışmağımızı, həmişə 
Onu duymağımızı, hər nəfəsimizdə Onu hiss etməyimizi, 
bütün müşkül işlərimizin həllini yalnız Ondan istəməyimizi, 
yalnız ona sığınmağımızı istəyir. Bu səbəbdən həyatımızda 
baş verən bütün hallarda nə insandan, nə  də Cindən kömək 
diləməyə  mənəvi ixtiyarımız yoxdur. Heç vaxt qəlbimizə 
müxtəlif vəsvəsələrlə,  şübhələrlə  əziyyət verib, kiminsə bizə 
nə isə edə biləcəyini düşünmək də cahillikdir. Çünki güc və 
qüdrət yalnız Allaha məxsusdur və Allah istəməsə, kimsə 
kimsəyə heç nə edə bilməz. Bu səbəbdən də üzümüzü Allahın 
Kitabına, Allahın surə, ayə  və dualarına çevirək, ürəklə, 
inamla, yalnız Allaha yalvararaq, dualar edək və dua etmək-
dən heç vaxt yorulmayaq. Dua etmək bu həyatın reallığıdır və 
bu dualardan istifadə edib qorunmayan bəndələr həmişə “nə 
edim, necə edim”, deyib, həyatın eniş-yoxuşunda çaşıb qa-
larlar. Onun-bunun ağlı ilə oturub-durarlar. Sonra da bu hə-
yatın bütün çətinliklərinə tab gətirə bilməyib, həm bu dünya, 
həm də  əbədi dünya üçün qazana biləcəkləri nemətləri iti-
rərlər. Dünyada dərdsiz insan yoxdur və  hər bir kəsin dərdi 
özü üçün bir dağdır. Lakin hər bir dərdin də öz dərmanı 
vardır. Bütün dərdlərin dərmanı Allahın bizim xilasımız üçün 
nazil etdiyi Qurani-Kərimdir. Özünüz, yalnız özünüz həmin 
duaları oxuyub bəhrələnək. Çünki Yaradanımız yalnız 
Onunla dərdləşməyimizi istəyir...  
  Bu  kitabda  Allahın  İsmi-şəriflərinin hikmətləri və 
onların bir çox faydaları haqqında, həyatımızın müəyyən 
anlarında istifadə edə biləcəyimiz dualar haqqında qısa 
məlumatlar verilmişdir. Bu dualardan Allaha yaxınlaşmaq və 
Onunla dərdləşmək üçün faydalanın. İnsanları yaşadan inam-
 
6
ları  və  mənəviyyatlarıdır və  hər ikisini qüvvətləndirən isə 
bilikdir. Dua etmək isə bütün davranışlarımızda silinməz izlər 
buraxır və daima insana daxili bir fərəhlik və ümid bəxş edir.  
 
Allahın gözəl isimləri vardır 
"Əsmau-hüsnalar” haqqında müəyyən qədər bilgi almaq, 
Allahı daha yaxından tanımağa səbəb olar. Əsmalar sanki 
insanın qəlbində pislikləri uzaqlaşdırıb, müsbət bir enerji 
yaradır. Əsmalar bizə fiziki, psixoloji və zehni çətinliklərdən 
qurtarmaqda yardımçı olar. Uca Allah Yaratdıqlarının ən alisi 
olan insanın qəlbini sanki Özünə bir Ərş etmişdir. Hədisi-
Qüdsidə: “Yerə göyə sığmaram, ancaq bir mömin bəndəmin 
qəlbinə  sığaram”-deyə buyuraraq insana nə  qədər önəm 
verdiyini bildirir. Bu səbəbdən də insan qəlbi yalnız Ona 
yönəlməklə hüzura çata bilər. Quranda bu haqda buyurulur:  
Rad-28-O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Al-
lahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlə-
rin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!  
Allahın bu Əsmau-Hüsnalarını tanıyıb bilmək və onları 
saymaq, zikr etmək malın, canın olan hər şeyi daha yaxşı bi-
lib, tanımana, qorumana vəsilə olar. Çünki Yaradılmışlar Ya-
radana möhtacdır. Bu səbəbdən də bütün həyatımız və axi-
rətimiz üçün yalnız Allaha və onun müqəddəs İsmi-şəriflərinə 
güvənib, sığınmalıyıq. Allahın bütün əmrləri bir məsləhətdir, 
hikmətdir, qənimətdir, lütf və ehsandır. Onun bütün felləri də 
ədalətlidir, kimə nə verib-aldığını çox yaxşı bilir, çünki O bizi 
bizdən də yaxşı tanıyır. Allah heç bir şeyi boş yerə, mənasız 
və səbəbsiz yaratmamışdır. Elmlərin qaynağı da Allahın İsmi-
şərifləridir. İsmi-şəriflərin ən böyük sirri onların əbcəd sayları 
qədər zikr edilməsidir. Ən düzgünü isə hər ismin əbcəd sayı-
nın özünə vurulması ilə alınan sayın zikr edilməsidir. Bu 
sayın çox böyük sirləri vardır. Məsələn "Allah" əsmasının 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   84


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə